İman həqiqətləri və yaradılış möcüzələri
Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 119)
Yuxarıdakı ayədə “kəsmək, qoparmaq” mənasını verən “betteke” hərəkətindən törəmiş “yubettikunne” ifadəsi keçir. Ayədə keçən “yugayyirunne” ifadəsi isə “başqalaşdırmaq, dəyişdirmək, bir şeyi ilk şəklindən pozub dəyişdirmək” mənalarını verən “gayyere” hərəkətindən törəmişdir. Hər iki hərəkətin sonunda, gücləndirən “nun” hərfi yer alır; beləcə ayədə keçən fellərə qətiyyət mənası qatılmışdır. Nisa surəsinin 119-cu ayəsindəki bu ifadələr düşünüldüyündə, bir istiqamətdən canlıların nüsxələnməsi ya da klonlanması olaraq bilinən elmi işlərə işarə edə bilər. (Doğrusunu Allah bilir.) Çünki klonlama təcrübələri, ümumiyyətlə klonlanacaq heyvanın qulağından alınan hüceyrələrlə reallaşdırılır. Başqa sözlə tam ayədə diqqət çəkildiyi kimi, “heyvanların qulağından kəsilən” toxuma nümunəsindən hüceyrə alınmasıyla klon canlı çıxarılır.
Almaniya Federal Əkinçilik Araşdırma Mərkəzinin Heyvan Yetişdirmə İnstitutunun hesabatında bu məlumatlar yer alır:
Toxuma toplanması qısa və sadədir. Bir heyvan yerləşdirilib gen nümunəsi götürüldüyündə, kəsik qulaq parçası kimi toxuma nümunəsi saniyələr ərzində toplanar. Həm də, somatik hüceyrələr bütün növlərdən toplana bilər… Qulağa vurulan damğalar üçün də istifadə edilən kiçik oyuq açanlardan istifadə edilərək, qulaqdan nümunə toxuma götürmək surətiylə, mal, donuz, qoyun, keçi, dəvə və lamalar üçün tək… ardı...
Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam!… (Nəml surəsi, 40)
Ayədə “Kitabdan xəbəri olan bir başqa kimsə” olaraq danışılan adam, hz. Süleymana Səba Məlikəsinin taxtını “bir göz qırpımında gətirərəm!”, yəni çox qısa bir müddətdə gətirə biləcəyini söyləyir. Səba Məlikəsinin taxtının gətirilməsinin günümüzdə istifadə edilən görünüş nəqlinə aid yüksək texnologiyaya işarə etməsi mümkündür. Mövzuyla əlaqədar başqa ayə isə belədir:
Cinlərdən çox qüvvətli birisi dedi: “Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” (Nəml surəsi, 39)
Günümüzdə yazı, şəkil, film kimi hər cür məlumatın internet texnologiyasıyla bir neçə dəqiqə, hətta bir neçə saniyə içində çox uzun məsafələr qət etməsi mümkündür. Məsələn, Səba Məlikəsinin taxtının sürətlə uzaq məkana göndərilməsinin izah edilməsiylə, belə bir əməliyyatın (məsələn, bir taxta aid üçölçülü görünüşün və ya şəkilin göndərilməsinin) internet yoluyla göz açıb bağlayana qədər mümkün olacağına da diqqət çəkilə bilər.
Bu gün elm adamlarına görə atom və molekulların, hətta daha böyük cisimlərin nəqli yaxın gələcəkdə mümkün ola biləcək. “Teleportasiya” deyilən bu üsul ilə, bir yerdə olan cismin maddi… ardı...
