Axırzaman, Hz. Mehdi və Hz. İsa

 

Mehdi (ə.s) ilahi məlumat ilə qərar verəcək. İnsanları həqiqi xarakterlərindən tanıyacaq. Hz. Davud (ə.s) və hz. Süleyman (ə.s) kimi, hz. Mehdi (ə.s)-ın da qərar verməsi üçün şahidə ehtiyac olmayacaq.

 

(Bihar-ül Ənvar, cild18, səh. 341)

 

 

Hədisdə, Allahın doğru qərarları hz. Mehdi (ə.s)-ın qəlbinə ilham edəcəyinə işarə edilir. Hz. Davud (ə.s)-ın və hz. Süleyman (ə.s)-ın ədalətli hökmləri kimi hz. Mehdi (ə.s)-ın də bütün hökmləri buna görə ədalətli olacaqdır. Mehdi (ə.s)-ın qəlbinə insanların xarakterləri və həqiqi üzləri ilham olunacaq və insanlar haqqında qərar verərkən hz. Mehdi (ə.s)-ın dəlilə və ya şahidə ehtiyacı olmayacaq. Hadisələrin iç üzünün hz. Mehdi (ə.s)-a Allah tərəfindən hiss etdiriləcəyinə hədisdə işarə edilmişdir.

 
 

Hz. Mehdi (ə.s)-ın yardımçıları alicənab  və təhsilli olacaqlar.

 

(Əl-Məlahim və əl Fitan, səh.205)

 

Hədisdə hz. Mehdi (ə.s)-ın tələbələrinin yaxşı təhsilli şəxslərdən olacağına diqqət çəkilmişdir. Hz. Mehdi (ə.s)-ın tələbələrinin yaşadıqları dövrdə yaxşı təhsilli və nəcib olmalarının ayırd edici olmasının bir səbəbi də, yaşadıqları dövrdə insanların alicənablıq, nəzakət və gözəl əxlaqdan uzaqlaşmış olmalarıdır. Bu aspektləri ilə hz. Mehdi (ə.s) tələbələri, yaşadıqları cəmiyyətdə son dərəcə görkəmli şəxslər olacaqlar.

 
 

Dünyadakı heç bir şey hz. Mehdi (ə.s)-ın tələbələrinə gizli qalmayacaq.

 

(Mikyaal al Makaarem, cild 1, səh. 235-236)

 

Hədisdə hz. Mehdi (ə.s)-ın köməkçilərinin ehtiyacları olan hər bir məlumata asanlıqla çata biləcəyindən bəhs edilir. Günümüzdə bu internet yolu ilə olur. Peyğəmbərimiz (s.ə.v) 1400 il əvvəl informasiya və kommunikasiya vasitələrinin asanlaşaraq sürətlənəcəyinə işarə etmiş və hz. Mehdi (ə.s)-ın tələbələrinin bu texnologiyadan istifadə edəcəyinə diqqət çəkmişdir.

 
 

Hz. Mehdi (ə.s) Cənnətin tovuz quşu (bəzəyi)dir.

 

(Bihar-ül Ənvar, cild 51, səh.105)

 

Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın axirətdə inşaAllah qiymətli məqamda olacağını və Cənnətin gözəl bəzəyi olacağını möminlərə müjdə vermək üçün gözəl izahat üsulu istifadə etmiş, hz. Mehdi (ə.s)-ın Cənnətin tovuz quşu olacağını söyləmişdir. Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın Cənnətdəki gözəlliyinin gücünü vurğulamaq üçün tovuz quşunun mükəmməl gözəlliyini nümunə göstərmişdir.

 

 

Bir insan hz. Mehdi (ə.s)-ın Hicri 1400-cü ildə çıxmayacağını, hz. Mehdi (ə.s)-ın zühurunun başqa əsrə qaldığını iddia edir. Bu iddiası ilə də hz. Mehdi (ə.s)-ın Hicri 1400-cü ildə zühur edəcəyini ifadə edən Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən və ən böyük əhli sünnət alimlərinin ittifaqla qəbul etdikləri yüzlərlə səhih hədisi açıq-aşkar rədd edir.

 

  1. Halbuki, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən səhih hədislərdə; Allahın hər əsrin başlanğıcında İslam dinini Quranda olmayan hər cür xurafat, adət və batil inancdan təmizləyəcək, dinimizi Qurandakı əslinə döndərəcək, Peyğəmbərimiz (s.ə.v)-in sünnəti ilə hərəkət edəcək, o dövrün ehtiyaclarına görə insanların beynində yaranan suallara Qurandan həllər gətirən vəli insana tapşıracağı bildirilmişdir. Əhli Sünnət hədis ədəbiyyatinda ən əhəmiyyətli altı kitabdan biri olan Sünəni Əbu Davudda və Hicri 1000-ci ilin mücəddidi olan İmam Rəbbani Həzrətlərinin çox qiymətli əsəri Məktubatı Rəbbanidə yer alan hədislərdə və ayrıca 13-cü əsrin mücəddidi Ustad Səid Nursi Həzrətlərinin risalələrində, hər yüz ildə Allahın bir mücəddid göndərəcəyi açıq şəkildə bildirilmişdir:

 

Əbu Hüreyrənin rəvayətinə görə; Rəsulullah (s.ə.v) belə buyurmuşdur:

Həqiqətən Əziz və Cəlil olan Allah HƏR ÜZ İLİN BAŞLANĞICINDA BU ÜMMƏTİN DİNİNİ BİDƏTDƏN AYIRACAQ, YENİLƏYƏCƏK (ELM SAHİBİ) BİR ŞƏXSİ GÖNDƏRƏR.

 

(Sünən-i Əbu Davud, 5/100)

 

 

 

HƏR YÜZ İLİN BAŞLANĞICINDA BU ÜMMƏTİN ÜLƏMASI ARASINDAN BİR MÜCƏDDİD GƏLƏCƏK VƏ… ardı...