İçeriğe geç

İman gətirib saleh əməllər edənlər Cənnət sakinləridir

“Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar.” (Hud surəsi, 23)

 

Allah ayəsində iman edib Allahın razılığına və endirdiyi əxlaqa uyğun hərəkət edən və “Rəbbinə boyun əyənlər” olaraq möminləri cənnətlə müjdələmişdir.

İnsanı doğru yola yönəldən və ona axirətdə böyük nemətlər qazandıracaq olan, iman etməsiylə yanaşı, o imana uyğun saleh əməllər işləməsidir. Çünki saleh əməl, adamın, yalnız Allah rizasını güddüyünün, səmimi iman etdiyinin göstəricisidir. Saleh əməl, insanın Allah rizasını qazanmaq üçün dünyada göstərdiyi səydir. İslamın təbliğ edilməsi, Quran əxlaqının yaşanması üçün çalışılması, Quranın yaxşı başa düşülməsi üçün səy göstərilməsi, müsəlmanların hər cür ictimai və fərdi problemlərinin həlli kimi mövzuların hamısı, namaz, oruc, zəkat, həcc kimi ibadətlərlə yanaşı reallaşdırılmalı olan saleh əməllərdir. Göstərilən hər saleh rəftar, müsəlmanların səbirlərini, qərarlı olmalarını, sədaqətlərini, qısacası imandakı fərasətlərini ortaya çıxarar. İnsanın Allah üçün saleh əməllər etməsi, onun Allaha olan yaxınlığını və axirətdəki dərəcəsini artırar. İnsanın imanı, bu əməllə birlikdə möhkəmləşər.

Rəhməti qulları üzərində sərhədsiz olan Rəbbimiz, bütün insanlara dünya həyatında lütf edən, onları əsirgəyən və bağışlayandır. Allah bütün həyatlarını Onun razı olacağı şəkildə keçirən, qorxub çəkinən, ayələri qüsursuzca tətbiq edən və din əxlaqının yayılması üçün gecə-gündüz səy göstərən saleh qullarına, həm dünyada, həm də axirətdə çox gözəl həyat müjdələyir. Mömin dünyada ikən cənnətə bənzər nemətlərlə şərəfləndirilər. Allahın rəhməti və bol lütfkarlığı dünyada həyatlarının sonuna qədər möminlər üzərində təcəlli edər. Qüdrətli Allahın rəhməti və lütfkarlığı, Rəbbimizin möminlər üçün hazırladığı nemətlərlə təchiz edilmiş cənnətlərdə də sonsuza qədər onların üzərində olacaq.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz