Adnan Oktar deyir ki
İNSAN AĞLI 100 MÖCÜZƏNİ EYNİ ANDA DÜŞÜNƏ BİLSƏ MƏNƏVİ CƏHƏTDƏN SANKİ SƏRXOŞ OLAR. ALLAHIN SƏNƏTİ ÇOX SARSIDICI VƏ ÇOX SEVİNDİRİCİDİR
Əlbəttə insanın beyni Allah tərəfindən müəyyən bir tutuma görə yaradılmışdır. Əgər beynimiz, bütün möcüzələr olmasa da, fərz edək yüz möcüzəni eyni vaxtda düşünə bilsə, mənəvi cəhətdən sanki sərxoş olarıq. Amma insanın ən zəif yeri unutqalıqdır deyilir. Allahın bizə verdiyi bir xüsusiyyət də, insanın çox tez unutmağıdır, yəni insanın unutqan olmasıdır. Unutmasaq, Allahın sənətləri çox sarsıdıcı və çox sevindiricidir. Məsələn, yolda gəlirəm, yol boyunca pişiklər olur, həmişə belə isti asfalta uzanıb yatırlar, çox rahatdırlar. O seçdikləri yerlər əslində ən məqsədəuyğun yeyərlərdir. Yəni günəşin ən yaxşı düşdüyü sahə, ən quru, onları narahat etməyən yerlərdir. “Orada yaşıllıqlar var, otların içinə yatsa idi, görəsən niyə yatmırlar?”-dedim. Həqiqətən otun içində yatmırlar, orada nəmlik olur, böcək filan olur, yəni quru yerləri daha çox seçirlər, çox ağıllıdırlar. Onların seçdikləri yerlər insan üçün də, əslində ən yaxşı yerlər olar. İnsanların yaşamağı üçün də, ən yaxşı yerlərdir. Onlar riskli yerləri dərhal təsbit edərlər. Məsələn, riskli bir yeməyi yeməzlər, pis bir yemək olanda yemirlər. İsti olanda da heç vaxt yaxınlaşmırlar, soyuq olanda da yaxınlaşmırlar, zəhərlidirsə dərhal hiss edər, ona da yaxın gəlməz. Əgər toksik və yaxud xarab bir yeməkdirsə yaxın… ardı...
ŞƏHİDLƏRİN OLDUĞU ALƏMDƏ FASİLƏSİZ SEVİNC VAR, QORXU VƏ QƏM-QÜSSƏ YOXDUR
Ali imran surəsi 169, 170. Şeytandan Allaha sığınaram: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər, onlara Rəbbi yanında ruzi verilir”. (Ali İmran surəsi, 169) Məsələn yemək də, yeyirlər. “Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir”, yəni fasiləsiz sevinc var və qəm-qüssə yoxdur. “… arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər. (Ali İmran surəsi, 170) Dünyadan fərqli olaraq orada qorxu yoxdur. Məsələn, qəm hissi də, yoxdur. O aləmin xüsusiyyətində, kədərlənmək, qəmlənmək hissi yoxdur. Məsələn, hz. İsa Məsih (ə.s)-ın olduğu aləm də elədir. Mələklərlə birlikdə hz. İsa Məsih (ə.s) namaz qılır. Allah “ondan uzaqlaşmazlar” –deyir. “Məsih və itaətkar mələklər, yaxınlaşdırılmış mələklər Allaha ibadət etməkdən uzaqlaşmazlar, yəni onu qürur hesab edərlər, gözəllik bilərlər”-deyir. Baxın, bu, məhz hz. İsa Məsih (ə.s) üçün deyilir. Çünki, “Peyğəmbərimiz (s.ə.v) mələklərlə namaz qılırdı” demir Allah. Yalnız hz. İsa Məsih (ə.s) üçün var namaz qılmaq. Çünki namaz vəfat edəndə keçərsiz olur, şəriətlə məsul olmursan, amma hz. İsa (ə.s) şəriətlə məsuldur. Yəni namaz qılmaqla mükəlləfdir. Halbuki vəfat etmişdir “teveffeni” Allah Qatına alınmışdır. Amma fiziki cəhətdən də ölmədiyi üçün, bədəni qaldığı üçün şəriətlə mükəlləf olur. Orada mələklərlə birlikdə namaz qılır.
BƏZİ İNSANLARDA DƏRİN İMAN OLMAZ. ANCAQ QƏTİ İMAN İLƏ O ADAM STABİL HALA GƏLƏR VƏ ANCAQ O ZAMAN ALLAH QORXUSUNA SAHİB OLAR, TƏVƏKKÜLLÜ OLAR
İnsan Allaha düşünmə qabiliyyətini artırması üçün dua etməlidir. Allahın dəlillərini görmə gücünü artırmaq və layiqincə təqdir etmək lazımdır. Dünyada ən böyük nemət güclü imandır. Səmimi, aydın iman. Aydın, kəskin. Tam olmayan iman dünyada həmişə köhnə ənənə kimi yaşanmışdır. Natamam imanın olmasının mənşəyi çox qədimdir, ta hz. Adəm (ə.s) dövründən başlayır. Yəni, insanların beynində çox vaxt qəti qərar olmur. O qəti imanı Allahdan istəmək lazımdır, dəqiq, kəskin imanı. Onda, şəxs tam normal, stabil, tutarlı olar. Çox sağlam olar. Təvəkkülü tam olar, güclü Allah qorxusuna sahib olar.
