İman həqiqətləri və yaradılış möcüzələri
Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 79)
Dünyadakı cazibə qüvvəsi səbəbiylə, bütün cisimlər havaya buraxıldığında sürətli ya da yavaş yerə düşər. Canlı və ya cansız, yer üzündəki hər şey bu cazibə qüvvəsinin təsirindədir. Ancaq quşlar Allahın möcüzəsi olaraq bu gücə qarşı gələ bilir və havada alçalıb yüksələrək uçar, manevr edər yaxud bəzən qanad çırpmadan süzülərlər. Quşların skeletindən ağciyərinə, tüklərinin düzülməsindən qanad şəkillərinə bütün təfərrüatları, uçmalarını təmin edəcək xüsusi quruluş və nizamla yaradılmışdır. Uçma hərəkətindən və aerodinamika qanunlarından xəbəri olmayan bala quş da, doğulan kimi uça bilmə qabiliyyətinə malikdir. Bala quş sanki uçuşa uyğun bədəni olduğunu bilirmişcəsinə, özünü yüksəkdən aşağı buraxar və uçmağa başlayar. Bu, quşa sonradan öyrədilən ya da quşun sınaq-yanılma üsulu ilə öyrəndiyi məlumat deyil. Quşun uça biləcək bədən quruluşunda olduğunu bilməsi, özünü boşluğa buraxacaq cəsarəti göstərməsi və sonra da düşmədən havada uçması Allahın ilhamıyla reallaşır.
Nəhl surəsinin 79-cu ayəsində quşların havada necə dayandıqları bildirilərkən keçən ərəbcə “yumsikuhunne” ifadəsi, “onları salmır, onları alır, onları tutur, onları yaxalayır, onları çəkir” mənalarını verir. Bu söz “əliylə tutmaq, yaxalamaq və geri çəkmək” mənalarını verən “emseke” felinin indiki zaman halıdır. Bu sözlə Uca Rəbbimiz… ardı...
Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi möhkəm və kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml surəsi, 88)
Yuxarıdakı ayədə bütün maddələrin təməl daşı olan atomun möhkəmliyinə və atomların elektron orbitlərinə hansısa cəhətiylə işarə edə bilər. Atomlar tərəfindən baxıldığında, ayədəki Allahın “hər şeyi möhkəm (sapsağlam)” etdiyi ifadəsi, atomların çəkiclə vurulsa da, dağılmayan möhkəm strukturları olaraq şərh oluna bilər. (Doğrusunu Allah bilir.) Çünki əşyalar möhkəm olmaz, ancaq atom möhkəmdir. Məsələn, bir vaza qırılsa, parçalansa da, onu meydana gətirən atomlar yenə möhkəm qalar. Şiddətli bir toqquşmada avtomobil dəmir-dümür yığını ola bilər, bir partlayışla göydələn dağıla bilər, amma istər narın çiçək, istəsə güclü metal olsun vəziyyət eynidir: Maddənin atomları məhv olmaz, orbitləri dağılmaz. Bu səbəbdən ən zəif quruluşlu görünən maddə də, əslində yaradılışında çox möhkəmdir. Ayədə “hər şey” deyilməsinin hikməti də, bütün maddələrin əsasının atom olması ola bilər.
Atomdakı bağları parçalayaraq yaradılan nüvə bombalarda da, ortaya yenə möhkəm başqa strukturlar çıxar. Nüvə parçalanma üsulunda, atomun nüvəsi parçalanar və daha kiçik iki atoma ayrılar. Nüvə parçalanmada isə iki kiçik atom bir yerə gələrək daha böyük atom yaradılar. Məsələn, Günəş enerjisi bu üsulla -hidrogenin heliuma çevrilməsiylə- çıxarılır. Nəticə… ardı...
And olsun yollar və orbitlərlə təchiz edilmiş səmaya! (Zəriyət surəsi, 7)
Yuxarıdakı ayədə “təchiz edilmiş” olaraq tərcümə edilən “elhubuk” sözü “habeke” felindən törəmişdir. Bu fel isə “bir şeyi yaxşı və möhkəm toxumaq, hörmək, möhkəm bağlamaq, yaxşıca düyünləmək, tərtib etmək” mənalarını verir. Zəriyət surəsinin 7-ci ayəsində istifadə edilən “elhubuk” sözünün bu mənaları düşünüldüyündə, səmanın toxunmuş ya da hörülmüş bir parça kimi olduğu aydın olur. Ayədə bu sözün istifadə edilməsi son dərəcə hikmətlidir və dövrümüzün elmi izahlarını iki istiqamətdən təsdiq edir.
