MÜNAFİQDƏ AİLƏ EQOİSTLİYİ VARDIR, YALNIZ ÖZ AİLƏSİNİ ƏSAS TUTAR
İlk növbədə, həyatın bütün sahələrində münafiqlik hərəkətlərinə çox fikir vermək lazımdır. Məsələn, münafiqlik evliliyi çox əhəmiyyətli bir silah kimi görər. Yəni evlilik münafiqliyin sanki qalası kimidir. Müsəlman üçün xoşbəxtlik qaynağıdır. Münafiq üçün isə bir qaladır. Münafiq İslam birliyini əsas tutmaz. Münafiq üçün yalnız öz ailəsi əsasdır. İslamda da, himayədarlıq əsasdır. Yəni bütün müsəlmanları qorumaq əsasdır. Bütün müsəlmanlar ailədir. İslam quruluşunda bütün müsəlmanlar bir ailədir. Yəni ata, oğul, qardaş, ana, bacı kimi bütöv ailədir. Münafiq üçün yalnız öz ailəsi əsasdır. Eqoist bir qurumdur. Yəni, məsələn, faşizmdə milli eqoistlik olur. Yalnız öz irqini üstün tutar. Münafiqdə də, ailə eqoistliyi vardır. Yalnız öz ailəsini əsas tutar, çünki uşaqlarını da, arvadını da, malı kimi görər. Bir də, öz malları da vardır, onunla ərsəyə gətirdiyi sonsuz həyat məntiqi vardır. “Mən ölərəm amma malım uşaqlarıma qalar” -deyər, özünün uşaqlarında yaşayacağını düşünər, buna görə, sonsuzluğa nail olduğunu düşünər. Hər şeyi öz ailəsi arasında edər. Məsələn, Rəsulullah (s.ə.v): “Bütün müsəlmanlara hücum var” -deyir. Uşaqlarımıza, bacılarımıza. “Yaxşı, bəs mənim ailəm necə olacaq?” -deyir adam. “Mən onlara qarşı döyüşə gedərəm, mübarizəyə gedərəm, amma mən ailəmi nə edəcəyəm?” -deyir. “Evim açıqda qaldı” -deyir. “Əsas evimdir” -deyir. Rəsulullah (s.ə.v) deyir: “Bax bütün evləri qurtaracağıq”. O isə: “Mən yalnız öz evimi qurtarmaq istəyirəm” -deyir. Ona görə, məsələn Rəsulullah (s.ə.v) deyir: “Gəl gedək bütün müsəlmanları qurtaraq, qoruma tələbi olaraq hamısına sahib çıxaq”. “Amma bu istidə mən çıxa bilmərəm” -deyir. Çünki o quruluş onu maraqlandırmır, öz quruluşu maraqlandırır.
DİQQƏT YETİRSƏNİZ MÜNAFİQLƏR QİYAMƏTƏ QƏTİ İNANMAZLAR, BACARDIQLARI QƏDƏR İSTƏMƏZLƏR
“Əgər varsa da, orada da, axirətdə də, çox yaxşı olacağımı düşünürəm. Mən qiyamətin olacağını zənn etmirəm” -deyir. Münafiqlərin xüsusiyyətidir. Allah, Quranda bunu, ayə ilə ifadə edir. “Olacağını zənn etmirəm, amma olsa da, orada da, həyatımın yenə bu cür mükəmməl şəkildə olacağını düşünürəm” -deyir.
MÖMİN ALLAHA GÜVƏNƏR VƏ İBADƏT OLARAQ ALLAH ÜÇÜN BÜTÜN MÜSƏLMANLARA GÜVƏNƏR. MÜNAFİQ ALLAHA GÜVƏNƏ BİLMƏZ, AİLƏSİNİN ONU XİLAS EDƏCƏYİNİ DÜŞÜNƏR. BUNA GÖRƏ DƏ İNSTİNKTİV OLARAQ MÜNAFİQLƏRİN ƏSL HƏDƏFİ EVLİLİKDİR
Münafiq Allaha güvənə bilməz. Ölümdən çox qorxduğuna görə, gələcəkdən də qorxduğuna görə, gələcək instinkti ilə, heyvana məxsus qorxu ilə, Allaha güvənməməyin verdiyi ruh halı ilə, ailəsinə güvənər, ailəsi ilə xilas olacağını düşünər. Ərinin onu qurtaracağını, uşağının onu qurtaracağını düşünər. Halbuki, mömin Allaha güvənər, çünki uşaq da ölə bilər, ər də ölə bilər, yaxud, əri üz döndərə bilər, boşana bilər, hər şey ola bilər, elə deyilmi? Yaxud arvadı evdən gedə bilər, ayrıla bilər. Uşaqları adamı tərk edə bilər, hər şey ola bilər. Hətta, bəzən, adamı xəstə yatağında buraxıb tərk edirlər. Xəstə ikən hələ pullarını almaq istəyirlər, yaxud “qoy ölüb getsin” deyirlər. Min cür hal baş verir, bilirsiniz. Amma mömin, Allaha güvənir, ona görə “uşaqlarım məni qurtarar, ailəm məni qurtarar” demir, “Allah məni qurtarar” -deyir və bütün müsəlmanlara güvənir, toplu halda güvənir. Milyonlarla müsəlmana güvənir, yaxud yüzlərlə müsəlmana güvənir, əlbəttə ibadət olaraq Allah üçün edər. Amma münafiq yalnız ailəsinə güvəndiyi üçün, evlilik onlarda dəlilik dərəcəsində olar. Dəlicə instinktiv hədəf olar. Allah, ayədə məhz belə buyurur: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz” tam bir ailə sistemi izah edilir Quranda. Ailənin bütün xüsusiyyətləri izah edilir, bütün əlavə gəlirləri ilə filan hamısı izah edilir.