28 avqust 2002-ci il tarixli “Radikal” qəzetində “İnsanın heyvandan fərqi” və “Akşam” qəzetində “3 milyon il əvvəl insan olduq” başlıqları ilə yayımlanan xəbərlərdə, insanlarla meymunlar arasında bir gen fərqi olduğu, bir mutasiya nəticəsində meymunlardakı bir genin itdiyi və bunun insana keçiddə əhəmiyyətli rol oynadığı iddia edildi. Hətta “Radikal” qəzeti bu xəbəri “İnsanı şimpanzelərdən ayıran tək gen tapıldı” şüarıyla verdi. Bu qəzetlər, bəzi elmi tapıntıları tamamilə, səhv şərh edərək, bunları təkamül nəzəriyyəsi lehində elmi irəliləyiş kimi təqdim etdilər.
Aşağıda “Radikal” və “Akşam” qəzetlərinin yanılmaları və bu xəbərdə istinad edilən araşdırmanın həqiqi yönü elmi olaraq açıqlanır.
Təkamülçülər elmi tapıntıları təkamülçü ön mühakimələri ilə qiymətləndirərək insanları yanıldırlar
“Radikal” və “Akşam” qəzetlərindəki yazılara mövzu olan xəbərin əsli belədir: Aparılan araşdırmalarda elm adamları sailic turşu olaraq bilinən şəkər molekulunun (Neu5Ac) və (Neu5Gc) olmaq üzrə iki formasının olduğunu, bu iki forma arasında yalnız bir oksigen atomu fərqi olduğunu, Neu5Gc-in şimpanzelərdə və bütün məməlilərdə olduğunu ancaq, soyu tükənmiş bir insan irqi olan Neandertallarda və müasir insanlarda olmadığını təsbit etmişlər. Təkamülçülər isə, bu məlumatdan yola çıxaraq bir mutasiyanın bu şəkər molekulunu istehsal edən geni yox etdiyini və bunun şimpanzelərlə insanlar arasındakı ilk fərqliləşməyi başlatdığını iddia edirlər.
Əslində burada klassik təkamülçü ön mühakimələrlə edilmiş izahın bir nümunəsi görünür. Təkamülçülər, təkamülün reallaşdığına dair heç bir dəlilləri olmamasına baxmayaraq, elmi tapıntıları təkamülün reallaşdığı ön qəbulu ilə qiymətləndirirlər. Yəni “şimpanzedə olan bir gen insanda yoxdursa, təkamül də mutasiya və təbii seleksiya yolu ilə reallaşdığına görə, deməli, bu gen mutasiya nəticəsində itdi” -deyirlər. Halbuki, bunun üçün heç bir dəlilləri yoxdur, bu, yalnız bir fərziyyədir.
Təkamülçülərin bu genlə əlaqədar iddiaları, təkamül nəzəriyyəsi ilə ziddiyyət təşkil edir
Təkamülçülər şimpanzelərdəki bu genin yox olması ilə şimpanzelərin inkişaf edərək insanlaşmağa başladıqlarını iddia edirlər. Halbuki, insanlarda bu genin əskikliyinin onların xərçəng, QİÇS, qızdırma, qrip kimi xəstəliklərə daha tez yoluxmalarına səbəb olduğu düşünülür. Şimpanzelərin bu cür xəstəliklərə tutulmamalarının səbəbi olaraq bu genə sahib olmaları göstərilir. Yəni bu vəziyyətdə şimpanzelərin sahib olduqları bir üstünlük insanlarda yoxdur. Təkamül nəzəriyyəsi isə, bir orqanizmdə mutasiyalar ilə meydana gələn dəyişikliklərdən canlı üçün üstün olanların təbii seleksiya yolu ilə seçildiyini və bu üstün dəyişikliklərin seçilərək toplanması nəticəsində canlıların təkamülləşdiklərini iddia edir. Ancaq bu vəziyyətdə ortada üstün bir vəziyyət meydana gəlməmişdir, yəni haqqında danışılan mutasiyaya məruz qalan canlı, son dərəcə təhlükəli və ölümcül xəstəliklərə qarşı müdafiəsiz hala gəlmişdir. Əgər təkamül nəzəriyyəsinin iddiası doğrudursa, bu əlverişsiz vəziyyətdə bir canlının həyat səhnəsindən silinməsi qaçınılmazdır. Təkamülçülər isə, şimpanzelərdəki bu gen itkisinin onların inkişaf edərək insan xüsusiyyətləri qazanmasına səbəb olduğunu iddia edərək, öz nəzəriyyələri ilə ziddiyyət təşkil edirlər.
