1 iyun 2002-ci il tarixli “Hürriyet Bilim” jurnalında, «İnsanmı “Siyasi heyvandır”, şimpanzemi “Siyasi insandır”» başlıqlı bir yazı nəşr olundu. Bu yazıda, insanlardakı iqtidar oyunları, nüfuz mübarizələri, yalançılıq, kömək istəmə, mənfəət hesabları kimi sosial davranışların daha yaxşı başa düşülməsi üçün şimpanzelərin davranışlarının araşdırılmalı olduğu irəli sürülür və bu davranışların insanlara meymunlarla ortaq əcdadlarından miras qaldığı iddia edilirdi.
Bu yazı həm də bəzi şimpanze, oranqutan və insan şəkilləri ilə də bəzənmişdi. Şəkillərdə, insanlarla bu heyvanlarda görülən bənzər bəzi davranışlar göstərilirdi. Məsələn, əlini irəliyə doğru uzadan bir şimpanze şəkilinin üzərində Toni Blerə doğru əlini uzadan İtaliya baş naziri Silvio Berluskoninin bir rəsmi var idi. Təkamülçü yazıçıya görə bu bənzərliyin şərhi bu idi: Qolun irəli doğru uzadılması, kömək istəyən şimpanzenin siyasi vasitəsi idi. O şəkildə isə, Blairdən kömək istəyən Berlusconi əlini irəli doğru uzatmışdı. Yəni bu iddiaya görə həm şimpanze, həm də bir ölkənin baş naziri eyni jest ilə, eyni şeyi ifadə edirdilər. Başqa bir şəkildə isə biri gülən, digəri isə qaşqabaqlı iki insan idi. Bu şəkilin yanına isə biri gülən, digəri qaşqabağını tökən meymun şəkilləri qoyulmuş və bunlar həm insanların, həm də meymunların rəqabətinə nümunə olaraq göstərilmişdi. Yazı bu şəkildə şəkil bənzətmələri ilə, heç bir elmi dəlil verilmədən, yalnız təkamül təbliğatı etmək məqsədi ilə hazırlanmışdı.
Yalnız şimpanzelərin deyil, bir çox heyvanın insanlara bənzər davranışları vardır, ancaq bu onların insana təkamül baxımından qohum olduğunu göstərməz.
Haqqında danışılan bənzətmələrin heç biri elmi deyil. Eyni şəkildə, təbiətdəki bir çox canlının şəkilləri və ya davranış formaları nümunə götürülərək insanlarla bənzədilə bilər və bu heyvanlar insanlarla ortaq bir əcdaddan gəlmiş kimi göstərilə bilər. Məsələn, yuvasına kəsdiyi bir yarpağı daşıyan qarışqa şəkilinin yanına, axşam evə dönərkən bazarlıq edən bir insanın şəkilini yerləşdirib, “məhz bu bənzərlik insanın qarışqa ilə ortaq bir əcdaddan gəldiyini göstərir” -deyə bilərsiniz. Və ya qış üçün yemək toplayan küknar qarğalarının şəkilinin yanına, soyuducunun dərin dondurucusuna qış üçün çiyələk qoyan bir qadının şəkilini qoyduğunuzu düşünək. Bu dəfə də “bir sonrakı mövsüm üçün meyvə yığaraq, təhlükəsiz bir yerdə saxlamaq insana təkamül baxımından əcdadlarından qalmış bir davranış formasıdır” şərhini edərək, “küknar qarğaları insanın əcdadıdır” nəticəsinə gələ bilərsiniz. Su anbarı tikən qunduzlar, tor hörən hörümçək, bal pətəyi düzəldən bal arısı eyni məntiqlə, insanlara bənzədilə bilər və hər biri ayrı-ayrı, bu yazıda olduğu kimi, “insanın əmi oğulları” olaraq tanıdıla bilər. Ancaq bu cür mənalar verməyin nə elmi, nə də məntiqi bir istiqaməti olmayacağı açıqdır.
Təkamülçülər meymunların bəzi davranışlarını insanlara bənzədərək böyük bir həyəcan keçirirlər və meymunların insanların təkamül baxımından qohumları olduğuna qərar verirlər. Halbuki, yuxarıda da ifadə edildiyi kimi, qarışqalardan qarğalara qədər bir çox canlı insanlara bənzər davranışlar nümayiş etdirir. Ancaq, bu heyvanların bu davranışları onların insanlarla təkamül qohumluğu olduğunu göstərməz. Hər şeydən əvvəl bu canlılar insanlara bənzəyən davranışlarını şüursuzca edirlər. Məsələn, su anbarı tikən qunduz bunu bir inşaat mühəndisinin sahib olduğu şüur, ağıl və məlumat ilə etməz. Bunu instinktləri ilə edər. Elm adamlarının instinkt dedikləri, heyvanların doğumla birlikdə sahib olduqları proqram Allahın onlara vəhy etdiyi xüsusiyyətlərdir. Və bu, onların çox dəyişik xüsusiyyətlərə sahib olmalarına və bizi təəccübləndirən şeylər etmələrinə imkan verir; meymunların, arıların, qarışqaların, termitlərin və s. bəzi davranışlarında olduğu kimi.
