Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam!… (Nəml surəsi, 40)
Ayədə “Kitabdan xəbəri olan bir başqa kimsə” olaraq danışılan adam, hz. Süleymana Səba Məlikəsinin taxtını “bir göz qırpımında gətirərəm!”, yəni çox qısa bir müddətdə gətirə biləcəyini söyləyir. Səba Məlikəsinin taxtının gətirilməsinin günümüzdə istifadə edilən görünüş nəqlinə aid yüksək texnologiyaya işarə etməsi mümkündür. Mövzuyla əlaqədar başqa ayə isə belədir:
Cinlərdən çox qüvvətli birisi dedi: “Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” (Nəml surəsi, 39)
Günümüzdə yazı, şəkil, film kimi hər cür məlumatın internet texnologiyasıyla bir neçə dəqiqə, hətta bir neçə saniyə içində çox uzun məsafələr qət etməsi mümkündür. Məsələn, Səba Məlikəsinin taxtının sürətlə uzaq məkana göndərilməsinin izah edilməsiylə, belə bir əməliyyatın (məsələn, bir taxta aid üçölçülü görünüşün və ya şəkilin göndərilməsinin) internet yoluyla göz açıb bağlayana qədər mümkün olacağına da diqqət çəkilə bilər.
Bu gün elm adamlarına görə atom və molekulların, hətta daha böyük cisimlərin nəqli yaxın gələcəkdə mümkün ola biləcək. “Teleportasiya” deyilən bu üsul ilə, bir yerdə olan cismin maddi xüsusiyyətləri ortadan qaldırılaraq, bu cismə aid bütün təfərrüatlar və atom düzülüşü bir başqa yerə göndərilir. Qısacası, cismin bütün maddi xüsusiyyətləri yenidən inşa edilir. Bu işlər, zamanın və məkanın səfər üçün mane olmayacağı və əşyaların hər hansı bir məkana an içində, həqiqətdə fiziki məsafə qət etmədən daşına biləcəyi mənasını daşıyır. 191
1998-ci ildə Kaliforniya Texnologiya İnstitutu (Caltech) mərkəzində olan fiziklər, iki avropalı qrup ilə birlikdə fotonun nəqlini reallaşdırdılar. Elm adamları fotonun atom quruluşunu oxuyub bu məlumatı 1 metr boyunca daşıyaraq, fotonun nüsxəsini meydana gətirdilər. Qısa müddət əvvəl reallaşdırılan başqa teleportasiya sınağında, Milli Avstraliya Universitetindən (ANU) Pinq Koy Lam və digər tədqiqatçılar lazer şüasını qısa məsafə boyunca nəql etdilər. 192
Necə ki, 17 iyul 2002-ci ildə CNN xəbər kanalında yer alan bir xəbərdə, kanberradakı Milli Avstraliya Universiteti fiziklərindən ibarət olan bir qrupun, lazer şüasını parçalayıb, bir neçə metr kənara “şüalandıqları” bildirildi. Qrup başçısı Pinq Koy Lamın isə hələ maddəni şüalandırmağı bacara bilmədiklərini, lakin bunun qeyri-mümkün olmadığını və atom halındakı bərk maddələrin şüalanmasının gələcəkdə mümkün ola biləcəyini söylədiyi bildirildi.
Danimarkada Aarhus Universitetindən Euqene Polzik və iş yoldaşları, Nature jurnalında yayımlanan araşdırma hesabatlarına görə, lazer şüasını istifadə edərək çox sayda atom üzərində, kvant fizikasından faydalanaraq müvəffəqiyyətli sınaqlar etdilər. 193
“Scientific American” jurnalında yazan avstriyalı fizik Anton Zeilinqer isə teleportasiyanın potensialı ilə əlaqədar qiymətləndirmələrində, daha kompleks sistemlərin fizika qanunlarını tapdalamadan nəql edilə biləcəyini ifadə edir. 194
Quranda “Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik...” (Fussilət surəsi, 53) ayəsiylə bildirildiyi kimi, bu elmi inkişaflar da Quranda işarə edilən və Quranın möcüzəvi istiqamətlərini ortaya qoyan texnologiyalardan bir qismi ola bilər.
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)
- Anil Ananthasüamy, “Teleporting larger objects becomes real possibility”, New Scientist, 6 fevral 2002.
- Dr. David Whitehouse, BBC News Online, 17 iyun 2002.
- “Atom Experiment Brings Teleportation a Step Closer”, Reuters, 26 sentyabr 2001;http://www.space.com/businesstechnology/technology/quantum_teleportation_010926.html
- Ceyms Schultz, Space News, Teleporting the Quantum Way, 12 oktyabr 2000.