Axırzaman, Hz. Mehdi və Hz. İsa

  1. MEHDİ (Ə.S) VƏ YOLDAŞLARINI SEVƏNLƏR VƏ ONLARIN MÜXALİFLƏRİNDƏN UZAQ DAYANANLAR MÜBARƏK İNSANLARDIR

Qeybət Tusi: Fazıldan, İsmail ibn Məhrandan, Əymən ibn Mohrazdan, Rufai ibn Musadan və Müaviyə ibn Vahabdan, Əbu Abdullah Sadiq (ə.s) həzrətlərinin belə söylədiyi nəql edildi:

Allahın elçisi (s.ə.v) dedi:

“Əhli Beytimdən Qaim [Mehdinin] zamanında yaşayanlar nə qədər qismətlidirlər. Onun [Mehdinin] çıxışından əvvəl ona [Mehdiyə] inananlar, [Mehdinin] dostlarını sevənlər və [Mehdinin] düşmənlərindən uzaq dayananlar mübarək olsun. Bu insanlar mənim ən yaxınlarımdırlar və Hesab Günü dostlarım olacaqlar”. (Rufaidən nəql edilən hadisə görə: “Mənə görə Allahın ən hörmətli varlıqları olacaqlar”)

 

ALLAH HZ. MEHDİ (Ə.S) VƏSİLƏSİYLƏ ÇƏTİNLİKLƏRİ QALDIRACAQ

Bazufari Əhməd ibn İdris, o da İbni Kutaibiyə, o da Fazıldan, o da Nasir ibn Muzahimdən, o da Əbu Ləhiyədən, o da Əbu Qabildən, o da Abdullah ibn Əmr İbn Əsdən rəvayət etmişdir.

Peyğəmbərimiz (s.ə.v) Əli İbn Əbu Talibə (ə.s)-ı işarə edərək buyurmuşdur:

“Daha sonra Mehdi doğulacaq ki, onun (Əlinin) soyundan gələcəkdir. Onun [Mehdinin] vasitəsilə Allah yalanları ortadan qaldıracaq. Onun [Mehdinin] vasitəsilə Allah çətinlikləri qaldıracaq, boyunlarınızdan əsarətin utancını qaldıracaq”. (Biharül Envar, səh. 117)

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V), HZ. MEHDİ (Ə.S)-IN TƏLƏBƏLƏRİNDƏN “QARDAŞLARIM” DEYƏ BƏHS ETMİŞDİR

Basair-ud Daracaat: İbni Marufdan, Hamad ibn İsadan, Əbul Caruddan, Əbu Basardan, Əbu Cəfər İmam Sadiq (ə.s)-dan belə nəql etmişdir:… ardı...

 

Qeybəti-Numani:

Əhməd ibn Havzadan Nəhavəndidən Abdullah ibn Hammad Ənsaridən Məhəmməd ibn Cəfərdən İmam Sadiq (ə.s)-ın belə dediyini rəvayət etdilər:

“Qaim (ə.s) zühur edəndə, o (hz. Mehdi (ə.s)) dünyanın hər şəhərinə birini təyin edəcək və ona belə deyəcək: “Əgər başa düşmədiyin və ya necə bir hökm verilməli olduğunu bilmədiyin bir vəziyyətə düşsən, ovucunun içinə bax və orada deyilənə görə hərəkət et …

 

Qeybəti-Numani:

Əhməd ibn Havzadan Nəhavəndidən Abdullah ibn Hammad Ənsaridən Məhəmməd ibn Cəfərdən İmam Sadiq (ə.s)-ın belə dediyini rəvayət etdilər:

“Qaim (ə.s) zühur edəndə, … Konstantiniyyəyə (İstanbula) tələbələrini göndərər. Körfəzə çatanda ayaqları ilə bir şey yazarlar və suyun üzərində yeriyərlər. Konstantiniyyə xalqı belə deyər: Onlar (hz. Mehdi (ə.s) və tələbələri) suyun üzərində yeriyən səhabələrdir, O anda şəhərin (İstanbulun) qapılarını onlar üçün açarlar.

 

Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”

(Qəsas surəsi, 24)

inni      limə    ənzəltə    iləyyə     min      xayrin    fəqir (fəqirun).

111  +   71  +    488   +     51    +    90   +     810   +   390  =  Şəddəli 2011