“… Doğrusu, Biz onlara Zikr gətirdik…” (Muminun surəsi, 71)

 

Allahın ayəsiylə bildirdiyi kimi, Quran əxlaqını yaşamaq insanlara “şan və şərəf” qazandırar. Bu səbəbdən bu əxlaqı yaşayan möminlər, hörmət ediləcək, şərəfli və təmkinli xarakterə sahib olarlar.

İman sahibi insanlar, yaşadıqları cəmiyyətdən ya da ətraflarından aldıqları təlqinlər hər nə olursa olsun, bunları bir kənara buraxar və Quranda bildirilən müsəlman xarakterini yaşayarlar, xarakterlərini Allahın bəyəndiyi və məmnun olacağı əxlaqı mənimsəyərək, Quran əxlaqına görə təyin edərlər. Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə qadın ya da kişi xarakterində görülən bütün acizliklərdən, zəifliklərdən, komplekslərdən və pozuq rəftardan xilas olaraq, bunların yerinə gözəl əxlaqın gətirdiyi güclü xarakter inkişaf etdirərlər və Quran əxlaqını yaşamaq mövzusunda böyük dəqiqlik göstərərlər.

Ömürləri boyunca Allah yolunda yaşayan dəyərli möminlərə, İslam dini həm dünya həyatında, həm də axirətdə həqiqi mənada qürur, şərəf və möhtərəmlik verər və onlara üstün əxlaq qazandırar. Quran əxlaqı, insanlara ola biləcək ən güclü, ən möhkəm və ən gözəl şəxsiyyəti qazandırar. Bir insanın şəxsiyyətini gözəlləşdirib üstün hala gətirən, xarakterini düzəldən, əxlaqını gözəlləşdirən, rəftarlarını təsiredici edən əsl olaraq o adamın imanı, Allah qorxusu və təqvasıdır. Bu, Allahın Quran ilə bildirdiyi əhəmiyyətli sirr, insanların diqqətlə düşünüb öyüd almalarını tələb edən əhəmiyyətli məlumatdır.

Quranda bildirilən müsəlman əxlaqını yaşayan qadınlar və kişilər son dərəcə güclü və möhkəm şəxsiyyətə sahibdirlər. Bundan əlavə, ən əhəmiyyətlisi bu şəxsiyyəti cəmiyyət nəzdində üstünlük əldə edə bilmək üçün deyil, yalnız Allahın razılığını və sevgisini qazana bilmək üçün yaşayırlar. Ömürləri boyunca bu əxlaqı sərgiləyən möminlərin Allah qatında görəcəkləri qarşılıq ayədə belə müjdələnmişdir:

 

“Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çəyirdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (Nisa surəsi, 124)