ZƏR ALƏMİNDƏ BÜTÜN İNSANLAR HZ. ADƏM VƏ BÜTÜN PEYĞƏMBƏRLƏR QÜSURSUZ TAM İNSANLAR OLARAQ VAR VƏ ALLAHA SÖZ VERİRLƏR. KAİNAT SONRA YARADILIR
Biz zər aləmində insan olaraq mükəmməl yaradıldıq. Qaş, göz, ağız, burun, qollar, bədən mükəmməldir. Peyğəmbərlər peyğəmbərlik vəzifəsi ilə yaradıldı. Peyğəmbərlər yəni mövqeləri verilmişdir. Hər kəs oradadır, Mehdi (ə.s) da oradadır, İsa Məsih, hər kəs orada Allahın qarşısındadırlar, çılpaq deyil, gözəl cənnət paltarları üstlərindədir. Allah Rəbbimiz soruşur: “Mən sizin Rəbbinizəmmi?” “Bəli, ya Rəbb” deyirlər “sən bizim Rəbbimizsən”. “Rabbiküm, Rəbbimizsən” -deyirlər. Allah Mehdi (ə.s)-dan soruşur: “Çox əziyyət çəkəcəksən, acı çəkəcəksən, buna baxmayaraq vəzifəni icra edəcəksənmi?” “Ya Rəbb, sevərək, eşqlə vəzifəmi icra edəcəyəm” -deyir. Peyğəmbərindən soruşur, Quran ayəsidir; “biri gələcək” -deyir. “Amma bu kitablı peyğəmbər olmayacaq” -deyir. “Bir elçi, təbliğçi gəldiyində bu adama kömək edəcəksənmi?” -deyir. Peyğəmbərimiz (s.ə.v) Allaha and içir kömək edəcəyəm deyir. İsa Məsihdən soruşur bax “sənə birini gətirəcəyəm, amma bu adamın kitabı olmayacaq, bu gələn adama kömək edəcəksənmi?” -deyir. “Edəcəyəm, Ya Rəbb, kömək edəcəyəm and içirəm” -deyir. Allah Musa (ə.s)-dan soruşur: O da and içir. Nuh (ə.s)-dan soruşur, and içir. Zər aləmində bütün insanlar yaradılmışdırmı? Mükəmməl qüsursuz, Peyğəmbər artıq, hz. Məhəmməd (s.ə.v) eyni görünüşü ilə, hz. İbrahim (ə.s) eyni görünüşü ilə, Mehdi (ə.s) eyni görünüşü ilə paltarlıdır, çünki peyğəmbərləri Allah heç bir zaman çılpaq tutmur nə cənnətdə, nə də zər aləmində paltarlıdır, hamısı yaradılmışdır. Hər kəs oradadır. Dünyada Lenin, Stalin onlar da oradadırlar. Baxın, Mao, hər kəs oradadır, Darvin də oradadır. Allah Darvindən soruşur: “Mən sənin Rəbbinəmmi?” -deyir. “Bəli, ya Rəbb, Rəbbimsən” -deyir. Stalindən soruşur deyir: “Mən sənin Rəbbinəmmi?” “Bəli, Rəbbimsən, ya Rəbb” -deyir. Lenindən soruşur, “Sən Mənim Rəb olduğumu bilirsənmi?” -deyir. “Sənin ilahın olduğumu qəbul edirsənmi?” “Bəli qəbul edirəm, ya Rəbb” -deyir. Sonra yavaş-yavaş Allah bunları ana-ata vasitəsilə dünyaya təqdim etməyə başlayır. Öldürür əvvəl ölürlər, sonra dünyaya təqdim etməyə başlayır, yenidən öldürdükdən sonra dünyaya təqdim edir. Ee? Burada təkamül haradadır? Nə təkamülü, yaradılmışdır. Bütün insanlar daha əvvəl, daha kainat yoxkən, “Bing bang” dediyiniz hadisə daha yoxkən yaradıldı. Burada təkamül haradadır? Allah Adəm (ə.s) ilə Həvva (ə.s)-dan da zər aləmində ikən soruşur: “Mən sizin Rəbbinizəmmi?” “Rəbbimizsən, ya Rəbb” –deyirlər. Onları cənnət rejiminə alır, cənnət ölçüsünə alır. Cənnətdə təkamülün nə işi var? Cənnət bizim bəhs etdiyimiz yerdir, cənnət. Adəm (ə.s) ilə Həvva (ə.s)-ı haradan gətirir? Zər aləmindən cənnətə, cənnətdən dünyaya. Burada təkamül haradadır? Zər aləmində də təkamül yoxdur, cənnətdə də təkamül yoxdur.
