Quran əxlaqı və təfəkkür

ayagidis

Bədirlənmiş on dörd gecəlik aya! Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz. Onlara nə olub ki, iman gətirmirlər? (İnşiqaq surəsi, 18-20)

 

Yuxarıdakı ayələrdə Aya diqqət çəkildikdən sonra haldan-hala keçib dəyişəcəkləri deyilmişdir. “Terkebu” ifadəsi, (vasitəyə) minmək, bir yol üzərində getmək, arxasına düşmək, izləmək, girişmək, cəhd etmək, qatılmaq, hakim olmaq mənalarını verən “rakibe” felindən törəmişdir. Bu mənalar diqqətə alındığında, “haldan-hala keçib dəyişəcəksiniz” ifadəsində, miniləcək vasitəyə işarə edilə bilər.

Necə ki, Aya gediş üçün minilən kosmos vasitələri, atmosfer təbəqələrini bir-bir keçdikdən sonra kosmos boşluğuna və oradan da Ayın cazibə sahəsinə girərlər. Beləcə, bir-birindən ayrı bir çox təbəqə ard-arda keçilərək Aya gedilər. Bunlarla yanaşı İnşiqaq surəsinin 18-ci ayəsində Ay üzərinə and içilməsi də vurğunu ayrıca gücləndirir. Bu səbəbdən yuxarıdakı ayə ilə, Aya gedişin reallaşacağına işarə edilə bilər. (Doğrusunu Allah bilir.)

 

dunyahayati

Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır. (Nəhl surəsi, 8)

 

Yuxarıdakı ayədə nəqliyyat vasitəsi olaraq sayılan heyvanlardan başqa, insanların bilmədikləri nəqliyyat vasitələrinin də olacağına diqqət çəkilir. Aşağıdakı ayədə isə gəmi kimi kütləvi nəqliyyat vasitələrinin olacağına işarə edilir:

 

Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir. Biz onlar üçün buna bənzər daha neçə-neçə minik vasitələri yaratdıq. (Yasin surəsi, 41-42)

 

Related image

Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır. (Nəhl surəsi, 8)

 

Yuxarıdakı ayədə nəqliyyat vasitəsi olaraq sayılan heyvanlardan başqa, insanların bilmədikləri nəqliyyat vasitələrinin də olacağına diqqət çəkilir. Aşağıdakı ayədə isə gəmi kimi kütləvi nəqliyyat vasitələrinin olacağına işarə edilir:

 

Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir. Biz onlar üçün buna bənzər daha neçə-neçə minik vasitələri yaratdıq. (Yasin surəsi, 41-42)

 

karincaNəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”. (Nəml surəsi, 18)

 

Yuxarıdakı ayədə “Qarışqa vadisi” deyilən xüsusi bir yerə və xüsusi qarışqalara diqqət çəkilir. Hz. Süleymanın, qarışqaların öz aralarındakı danışıqlarını eşitməsində də, kompyuter texnologiyasında yaşanacaq inkişaflara istiqamətli bəzi diqqət çəkici işarələr ola bilər. İndiki vaxtda “Silikon vadisi” termini texnologiya dünyasının mərkəzini ifadə edir. Hz. Süleyman hekayəsində də “qarışqa vadisi”ndən bəhs edilməsi son dərəcə mənalıdır. Allah bu ayə ilə gələcəkdə yaşanacaq yüksək texnologiyaya diqqət çəkə bilər.

Bundan əlavə günümüzdə qarışqalar və bəzi böcək növləri yüksək texnologiya sahəsində sıx olaraq istifadə edilir. Bu canlılar nümunə götürülərək inkişaf etdirilən robot layihələri, müdafiə sənayesindən texnologiya sahəsinə qədər bir çox sahədə xidmət etməyi məqsəd qoyur. Ayədə bu inkişaflara da işarə edilə bilər.

 

 

Mini texnologiyadakı son inkişaf: Robot qarışqa ordusu

 

Qarışqalar nümunə götürülərək inkişaf etdirilən layihələrin ən məşhuru, fərqli ölkələrdə bir-birindən müstəqil olaraq icra edilən “Robot qarışqa ordusu layihələri”dir. Məsələn, Virginia Polytechnic Institute və Virginia State Universiteti tərəfindən aparılan tədqiqatda kiçik, ucuz və sadə robotların inkişaf etdirilməsini hədəfləyir. Məqsəd, hamısı fiziki olaraq bir-birinin eynisi olan bu robotlardan robot ordusu meydana gətirməkdir. Layihə səlahiyyətliləri bu… ardı...

 

Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də haqdan döndərilirsiniz! (Ənam surəsi, 95)

 

Ənam surəsinin 95-ci ayəsində “toxum” (elhabbi) və “çəyirdək” (enneva) ifadələriylə atomun yarılması, parçalanması ilə əlaqədar vəziyyətə işarə edilə bilər. Necə ki, “enneva” sözünün lüğəvi mənaları arasında, çəyirdək, mərkəz, atom nüvəsi yer alır. Bundan əlavə ayədə təsvir edilən ölüdən diri çıxarılması, ölü olan enerjidən Allahın maddəni yaratması şəklində şərh oluna bilər. Diridən ölü çıxması isə, maddənin atomu hərəkətli olduğu üçün (diri), maddədən enerjinin (ölü) çıxması ola bilər. (Doğrusunu Allah bilir.) Çünki diri olaraq çevrilən “elhayye” canlı mənasıyla yanaşı aktiv, enerjili mənalarına da gəlir. Ölü olaraq çevrilən “elmeyyiti” ifadəsinin də cansız mənanı daşımasıyla, enerjini ifadə etmə ehtimalı var.

atom(1)

Günümüzdə parçalanma üsulu ilə atom nüvəsi yarılaraq parçalara ayrılır.

Enerji, elm adamları tərəfindən iş görmə tutumu şəklində təyin olunur. Maddə isə yer üzündə və kainatın içində obyektləri meydana gətirən vəsaitdir və elektron mikroskopu altında görülə bilən hərəkət halındakı atom və molekullardan meydana gəlir. Albert Eynşteyn 20-ci əsrin əvvəlində enerji və maddənin atom səviyyəsində bir-birləriylə əlaqəli olduğunu qarşıya qoyaraq, maddənin enerjiyə çevrilməsinin mümkün ola biləcəyini ifadə etmişdir. Bu vəziyyət yuxarıda təsvir etdiyimiz, diridən ölü çıxması, yəni atom səviyyəsində… ardı...