Adnan Oktar deyir ki

MÜNAFİQ ÇOX AXMAQDIR, AMMA ÖZÜNÜ ÇOX AĞILLI ZƏNN EDƏR, ÖZ AXMAQLIĞINI BAŞA DÜŞMƏYƏCƏK DƏRƏCƏDƏ AĞILSIZDIR

Münafiq özünü ayıq zənn edər. Məsələn, bax, bir çox axmaq münafiqlə qarşılaşırıq, görürsünüz, eşidirsiniz, amma münafiq çox ağıllı olduğu qənaətindədir. Normalda bir insan ağılsızlığını anlamalıdır, elə deyilmi? Bütün cəmiyyət anormallığını anlayır, amma münafiq anlaya bilmir, bu möcüzədir, Allahın hikmətidir, məsələn zəka cəhətdən münafiqlər çox iti bir zəkaya malikdirlər, çox danışqan, hazırcavab olarlar, səlis danışarlar, danışmaqda arsız, murdar olduqları üçün öhdəsindən gəlmək olmaz. Hazırcavablıqları, səlis danışıqları şeytanın təlqini ilə olar, ona görə mömin çox ağıllı, diqqətli bir refleksə sahib olmalıdır, çünki münafiqin dərrakəsində onun vəziyyətində, onun ölçüsündə danışıq olmaz. Bəziləri ağılsızlıq edirlər, münafiqlə eyni həyəcanı, eyni üslubu paylaşırlar və onunla eyni tərzdə qarşılıqlı danışıq üslubuna girirlər, o olmaz. O, müsəlmanın edəcəyi bir şey deyil.

Məsələn, sadə bir yemək münafiqin qəbul edəcəyi bir şey deyil, çox diqqət çəkər. Münafiq çox acgözdür, amma onu müxtəlif bəhanələrlə məqbul hala gətirməyə çalışar. Bax, münafiqlər deyirlər: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et”. Bax “O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasını istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada… ardı...

 

MÜNAFİQLƏRDƏ ŞEYTAN ZƏKASI OLDUĞU ÜÇÜN ŞEYTANİ BİR QABİLİYYƏT MEYDANA GƏLİR. İNGİLİS DƏRİN DÖVLƏTİ DƏ MÜNAFİQLƏRDƏN ŞEYTAN ORDUSU KİMİ İSTİFADƏ EDİR

İngilis dərin dövləti münafiqlərdən hazır ordu kimi istifadə edir. İndi şeytan ordusu olduğu üçün bunların işçiyə ehtiyacı var. Münafiqlərdən də çox var. Şeytan içinə girdiyi üçün o insan metafizik və çox zəki bir varlığa çevrilir. O yöndən çox təhlükəlidir. Məsələn, adam orta zəkalı ikən şeytan onun içinə girəndə şeytanın zəkası hakim olur. Və böyük bir qabiliyyətə sahib olur. Yəni hər hansı bir müsəlmanın öhdəsindən gələ biləcəyi şəkildə olmur. Münafiqdə seriyalı qatil zəkası vardır. Necə ki seriyalı qatillər ələ keçmirlər. Seriyalı qatillər cinayət törədirlər, amma özünü bildirmirlər, elə deyilmi? Məsələn, adam qırx, əlli, yüz qadını öldürür. Seriyalı qatildir, amma şeytana aid zəka olduğu üçün polis heç cür tuta bilmir. Adamı onsuz da tuturlar, gözü teleskop kimi baxır. Ağıl xəstəsi olduğu aydındır. Buna dəli də deyilmir. Çünki şeytanla əməkdaşlıq etdiyi üçün həkim ona diaqnoz qoya bilmir, bunun içinə şeytan girib deyə bilmir, amma dəli də deyə bilmir, çünki dəliyə bənzəmir. Halbuki, içinə şeytanın girdiyini görə bilsə, o yöndə diaqnoz qoyacaq, amma görə bilmir.

 

MÜNAFİQİN RUHUNDA TƏKRAR CİNAYƏT ÇOX MÜHÜMDÜR. ÖZÜNƏ İZAH EDİLƏN MÖVZULARI, ÇOX YAXŞI ANLADIĞI VƏ ŞEYTANİ BİR YADDAŞA SAHİB… ardı...

 

ŞƏHİDLİK ÖLÇÜSÜ DÜNYADAKI HƏYAT ÖLÇÜSÜNDƏN DAHA AYDIN VƏ DAHA DƏQİQ BİR HƏYAT ÖLÇÜSÜDÜR

Allah ayədə “Şəhidlər hələ özlərinə qoşulmayanlara heç bir qorxu olmayacağını və heç qəmli olmayacaqlarının müjdəsini vermək istəyərlər” buyurur.

Bəli, şəhidlik bir həyat ölçüsüdür. Bu həyat ölçüsündən daha aydın, daha dəqiq bir həyat ölçüsüdür. Biz dünya həyatı ölçüsündəyik, bu imtahanlı həyat ölçüsüdür. O da imtahanlıdır, amma yalnız müsbət imtahan var. Yəni mənfi imtahan yoxdur. O cəhətdən son dərəcə rahatdır. Hər şey müsbət olur, amma əlbəttə ki, şəhidlər də orada vəfat edəcəklər. Yəni Əzrail (ə.s)-la qarşılaşacaqlar. Qiyamətə qədər gözləyirlər. Qiyamət vaxtı hamısının canı alınacaq. Hələ canları alınmadı. Allah Qatında diridirlər, İsa Məsih necə diridirsə, onlar da diridir.

