AYƏDƏ HƏM İNSANLARIN ZƏR ALƏMİ, DÜNYA VƏ AXİRƏT TƏBƏQƏLƏRİNDƏN KEÇMƏLƏRİNƏ, HƏM DƏ MƏNƏVİ TƏBƏQƏLƏRƏ İŞARƏ VARDIR
Allah İnşiqaq surəsində “Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz”. (İnşiqaq surəsi, 19) –deyir. Əvvəl zər aləmində idik bir təbəqə, öldük dünyaya gəldik bir təbəqə, ölüb buradan axirətə keçirik bir təbəqə, təbəqədən-təbəqəyə. Amma əlbəttə, ruhani təbəqələrdən də keçəcəyik. Əvvəl insanlar dəccaliyyətlə qarşılaşırlar. Sonra mehdiyyətlə qarşılaşırlar. Sonra həzrəti İsa (ə.s) ilə qarşılaşırlar, yəni əvvəl mehdiyyət sonra məsihiyyət təbəqələrinə girirlər. Əvvəl dəccaliyyətin təsiri dünyanı əzir, sonra mehdiyyət dəccaliyyəti devirir, sonra məsihiyyətin təbəqəsi çıxır sonra o təbəqədən yenidən dəccaliyyət təbəqəsi dünyanı əhatə edir sonra da qiyamətin təbəqəsinə girilir.
İMAM RƏBBANİ, MEHDİ VƏSİLƏSİ İLƏ HİDAYƏTİN BÜTÜN DÜNYAYA YAYILACAĞINI BİLDİRMİŞDİR
İmam Rəbbani Məktubatında deyir: “Əsrlərdən çox uzun zaman sonra Axırzamanda belə bir cövhər dünyaya gələr”, yəni imam Mehdi (ə.s), “qaralmış olan aləm Mehdinin gəlməsi ilə işıqlanar, onun irşadının və hidayətinin nurları bütün dünyaya yayılar. Yer kürəsinin ortasından da ərşə qədər hər kəsə rüşd, hidayət, iman, bacarıq Mehdi vasitəsilə gələr”. İstinad nöqtəsi olaraq Allah onu istifadə edir, “hər kəs ondan feyz alar, arada o olmadan heç kim bu nemətə qovuşa bilməz” -deyir. Onun imamətinin vəlayətinin bir istiqaməti budur, onun üçün Tövratda daha kainat yaradılmadan Mehdi (ə.s)-ın adı yaradılmışdı deyir. Bax, İmam Rəbbani bunu Məktubatında söyləyir, “Əsrlərdən çox uzun bir zaman sonra” yəni Axırzamanda, bu zamanda “belə bir cövhər İmam Mehdi dünyaya gələr, qaralmış olan aləm Mehdinin gəlməsi ilə işıqlanar, onun irşadının və hidayətinin nurları bütün dünyaya yayılar”. Mehdi deyilməsinin səbəbi odur, hidayətə vəsilə olmasıdır. “Hidayətinin nurları bütün dünyaya yayılar. Yer kürəsinin ortasından da ərşə qədər hər kəsə rüşd, hidayət, iman və bacarıq Mehdi vasitəsilə gələr, hər kəs Mehdidən feyz alar, arada o Mehdi olmadan heç kim bu nemətlərə qovuşa bilməz” -deyir. “Onun, Mehdinin hidayətinin nurları,” Mehdi isminin adı üstündə hidayətə vəsilə olan, “Onun, Mehdinin hidayətinin nurları bir okean kimidir”, yəni çox qüvvətli radio dalğaları kimidir, “bir okean kimi bütün dünyanı əhatə etmişdir”. Məsələn, o kiçik bir insan dünyanın üstündə nöqtə deyil, yəni o qədər kiçik atom kimi kiçikdir, amma o hidayət onun vəsiləsi ilə bütün dünyanı əhatə edir. İstinad nöqtəsi, yəni Allah onu istifadə edir, yəni radio ötürücüsü kimi, radio dalğası yayılırmış kimi. “O dərya sanki buz tutmuşdur heç dalğalanmaz” yəni o dünyanı örtən o hidayət dalğası sanki buz tutmuş, blok olaraq bütün dünyanı əhatə edər deyir. “O böyük şəxsi tanıyan, sevən bir kimsə -yəni Mehdini tanıyan və sevən bir kimsə- onu düşünsə, yaxud o bir kimsəni sevib onun yüksəlməsini istəsə o kimsənin ürəyində sanki bir pəncərə açılar”, Mehdi (ə.s)-ın hidayətinə vəsilə olduğu şəxslərdə. “Bu yoldan sevgisi və ixlasına görə o dəryadan ürəyi feyz alar”, yəni onu sevəndə Mehdi (ə.s)-dan ürəyi feyz alar. “Bunun kimi bir kimsə Allahı zikr etsə və bu şəxsi heç düşünməsə, məsələn, onu tanımazsa yenə ondan feyz alar”, Mehdi (ə.s)-ı tanımasa da xalq indi ondan feyz alır. Bütün dünyada indi istinad nöqtəsidir, yəni məsələn Amerikadakı dindarlığın səbəbi yenə Mehdi (ə.s)-dır, Rusiyada məsələn, Putinin və bütün Rusiyanın dindarlığının səbəbi yenə Mehdi (ə.s)-dır, xəbərləri belə yoxdur. “Allahı zikr etsə və bu şəxsi heç düşünməsə, məsələn, onu heç tanımasa, yenə Mehdidən feyz alar, lakin birinci feyz daha çox olar”, yəni tanıyaraq sevərək olan çox güclü olar deyir. “Bir kimsə o böyük şəxsi inkar edib Mehdini bəyənməzsə, yaxud o böyük şəxs bir kimsədən incimişdirsə, bu kimsə Allahı zikr etsə belə rüşd və hidayətə qovuşa bilməz” -deyir. Həqiqətən Mehdi (ə.s) əleyhdarları din mühəndisi kimidirlər, görürsünüz, adamlar yatırlar. “Ona inanmaması və ya onu incitmiş olması feyz yolunu bağlayar”, yəni Mehdi (ə.s)-a inanmaması və ya onu incitməsi feyz yolunu bağlayar, artıq ürəyi qaralar deyir. İmam Rəbbani bu mövzu üzərində bir çox yerdə dayanır çox əhəmiyyətli görür.