Adnan Oktar deyir ki

İSTƏR XRİSTİAN, İSTƏRSƏ DƏ YƏHUDİ OLSUN HƏR KƏS BÜTÜN PEYĞƏMBƏRLƏRƏ İMAN ETMƏLİDİR

Allahın Rəsulu (s.ə.v) haqq Peyğəmbərdir. Bir xristian hz. İsa Məsih (ə.s)-a inanacaq. Allahın birliyinə inanmaq şərti ilə İncilə uya bilər. Lakin Rəsulullah (s.ə.v)-ə yalançı desə, küfrə girər. Bir yəhudi Tövrata uya bilər, Tövrata görə yaşaya bilər, amma Allahın Rəsulu (s.ə.v)-ə yalançı desə, küfrə girər, küfr içində olar. Yalançı deyə bilməz. Nə deyəcək? “Bu insan yalançı deyil” deyəcək. Yəni ən az belə deyə bilər. “Bu insanın yalançı olduğunu iddia edənləri qəbul etmirik” deyəcək.

Nisa surəsi 150: “Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib:” məsələn, onu qəbul edirəm, bunu qəbul etmirəm deyən, ““Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!” – deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər” (Nisa surəsi, 150)-də. Şeytandan Allaha sığınaram, Allah: “məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. (Nisa surəsi, 151) -deyir. Onun üçün Peyğəmbərimiz (s.ə.v)-i da qəbul edəcək. Məsələn, hz. İsa Məsih (ə.s)-ı qəbul etmir və yaxud “mən musəviyəm” deyir. Hz. İsa Məsih (ə.s) peyğəmbərdir, qəbul etməlisən. Qəbul etməsən, musəvi ola bilməzsən. Hz. Məhəmməd (s.ə.v)-i də qəbul etməlisən. Amma üçləmə inancını qəbul etmə. Amma bax, müsəlman hz. İsa Məsih (ə.s)-ın Qüdsi Peyğəmbər olduğunu qəbul edirsə, sən… ardı...

 

QURANDA ƏN ƏHƏMİYYƏTLİ MÖVZU MÜNAFİQLƏRLƏ ELMİ MÜBARİZƏDİR

Quranda ən əhəmiyyətli mövzu küfrlə mübarizə deyil, münafiqlə mübarizədir. Küfr açıqdır, sarihdir. Yəni hədəfini açıq müəyyən edər. Özünü də açıq müəyyən edər. Mübarizə metodu da açıqdır. Amma münafiq elə deyil. Münafiq çox namərddir. Müsəlmanların içərisində şeytani bir zəka ilə çox incə fırıldaqçılıqla ayrılmamaq şərti ilə mübarizə aparar. Amma Qurandakı ifadəsi ilə əlbəttə, münafiqin bütün taktikası həmişə müsəlmanların içində olmaz. Münafiq ikinci mərhələsində ayrılma mərhələsinə girər. Ayrılmasında məqsəd də “bax, mən gedirəm, siz də gedə bilərsiniz. Getdikdə heç bir şey olmur görürsünüz. Bir bəla da olmur, başqa bir şey də olmur, Allah bir dərd vermir, heç bir şey olmaz”. Bu səbəbdən etdiyi şey “ardı gəlsin” mənasındadır. Lakin münafiqin içi də rahatlamaz. Yəni ardının gəlməsinin mümkün olub olmadığı ilə də maraqlanar. Onun üçün ayədə “bədəvilərin” yəni necə deyək bu dövrə görə, “məlumatı az olan insanların yəni az oxuyan, az araşdıran insanların içərisindən sizi izləyərlər” -deyir. Yəni nə edirlər görəsən, nə edirlər, ayrılan olurmu, bəla gəlirmi, bir dərd gəldimi? “Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənirlər”. (Ali- İmran surəsi, 120) Yəni “əziyyət çəkərlər, iztirab çəkərlər” -deyir. Şəxsən özü tətbiq edərək camaat, yaxud müsəlmanların birliyi nədirsə, Peyğəmbər… ardı...

 

MÜNAFİQDƏ DƏLİ CƏSARƏTİ VARDIR. MÜNAFİQ CƏSARƏTİ TARİXİN ƏN MURDAR, ƏN ÇİRKLİ, ƏN AXMAQ CƏSARƏTİDİR

Münafiq mövzusu çox həyatidir. Münafiq öz aləmindədir, müsəlmanların etdiyi fəaliyyətlər, çalışmalar münafiqi heç maraqlandırmaz. O, yeməsi, içməsi, yatması, əylənməsi, söhbətləri, öz dünyası ilə maraqlanar. Yəni ortada yeyib kənarda gəzər, kənardan izləyər. Müsəlmanların çəkdiyi əziyyətlər onu heç maraqlandırmaz. Məsələn, Samiri müsəlmanlar oradan çıxıb, Misirdən Kənan elinə doğru gəlirlər. Çox çətin bir səfərdir. Adamın vecinə belə deyil. O rüsvayçılığın, düzəldəcəyi heykəlin dərdindədir. Müsəlmanları necə azdıracaq? Adamın mövzusuna bax. Tövrat oxuyub məlumatını artırıb alçaqlıqdan imtina etmək yerinə, orada oturub buzov heykəli düzəltmək dərdindədir. Müsəlmanların pulunu da ona xərclədir, imkanını da ona xərclədir. Boş danışıqlarla, boş izahlarla müsəlmanları haqq yoldan azdırmağa çalışır. Müsəlmanlar nə edir? Misirdə çox çətin vəziyyətdədirlər. Döyülürlər, söyülürlər, alçaldılırlar, ibadət edə bilmirlər, Allahı zikr edə bilmirlər. Hz.Musa (ə.s) Allahı zikr edəcəkləri şəkildə, ibadət edəcəkləri şəkildə, rahat yaşayacaqları şəkildə onları səhraya, Kənan elinə doğru aparır. Getdin Allaha şükr et, çadırları qur, ibadət et. Allah yemək də göndərir, imkanın da var, hüzur içində yaşa. Yox, mütləq əxlaqsızlıq edəcək. Buzovla, qızıl buzovla sənin nə işin var? Müsəlmanlara dünya qədər qızıl gətirtdirir. Halbuki, müsəlmanlar onunla yemək, paltar və s. də ala bilərdilər, yanlarında bir çox vəsait də gətirə bilərdilər. Pullarını qızıla… ardı...