Ali-İmran surəsi, 170; Şeytandan Allaha sığınıram. Bax, “Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinirlər”. Nemətlərin nə olduğunu artıq düşünün. Bax, sevinc. Dünyada nə var? Hüzn də olur, qorxu da olur, narahatçılıq da olur. Hər şey olur. Onların hiss etdiyi nədir? Yalnız sevinc. “Onlara arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər”. Qorxacaqları heç bir şey olmur, qəmli də olmurlar deyir. Mən öldüm deyə bilmir, çünki ölmədiyindən əmindir. Getdiyi yer çox rahatdır, gözəldir, amma şüurda dəyişiklik olduğu üçün hüzn də gedir, hüznü bilmir. Bir də… ardı...

 

MÜNAFİQ FİKİR OĞRUSUDUR. HƏR FİKİRİN ÖZÜNƏ AİD OLDUĞUNU İDDİA EDƏR. ÇOX SAXTAKARDIR

Münafiqlərə çox diqqət yetirmək lazımdır, bax, İranda həmişə münafiqlərdən istifadə edildi, Türkiyədə münafiqlərdən istifadə edilir. Münafiqlər fikir oğrusudur, məsələn, biri bir fikir irəli sürər, “O mənim fikirim idi” -deyər. Bir şey olar, “Bax, bunları mən düşünmüşdüm, əvvəldən anlamışdım, əvvəldən görmüşdüm” -deyər. Halbuki, münafiq yolunda gedə bilməz, çox ağılsızdır. Şeytan zəkası vardır, amma ağlı çox qıtdır. Hər şeyə öz adına sahib çıxar. Məsələn, dənizdə bir gəmi gedər, “bu mənim gəmimdir” -deyər. Əksini isbat edənə halal olsun, yəni dəlidir. Münafiq zır dəlidir. Məsələn, yolda ard-arda yük maşınları gedir, “Ooo” –deyir. “Bizim yük maşınları gecikdi, o biriləri də gəlsəydi” -deyir. “Dördü keçdi, amma beşincisi harada qaldı” -deyir. Münafiqlər çox saxtakardırlar. Məsələn, biri bir fikir söyləyər, bir şey düşünüb bir ay sonra ortaya çıxar “mən yeni bir fikir tapdım, yeni bir düşüncə tapdım, baxın, mənim fikirim budur” -deyər. Məsələn, biri bir yerdə bir yazı yazar, on gün sonra baxarsan eyni yazını başqa bir yerdə çıxarıb mənim fikirimdir deyə izah edər. Münafiqdə həm fikir oğurluğu vardır, həm mal oğurluğu vardır. Yəni zır dəlidir və üzsüzdür. Məsələn, oradakı yazını  göstərsələr, “o əvvəldən mənim yanımda danışırdı, məndən eşitmiş ola bilər” -deyər, zır dəlidir, yalan… ardı...

 

MÜNAFİQLƏRİN RƏFTARINDA MÜVƏQQƏTİ YAXŞILAŞMA GÖRÜNƏ BİLƏR, BUNDAN QƏFLƏTƏ DÜŞMƏMƏK LAZIMDIR. MÜNAFİQ ÇOX KİNLİDİR, ƏXLAQI ÇOX PİSDİR, QƏFİLDƏN HÜCUM EDƏR

Münafiqin rəftarında müvəqqəti yaxşılaşmalar görünə bilər. Müsəlman bundan bəzən qəflətə düşər. Buna çox diqqət yetirmək lazımdır. Münafiq tərs və azğındır. Çox kinlidir, unutmaz, əxlaqı çox pisdir, fürsətçidir. Əxlaqsızlığı da tam mənası ilə şeytan cəldliyi göstərir, yəni ani və iti hücumlar edər. Normalda bir insanın ağlına o qədər ardıcıl əxlaqsızlıq etmək gəlməz, amma münafiq ard-arda çox ardıcıl əxlaqsızlıq edər. Oradan şeytanın ruhuna girdiyini anlamaq olar. Normal bir müsəlman düşünər, araşdırar sonra hərəkət edər. Münafiqdə saniyə hesabı ilə şeytan hərəkətə keçər. Çox ardıcıl əxlaqsızlıqlar edər.

Münafiqlər məşhur şəxslərlə tanış olub əhatəsini genişləndirmək mövzusunda çox həvəslidirlər. Ona görə müsəlmanlara yaxınlıq edərək və o yolla küfrlə əlaqə qurmağa çalışarlar. Əhatəsini genişləndirmək münafiq üçün çox həyatidir. Bakteriya kim genişlənmək istəyər.

 

MÜNAFİQ ÇOX TƏNBƏLDİR, ÖZÜ OTURUB MÜSƏLMANLARI İŞLƏTMƏK İSTƏYƏR. BELƏLİKLƏ HƏM MÜSƏLMANLARIN VAXTINI ALAR, HƏM DƏ DAVAMLI TƏLƏB EDƏRLƏR

Münafiq çox tənbəldir. Yerindən qalxmağa, bir şey axtarmağa tənbəllik edər. Həmişə müxtəlif səbəblərlə müsəlmanlardan istifadə etmək istəyər. Məsələn, tənbəlliyindən döyüşə çıxmaq istəmir. Və yaxud “mən bacara bilmərəm” -deyir. “Döyüşməyi bilsəm gələrdim” -deyir. Allah ona görə bunlara ayədə “oturanlarla birlikdə oturun” -deyir. Bunlar həmişə oturan dəstədirlər. Oturduğu yerdən… ardı...