Ayə təfsiri
“Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır.” (Bəqərə surəsi, 121)
Sonsuz güc sahibi Allah bu ayəsində iman edənlərin, müqəddəs kitabımız olan Quranı lazımı şəkildə oxuyanlar olduğunu bildirmişdir. Aləmlərin Hakimi olan Allah, insanlara Kitab göndərərək onlara Özünü tanıtmış, sonsuz xoşbəxtliyə necə çatacaqlarının yolunu göstərmişdir. Quranı səmimi olaraq oxuyub, həyatına keçirən insanlar Allahın rəhmətini qazanarlar.
Quranı səmimi olaraq oxuyan hər insan, yaradılış məqsədini və Yaradılışın sirlərini, gözəl əxlaqı, Allahın məmnuniyyətini və cənnətini qazanmanın yolunu, axirətdəki həyatı və daha bir çox məlumatı ən doğru və ən qüsursuz şəkliylə öyrənər. Unudulmamalıdır ki, Allahın bildirdiyi din əxlaqı ilə əlaqədar bütün sualların cavabı Quranda vardır.
İman edənlər; Allahın məmnuniyyətini qazanmaq üçün, Onun Qurandakı yazılı əmrlərini əskiksiz olaraq tətbiq edərlər. Ətraflarında olan hər kəsi Allaha iman etməyə, Ondan qorxub çəkinməyə və Quran əxlaqını yaşamağa dəvət edərlər. İmanları artdıqca ağılları, səmimiyyətləri də eyni dərəcədə artar, bu səbəbdən Quran ayələrindəki incəlikləri və sirləri daha yaxşı qavrayarlar. Quranı qaynaq etdiklərinə görə, Allahın icazəsiylə hər zaman ən doğru və ən ağıllı qərarları alarlar. Qarşılaşdıqları hadisələrə və problemlərə gətirdikləri həll yolları da, Quranda bildirilən hökmlər istiqamətindədir.
Ancaq Quranı oxumayan ya da ondan üz çevirən inkarçılar, Allahı və imanı həqiqi mənada tanımazlar. Məhz bu kəslər, ayədə də bildirildiyi kimi axirətdə çox böyük peşmanlıq yaşayacaq və şiddətli cəhənnəm əzabıyla qarşılıq görəcəklər.
“Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər surəsi, 53)
Bu ayədə Qüdrətli Allah, qəflətə qapılıb səhv edən və ardından səmimi olaraq tövbə edib bağışlanma diləyən insanın günahlarının bağışlanacağını xəbər vermişdir. Ayədə möminlərin işlədikləri qüsurun ölçüləri nə olursa olsun, səmimi olaraq etdiklərindən peşman olduqları təqdirdə Allahın rəhmətindən ümidlərini kəsməmələri bildirilmişdir. Bu, din əxlaqını yaşamanın insanlara təqdim etdiyi ən böyük nemətlərdən və asanlıqlardan biridir. Bilməyərək, qəflətə qapılaraq, nəfsinə uyaraq işlədiyi səhvlərdən ötrü ümidsizliyə düşməsi heç bir şəkildə Quran əxlaqına uyğun olmayan rəftar olacaq. Əlbəttə mömin səhv və günah işləməməyə, Allahın sərhədlərini qorumağa son dərəcə diqqət göstərər. Lakin buna baxmayaraq işlədiyi səhvləri ola bilər. Səhv edən möminə düşən, səhvindən ötrü ibrət almaq, peşman olub doğrusunu görmək, vaxt keçirmədən Allaha sığınmaq və bir daha o səhvi təkrarlamamaq üzrə səy göstərməkdir. Allahın Təvvab (Tövbələri qəbul edən), Qafur (Bağışlayan), Rəhman (Mərhəmət edən) adları da səhv və günah işləyib peşman olan və Allaha yönələn möminlər üzərində təcəlli edər. Mömin, səhv etdiyində dərhal tövbə etdiyi kimi bu səhvini taleyi xatırlayaraq da təfəkkür edər. Hər şeydən əvvəl bu səhvi onun dünyadakı təhsili və Allaha yaxınlaşması üçün onun taleyində… ardı...
“O kəslər ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər.” (Ənkəbut surəsi, 59)
Bu ayədə Allah, möminlərin yaşadıqları hadisələr qarşısında səbirli və təvəkküllü olduqlarını, yəni Allahın yaratdığı qədərə təslim olan, Allaha güvənib, səbir edən insanlar olduqlarını xəbər verir. Səbir və təvəkkül, möminlərin gözəl əxlaq xüsusiyyətlərindəndir. Möminlər səbri Allaha yaxınlaşmanın yolu olaraq görür və Quranda əmr edilən ibadət olaraq yaşayırlar. Necə səbirlə səbir etmələri lazım olduğunu təyin edən rəhbərləri isə Quran və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Möminlər başlarına çətinlik gələrsə bunu yaradanın Allah olduğunu və bunun mütləq onlar üçün xeyirlərə vəsilə olacağını bilərlər. Allahın özləri üçün ən gözəl qədəri təyin etdiyini bildikləri üçün qarşılaşdıqları hər hadisəyə könüldən razı olar və məmnuniyyətlə təvəkkül edərlər. Möminlər hansı şərtlər altında olurlarsa olsunlar, şikayət etməyi, şikayətlənməyi özlərinə heç bir şəkildə yaraşdırmazlar.
“Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.” (İnşirah surəsi, 5) ayəsi ilə də bildirildiyi kimi, Allahın çətinlikləri asanlıqlarla birlikdə yaratdığını və bunun Allahın dəyişməyən qəti qanunu olduğunu bilərlər. “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər…” (Bəqərə surəsi, 286) ayəsiylə Allah qullarına əhəmiyyətli həqiqəti xatırlatmışdır. Allah hər insanı, ancaq öhdəsindən gələ biləcəyi çətinliklərlə sınayır. Bu səbəbdən insan çətinliklə qarşılaşırsa, qəti həqiqətdir ki, Allah o adama bu vəziyyətə səbir edə biləcəyi gücü… ardı...
“Qullarıma Mənim bu Sözümü de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir.” (Zumər surəsi, 10)
Ayədə iman edənlərin Allahdan qorxub çəkinmələri lazım olduğuna diqqət çəkilir. Bundan əlavə yaxşılıq edənlərin dünyada və axirətdə mütləq yaxşılıqla qarşılıq görəcəkləri xəbər verilir. Bu, yaxşılığı edərək fədakarlıq edənlərə, Allahın məmnuniyyətini qazanmaq üçün ciddi səy və səbir göstərənlərə Allahın Quranda bildirdiyi müjdədir. Allah Quranda İslam əxlaqına görə “əsl yaxşılığın” nə olduğunu da bildirərək bütün möminlərə sahib olmaları lazım olan üstün əxlaqı xəbər vermişdir. Bu, çox böyük rəhmətdir. Bir adamın yaxşılıq etməsi demək, Allahdan qorxub çəkinərək, axirətdəki hesabını düşünməsi və vicdanından istifadə edərək hər an Allahı ən çox məmnun edəcək davranışı seçməsidir.
Allah səmimi olan qullarını doğru yola yönəldər, işlərini asanlaşdırar, qəlblərinə hüzur və güvən duyğusu verər, şükür etmələrinə qarşılıq üzərlərindəki nemətləri qat-qat artırar, din əxlaqının yayılması üçün göstərdikləri səydən ötrü onlara kömək edər. Rəbbimiz, möminlərin səmimi, qatqısız olaraq axirət yurdunu düşünmələrinə qarşılıq olaraq onlara daim ruzi verər, gözəl və təmiz nemətlər içində yaşadar. Bu nemətlər və zənginliklər isə iman edənlərin Allaha şükür edib Onu xatırlamalarına vəsilə olar. Allahın vədinin nəticəsi olaraq, bu əxlaqlarına qarşılıq hər mömin, dünyada hüzurlu həyat yaşayar.
Allah, dünyadakı həyatları boyunca gözəl əxlaqı yaşamaqda, çətin zamanlarda təvəkkül etməkdə, Özünün məmnun olacağı ən gözəl davranışları göstərməkdə böyük qətiyyət göstərən səmimi qullarına qarşılıqlarını “Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir….” (Qəsas surəsi, 54) ayəsində də bildirildiyi kimi hesabsızca və qat-qat verər.
“Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər.” (Kəhf surəsi, 57)
Ayədə Allahın ayələri xatırladıldığı zaman, üz çevirən və etdiklərini unudanlar, “zalım” olaraq təsvir edilir. Quran çox açıq və aydın olar olaraq endirilən müqəddəs kitabımızdır. Diləyən hər insan Quranı oxuya bilər, Allahın əmrlərini, bəyəndiyi əxlaqı, cənnət və cəhənnəmin xüsusiyyətlərini Qurandan öyrənə bilər. Ancaq, Allahın yaratdığı hikmət olaraq insanların bir qismi, çox açıq olmasına baxmayaraq Quranı anlaya bilmirlər. Çünki Quran ayələri, öyüd və xatırlatmalar ancaq Allahdan qorxanlara təsir edər. Allah qorxusu olmayanlar, bu xatırlatmalar üzərində düşünərək özlərinə dərs çıxara bilməzlər. Beləcə ən asan olanı anlaya bilməmələriylə onlar üzərində əhəmiyyətli möcüzə təcəlli etmiş olar. Bəzi insanların bu qədər şiddətli anlayış və qavrayış əskikliyinə sahib olmaları, bu kəslərin fərqli yaradılışda olduğunun və bütün insanların ürəklərinin, ağıl və anlayışlarının Allahın idarəsində olduğunun dəlilidir. Çünki Allah təkəbbürlənən, yəni Allaha boyun əyməyən kəslərin ürəklərini, qavrayışlarını bağlayacağını bildirir. Quranın xaricində hər şeyi anlayıb, sırf Quranı anlaya bilməmələri Allahın onları ayələrindən əngəllədiyini göstərir. Bundan əlavə ayədə Allahın ayələri xatırladıldığı zaman, üz… ardı...