 

ZƏR ALƏMİNDƏ BÜTÜN İNSANLAR HZ. ADƏM VƏ BÜTÜN PEYĞƏMBƏRLƏR QÜSURSUZ TAM İNSANLAR OLARAQ VAR VƏ ALLAHA SÖZ VERİRLƏR. KAİNAT SONRA YARADILIR

Biz zər aləmində insan olaraq mükəmməl yaradıldıq. Qaş, göz, ağız, burun, qollar, bədən mükəmməldir. Peyğəmbərlər peyğəmbərlik vəzifəsi ilə yaradıldı. Peyğəmbərlər yəni mövqeləri verilmişdir. Hər kəs oradadır, Mehdi (ə.s) da oradadır, İsa Məsih, hər kəs orada Allahın qarşısındadırlar, çılpaq deyil, gözəl cənnət paltarları üstlərindədir. Allah Rəbbimiz soruşur: “Mən sizin Rəbbinizəmmi?” “Bəli, ya Rəbb” deyirlər “sən bizim Rəbbimizsən”. “Rabbiküm, Rəbbimizsən” -deyirlər. Allah Mehdi (ə.s)-dan soruşur: “Çox əziyyət çəkəcəksən, acı çəkəcəksən, buna baxmayaraq vəzifəni icra edəcəksənmi?” “Ya Rəbb, sevərək, eşqlə vəzifəmi icra edəcəyəm” -deyir. Peyğəmbərindən soruşur, Quran ayəsidir; “biri gələcək” -deyir. “Amma bu kitablı peyğəmbər olmayacaq” -deyir. “Bir elçi, təbliğçi gəldiyində bu adama kömək edəcəksənmi?” -deyir. Peyğəmbərimiz (s.ə.v) Allaha and içir kömək edəcəyəm deyir. İsa Məsihdən soruşur bax “sənə birini gətirəcəyəm, amma bu adamın kitabı olmayacaq, bu gələn adama kömək edəcəksənmi?” -deyir. “Edəcəyəm, Ya Rəbb, kömək edəcəyəm and içirəm” -deyir. Allah Musa (ə.s)-dan soruşur: O da and içir. Nuh (ə.s)-dan soruşur, and içir. Zər aləmində bütün insanlar yaradılmışdırmı? Mükəmməl qüsursuz, Peyğəmbər artıq, hz. Məhəmməd (s.ə.v) eyni görünüşü ilə, hz. İbrahim (ə.s) eyni görünüşü ilə, Mehdi (ə.s) eyni görünüşü ilə paltarlıdır, çünki peyğəmbərləri… ardı...

 

“İNSANLIQ” ADI ALTINDA TƏQDİM EDİLƏN FƏLSƏFƏ DƏ İNGİLİS DƏRİN DÖVLƏTİNİN FİRON DÖVRÜNDƏN ÖYRƏNDİYİ BİR DİNDİR

İngilis dərin dövlətinin bir inancı, bir dini vardır. Buna “humanizm” deyilir, yəni digər adı “insanlıq”. Bu bir dindir, humanizm bir dindir. İngilis dərin dövlətinin yaratdığı bir dindir. Bunları Firon da müdafiə etmişdir, Nəmrud da müdafiə etmişdir. Bütün dəccalların müdafiə etdiyi bir dindir. Yəni dəccallar bu dinin qaydalarını ortaya qoyur. İndi “insanlıq” deyir “nədir” deyə soruşduqda, Firon: “Mənə görə insanlıq, məsələn, Fironun Allah olduğunu qəbul etməkdir”. Başqa? “Bütün Misirin mülkünün ona aid olduğunu bilmək, soğan yemək, sarımsaq yemək” sonra “bütün gücü ilə çalışmaq, Firona xidmət etmək və xalqı hissələrə ayırmaqdır”. Fironun xüsusiyyəti xalqı hissələrə ayırması idi, Quranda bu ifadə edilir. “Xalqı hissələrə ayırar” deyir növ-növ qruplara ayırır, xalqı bölüb-parçalayır. Və xalqı alçaldır, hörmətdən salır, adam yerinə qoymur. “Siz cahilsiniz, mədəniyyətsizsiniz, kəndlisiniz, sadəsiniz, ağılsızsınız, mən sizdən ucayam və böyüyəm” -deyir. İngilis dərin dövlətinin etdiyi nədir? Eynisi. Fironun etdiyi nədir? Eynisi. İngilis dərin dövləti nə edir? İnsanları parçalayır bölür ondan sonra yox etməyə çalışır. Firon nə edirdi? İnsanları bölüb parçalayıb ondan sonra yox etməyə çalışırdı. Məsələn, Böyük Orta Şərq layihəsi tam Fironun layihəsidir. Böl-parçala-yox et. Firon da eynisini edirdi, bölüb parçalayıb yox edirdi. Quranda o parçalama xüsusiyyəti Fironun… ardı...