Əraf surəsi, 172. “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və:” bax ““Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə onları öz nəfsləri əleyhinə şahid tutmuşdu”. Nəfs nə deməkdir? Bədən, bədən sahibi, bədən, ağıl və iman sahibi bax, görür, eşidir, düşünür, mühakiməsi var, bədən sahibidir. Bax “nəfsləri əleyhinə şahid tutmuşdu” insan olduğu üçün şahid tutulur. ““Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə onları öz nəfsləri əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!” – demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!” – deməyəsiniz”. (Əraf surəsi, 172)
Ali-İmran surəsi, 81. “Bir zaman Allah” şeytandan Allaha sığınıram. “peyğəmbərlərdən”. Kimdən? Peyğəmbərlərdən. Peyğəmbər olaraq oradadırlar. Allah “And olsun” deyir ““Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən” təsdiq edən “bir elçi” bir Mehdi “gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz” – deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi (ağır yükümü) qəbul edirsinizmi?” – demişdi”. Bax, Allah: “ağır bir yük” -deyir, “götürdünüzmü?” Peyğəmbərlər nə deyir? “Onlar: “Razıyıq!” – demişdilər. Allah da: “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam” – demişdir”. “Big Bang”dən əvvəl yəni ilk partlama deyilən “Big Bang”dən əvvəl. Hələ zaman yoxdur, daha məkan yoxdur. Bilirsiniz, “Big Bang” on beş milyard il əvvəl baş verib. Kimlər var? Hz. Məhəmməd (s.ə.v) var, hz. Osman (r.ə), Əli (ə.s) hər kəs oradadır, Mehdi (ə.s) oradadır, İsa Məsih oradadır. Allah Peyğəmbərimiz (s.ə.v)-ə deyir: “Biri gələcək ona kömək edəcəksən”. Peyğəmbərimiz (s.ə.v)-ə kim gəldi? Peyğəmbərimiz (s.ə.v) kimə kömək etdi? Təkcə Mehdi (ə.s)-a kömək edir. Möcüzələri ilə ona kömək edir. İsa Məsih kimə kömək edir? Mehdi (ə.s)-a kömək edir, inşaAllah. İkisi də Allaha söz veriblər.
TÖVRATA GÖRƏ DÜNYA YARADILMAZDAN ƏVVƏL YEDDİ ŞEY YARADILMIŞDIR. BUNLARDAN BİRİ DƏ MOŞİYAHDIR, YƏNİ MEHDİNİN ADIDIR
Yaradılışdan əvvəl hələ kainat yoxdur, zaman məkan yoxdur, bax, Tövratda keçir; “Yaradılışdan əvvəl Uca olan, Müqəddəs olan Allah tərəfindən yeddi şey təyin olunmuşdu, yaradılmışdı. Bir; Tövrat, tövbə, cənnət, cəhənnəm, ərş, müqəddəs məscid və Moşiyah Mehdi”. Bu, harada keçir? (Babil Talmudu 51/A) Babil Talmudunda. “Dünya yaradılmazdan əvvəl” Bu, yenə Tövratda keçir, “yeddi şey yaradılmışdı. Bunlar Tövrat, tövbə, Ədn cənnəti” Tövratda keçir Ədn cənnəti Quranda da var, Tövratda da var, eynilə Ədn cənnəti. “Cəhənnəm, Allahın ərşi, məscid və Moşiyah Mehdinin adıdır”. Adı budur deyə bilinir. Yəhudi alimlər bilirlər. “Kralın adı sonsuza qədər yaşasın, günəş dayandıqca adı var olsun”. (Nedarim 39/b)