O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır. (Zumər surəsi, 5)
Ayədə, gecə və gündüz meydana gəlməsi üçün Dünyanın hərəkəti, çalma sarılmasında olduğu kimi, “yumru bir cismi sarıyıb örtmək” mənasını verən “tekvir” felindən törəmiş “yukevviru” sözü ilə təsvir edilir. Bu söz Dünyanın kürəvi forması ilə yanaşı, Günəşin ətrafındakı hərəkətini də ən doğru olaraq ifadə edir. Dünyanın kürəvi forması və öz oxu ətrafında dönməsi səbəbiylə, Günəş hər zaman Dünyanın bir tərəfini işıqlandırarkən, digər tərəfi isə kölgədə qalar. Kölgədə qalan tərəf gecə qaranlıq ilə örtülər və sonra Dünyanın Günəşə doğru dönməsiylə gündüz, gecənin yerini alar. Yasin surəsində isə Günəş və Ayın mövqeləri ilə əlaqədar belə bildirilir:
Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir. (Yasin surəsi, 38-40)
Yasin surəsinin 40-cı ayəsində Günəş və Ayın hərəkətləri “üzüb getmək, axmaq, gəzmək” mənalarını verən ərəbcə “yesbahune” sözü ilə təsvir edilir. Bu söz adamın öz başına etdiyi hərəkət mənasını verər. Bu hərəkəti tətbiq edən adam, başqa bir adam tərəfindən müdaxilə edilmədən öz başına işinə davam edir deməkdir. Yuxarıdakı ayələrdə də Günəşin heç bir göy cisminə bağlı olmayan kainatdakı müstəqil hərəkətinə bir istiqamətiylə diqqət çəkilə bilər. (Doğrusunu Allah bilir.) Günəşin hərəkətini gözlərimizlə görməyimiz ya da izləməyimiz mümkün deyil. Bu hərəkəti təsbit edə bilmək, ancaq xüsusi texnoloji alətlərin istifadə etməklə mümkündür. Günəş öz oxu ətrafındakı 26 günlük turla yanaşı, kosmosda heç dayanmadan -Yasin surəsinin 39-cu ayəsində ifadə edildiyi şəkildə- öz orbitində dövr edir.
Ayədə eyni zamanda Günəşin Aya “çatmasına” icazə verilmədiyi bildirilmiş, beləcə Quranda astroloqların öz terminologiyaları ilə Günəş və Ayın eyni cisim ətrafında dönmədikləri xəbər verilmişdir. Eyni zamanda ayədə gecəni və gündüzü meydana gətirən hərəkət ilə, Günəşin və Ayın hərəkəti arasında da heç bir əlaqə olmadığı açıqlanır. (Doğrusunu Allah bilir.)
16-cı əsrə qədər elm dairələrində Dünyanın, kainatın mərkəzində olduğu düşünülürdü. Hətta bu görüş, qədim Yunanıstanda geo (Dünya) və centron (mərkəz) sözlərinin bir yerə gəlməsiylə yaranan, “geo-santrik model” adıyla adlandırılırdı. Bu inanc, məşhur astronom Nicolaus Copernicus (Kopernikin) 1543-cü ildə nəşr etdiyi “De Revolutionibus Orbium Coelestium” (Səmavi kürələrin dönüşləri üzərinə) adlı əsərində, Dünyanın və digər planetlərin Günəşin ətrafında döndüklərini ortaya atmasıyla sorğulandı. Lakin ancaq 1610-cu ildə Qalileo Qalileyin teleskopuyla etdiyi müşahidələr nəticəsində, Dünyanın əslində Günəşin ətrafında döndüyü elmi etibarlılıq qazandı. Bu dövrə qədər Günəşin Dünya ətrafında döndüyünə inanıldığı üçün, dövrün alimlərinin çoxu Copernicusun qaydasını qəbul etməmişdilər. Məşhur astronom Johannes Keplerin planetlərin hərəkətlərini açıqlayan fikirləriylə, 16 və 17-ci əsrlərdə helio-sentrik kainat modeli etibarlılıq qazandı. Helios (Günəş) və kentron (mərkəz) sözlərinin bir yerə gəlməsindən yaranan bu modeldə, kainatın mərkəzində Dünya deyil, Günəş mövcuddur. Digər göy cisimləri Günəş ətrafında hərəkət edərlər. Halbuki Quranda bu həqiqət bundan 14 əsr əvvəl bildirilmişdir.
Andıq Yunan astroloqlarından Claudius Ptolemeus (Ptolemey), kainatın mərkəzinin Dünya olduğunu söyləyərək, əsrlərlə etibarlı görülən Dünya-mərkəzli (geosantrik) kainat düşüncələrinə qaynaq olmuşdur. Bu səbəbdən Quranın endirildiyi dövrdə, gecə-gündüz meydana gəlməsini Günəşin hərəkətləriylə açıqlayan yer mərkəzli qaydanın səhvi bilinmirdi. Əksinə bütün ulduz və planetlərin Dünyanın ətrafında döndükləri qəbul edilirdi. Dövrün səhvlərinə baxmayaraq, Quranda dövrümüzün elmi məlumatları ilə uyğunluq içində bir çox ifadə yer almışdır. Şəms surəsində isə belə bildirilir:
And olsun günəşə və onun saçdığı şəfəqə! And olsun ondan sonra zühur edən aya! And olsun günəşi açıqlığa çıxardan gündüzə! And olsun günəşi bürüyən gecəyə! (Şəms surəsi, 1-4)
Yuxarıdakı ayələrdə ifadə edildiyi kimi gündüz, -Günəşin parlaqlığı- Dünyanın hərəkəti ilə meydana gəlir. Gecə ilə gündüzü meydana gətirən hərəkət Günəşin hərəkəti deyil. Bir başqa sözlə, gecəyə və gündüzə nisbi olaraq Günəş sabitdir. Quranda bildirilənlər, Dünyanın sabit olub, Günəşin onun ətrafında döndüyü tezisini müdafiə edənlərin iddialarını etibarsız etmişdir. Quranın zaman və məkandan münəzzəh olan, bütün elmlərin sahibi Rəbbimizin Qatından olduğu açıq-aşkar həqiqətdir. Elm və texnologiya inkişaf etdikcə Quran və elm arasındakı uyğunlaşmanın nümunələri də, hər keçən gün daha açıq şəkildə gözlər önünə sərilir. Bir Quran ayəsində belə buyurulur:
Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)
Yuxarıdakı şəkildə 1750-ci illərə aid əl yazması olan sənəddə Dünya-mərkəzli kainat modeli görülür. Bu görüşün tərk edilərək, Günəş-mərkəzli kainat modelinin qəbul edilməsi uzun illər almışdır. 1
Altda indiki vaxtda etibarlı olan heliosentrik (Günəş-mərkəzli) kainat modeli, yuxarıda da əsrlərlə doğru olduğu zənn edilən geosentrik (Dünya-mərkəzli) kainat modeli görülür. 2
2. http://upload.wikimedia.org/wikipedia/commons/1/14/Geoz_wb_en.jpg