Birinci istiqaməti belədir: Kainatdakı orbit və yollar, elə sıx və bir-birinin içinə keçmişdir ki, sanki parça hörgüsündəki kimi bir-birləri ilə kəsişən xətlər meydana gətirir. İçində yaşadığımız günəş sistemi, günəş, planetlər, onların peykləri, meteoridlər və quyruqlu ulduz kimi davamlı hərəkət halındakı göy cisimlərindən meydana gələr. Günəş sistemi də 400 milyard ulduz ehtiva edən Samanyolu Qalaktikası içində bir yol izləyər. 1 Kosmosda isə milyardlarla qalaktika olduğu təxmin edilir. Minlərlə kilometrlik sürətlə fırlanan göy cisimləri, sistemlər, bir-biriylə vuruşmadan, kosmosda bir-birini kəsən yollar izləyərlər.
Ulduzların mövqelərini və planetlərin hərəkətlərini tam olaraq xəritə şəklinə salma məqsədiylə ortaya çıxan astronomiya elmi, yenə göy cisimlərinin hərəkətlərini araşdıran göy mexanikası bu kompleks orbit üzrə hərəkətləri təsbit etmək üçün ortaya çıxmışdır. Keçmiş zamanlarda astronomlar, orbitlərin yalnız dairəvi olaraq hərəkət… ardı...
O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır. (Zumər surəsi, 5)
Ayədə, gecə və gündüz meydana gəlməsi üçün Dünyanın hərəkəti, çalma sarılmasında olduğu kimi, “yumru bir cismi sarıyıb örtmək” mənasını verən “tekvir” felindən törəmiş “yukevviru” sözü ilə təsvir edilir. Bu söz Dünyanın kürəvi forması ilə yanaşı, Günəşin ətrafındakı hərəkətini də ən doğru olaraq ifadə edir. Dünyanın kürəvi forması və öz oxu ətrafında dönməsi səbəbiylə, Günəş hər zaman Dünyanın bir tərəfini işıqlandırarkən, digər tərəfi isə kölgədə qalar. Kölgədə qalan tərəf gecə qaranlıq ilə örtülər və sonra Dünyanın Günəşə doğru dönməsiylə gündüz, gecənin yerini alar. Yasin surəsində isə Günəş və Ayın mövqeləri ilə əlaqədar belə bildirilir:
Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir. (Yasin surəsi, 38-40)
Yasin surəsinin 40-cı ayəsində Günəş və Ayın hərəkətləri “üzüb getmək, axmaq, gəzmək” mənalarını verən ərəbcə “yesbahune” sözü ilə… ardı...
Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür. (Yasin surəsi, 38)
Günəşin səthində təxminən beş milyard ildir heç dayanmadan reallaşan kimyəvi reaksiyalar nəticəsində, günəş işığı kəsilməz meydana gəlir. Gələcəkdə Allahın diləməsiylə müəyyən bir andan sonra bu reaksiyalar sona çatacaq və Günəş enerjisini itirərək tamamilə sönəcək. Bu istiqamətiylə yuxarıdakı ayədə də Günəşin enerjisinin bir gün sona çatacağına işarə edilə bilər. (Doğrusunu Allah bilər.)
Ayədə keçən “mustakarrin” sözü təyin olunmuş bir yer və ya təyin olunmuş bir zaman mənasını ehtiva edir. “Axıb gedir” olaraq tərcümə edilən “tecri” sözü isə “hərəkət edər, tələsər, dövran edər, gəzər, yol tutar, cərəyan edər, axar” mənalarını verir. Sözlərin mənalarından Günəşin sabitlənəcəyi məkan və zamana doğru hərəkətini davam etdirdiyi, ancaq bu hərəkətin əvvəldən təyin olunmuş zamana qədər sürəcəyi aydın olur. Necə ki, qiyamət günü ilə əlaqədar təriflərdəki “Günəş sarınacağı zaman.” (Təkvir surəsi, 1) ayəsiylə də belə bir zamanın olacağı bildirilir. Bunun vaxtı isə yenə Allah qatında müəyyəndir.
Ayədə Allahın “təqdiri” olaraq tərcümə edilən “takdiyru” sözü isə, “təyin etmə, qədərini çəkmə, hökm etmə, ölçüb-biçmə, nizamlama, ölçüylə etmə” mənalarını verir. Yasin surəsinin 38-ci ayəsindəki bu ifadə ilə də Günəşin ömrünün Allahın təyin etdiyi bir müddət ilə məhdud olduğu bildirilir. Quranda bu mövzuyla əlaqədar… ardı...