Adnan Oktar deyir ki

HÖRMƏTLİ ADNAN OKTARIN VAQİƏ SURƏSİ VƏ NİSA SURƏSİNDƏN AYƏ İZAHLARI

 

 

Vaqiə surəsi, 61-ci ayə

Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.

“Sizi bənzərləriniz ilə əvəz etməyə …” Ruh eyni qalır, amma Allah bədəni dəyişdirir, başqa bir bədən inşa edir. “… və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa …” Yəni Allah, yeni inşa etmə şəklini indki elmlə bilməyiniz mümkün deyil deyir. Çünki elmin zəmini dəyişir, yəni fizika, kimya, biologiya qanunları dəyişəcəyi üçün Allah; “Siz dünyada bilməyəcəyinizi axirətdə biləcəksiniz” -deyir. Allah axirətdə bir məntiq yaradır. Məsələn axirətdə ciyərin vəzifəsi budur, ürəyin vəzifəsi budur deyə hər şeyin bir məntiqi olmuş olar.

 

Vaqiə surəsi, 62-ci ayə

 “Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün düşünmürsünüz?”

“Hüceyrənin quruluşunu görürsünüz, xromosomları, vakuolları, mitoxondrini hamısını görürsünüz, sitoplazmanın quruluşunu, virusların quruluşunu, hər şeyi bilirsiniz”. Allah, “Öyüd alıb, düşünüb, dərinliyinə baxıb, Allaha heyran olmağınız lazım deyilmi?” -deyir.

 

Vaqiə surəsi, 63-64-cü ayələr

“Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk?”

Yəni o toxuma o gücü verən Allahdır. Bədiüzzamanın bənzətməsini edək. Məsələn torpağa kiçik bir əncir toxumu atılır. İynə ucu boyda toxumu var. 30 il sonra gəldikdə, 30 metr boyunda ağac olur, ən az 300.000 meyvə… ardı...

 

HÖRMƏTLİ ADNAN OKTARIN NƏBƏ SURƏSİ VƏ MÜRSƏLAT SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Nəbə surəsi, 1-2-ci ayələr

“Onlar nə barədə bir-birindən soruşurlar? O böyük xəbərimi?”

Burada qiyamətə işarə etməklə birlikdə qiyamət əlamətlərinə də işarə olduğu aydın olur. “Onlar nə barədə bir-birindən soruşurlar?Hal-hazırda nəyi soruşuruq? “Qiyamət nə vaxt qopa bilər? Hz. Mehdi (ə.s) gəldimi? Gəldisə haradadır? İsa Məsih (ə.s) gəldimi? Gəldisə haradadır?” davamlı bu suallar gündəmdə tutulur. “O böyük xəbərimi?” İslam Birliyi də böyük xəbərdir, qiyamət də böyük xəbərdir. İsa Məsih (ə.s)-ın enişi də, hz. Mehdi (ə.s)-ın çıxışı da böyük xəbərdir.

 

Nəbə surəsi, 3-cü ayə

“Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar”.

İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s) mövzusunda insanlar ixtilafdadırlar. Bəzisi “Gələcək” -deyir. Bəzisi “Gəlməyəcək” -deyir. Əlamətlərin hamısı çıxmış olmasına baxmayaraq hələ də “Gəlməyəcək” -deyir. Yüzlərlə əlamətin hamısı çıxdısa sən istədiyin qədər “Gəlməyəcək” de. Gözlənilən bir avtomobil vardır, bütün ehtişamıyla gəlir. Görərsən, səsini eşidərsən. İstədiyin qədər “Gəlməyəcək” de. Artıq gəlib.

Allah ayədə: “Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar” –deyir. Bədiüzzaman qiyamətlə əlaqədar, qiyamətin qopması “Yaxındır” -deyir. Amma bəzi kəslər “Qiyamət bir milyon il sonra qopacaq” -deyir. Bir başqası “Üç yüz il sonra qopacaq” -deyir. Əslində hər an qopa bilər.… ardı...

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN SURİYADA YAŞANACAQ HADİSƏLƏRLƏ ƏLAQƏDAR HƏDİSLƏRİ

 

Cabirdən İmam Cəfəri Sadiq; “Mən görə bilməyəcəm, lakin siz o zamanı yaşaya bilsəniz; insanlar arasında anlaşılmazlıqlar, göydən bir çağırış,” Yəni radio və televiziya kanalıyla bir çağırış. “Suriyanın Jabiya bölgəsinin yerə batırılması,” Həqiqətən də Jabiya və Suriya yerlə bir edildi. “Türklərin yarımadaya ayaq basması” Hərhalda Türkiyə bir şəkildə oraya ayaq basmış ki, Peyğəmbərimiz (s.ə.v) hədislərdə belə söyləyir. “O dövrdə bütün dünyada ixtilaflar meydana gələcək. Şam yerlə bir ediləcək. Orada üç bayraq olacaq. Səhabələrin bayrağı” Yəni dindarların bayrağı. “Bekanın sancağı”. Hərhalda bu Beka PKK-dır, onların bayrağıdır anladığım qədəriylə. “… və süfyanın bayrağı”. Yəni Əsəd. Jabiya Suriyanın əhəmiyyətli bir bölgəsidir.

