Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Musadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!” – deyə vəhy etdik. Ondan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq, onlara manna və bildirçin endirdik, özlərinə də: “Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin!” – dedik. Onlar Bizə zülm etmədilər, ancaq özləri özlərinə zülm etdilər. (Əraf surəsi, 160)
Qapalı artezian quyuları, suyun aşağıya doğru sızmasının qarşısını alan su keçirməz qaya ilə məhdudlaşdırılmışdır. Su, artezian içərisinə bəhsi keçən qayanın daha yuxarıdakı doldurma sahəsindən daxil olar. Artezian quyularında suyun axışı J şəklində boruya bənzəyər. Bu borunun uzun qolunun olduğu nöqtəyə su əlavə olunmasıyla, borunun daha qısa olan qolu tərəfində olan su, təzyiq sayəsində yuxarı qalxar.
Yuxarıdakı ayədə hz. Musanın qövmünün ondan su istədiyi, hz. Musanın da on iki birliyin hər birinə su içəcəkləri yer təmin etdiyi izah edilir. Hz. Musadan qövmünün su istəməsi, su çətinliyi çəkdiklərinin göstəricisidir. Günümüzdə də bu cür su çətinliyi əsas mövzusudur. Bu gün 1 milyarddan çox insan təmiz sudan məhrumdur; 2.4 milyard insan hələ də yetərli olmayan sağlamlıq şərtləri içində su istifadə edir. 2025-ci il üçün edilən təxminlərə görə, su problemindən təsirlənəcək kəslərin sayının 5 milyard olması gözlənilir. 197 Su qaynaqlarının azlığından hər il 12 milyon insan ölür. Bu rəqəmin 3 milyonunu sudan qaynaqlanan xəstəliklərdən ölən uşaqlar meydana gətirir. 198
Günümüzdə dünya əhalisinin 8 %-ni meydana gətirən 31 ölkə, xroniki içmə suyu çətinliyi ilə qarşı-qarşıyadır. 2025-ci ilə gəlindiyində 48 ölkənin bənzər çətinliklərlə qarşılaşması gözlənilir. 199 BM təxminlərinə görə, 2025-ci ilə doğru içməli su daha da məhdud qaynaq halına çevriləcək və əhalinin zəif sürətlə çoxalmasına bağlı olaraq su çətinliyi çəkən 131 milyon insan sayı, 817 milyona, sürətlə çoxalması vəziyyətində isə 1.079 milyard nəfərə çatacaq. 200
Yeraltı sular dünya üzərindəki ən böyük şirin su qaynaqlarıdır və hal-hazırda istifadə edilə bilən vəziyyətdəki şirin su ehtiyatlarının 90%-dən çoxunu meydana gətirirlər. 201 Yeraltı sular Dünya üzərində təxminən 2 milyard insanın su ehtiyacını qarşılayaraq, bir çox ölkə üçün həyati əhəmiyyət daşıyır. 202 Amerikan xalqının təxminən 50%-nin əsas su qaynağı yeraltı sulardır, çöl bölgələrində bu nisbət 95%-ə qədər çıxır. 203 Yeraltı sular ən etibarlı və ən təhlükəsiz şirin su qaynaqlarıdır. Eyni zamanda bu sular geotermal enerji şəklində enerji istehsalı üçün və istilik nasoslarından istifadə edərək enerji qənaəti etmək məqsədiylə də istifadə edilir.
Torpağın içindən əmilən su, yeraltında keçirici olmayan təbəqəylə qarşılaşdığında, burada yığılaraq su qaynağı meydana gətirir. Bu su, yer üzünə artezian üsuluyla çıxarılır. Artezian qaynaqlar, yeraltı sular üçün yığma məqsədiylə su xəzinəsi şəklində vəzifə yerinə yetirən, çöküntülərin və ya çöküntü qayaların meydana gətirdiyi strukturlardır.
Artezian quyularının qayalıq bölgələrdə olması ayədəki təriflə uyğunluq içindədir. Allahın Əraf surəsinin 160.-cı ayəsində hz. Musaya daşa vurmasını ya da daşı qaldırmasını əmr etməsi də bu cür bir üsula işarə edə bilər. (Doğrusunu Allah bilir.) Ayədə “vur” olaraq tərcümə olunan “idrib” hərəkəti eyni zamanda qaldırmaq, açmaq mənalarına da gəlir. Bu səbəbdən burada təsvir edilən, daşın qaldırılması ilə açılan su qaynağı ola bilər. Beləcə, eynilə artezian quyularındakı kimi təzyiqli su, ayədəki “fışqırmaq, sərbəstcə axmaq, daşmaq, yerdən qaynayıb axmaq” mənalarını verən “inbeceset” sözüylə ifadə edildiyi şəkildə ortaya çıxmış ola bilər. Necə ki, yarılaraq açılan artezian quyularında, suya ilk çatıldığında təzyiq təsiriylə su səthə doğru fışqırar. Əgər yetərli təzyiq meydana gəlsə su, nasosun köməyi olmadan səthə çıxmağa davam edə bilər.
Günümüzdə -hz. Musanın su çətinliyinə daşın qaldırılmasıyla həll yolu tapması kimi- su probleminə yeraltı sularla həll yolu axtarılması və bundan faydalanmanın ən təsirli üsulunun artezian quyuları olması son dərəcə diqqət çəkicidir. Bu səbəbdən Əraf surəsinin 160-cı ayəsində, ilki fransanın Artois bölgəsində 1126-cı ildə açılmış, artezian quyularına işarə edilə bilər. (Doğrusunu Allah bilir.)
- http://web.worldbank.org/WBSITE/EXTERNAL/NEWS/0,,contentMDK:20114416~menuPK:34457~pagePK:34370~piPK:34424~theSitePK:4607,00.html
- http://web.worldbank.org/WBSITE/EXTERNAL/NEWS/0,,contentMDK:20044610~menuPK:34459~pagePK:64003015~piPK:64003012~theSitePK:4607,00.html
- http://www.infoforhealth.org/pr/m14edsum.shtml
- http://www.cnie.org/pop/pai/water-14.html
- http://www.iah.org/articles/mar2000/art002.htm
- http://ap.world.water-forum3.com/themeWwf/en/themeShow.do?id=36
- http://pasture.ecn.purdue.edu/~agenhtml/agen521/epadir/grndwtr/importance.html