ZƏR ALƏMİ İNDİ DƏ HƏYATDA OLAN BİR SİSTEMDİR
Zər aləmi, zənn edirlər ki oldu, keçdi, bitdi. Zər aləmi, indi yaşayan paralel kainatdır. İndi bir paralel dünya var, dəqiq var. Quranda bu açıq bir şəkildə izah olunur. Oradan dünyaya daimi göndərmə var, insanlar daim göndərilir.
Paralel kainata Allah Yunis surəsi, 10-da diqqət çəkir. Şeytandan Allaha sığınıram, “Həqiqətən, həmd olsun aləmlərin Rəbbi Allaha”. (Yunis surəsi, 10) Aləmlər. Deməli, bir aləm yoxdur. Məsələn, yenə Ənam surəsi 162-də “De: “Şübhəsiz ki, mənim namazım da, ibadətlərim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (Ənam surəsi, 162) Allah bir çox ayədə aləmlərdən bəhs edir. Məsələn, yenə “Biz sizi cüt yaratdıq” (Nəbə surəsi, 8) -deyir. “Biz hər şeydən iki cüt yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız”. (Zəriyət surəsi, 49) İnsanın bir kopiyası da vardır. O da məhz zər aləmindədir.
QURANDA VƏ PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN HƏDİSLƏRİNDƏ ZƏR ALƏMİ
Talaq surəsi, 12 “Allah, yeddi göyü və yerdən də onların bənzərini yaratdı” bax, “Allah, yeddi göyü və yerdən də onların bənzərini yaratdı” yerin bənzəri olan bir aləm. Allah “Dünya kimi bir aləm daha yaratdım” -deyir, dünyanın eyni bənzəri bir aləm. “Əmr, bunların arasında dayanmadan enər”. Yəni “O dünya ilə bu dünya arasında davamlı Allahın əmri axar, davam edər” -deyir. “Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. Burada izah edilən nədir? Dünyaya bənzəyən bir dünya daha var. Məhz zər aləmi deyilən aləm Quranda Talaq surəsi 12-də keçir. Bax “Allah, yeddi göyü və yerdən də onların bənzərini yaratdı”. “Yerin” bax, “eynisi dünyanın bənzərini yaratdım” -deyir. Allah “Bir aləm daha var” -deyir. “Oradan Allahın əmri davamlı axar” -deyir. Dünyaya oradan davamlı insan göndərilir, doğuş görünüşündə, anadan atadan olmuş görünüşündə o aləmdə, zər aləmində hazır olan insanlar göndərilir. Bax, o aləmi də Allah Quranda izah edir və hədislərdə də izah edilir. İbn-i Abbasın bunları söylədiyi nəql edilir. “Yeddi yer vardır” hədis “hər yerdə sizin Peyğəmbəriniz kimi bir peyğəmbər, Adəm kimi bir Adəm, Nuh kimi bir Nuh, İbrahim kimi bir İbrahim, İsa kimi bir İsa vardır”. Allah Peyğəmbərlərdən söz aldım, zər aləmində bütün peyğəmbərləri sayır. “Bütün peyğəmbərlər oradadır” -deyir. Eyni zamanda dünyadadırlar, peyğəmbərlər o aləmdən göndərilirlər. Bütün insanlar o aləmdən göndərilir. Rəsulullah Əfəndimiz səhabələrin yanına çatanda, onlar səssiz dayanıb danışmırmışlar, Peyğəmbərimiz (səv) “nə üçün danışmırsınız?” –demiş, onlar da “Allah əzzə və cəllənin məxluqatını təfəkkür edirik” -demişlər. Əfəndimiz (s.ə.v) belə buyurur: “Elə edin, Allahın yaratdıqlarını düşünün, Özünü düşünməyin, çünki qərbdə dümağ bir torpaq vardır, onun işıqlıq olan sahəsi, işıqlanmış olan sahəsi günəş gedişi ilə qırx gündür”. Məhz o aləmi izah edir, “sahəsi ağdır” -deyir. Məsələn, bax dünyada yaşıl, mavi üstünlüyü var, orada da ağ rəngin üstünlüyü var. “Orada Allahın yaratdıqları vardır ki, bir göz qırpacaq an belə Allaha əsla üsyan etməzlər”. Zər aləmində hər kəs Allaha itaət etmiş vəziyyətdədir. Bax, o aləmdə heç kim Allaha üsyan etmir. Quranda da onsuz da elə deyir, “Mən sizin Rəbbiniz deyiləmmi?” -deyir. Möminlər nə deyirlər? Hər kəs “sən bizim Rəbbimizsən” -deyirlər. Üsyan yoxdur, hədis ondan bəhs edir. “Onların arasında şeytan varmı?” dediklərində, Peyğəmbərimiz (s.ə.v) deyir: “Onlar şeytanın yaradılıb yaradılmadığını bilməzlər”. “Bunların arasında Adəm (ə.s)-ın uşaqları vardırmı?” dediklərində, “Onlar Adəm (ə.s)-ın yaradılıb, yaradılmadığını bilməzlər”. Adəm (ə.s) onsuz da oradadır, eyni zamanda dünyaya göndərilir.