Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 119)
Yuxarıdakı ayədə “kəsmək, qoparmaq” mənasını verən “betteke” hərəkətindən törəmiş “yubettikunne” ifadəsi keçir. Ayədə keçən “yugayyirunne” ifadəsi isə “başqalaşdırmaq, dəyişdirmək, bir şeyi ilk şəklindən pozub dəyişdirmək” mənalarını verən “gayyere” hərəkətindən törəmişdir. Hər iki hərəkətin sonunda, gücləndirən “nun” hərfi yer alır; beləcə ayədə keçən fellərə qətiyyət mənası qatılmışdır. Nisa surəsinin 119-cu ayəsindəki bu ifadələr düşünüldüyündə, bir istiqamətdən canlıların nüsxələnməsi ya da klonlanması olaraq bilinən elmi işlərə işarə edə bilər. (Doğrusunu Allah bilir.) Çünki klonlama təcrübələri, ümumiyyətlə klonlanacaq heyvanın qulağından alınan hüceyrələrlə reallaşdırılır. Başqa sözlə tam ayədə diqqət çəkildiyi kimi, “heyvanların qulağından kəsilən” toxuma nümunəsindən hüceyrə alınmasıyla klon canlı çıxarılır.
Almaniya Federal Əkinçilik Araşdırma Mərkəzinin Heyvan Yetişdirmə İnstitutunun hesabatında bu məlumatlar yer alır:
Toxuma toplanması qısa və sadədir. Bir heyvan yerləşdirilib gen nümunəsi götürüldüyündə, kəsik qulaq parçası kimi toxuma nümunəsi saniyələr ərzində toplanar. Həm də, somatik hüceyrələr bütün növlərdən toplana bilər… Qulağa vurulan damğalar üçün də istifadə edilən kiçik oyuq açanlardan istifadə edilərək, qulaqdan nümunə toxuma götürmək surətiylə, mal, donuz, qoyun, keçi, dəvə və lamalar üçün tək və eyni prosedura tətbiq oluna bilər. Açıqcası, bütün növlər üçün lenfositlər istifadə edilə bilər, lakin qulaq kəsiyindən alınan somatik hüceyrələr, əldə edilməsi daha asandır və onun üçün daha çox üstünlük verilər.1
Qulaq toxumasından nümunə götürülərək nüsxələnən canlılarla əlaqədar xəbərlərdən bir qismi belədir:
– Reutersin 1 may 2002-ci il tarixli hesabatına görə, Braziliyada Sao Paulo Universitetində vəzifəli Jose Visintin adındakı tədqiqatçı baytar, bu ölkədə ilk dəfə yetkin dananın qulağından aldıqları hüceyrələri istifadə edərək klonlanmış embrionlar istehsal etdi. 2
– BBC-in xəbərinə görə Cənubi Koreyalı elm adamları üç yaşındakı Əfqan tazısının qulağından alınan hüceyrə ilə Snuppy adında it klonladılar. Seul Milli Universitetində vəzifəli tədqiqatçılar qulaqdan alınan hüceyrələrdəki genetik vəsaiti çıxardaraq, bunu boş bir yumurta hüceyrəsinə yerləşdirdilər. Daha sonra bu hüceyrə bölünməsi üçün xəbərdar edilərək embrion istehsal edildi. 3
– BBC-in bir başqa xəbərində isə, Fransada, Milli Əkinçilik elmi Tədqiqat Mərkəzində, Dr. Jean-Paul Renard və həmkarları tərəfindən icra edilən tədqiqatlarda, yetkin danadan alınan qulaq hüceyrələri istifadə edilərək yeni bir klon istehsal edildi. 4
– İnsan Genomu Layihəsinin rəsmi saytında verilən məlumatlara görə, fevral 2002-ci ildə Advanced Cell Technology (ACT) adlı biotexnologiya şirkətindən elm adamları, dananın qulağından aldıqları dəri hüceyrələrini istifadə edərək dana embrionu klonlamasını sınaqdan keçirdilər. 5
– Associated Pressin, 24 yanvar 2000-ci il tarixli xəbərində, Yapon elm adamlarının ilk dəfə böyük baş heyvanı, ikinci nəsil öküzü klonladıqları bildirildi. İkinci nəsil klonlama əsnasında, ilk nəsil klonlanmış öküz hələ dörd aylıqkən qulaq dərisinə aid toxumalardan nümunələr alındı. Bu hüceyrələr, nüvəsi çıxardılmış döllənməmiş yumurta ilə birləşdirildi. 6
Genetika, embriologiya kimi elm sahələrinin olmadığı dövrdə, Quranda canlıların yaradılışındakı nizamın dəyişdirilməsinə “qulaq kəsmə” ifadəsi ilə birlikdə diqqət çəkilməsi, Quranın zamandan münəzzəh olan Rəbbimizin qatından olduğunu göstərir. Bundan əlavə ayənin sonunda sözü keçən kəslərin Allahın yaratdıqlarını dəyişdirdiklərində hüsrana uğrayacaqları da bildirilir. Bu səbəbdən ayədə bu istiqamətiylə klonlama işlərinin, insanlar üçün müxtəlif problemlər doğuracağına da işarə edilə bilər. (Doğrusunu Allah bilər.) Necə ki, Utah Universitetinin Genetika Elmi Öyrənmə Mərkəzinin şərhlərində bu məlumatlar yer alır:
