“İNSANLIQ” ADI ALTINDA TƏQDİM EDİLƏN FƏLSƏFƏ DƏ İNGİLİS DƏRİN DÖVLƏTİNİN FİRON DÖVRÜNDƏN ÖYRƏNDİYİ BİR DİNDİR

İngilis dərin dövlətinin bir inancı, bir dini vardır. Buna “humanizm” deyilir, yəni digər adı “insanlıq”. Bu bir dindir, humanizm bir dindir. İngilis dərin dövlətinin yaratdığı bir dindir. Bunları Firon da müdafiə etmişdir, Nəmrud da müdafiə etmişdir. Bütün dəccalların müdafiə etdiyi bir dindir. Yəni dəccallar bu dinin qaydalarını ortaya qoyur. İndi “insanlıq” deyir “nədir” deyə soruşduqda, Firon: “Mənə görə insanlıq, məsələn, Fironun Allah olduğunu qəbul etməkdir”. Başqa? “Bütün Misirin mülkünün ona aid olduğunu bilmək, soğan yemək, sarımsaq yemək” sonra “bütün gücü ilə çalışmaq, Firona xidmət etmək və xalqı hissələrə ayırmaqdır”. Fironun xüsusiyyəti xalqı hissələrə ayırması idi, Quranda bu ifadə edilir. “Xalqı hissələrə ayırar” deyir növ-növ qruplara ayırır, xalqı bölüb-parçalayır. Və xalqı alçaldır, hörmətdən salır, adam yerinə qoymur. “Siz cahilsiniz, mədəniyyətsizsiniz, kəndlisiniz, sadəsiniz, ağılsızsınız, mən sizdən ucayam və böyüyəm” -deyir. İngilis dərin dövlətinin etdiyi nədir? Eynisi. Fironun etdiyi nədir? Eynisi. İngilis dərin dövləti nə edir? İnsanları parçalayır bölür ondan sonra yox etməyə çalışır. Firon nə edirdi? İnsanları bölüb parçalayıb ondan sonra yox etməyə çalışırdı. Məsələn, Böyük Orta Şərq layihəsi tam Fironun layihəsidir. Böl-parçala-yox et. Firon da eynisini edirdi, bölüb parçalayıb yox edirdi. Quranda o parçalama xüsusiyyəti Fironun xüsusiyyəti olaraq ayrı bir hökm kimi ayədə keçir. Bu səbəbdən “insanlıq” sözü, məsələn, müsəlman: “Mənə görə insanlıq müsəlmanlıqdır” -deyər, bu tamamdır. Amma Firona görə insanlıq Fironun qanunlarını qəbul etməkdir. Yəni “insanlıq” sözü qapalı bir ifadədir. Bunu hər inanc özünə çəkə bilər. Məsələn, insan olmaq bir kommunistə görə kommunist olmaqdır. Hətta ona adam olmaq deyər. Adam kimi adam olmaq da deyər. İnsan olmaq əsl onların istifadə etdiyidir. Yəni humanizmin istifadə etdiyi silahdır. Amma İngilis dərin dövlətinin dini humanizmdir, yəni insanlıq. Orada qayda yoxdur, homoseksuallara azadlıq, Allahın varlığını inkar, yəni eyni zamanda Rumi düşüncə. Rumilik İslamı kökündən rədd edər, “Bizim yolumuzda müsəlmanlıq yoxdur” -deyir. İnsanlıq-humanizmdə də belədir, yəni müəyyən bir din yoxdur. Rumilik də müəyyən bir din qəbul etmir. Haqq dinləri qəbul etmir. “Mən dinlərin üstündəyəm” -deyir. Humanizm də, insanlıq dini də bütün dinlərin üstündə olur, din qəbul etməz. Müsəlman dindarlığını Allah rizası üçün edər. Və hər yerdə də, hər şeydə dindarlıq hakimdir.

 

AĞAC TORPAQDAN SUYU ÇƏKİR ƏN ÜST BUDAĞA QƏDƏR APARIR, RƏNGLƏRİ MEYDANA GƏTİRƏCƏK MİNERALLARI SEÇİR, RƏSSAM KİMİ RƏNGLƏNDİRİR

Bu çox böyük bir möcüzədir. Yerdən torpaqdan suyu çəkib ən üst budağa qədər aparır. İndi o qırmızılığın təmin edilməsi üçün müəyyən metallara ehtiyac var. O metalları hüceyrə tək-tək atom olaraq tutur, götürür o qırmızı rəngi verəcək şəkildə molekul quruluşunda meydana gətirib mürəkkəb meydana gətirərək o rəngi meydana gətirir və rənglərin ayrımını da çox diqqətli edir. Simmetriyasını da çox diqqətli edir. Yəni rəssam kimi tam qəlib kimi oturdur, yarpaqların böyüklüyünü də tam nizamlayır. Və rəng paylaşımını da çox yaxşı nizamlayır. Rəng təzəliyini, təmizliyini də tam edir. Ondan sonra da meyvə mərhələsinə keçir, meyvəyə hər cür mineralı yükləməyə başlayır. Maqnezium, kalsium, fosfor, manqan, kobalt, hamısını, tam nizamı qədər, mis. Nə çox nə əskik. Məsələn, almada olacaq mineral miqdarı müəyyən olur sonra vitaminləri hazırlamağa başlayır, sonra zülalları hazırlayır, sonra yağlar, doymamış yağlar və doymuş yağlar olaraq hazırlayır. Yəni bitkinin hüceyrəsində ağlasığmaz bir sənət var, yəni insan ağlından katrilyonlarca qat çox ağıla sahib bitki hüceyrəsi. Məsələn, badam torpaqdan sianidi çəkir, çox təhlükəli bir maddədir. Amma yalnız sianidi alır. Məsələn, özü zəhərlənmir, heç bir şey olmur. Sianid atomlarını tək-tək badamın içinə yığır, insanı öldürməyəcək qədər yığır. Badamdakı qoxu sianiddən gəlir. Haradan ağılına gəlir? Allah möcüzə olaraq yaradır.