ALLAH İMTAHANI HƏMİŞƏ MƏQBUL SƏVİYYƏDƏ YARADIR. PEYĞƏMBƏRİMİZ BİR ÇOX DÖYÜŞƏ GEDƏRDİ AMMA HEÇ VAXT CİDDİ YARALANMAZDI
Allah möminləri məqbul səviyyədə imtahan edir, məsələn, Allah Rəsulullah (s.ə.v)-in yaralanmağına heç izin vermədi. İstəsə idi edərdi. Müharibə mühiti var idi. Çox döyüşlərə, müharibələrə getdi. Allah səhabələrin yaralanmasını nəsib edirdi. Məsələn, burun sınırdı, çənəsi, qolu, ayağı sınırdı, qopurdu. Amma Rəsulullah (s.ə.v)-in yaralanmağına icazə vermədi Allah. İmtahanı digər tərəfdən ağır olduğu üçün, Allah tarazlıqda tutur. Bir də, etibarının zədələnməməsi cəhətdən icazə vermədi Allah, çünki möminlərdə büdrəmə yarana bilərdi. Məsələn qolu qopsa, ayağı sınsa yaxud, çənəsi çıxsa büdrəmə yarana bilərdi. Allahın incəliyinə diqqət yetirin, gözəlliyinə baxın, yaralanmağına izn vermədi. Bütün döyüşlərdə iştirak etdiyinə baxmayaraq, nə bir ox, nə bir nizə, nə başqa bir şeyə, heç bir silaha tuş gəlmədi. Qılınc da, dəymədi. Təkcə bu mübarək ön dişi sındı, kəsici dişləri ilə azı dişinin arasındakı dişi sındı. Bir dişi sındı vəssalam. Ondan başqa heç yara almadı Allaha şükür. İmtahanı Allah tam nizamında yaradır. Məsələn, Allah istəsə şəhid də edərdi və ya daha gənc ikən şəhid edə bilərdi, amma şəhid etmədi. Bu çox böyük möcüzədir. Yaralanmamağı möcüzədir, şəhid edilməməsi möcüzədir. Ağır xəstələnmədi. Böyük bədxassəli şişlər, böyük xəstəliklər, bu cür xəstəliklərə tutulmadı. Dövrün səhabələrində də belə idi. Məsələn, Əbu Bəkir (r.ə) də elə idi, qabaqcıl olduqları üçün, Allah onlara ağır xəstəliklərə, ağır yaralanmalara düçar etmədi. Hz. Ömər (r.ə.) də eyni ilə. Bu, çox böyük möcüzədir. Hz. Əli (r.ə.) də yaralanmamışdı. Hz. Əli (r.ə.)-in o gözəl yaşıl gözləri hərhalda konyunktivit (gözdə bahar fəsli ilə əlaqədar allergiya xəstəliyi) olduğu üçün həmişə qıpqırmızı, allergiya olurdu. Bitkilərin çiçəkləmə dövründə qıpqırmızı olurdu və çox ağrıyıdır. O dövrdə dərman yox idi, allergiya dərmanları heç yox idi. Rəsulullah (s.ə.v) yalnız yumasını söyləyir ki, bu ən yaxşı üsuldur. Günəşə çıxmamağını, istirahət etməyini söyləyir. Amma səhabələrdən ən sevilənlərə də baxın, onlar da nümunə olduqları üçün Allah onlara yaralanmağı nəsib etmədi, yəni böyük zədə, yaralanma. Hər an yaralana bilərdilər, çünki döyüşlərə şəxsən girirdilər. Bilirisiniz ki, hz. Əli (r.ə) öndə döyüşürdü. Rəsulullah (s.ə.v) də elə idi. Məsələn çənələri, burunları, qulaqları, əlləri, biləkləri, ayaqları sınmadı, zədələnmədi. Bunlar möcüzədir. Digər səhabələrdə bunlar çox baş verdi. Həmişə ayağı, qolu, çənəsi, burnu sınan çox olurdu. Gözləri çıxan var idi, məsələn, ox bir tərəfdən girir o biri tərəfdən çıxırdı, iki gözü birdən çıxırdı. Amma təvəkkülləri böyük idi. Onlar, əlbəttə, tarixi olduğu üçün verdikləri cavablar: “Nə deyirsən?”-deyirdilər- “Gözün çıxdı, iki gözün?” “yalnız Rəsulullah (s.ə.v)-i görə bilməyəcəyimə görə çətinlik çəkirəm” -deyirdilər. İki gözü çıxsa da, eyni eşq və şövqlə davam edirlər. Böyük bir imtahandır, əlbəttə, yəni məkanı cənnət olduğu məlumdur. Ona bu cür təvəkkül edirsə, bitdi. Çünki bizim aldığımız savabın yüz min mislini alır onlar. Yüz min misli, iki yüz min mislini alırlar. Çünki, göz çıxması çox mühüm bir şeydir. İki gözü birdən çıxır Allah yolunda. Bu, güclü Allah eşqinin əlamətidir. Əsl eşqin ifadəsidir, əsl dəli aşiqin hərəkətidir. Allah üçün bir sevgidən yaranan çılğınlıq halıdır. Allahın istədiyi də məhz budur. Yoxsa Allah niyə əzab versin. “Sizə əzab vermək Allahın nəyinə gərəkdir?” (Nisa surəsi, 147) -deyir Allah. Cəhənnəm təhdidinin hamısının