12 may 2002-ci il tarixli “Hürriyet” qəzetində, Hörmətli Ərtoğrul Özkökün “Türklər meymunlar kimidirlər, pisdirlər” başlıqlı bir yazısı yayımlandı. Bu yazıda yer alan bəzi yanılmalar aşağıda açıqlanır.
Şimpanze və insanların genetik quruluşunun 99% bənzər olduğu yanılması
Hörmətli Özkök yazısında, Adrian Berrinin “Sonsuzluğun sahilləri” adlı kitabından bəhs edir və bu kitabda yer alan bəzi açıqlamalara yer verirdi. Bəhs edilən kitabda şimpanzelərlə insanlar arasında 99% genetik bənzərlik olduğu iddia edilir. Bu, heç bir elmi dayağı olmayan, təkamülçülərin təbliğat məqsədli istifadə etdikləri bir iddiadır.
Hər şeydən əvvəl, insanla şimpanzenin genetik strukturlarının bir-birinə 99% bənzər olduğunu iddia etmək üçün bu anda insanınkı olduğu kimi şimpanzenin də genetik quruluşu analiz edilməli, ikisi müqayisə edilməli və bu müqayisə nəticəsinin əldə edilməlidir. Halbuki, əldə belə bir nəticə yoxdur. Çünki, bu ana qədər yalnız insanın genetik xəritəsi çıxardılmışdır. Şimpanze üçün isə hələ belə bir iş görülməmişdir.
Əslində bəzən gündəmə gələn insan və meymun genlərinin 99% bənzədiyi iddiası, illər əvvəl çıxarılmış təbliğat məqsədli bir şüardır. Bu bənzərlik iddiası insanda və şimpanzedə olan təqribən 30-40 təməl zülaldakı amin turşusu düzülüşlərinin bənzərliyindən yola çıxılaraq edilən çox şişirdilmiş bir ümumiləşdirmədir.
Halbuki, insanda təqribən 30 min gen və bu genlərin kodlaşdırıldığı 100 minə qədər zülal vardır. Buna görə 100 min zülalın yalnız 40-nın bənzəməsi ilə insan və meymunun bütün genlərinin 99% eyni olduğunu iddia etməyin heç bir elmi dayağı yoxdur. Qaldı ki, bu 40 zülal üzərində aparılan DNT müqayisəsi də mübahisəlidir. Bu müqayisə, 1987-ci ildə Sibley və Ahlquist adlı iki bioloq tərəfindən edilmiş və “Journal of Molecular Evolution” jurnalında nəşr olunmuşdur. (1) Halbuki, daha sonra bu ikilinin məlumatlarını araşdıran Sarich adlı elm adamı, istifadə etdikləri üsulun etibarlılığının mübahisəli olduğu və nəticənin şişirdilərək şərh edildiyi nəticəsinə gəlmişdir. (2)
İnsan DNT-si soxulcan, ağcaqanad və toyuğa da bənzəyir!
Sözü gedən bu təməl zülallar digər bir çox fərqli canlılarda da olan ortaq həyati molekullardır. Yalnız şimpanzedə deyil, tamamilə, fərqli canlılarda olan eyni növ zülalların quruluşu insandakılarla çox bənzərdir.
Məsələn, “New Scientist” jurnalında təlqin edilən genetik analizlər, nematod soxulcanları və insan DNT-lərində 75%-lik bir bənzərlik ortaya qoymuşdur. (3) Bu, əlbəttə insan ilə bu soxulcanlar arasında yalnız 25%-lik bir fərq olduğu mənasını vermir!
Genetik bənzərlik təkamülə dəlil olmaz
Göründüyü kimi, təkamülçülərin şimpanze və insan arasında 99% bənzərlik olduğu iddiası həqiqəti əks etdirmir. Ancaq iki fərqli növdəki canlı, genetik baxımdan 99% nisbətdə bənzər belə olsa, bu ikisi arasında təkamül əlaqəsi qurula bilməz. Çünki genetik çalışmalar növlərin çox xüsusi genetik şifrələrə sahib olduqlarını göstərir. Bu şifrələrdə meydana gələn ən kiçik dəyişiklik belə o növ baxımından ölümcül nəticələr gətirir. Həm də canlılardakı bu xüsusi quruluş genetik şifrənin funksionallığı ilə əlaqədardır.
Bunu anlamaq üçün bir-birinə bənzər iki canlı növü ilə, bir-birinə bənzəyən iki binanı müqayisə edək. Təkamülçülərin iddiası genetik bənzərlik olduğuna görə, bunu bir növ canlının layihəsi olaraq qiymətləndirmək mümkündür. İki canlının və iki binanın layihələrinin 99% nisbətində eyni olduğunu qəbul edək. Sonra da bu layihələrə əsaslanaraq ortaya çıxan canlıların formalarını və binaların strukturlarını bir-birləri ilə müqayisə edək. Əldə edilən nəticə, genetik strukturları 99% eyni olan canlılar arasındakı quruluş və funksiya fərqliliyi olduğu halda, layihələri 99% eyni olan binaların bir-birinə bənzərliyi olacaq.
Həm canlılar, həm də binaların layihələrində 1%-lik fərq olmasına baxmayaraq, nə üçün binalar çox bənzəyir, amma canlılar bənzəmir? Bunun səbəbi genetik qanunların işləməsidir. Pleiotropiya adı verilən genetik qanunun bilinməsi ilə bu mövzu daha da açıqlanır. Buna görə canlı bədənlərində olan bir gen birdən çox xüsusiyyət üzərində təsirlidir. Bir xüsusiyyətə isə birdən çox gen tərəfindən nəzarət edilir. (4)
Bu, iki canlı növünün genetik strukturları arasındakı fərq 1% belə olsa, bu fərqin əslində daha geniş ölçüdə olduğunu göstərir. Çünki bina layihəsindəki 1%-lik fərq, quruluşda 1% fərq mənasını verərkən, canlı layihəsi, yəni genetik strukturları arasındakı 1% -lik fərq o iki canlının quruluşu arasında çox böyük fərqin olması mənasını verəcək. Çünki canlıların fərqli olan 1%-lik genetik hissələri, bənzər olan 99%-lik genetik quruluşda kodlanmış xüsusiyyətlərə də müdaxilə edir.
Bənzərliklərin səbəbi: “Ortaq dizayn”
Əlbəttə, insan bədəninin digər canlılarla molekulyar bənzərlikləri olacaq, çünki eyni molekullardan meydana gəlir, eyni sudan və atmosferdən istifadə edir, eyni molekullardan ibarət olan qidaları qəbul edirlər. Əlbəttə ki, maddələr mübadilələrinin və dolayısilə genetik strukturlarının bənzəməsi də təbiidir. Ancaq bu, “ortaq material”, təkamülün deyil “ortaq dizaynın”, yəni hamısının eyni plan əsasında yaradılmalarının nəticəsidir.
Bir nümunə mövzunu daha yaxşı açıqlaya bilər: Dünya üzərindəki bütün körpülər də bənzər materiallarla (kərpic, dəmir, sement və s.) düzəldilir. Amma bu vəziyyət bu körpülərin bir-birlərindən “təkamülləşdikləri” mənasını verməz. Ortaq materialdan istifadə edilərək ayrı-ayrı tikilirlər. Canlıların vəziyyəti də buna bənzədilə bilər. Ancaq əlbəttə ki, canlıların quruluşu körpülərlə müqayisə edilməyəcək qədər mürəkkəbdir.
Canlılar təkamülün iddia etdiyi kimi, şüursuz təsadüflərlə deyil, sonsuz məlumat və ağıl sahibi olan Uca Allahın yaratması ilə meydana gəlmişdir.
Yalnız şimpanzelərin deyil, başqa canlıların da insanlara bənzəyən xüsusiyyətləri var.
Təkamülçülər insanın meymunlarla ortaq əcdaddan təkamülləşdiyinə insanları inandırmaq üçün meymunların insanlara bənzəyən bəzi davranışlarına böyük əhəmiyyət verir və tez-tez bu bənzərlikləri gündəmə gətirirlər. Halbuki, təbiətdəki canlıların bir çoxu, insanlara bənzəyən davranışlar göstərir. Məsələn bal pətəklərini mühəndislik dizaynını xatırladan hesab və planla tikən bal arıları, qarışqa koloniyalarındakı insanlardan daha müvəffəqiyyətli, möhtəşəm sosial nizam və həmrəylik, dişi və erkək pinqvinlərin balalarına göstərdiyi şəfqət bunlardan bəziləridir.
Həm də Berrinin kitabında şimpanzelərin tələ və pusqu qurmaq kimi xüsusiyyətləri nümunə verilir. Hörmətli Özkök isə bir heyvan insana təkamül baxımından nə qədər yaxındırsa, insanın pis xüsusiyyətlərinə də o qədər sahib olduğunu iddia edir. Halbuki, təbiətdə tələ və pusqu quran tək canlı şimpanzelər deyil. Aslanlar, tülkülər və hətta hörümçəklər də düşmənlərinə tələ qurarlar. Və ya şimpanzelərin təqlid qabiliyyəti, insanlara bənzədiyi üçün bəzi şəxslər çox həyəcanlanır və meymunların insanın yaxın qohumu olduğuna qənaətləri gəlir. Halbuki, tutuquşular insanların səs tonlarını, danışıq üslublarını da təqlid edə bilmə qabiliyyətinə sahibdirlər. Ancaq sırf bu bənzərliklərinə görə təkamülçülər də qarışqaların, hörümçəklərin, tutuquşuların və ya tülkülərin insana təkamül baxımından yaxın bir qohum olduğunu iddia edə bilməzlər.
Qısacası, yalnız şimpanzelərdə deyil, bir çox canlı növündə insanlara bənzəyən bəzi davranışlar görmək mümkündür. Ancaq bu bənzərliklərin heç biri, insanla bu canlılar arasında təkamül baxımından əlaqə qurmaq üçün yetərli deyil.
Nəticə
Nəticədə insanlarla şimpanzelər arasında 99% genetik bənzərlik olduğu iddiası doğru deyil. Belə bir bənzərlik olsa belə, bu insanların meymunlarla ortaq bir əcdaddan təkamülləşdiyini göstərməz. İnsan tarix boyunca həmişə insan olaraq mövcud olmuşdur. Bəzi insanların sahib olduqları pis əxlaq xüsusiyyətləri isə, onlara heyvan atalarından miras qalmamışdır. Pislik hər insanın nəfsində vardır. Ancaq Allahdan qorxub çəkinən, vicdan və ağıl sahibi insanlar, nəfslərindəki pisliklərə deyil, yaxşılıqlara uyarlar. Allah bu həqiqəti Şəms surəsində belə bildirmişdir:
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7- 10)
Yaxşı ilə pisi bir-birindən ayırd etmə, ağıl və vicdan ilə qərar vermə qabiliyyəti isə yalnız insana məxsus xüsusiyyətlərdir. Heç bir uydurma təkamül mexanizmi və ya təsadüf, düşünməkdən, danışmaqdan, iradə və ağıldan məhrum meymunlara insan ruhuna aid bu xüsusiyyətləri qazandıra bilməz.
- Sibley and Ahlquist Journal of Molecular Evolution, sayı 26, səh. 99-121
- Sarich et al., Cladistics, 1989, 5:3-32 lang=EN-US>
- Karen Hopkin, “The Greatest Apes”, New Scientist, 15 may 1999, səh. 27
4. Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books Ltd., 1985, səh. 145