Klonlama müvəffəqiyyətlərini eşitdiyimizdə, yalnız nəticə verən bir neçə sınağı öyrənərik. Lakin müvəffəqiyyətsiz olan çoxlu saydakı klonlama təcrübələrindən xəbərimiz olmaz! Müvəffəqiyyətli olan klonlarda da, problemlər sonradan -heyvanın yetkinliyə inkişafı əsnasında- artar. 7
İnsan Genomu Layihəsinin rəsmi internet səhifəsində verilən məlumatlar isə belədir:
Yetkin DNT-si istifadə edilərək klonlanan ilk məməli Dolly, 14 fevral 2003-cü ildə öldü. Dolly ölümünə səbəb olan ağciyər xərçənginə tutulmuşdu və oynaq iltihabı səbəbiylə şikəst qalmışdı. Klonlama sınaqlarının 90%-nə qədəri yaşaya biləcək döl istehsalında müvəffəqiyyətsizliyə uğrayır… Bu zəif müvəffəqiyyət nisbətinin həm də, klonlanan heyvanların zəif immunitet funksiyaları, yüksək infeksiyaya tutulma nisbəti, şiş inkişafı və digər narahatlıqlar daha sıx olaraq görülər. Yaponiyada görülən işlər, klonlanan sıçanların sağlıqlarını pis yaşadıqları və erkən öldüklərini göstərmişdir… Klonlanmış canlının gənckən sağlam görünməsi də, uzun müddət həyatda qalacağı mənasını vermir. Klonların əsrarəngiz şəkildə öldükləri bilinir. Məsələn, Avstraliyanın ilk klonlanan qoyun öldüyü gün sağlam, enerjili görünmüşdür və yarılma nəticələrindən ölüm səbəbi təsbit edilməmişdir. 8
Klonlama təcrübələri ilə ortaya çıxan risklər ümumi xətləriylə belədir:
1) Yüksək müvəffəqiyyətsizlik nisbəti: Müvəffəqiyyət nisbəti yalnız 0.1-3%-dir. Bu hər 1000 sınaqda 970-999 müvəffəqiyyətsizlik deməkdir. 9
2) İnkişaf sırasındakı problemlər: Klonlanıb həyatda qalan heyvanların, çox vaxt klonlarına görə orqanları anormal dərəcədə böyükdür. Bu da tənəffüs və qan dövranı problemlərinə, sağlam olmayan böyrək və beyin strukturlarına, qüsurlu müdafiə sistemlərinə yol açır.
3) Anormal gen oxuma nizamı: Klonlar, orijinalları ilə eyni DNT-ə sahib olmalarına baxmayaraq, klondakı hüceyrə nüvəsi təbii embriondakı kimi eyni proqrama sahib deyil. Başqa sözlə, klonun DNT-si normal inkişaf üçün lazım olan doğru genlərin doğru zamanda oxunmasını edə bilməz. Məsələn, sinir, sümük, qan, dəri kimi hər hüceyrə növü üçün fərqli proqram vardır, lakin klon embrionun genetik proqramları, təbii embriondakı kimi sağlam işləməz.
4) Telomer fərqlilikləri: Hüceyrələr bölünərkən xromosomları qısalar. Bunun səbəbi “telomer” adı verilən, xromosomun hər iki ucundakı DNT düzülmələri, hər DNT nüsxələri əsnasında qısalar. Heyvan yaşlandıqca, yaşlılığın gərəyi olaraq telomer də qısalar. Bu səbəbdən çoxaldılan canlı hələ doğulduğunda yaşlanmış kimi xromosomları qısadır.
Çoxaldılma təcrübələrində, canlı hüceyrənin genetik maddəsi istifadə edilər, lakin döllənmə süni üsullarla reallaşdırılar. Bu üsullarla Allahın yaratdığı törəmə mexanizmi pozulur və diaqnoz edilə bilməyən xəstəliklər, anormal inkişaf pozuqluqları və erkən ölümlərlə qarşılaşılır. 1400 il əvvəl elm adamlarının klonlama edəcəklərinə diqqət çəkilməsi və bununla insanları gözləyən çətinliklərin vurğulanması, Quranın İlahi kitab olduğunu açıqca ortaya qoyur.
- http://www.fao.org/docrep/008/a0070t/a0070t05.htm
- http://www.mindfully.org/GE/GE4/Bull-Cow1may02.htm
- http://news.bbc.co.uk/2/hi/science/nature/4742453.stm
- http://news.bbc.co.uk/1/hi/sci/tech/331793.stm
- http://www.ornl.gov/sci/techresources/Human_Genome/elsi/cloning.shtml
- http://www.gene.ch/info4action/2000/Jan/msg00061.html
- http://learn.genetics.utah.edu/units/cloning/cloningrisks/
- http://www.ornl.gov/sci/techresources/Human_Genome/elsi/cloning.shtml
9. http://learn.genetics.utah.edu/units/cloning/cloningrisks/