səbəbi budur. Cəhənnəmin səbəbi də budur. Allahın cəhənnəmdən xoşlandığına görə, bəyəndiyinə görə deyil. Sırf sevginin yaranmağı üçün cəhənnəmi istəyir. Çünki, Allahın ayədə buyurduğu kimi insan “zalım və cahil” (zeluma və cehula) -dir. Cahil, zalım, səbirsiz, tələskən yaradılır insan. Təvəkkül etməyində problem yaranır. Bunlardan, məhz burada imtahanla səbr edərək, iradə göstərərək xilas oluruq. Allah istəsə, əlbəttə ki, Özünü, bu cür süni sevdirə bilər. Amma belə olmaz. Məsələn, mələklərə sevdirir, əmr edir sevirlər. Amma insanda elə deyil. Allah, insana, Allahsız ola biləcəyi dəlillər də, Allaha inanacağı dəlillər də, təqdim edir. Əgər yüksək vicdana sahibdirsə Allahın lehinə olan dəlilləri istifadə edib Allahdan yana olur. Əgər imanı zəifdirsə, yəni darvinizmə, materializmə inanır və yaxud yararsız, ağılsız gənclər bir şeylər deyir onlara inanır və yaxud, millətin, bəzi kəslərin, dünyaya dalmağına baxır, o da dünyaya dalır. “Ailəm olacaq, uşağım olacaq, evlər alacağam” -deyir. Uşağı nə edir? Meyitxanada başında gözləyir uşaq, uşaq sənə nə etsin? Uşaq səni sonsuz etməz. Uşağın edəcəyi heç bir şey yoxdur. Uzaqbaşı xəstəxanada can verərkən başında gözləyər. O da, gəlsə.
İNKARÇILARIN MÖMİNLƏRƏ QARŞI GİZLİ VƏ AÇIQ LAĞ ETMƏYİ, ALLAHIN YARATDIĞI XÜSUSİ VƏZİYYƏTLƏRDƏN BİRİDİR
Şeytandan Allaha sığınıram. “Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər”. (Mutəffifin surəsi, 29) Dünyada ən çox rast gəlinən şeydir. Allah yaradır, min illərdir möminlərə qarşı dünya səviyyəsində gülürlər. Küfr belə gülər, fitrət olaraq Allah yaradır. Ədəbsizcə bir mövzu tapıb gülər. “Onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər”. (Mutəffifin surəsi, 30) Yenə küfrdə qaş-göz işarəsi, işarələşmə, eyhamlar, gizli lağ etmələr, guya bildirmədən lağ etmək məşhur bir xüsusiyyətdir. Bu, İngilis dərin dövlətinin adamlarında da var. Lovğa, çaqqal xarakterli insanlarda çox rast gəlinir. “Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə kefləri kök qayıdırdılar”. (Mutəffifin surəsi, 31) Dana böyürtüsü kimi, süni sevincləri olur bunların. Səmimiyyətsiz gülüş, səmimiyyətsiz sevinc anlayışları vardır. Quran buna diqqət çəkir. “Onlar (möminləri) gördükdə: “Doğrusu, bunlar (haqq yoldan) azanlardır!” – deyirdilər”. (Mutəffifin surəsi, 32) Azğın, hiddətli, doğru yolda olmayan; fikirləri, düşüncələri, hər şeyi azğın, anormal adamlar olduğunu hesab edirlər. Küfrün onsuz da, sevgisizlik anlayışında təməl sözlərdir bunlar. Təməl düşüncədir, yəni, müsəlmanı mütləq azğın, səhv yolda, xəstə kimi görərlər. İnandığından deyil, bir şüar kimi, elə görmək istəyərlər. “Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar”. (Mutəffifin surəsi, 33) Allah: “Onların üzərinə vəzifə deyil” -deyir. “Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər”. (Mutəffifin surəsi, 34) Möminlərin bir xüsusiyyəti olaraq Allah axirətdə küfrü onlara həmişə gülünc göstərir, möminləri güldürürlər. “Onlar, taxtlar üstündə baxacaqlar”. (Mutəffifin surəsi, 35) Oturduqları kreslolarda onların halına gülürlər. Allah: “Kafirlər törətdiklərinin cəzasını aldılarmı?” (Mutəffifin surəsi, 36) -deyir. Bu cür lağlağalıq müsəlman üçün imtahan ünsürüdür. Amma müsəlman, əlbəttə belə bir şimpanze ordusu ilə qarşılaşmış kimi, bir mütəxəssis gözü ilə onları qiymətləndirəcək. Yəni küfrdən bir insan əgər əxlaqsızlıq edirsə, Afrikada şimpanzeləri meymunları araşdıran bir elm adamının ağlı ilə, əsəbiləşmədən, çaşmadan onları analiz edərək qiymətləndirməli, baxmalı, düzəltməyə və müalicə etməyə çalışmalıdır.