Meymunların davranışlarını, insan davranışları ilə eyniləşdirməyə çalışan, onların sosial baxımdan da insanlara yaxın olduğunu sübut etmək istəyən təkamülçülər, uzun illər boyunca meymunlarla yaşamış, meymunlar üzərində saysız təcrübə aparmış, zəka testləri tətbiq etmiş, xəyali mühitlərə verdikləri reaksiyaları müşahidə etmişlər. Nəticə olaraq isə, bu heyvanlarda şüur olmadığı, insanlara bənzəyən davranışları şüursuzca etdikləri ortaya çıxmışdır.
Bunlardan biri Luiziana Universitetinin professoru Daniel J. Povinellinin təkamülçüləri tamamilə xəyal qırıqlığına uğradan çalışmalarıdır. Povinelli meymun və insan davranışlarını müqayisəli araşdıran ən məşhur təkamülçü elm adamlarından biridir. 300 şimpanze ilə birlikdə yaşayan Povinellinin tərəfsiz araşdırmaları, təkamül nəzəriyyəsinin xəyali iddiasının son dayağını da çökdürmüşdür. Povinelli uzun çalışmalarını tək bir cümlə ilə belə izah edir:
“Şimpanzelər üzərlərində apardığım işlərə çox səbr etdilər, amma nəhayət, mənə tüklü insan uşağı olmadıqlarını öyrətdilər”. (1)
Povinelli 20 ildən çox bir müddətdir apardığı araşdırmalarını “Scientific American” jurnalındakı 1998-ci il tarixli məqaləsində bu şəkildə açıqlayır:
Sadə şəkildə söyləmək lazımdırsa, şimpanzelər vizual qəbulu bizdən daha fərqli bir şəkildə anlayırlar. Laboratoriyamızdakı digər çalışmalar şimpanzelərin heç bir davranışı psixoloji mənada anlamadıqlarını ortaya qoydu. Məsələn, diqqətli edilən testlər meymunların işarə jestlərindəki mənanı anlamadıqlarını, hətta məqsədli və məqsədsiz davranışlar arasındakı fərqi qavraya bilmədiklərini ortaya qoydu”. (2)
“Hürriyet Bilim” jurnalı isə, şimpanzelərin insanlar kimi siyasət oyunları oynaya bildikləri, jestlərlə, mimikalarla özlərini ifadə edə bildikləri və bu istiqamətlərinin insan davranışlarının mənşəyi olduğu iddiasındadır. Halbuki, elm adamları apardıqları araşdırmalarda, şimpanzelərin bu davranışları şüursuzca etdiklərini, daxili instinkt olaraq sahib olduqları bəzi davranışlar olduğunu, amma bunun xaricində psixoloji istiqamətdə bir ünsiyyətə sahib olmadıqlarını ortaya qoymuşlar.
Nəticə
“Hürriyet Bilim” jurnalının səhifələr ayırdığı bu yazı, içi boş təkamül təbliğatından başqa bir şey deyil. İnsan davranışlarının mənşəyi şimpanzelərin davranışları deyil. İnsan şüur və ağıl sahibi, davranışlarının şüurunda olan, plan qurub və hesab apara bilən, keçmişi analiz edib, gələcəyə dair təxminlər edə bilən, mühakimə, qiymətləndirmə qabiliyyətinə sahib bir varlıqdır. Nə şimpanzelərdə, nə də başqa bir heyvanda bu xüsusiyyətlərin heç biri olmaz. Kənardan baxıldıqda insana bənzər bir rəftar göstərsələr belə, bu heyvanlar Allahın onlara ilham etdiyi şəkildə davranarlar. Ancaq etdiklərinin şüurunda deyildirlər.
“Hürriyet Bilim” jurnalı insanın siyasi bir heyvan olmadığını, Allahın özünə üfürdüyü ruhu daşıyan, ağıla və şüura sahib bir varlıq olduğunu artıq qəbul etməlidir.
- Daniel J. Povinelli, Scientific American, 19 noyabr 1998
2. Daniel J. Povinelli, Scientific American, 19 noyabr 1998