“Radikal” və “Akşam” qəzetlərinin, bir gen fərqinin şimpanzeni insana çevirəcəyinə inanmaları elmi rüsvayçılıqdır!
İnsanlarla şimpanzelər arasındakı anatomik və ya biyokimyəvi fərqliliklər şübhəsiz, bir genin deyil, bir çox genin fərqliliyindən qaynaqlanır. Bu səbəbdən bir geni “insan ilə şimpanze arasındakı fərq” kimi irəli sürmək, təkamül nəzəriyyəsinə inanan bir insan üçün belə son dərəcə dayaz bir yanılmadır. Ancaq maraqlıdır ki, “Radikal” və “Akşam” qəzetləri xəbəri tam da bu yanılma içində təqdim ediblər. Mövzu hər iki qəzetdə də, “insanı şimpanzelərdən ayıran tək gen tapıldı” kimi bir üslubla verilmişdir. Bu da xəbərlərin ciddiliyi mövzusunda olduqca mənfi mənzərə ortaya çıxarır.
Təkamülçülərin ən böyük ümidi insanlarla şimpanzelər arasında çox az gen fərqi olduğu iddiasına dayaq tapmaqdır. Beləliklə, “şimpanzelərlə sahib olduğumuz ortaq əcdad bir neçə mutasiyaya məruz qaldı və bu meymunlar insan oldu” deyə biləcəklər. Ancaq insanla meymun arasındakı fərqliliklərin gen fərqliliyinə bağlı olmadığı açıqdır. İnsan genetik quruluşunun xaricində olan xüsusiyyətlərə sahib, heyvanlardan çox fərqli bir varlıqdır. Bir meymuna hansı mutasiyaya məruz qalırsa qalsın, hansı gen əlavə olunursa olunsun, bu şimpanzenin düşünməsi, anlaması, vicdan sahibi olması, mühakimə yürüdə bilməsi, arxitektura layihələri yaratması, sənət əsərləri meydana gətirməsi, estetikadan, simmetriyadan zövq alması, moda yaratması, kosmik raketlər düzəltməsi, göydələnlər tikməsi, atom mühəndisi olması, beyin əməliyyatları etməsi, özünü meydana gətirən genlərini, hüceyrələrini araşdırması, siyasət aparması, diplomatik əlaqələr qurması, sənaye qurması, dövlətləri idarə etməsi, bəstələr etməsi, ideologiyalar çıxarması, inanc sahibi olması qeyri-mümkündür.
Təkamülçülər hər nə qədər əksini isbat etməyə çalışsalar da, insanlarla heyvanlar arasındakı aşılmaz uçurumu, nə (heç cür tapa bilmədikləri) aralıq-keçid formaları ilə, nə təsadüfən meydana gələn mutasiyalarla, nə də genlərlə bağlaya bilməzlər. İnsanı insan edən sahib olduğu ruhudur. Ruh isə mutasiyalarla, genlərdəki fərqliliklərlə, təbii seleksiya ilə qazanıla bilməz. Ruhu insana verən Allahdır. Elmi tapıntılar, bu təməl ayrı-seçkilik bir tərəfə, insan ilə digər canlılar arasında bioloji bir qohumluq da olmadığını göstərir. “Radikal” və “Akşam” qəzetlərinin elmi təməldən tamamilə məhrum olan təkamülçü yanılmaları isə bu qəzetlərimizin elmi səviyyəsini aşağıya çəkməkdən başqa bir nəticə doğurmur.