Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”. (Nəml surəsi, 18)
Yuxarıdakı ayədə “Qarışqa vadisi” deyilən xüsusi bir yerə və xüsusi qarışqalara diqqət çəkilir. Hz. Süleymanın, qarışqaların öz aralarındakı danışıqlarını eşitməsində də, kompyuter texnologiyasında yaşanacaq inkişaflara istiqamətli bəzi diqqət çəkici işarələr ola bilər. İndiki vaxtda “Silikon vadisi” termini texnologiya dünyasının mərkəzini ifadə edir. Hz. Süleyman hekayəsində də “qarışqa vadisi”ndən bəhs edilməsi son dərəcə mənalıdır. Allah bu ayə ilə gələcəkdə yaşanacaq yüksək texnologiyaya diqqət çəkə bilər.
Bundan əlavə günümüzdə qarışqalar və bəzi böcək növləri yüksək texnologiya sahəsində sıx olaraq istifadə edilir. Bu canlılar nümunə götürülərək inkişaf etdirilən robot layihələri, müdafiə sənayesindən texnologiya sahəsinə qədər bir çox sahədə xidmət etməyi məqsəd qoyur. Ayədə bu inkişaflara da işarə edilə bilər.
Mini texnologiyadakı son inkişaf: Robot qarışqa ordusu
Qarışqalar nümunə götürülərək inkişaf etdirilən layihələrin ən məşhuru, fərqli ölkələrdə bir-birindən müstəqil olaraq icra edilən “Robot qarışqa ordusu layihələri”dir. Məsələn, Virginia Polytechnic Institute və Virginia State Universiteti tərəfindən aparılan tədqiqatda kiçik, ucuz və sadə robotların inkişaf etdirilməsini hədəfləyir. Məqsəd, hamısı fiziki olaraq bir-birinin eynisi olan bu robotlardan robot ordusu meydana gətirməkdir. Layihə səlahiyyətliləri bu robotların rahat olmalarının səbəbini bu şəkildə açıqlayırlar: “Qrup şəklində hərəkət etmələri, koordinasiya içində, bir sıra fiziki işləri yerinə yetirmələri və ortaq şəkildə qərar almaları”. Bu robot ordularının bütün mexaniki və elektrik dizaynları qarışqa birliyinin davranışları göz önünə alınaraq hazırlanmışdır. Böcək olan yoldaşlarına bənzərlikləri səbəbiylə özlərinə “qarışqa ordusu” robotları deyilir.
“Qarışqa ordusu” robot sistemi, başlanğıcda “material daşıma sistemi” olaraq hazırlanmışdır. Bu ssenariyə görə bir çox kiçik robot ortaq şəkildə cisimləri qaldırıb nəql etmək üçün vəzifələndiriləcəkdi. Daha sonra fərqli vəzifələrdə də istifadə edilmələrinə qərar verildi.
Mövzuyla əlaqədar bir nəşrdə, bu robotların hansı məqsədlə istifadə ediləcəyi bu şəkildə təsvir edilir:
Nüvə və təhlükəli maddə təmizliyi, mədənçilik (vəsait çıxartma və xilas etmə), mina təmizləmə, kəşfiyyat və keşik, planet səthlərinin araşdırılması və qazıntı. 204
Qarışqa robot texnologiya mövzusunda mütəxəssis olan Israel A. Wagner tərəfindən İsrail parlamentinə təqdim edilmiş hesabatda isə, qarışqa robot layihələri bu şəkildə təsvir edilir:
Qarışqa-robotlar ortaq hədəfi reallaşdırmaq üçün hazırlanmış fiziki varlıqlardır. Bunların çox məhdud enerji qaynağı istifadə etdikləri və iş sahələrində bir çox izlər buraxaraq ünsiyyət qurduqları görülür. İşlərin bu robotlar arasındakı paylanması, ya mərkəzi nəzarət təmin edən və digər agentlərə təlimat göndərən fərd tərəfindən reallaşdırıla bilər ya da fərdlərin əvvəldən itaət etmələri şərtiylə verilən vəzifənin tamamlanması da təmin edilə bilər.
Üçüncü yol isə, iş əsnasında bu əməkdaşlığın təbii olaraq əvvəldən qərar vermədən ortaya çıxmasıdır. Bunların istifadə məqsədi araşdırma, xəritə çıxarma, evin zəmisini təmizləmə, bilinməyən planeti kəşf etmə ya da mina sahəsini təmizləmə ola bilər. 205
Bu nümunələrdə də görüldüyü kimi günümüzdə, qarışqaların ictimai həyatları bir çox layihənin təməlini meydana gətirir və qarışqalar nümunə götürülərək reallaşdırılan robot texnologiyaları insanlara faydalar təmin edir. Məhz bu səbəblə hz. Süleyman hekayəsində qarışqalara və bunların olduğu vadiyə diqqət çəkilməsi son dərəcə əhəmiyyətlidir. Ayələrdə keçən “qarışqalar” ifadəsiylə, robotlardan ibarət olan orduya işarə edilə bilər. Ayələrdə həm də gələcəkdə robot texnologiyasında yaşanacaq inkişaflara, robotların insan həyatında əhəmiyyətli rol oynayacaqlarına, bir çox ağır işi insanların yerinə edib onların həyatlarını daha rahat hala gətirəcəklərinə də işarə edilə bilər. Şübhəsiz doğrusunu Allah bilir.