Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir. (Bəqərə surəsi, 267)
İnfaq, Allahın rizasını qazanmaq üçün edilən xərcdir. Möminlər üçün mənəvi təmizlənmə vəsiləsidir. Səmimi və ixlaslı şəkildə, Allahın razılığı xaricində heç bir məqsəd ya da qarşılıq güdmədən infaq etmək imanın göstəricisidir. Allah ayəsində iman edənlərə qazandıqlarının yaxşı olanından və özlərinə verilən nemətlərdən infaq etmələrini bildirir. İnsan sevdiyi, dəyər verdiyi şeylərdən yalnız Allah dilədiyi üçün, Onun məmnuniyyətini qazanmaq üçün sevə-sevə imtina edirsə, fəda edirsə ancaq o zaman etdiyi infaqın Allah qatında məna və dəyər qazanmasını ümid edə bilər. Mömin bu şəkildə Allahın rəhmət və məmnuniyyətini dünyadakı heç bir şeyə dəyişməyəcəyini göstərmiş olar. Bu rəftarıyla, Allahın razılığını və rəhmətini qazanmağa möhtac olduğunu, sonsuz rəhmət sahibi Qüdrətli Allahın hər şeydən münəzzəh olduğunu ifadə etmiş olar.
Allah ayənin davamında, insanları xoşlanmadığı, başından etmək istədiyi hətta dəyərsiz gördüyü şeyləri infaq olaraq verməkdən çəkinməyə çağırır. Cəmiyyətdə infaq etmiş kimi görünmək məqsədiylə belə hərəkət etmək adama Allah qatında bir şey qazandırmaz. (Doğrusunu Allah bilər) Buna görə mömin ayədə bildirilən və Quran əxlaqına zidd olan bu cür davranışdan qətiyyən çəkinməlidir.
Ayədə xəbər verildiyi kimi. Allah güc və zənginliyin əsl sahibidir, heç bir şeyə ehtiyacı olmayandır. O heç bir şeyə ehtiyacı olmayandır və hər şey Ona möhtacdır.
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. (Fatır surəsi, 15)