İsmayıl bin Mahramdan, İbni Əmrədən, Harzəmidən nəql edildi; İmamı Cəfəri Sadiqdən belə soruşdum; “Süfyan Şama çıxdıqda nə etməliyik?” Yəni orada nə etməliyik? “İmamı Cəfəri Sadiq belə cavab verdi; Şamın” yəni Suriyanın “5 bölgəsini işğal etdikdə zamanın sahibinə sahib-ul əmrə (Mehdiyə) getməlisiniz”. Hal-hazırda Suriya həqiqətən 5-ə bölündü. Peyğəmbərimiz (s.ə.v): “5” -deyir. Suriya da 5-ə bölündü. Qəzetlərdə də yayımlandı. Peyğəmbərimiz (s.ə.v) eynisiylə söyləyib.

 

QURANDA YOXSUL OLANLARIN, KASIBLARIN QORUNMASIYLA ƏLAQƏDAR YÜZLƏRLƏ AYƏ VAR

 

Haqqə surəsi 34-cü ayə

 

“və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi”.

Yəni yoxsulu yedirməyə, qorumağa dəstəkçi olmazdı. Sırf bu ayə, yoxsulluğu ortadan qaldırmaq… ardı...

 

HÖRMƏTLİ ADNAN OKTARIN HZ. MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR HƏDİS İZAHI

 

İbni Həcər deyir:

“Birincisi, Peyğəmbər (s.ə.v) ümmətini, xüsusilə Əhli Beytini bir çox şeydə müjdələmişdir. Onların hər cür zülm və işgəncələrdən xilas olacaqlarını izah etmişdir”. Demək ki, Əhli Beyt zülm və işgəncə görəcək. Amma “Xilas olacaqlar” -deyir, yəni davam etməyəcək. “Bu da ancaq uzun bir müddət ediləcək olan ədalətə bağlıdır. 7 və ya 9 il kimi qısa bir müddət isə bunun üçün yetərli deyil”. Mehdi (ə.s)-ın dünya hakimiyyəti 7 və ya 9 ildir deyilir

“İkincisi, mehdiyyət eynilə Zülrneyn və Süleyman kimi bütün dünyaya hökm edəcək. Digər ölkələrdə məscidlər, binalar tikdirəcək”. Yəni böyük bir arxitektura sənət inkişaf edəcək. “9 il kimi az bir möhlət edəcəyi cəhd və digər işlərə çatmaz”. Yəni bu səylərə çatmaz.

“Üçüncüsü, onun zamanında ömürlər uzanacaq. Ömürlərin uzanması Mehdi (ə.s)-ın də uzun ömürlü olmasını tələb edir. Əks halda ömürlərin uzanmasının bir mənası qalmaz” -deyir. Yəni, Mehdi (ə.s)-ın ömürü uzun olmazsa, oradakı hədisin bir mənası qalmaz.

“Dördüncüsü, o, Rumlarla 9 illik bir barış razılaşması edəcək”. Yəni müsəlman olmayanlarla barış razılaşması edəcək. “Buna görə, Konstantiniyyədə iqamət edəcək”. Yəni Romada və İstanbulda iqamət edəcək. “Oraya iki dəfə gedişi və gəlişi… ardı...

 

HÖRMƏTLİ ADNAN OKTARIN YUSİF SURƏSİNDƏN AYƏ İZAHLARI

 

 

Yusif surəsi, 21-ci ayə

 

Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”- dedi. Beləliklə, Yusifu yer üzündə yerləşdirdik və ona sözlərin şərhindən (olan bir məlumatı) öyrətdik. Allah, əmrində qalib olandır. Lakin insanların çoxu bunu bilmir.

 

“Onu alan bir misirli”. Ayədə “Misir” olaraq keçir. Min-Mısra deyə keçir. “Arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”- dedi. “Beləliklə, Yusifi yer üzündə yerləşdirdik …” Bu, mehdiyyətin hakimiyyətini izah edən bir ifadədir. “Ona sözlərin şərhindən (olan bir məlumatı) öyrətdik. Allah, əmrində qalib olandır”. Bu cümlənin əbcədi 2014-cü il tarixini verir. “Allah əmrində”. Demək ki, 2014-cü ildə Misirdə bəzi dəyişikliklər olacaq. “Allah, əmrində qalib olandır”. Vallahu Qalibin və Allahu Qalibin. Allah qalib olandır. 2014-cü ildə Allahın qalibiyyəti mövzusu bəhs olacaq inşaAllah, ümid edirik. “… ancaq insanların çoxu bilməzlər”.

 

Yusif surəsi, 22-ci ayə

 

“(Yusif) yetkin çağına çatdıqda Biz ona hökm və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq”.

“Yetkin çağına çatdıqda, özünə hökm və elm verdik”. Yəni hökm etmə verdik. Mehdi (ə.s)-ın hökm etmə xüsusiyyəti var. “…və elm verdik”. Yəni ledün… ardı...