Uşaqlıqdan etibarən insanları Allahdan uzaqlaşdırırlar. Ailələrdə ancaq “Pomidor aldınmı, bibər gəldimi, atanız saat neçədə gələcək?” kimi sözlər danışılır. Allahdan heç bir kəlimə də bəhs olunmur. “Uşaq məktəbdən qayıtdımı? Oğlum, dərslərini yerinə yetirdinmi?” kimi söhbətlər edilir. Halbuki bütün sistem Allaha əsasən qurulmalıdır. Bütün diqqət Allaha yönəldilməlidir. Allahdan başqa hər şeyə diqqət verilir. Çox qədim tarixlərdən bəri belədir. İnsanların şüur altı bu cür doldurulub, yəni bu cür məlumatlar təhkim edilib. Buna qarşı müqavimət göstərmək lazımdır. Səmimi möminlər bu, şüuraltına yeridilən düşüncəyə qarşı müqavimət göstərməlidirlər, bunu qəbul etməməlidirlər. Heç normal görməsinlər. Allahdan başqa heç… ardı...
ALLAH HƏR MÜSBƏT GÜCÜN QARŞISINDA BİR MƏNFİ GÜC QURAR. DƏRİN DÖVLƏTLƏR PEYĞƏMBƏRLƏRİN ÇIXDIĞI DÖVRLƏRİN MƏNFİ GÜCÜDÜR
Qədimdən İngilis dərin dövləti istədiyi kimi kefini davam etdirirdi. İki yüz il özünü gizlətməyi bacardı. Hətta, üç yüz il özünü gizlətdi. Belə böyük bir quruluşun, belə dünya dərin dövlət quruluşunun özünü gizlətməsi və heç vaxt zəifləməməsi böyük bacarıqdır. İlk dəfədir ki, tarixində belə rəzil-rüsvay olur. İngilis dərin dövləti üç yüz illik tarixində ilk dəfə rəzil-rüsvay olur. Dərin dövlət olmasa nə olardı? İngilis dərin dövləti olmasa nə olardı? Mehdiyət olmazdı. İslam dünyaya hakim olmazdı. Çox güclü ətalət, qəflət olardı. Ənənəvi İslam anlayışı davam edərdi. Çox əzab-əziyyət içərisində davam edərdi. Məhz təməl dəyişiklikləri Allah belə edir. Dərin dövlət meydana gətirir. Hz. Musa (ə.s)-ı çıxaracağı vaxt, əvvəl Firon dərin dövlətini qurdurur. Məsələn hz. İbrahim (ə.s)-ı çıxaracağı vaxt Nəmrud dərin dövlətini qurdurur. Hz. İsa Məsih (ə.s)-ı çıxacağı vaxt Sezər Roma dərin dövlətini qurdurur. Rəsulullah (s.ə.v)-in dövründə də var idi Roma dərin dövləti. İndi Roma Londona köçüb. Dünya dərin dövlətinin mərkəzidir. Qədimdən həqiqətən Romada idi. Dərin dövlət oradan idarə olunurdu. İndi Londona köçüblər. Nəyə yarıyar? Mehdi (ə.s)-ın zühuruna yarıyar. İsa Məsihin çıxışına yarıyacaq. Allahın bunlara heç ehtiyacı yoxdur. Allah üçün dərin dövlətin heç bir dəyəri yoxdur. Çox fövqəladə bir… ardı...
ƏLİ: “TÜRK COŞANDA MEHDİ (ə.s)-ın ZÜHURUNU GÖZLƏ”.
Hz. Əli (r.ə) bir şeirində belə deyir: “Türk coşanda Mehdi (ə.s)-ın zühurunu gözlə”. Niyə bunu deyir? Türkiyədən çıxacağı üçün deyir. Yoxsa niyə “Türk” desin? Əfqan var, Ərəb var, Çərkəz var, Fars var. Hər kəs var. Amma baxın “Türk coşanda Mehdi (ə.s)-ın zühurunu gözlə” -deyir. Deməli, Türkiyədə bir coşma hadisəsi olacaq. Bir canlanma olacaq.
RUH BEYİNƏ GƏLƏN ELEKTRİK AXINI İLƏ ƏLAQƏDƏ OLMAZ. BİRBAŞA ALLAH QATINDAN GƏLƏN GÖRÜNTÜ İLƏ ƏLAQƏDƏ OLAR
Sazları Allah bir nemət olaraq yaratmışdır. Sazdan çıxan səs Allahın yaratdığı səsdir. Əslində sazdan səs çıxmaz. Sazdan titrəyiş çıxar. Qulağa gələr, kar olan qulağa, o da həmin titrəyişi qəbul edər. Ruh qarşısına keçər, onu gözəl bir musiqi olaraq dinləyər. Musiqi tamamilə müstəqil yaradılır, titrəyişdən musiqi çıxmaz. Titrəyiş heç bir şey əmələ gətirməz və ruh da titrəyişdən heç təsirlənməz. Ruh musiqini birbaşa Allahdan eşidər. Allahın yaratdığı musiqini eşidər. Yəni titrəyiş ruhun əlaqədə olacağı bir şey deyil, ruhun buna heç ehtiyacı da yoxdur. Ruhun xüsusiyyəti baxımından titrəyiş onu maraqlandıran bir şey deyil. Beynə gələn görüntü ilə əlaqədar elektrik axını da ruhu maraqlandırmaz. O, elektrik axını ilə heç əlaqədə olmaz. Ruh birbaşa Allah Qatından gələn görüntü ilə əlaqədə olar. Oradakı elektrik axınını nə edəcək ki?… ardı...