Yusif dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir. Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”. Karvan Misir torpağından ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusifin qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”. (Yusif surəsi, 92-94)
Bu gün elm adamları, fotonlar kimi, atomların və qoxu molekullarının da yaxın gələcəkdə nəqlinin reallaşdırıla biləcəyini ifadə edirlər. Yusif surəsinin 94-cü ayəsində, hz. Yusifin atası oğlunun qoxusunu hiss etdiyini dilə gətirir. Elm adamları yaxın gələcəkdə üçölçülü görünüş və ya şəklin göndərilməsi kimi, qoxu nəqlinin də texnoloji olaraq mümkün olduğunu ifadə edirlər. Bu səbəbdən bu ayənin, günümüzdə üzərində çalışılan qoxu nəqlinə aid yüksək texnologiyaya işarə etməsi mümkündür.
Çünki qoxu hissi -eynilə digər hisslərimiz kimi- beynimizdə meydana gəlir. Limon qabığından çıxan kimyəvi molekullar burundakı qoxu qəbuledicilərini xəbərdar edir. Buradan elektrik siqnalı olaraq şərh olunmaq üzrə beyinə çatdırılırlar. Bu səbəbdən bu qoxuya aid siqnal süni olaraq başqa şəkildə yaradıldığında da, qoxunun eyni şəkildə hiss edilməsi mümkündür. Necə ki, “elektrik burun” olaraq bilinən texnologiya da bunun mümkün ola biləcəyini göstərən işlərdən biridir.
İnsandakı iybilmə sistemi, on mindən çox qoxunu rahatlıqla ayırd edə bilməyi mümkün edir. Müəyyən kimya təhsili almış mütəxəssislər ətirdəki yüzə yaxın… ardı...
… mis qaynağını sel kimi axıtdıq… (Səba surəsi, 12)
Allahın hz. Süleymanın əmrinə verdiyi böyük nemətlərdən biri “ərimiş mis mədəni”dir. Bu ayəni, fərqli şəkillərdə şərh etmək mümkündür.
Ərimiş misin istifadə edilməsi ilə, hz. Süleyman dövründə elektrik istifadə edilən yüksək texnologiyanın varlığına da işarə edilə bilər. Bilindiyi kimi mis, elektriki və istiliyi ən yaxşı ötürən metallardan biridir və bu istiqamətiylə elektrik sənayesininin təməlini meydana gətirir. Dünyada çıxarılan misin əhəmiyyətli hissəsi elektrik sənayesində istifadə edilir.
Ayədə keçən “sel kimi axıtdıq” ifadəsi də elektrikin çox geniş sahələrdə istifadə edilə biləcəyinə işarə edə bilər. (Doğrusunu Allah bilir.)
Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Musadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!” – deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, özlərinə də: “Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin!” – dedik. Onlar Bizə zülm etmədilər, ancaq özləri özlərinə zülm etdilər. (Əraf surəsi, 160)
Qapalı artezian quyuları, suyun aşağıya doğru sızmasının qarşısını alan su keçirməz qaya ilə məhdudlaşdırılmışdır. Su, artezian içərisinə bəhsi keçən qayanın daha yuxarıdakı doldurma sahəsindən daxil olar. Artezian quyularında suyun axışı J şəklində boruya bənzəyər. Bu borunun uzun qolunun olduğu nöqtəyə su əlavə olunmasıyla, borunun daha qısa olan qolu tərəfində olan su, təzyiq sayəsində yuxarı qalxar.
Yuxarıdakı ayədə hz. Musanın qövmünün ondan su istədiyi, hz. Musanın da on iki birliyin hər birinə su içəcəkləri yer təmin etdiyi izah edilir. Hz. Musadan qövmünün su istəməsi, su çətinliyi çəkdiklərinin göstəricisidir. Günümüzdə də bu cür su çətinliyi əsas mövzusudur. Bu gün 1 milyarddan çox insan təmiz sudan məhrumdur; 2.4 milyard insan hələ də yetərli olmayan sağlamlıq şərtləri içində su istifadə edir. 2025-ci il üçün edilən təxminlərə görə, su problemindən təsirlənəcək kəslərin sayının 5 milyard olması… ardı...