İncildən sevgi ilə əlaqədar bir hissə: “Sevgi; hər şeydən əvvəl bir-birinizi ürəkdən sevin. Çünki sevgi, bir çox pisliyi örtər”. (Peterin birinci məktubu 4/8)
Çox gözəl. Müsəlmanlar İncili oxumalıdırlar, amma xəbərləri belə yoxdur. Halbuki, Tövrat və İncilə Allah haqq kitab deyir. Amma Allah səhv hissələrini Quranın düzəltdiyini deyir. Bir çox ayədə Allah etibarlı olduğunu söyləyir. Və İncil sahibləri onunla hökm etsinlər deyir. Tövrat sahibləri Tövratla hökm etsinlər. Amma Allah səhv qisimlərində Quranın hakim olduğunu söyləyir. Tövratdan, İncildən bir çox müsəlmanın xəbəri yoxdur.
Hz. İsa, “Amma məni dinləyən sizlərə bunu söyləyirəm. Düşmənlərinizi sevin, sizdən nifrət edənlərə yaxşılıq edin, sizə lənət edənlər üçün yaxşılıq diləyin, sizə təhqir edənlər üçün dua edin”.
Deməli, müsəlmanlara təhqir edilirmiş, lənət edilirmiş. Müsəlmanlardan nifrət edənlər olurmuş və müsəlmanların düşmənləri olurmuş. Biz onlara şəfqətlə baxırıq. Onları qorumağa, qurtarmağa cəhd edirik. Bizə deyir: “Sizin niyə düşməniniz var?” Müsəlman olduğumuz üçün. “Niyə nifrət edən var?” Müsəlman olduğumuz üçün. “Niyə lənət edən var?” Müsəlman olduğumuz üçün. “Niyə təhqir edən var?” Müsəlman olduğumuz üçün. Bu Allahın sünnəsidir. Bütün haqq peyğəmbərlərə və ona tabe olanlara həmişə belə bir rəftar, küfr əhli və cahillərdən və yaxud qəlbi xəstə olanlardan, münafiqlərdən bu tərz hərəkətlər, rəftarlar olmuşdur. Bax, “düşmənlərinizi sevin”. Deməli, müsəlmanların düşmənləri var. “Sizdən nifrət edənlərə yaxşılıq edin”. Deməli, müsəlmanlara nifrət edən olacaq, ona yaxşılıq edəcək. “Sizə lənət edənlər üçün yaxşılıq diləyin”. Məsələn, bizə lənət edənə biz yaxşılıq diləyirik. “Sizə təhqir edənlər üçün dua edin”. Biz də onlara düzəlmələri üçün dua edirik. Bax, bunu iki min il əvvəl İsa Məsih söyləyir. (Luka 6/27). “Hər kəs öz mənfəətini deyil, başqalarının mənfəətini güdsün”. İsa Məsihin sözüdür. “Eqoist olmayın, başqaları üçün yaşayın, sevdikləriniz üçün yaşayın” -deyir. Yəni hərəkətləriniz onun üçün olsun, Allah rizası üçün olsun. Moşiyah Mehdi ilə əlaqədar Yeşaya 11/3 və digər hissələrdən oxuyun mən də şərh edim.
“Moşiyah Mehdinin digər bir bənzərsiz xüsusiyyəti də, qəti olacaq bir şeyin qoxusunu hiss etməsidir. Bir adamın ruhunun özünü anlaya biləcək, ruhundakı dərəcəni biləcək və günahkar və ya günahsız olduğuna hökm edəcək. Çünki belə deyilmişdir, gözü ilə gördüyünə görə mühakimə etməyəcək, yoxsulları ədalətlə mühakimə edəcək, yer üzündə əzilənlər üçün dürüstcə qərar verəcək”. (Yeşaya 11/3)
Bax, Mehdi (ə.s)-ı da 3500 il əvvəl Tövrat təsvir edir. “Hər kəs öz mənfəətini deyil, başqalarının mənfəətini güdsün”. Məsələn, bax, bu bizim məsul olduğumuz bir İncil hökmüdür. “Nə xoşdur mərhəmətli olanlara. Çünki onlar mərhəmət tapacaqlar”. (Matta 5/7). Məsələn, bu hökmlər həmişə etibarlıdırlar. “Odur ki, əziz qardaşlarım, mətin qalın, sarsılmaz olun, həmişə Rəbbin işində çox çalışın və bilin ki, Onun yolunda çəkdiyiniz zəhmət hədər deyil”. Allah yolunda çox çalışın deyir. Bu da etibarlıdır. İncilin bu hökmləri həmişə keçərlidir.
“Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. Firon onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. (Qəsəs surəsi, 4)
Bax böl, parçala, yox et tam İngilis dərin dövlətinin sistemidir, Quran bunu açıqlayır. Dəccalların üsuludur. Heç dəyişməmişdir. Nəmrud da eynisini etmişdi. Firon da eynisini etmişdi. İngilis dərin dövləti də eynisini edir. İngilis dərin dövləti bir çox qrupa ayırır, kiçik-kiçik dövlətlərə ayırır. Onları yenidən öz içlərində bölür. O böldüklərini öz daxilində siyasi firqə, qrup və məzhəblərə ayırır. Və bir-birlərinə düşmən edir.