Bədirlənmiş on dörd gecəlik aya! Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz. Onlara nə olub ki, iman gətirmirlər? (İnşiqaq surəsi, 18-20)
Yuxarıdakı ayələrdə Aya diqqət çəkildikdən sonra haldan-hala keçib dəyişəcəkləri deyilmişdir. “Terkebu” ifadəsi, (vasitəyə) minmək, bir yol üzərində getmək, arxasına düşmək, izləmək, girişmək, cəhd etmək, qatılmaq, hakim olmaq mənalarını verən “rakibe” felindən törəmişdir. Bu mənalar diqqətə alındığında, “haldan-hala keçib dəyişəcəksiniz” ifadəsində, miniləcək vasitəyə işarə edilə bilər.
Necə ki, Aya gediş üçün minilən kosmos vasitələri, atmosfer təbəqələrini bir-bir keçdikdən sonra kosmos boşluğuna və oradan da Ayın cazibə sahəsinə girərlər. Beləcə, bir-birindən ayrı bir çox təbəqə ard-arda keçilərək Aya gedilər. Bunlarla yanaşı İnşiqaq surəsinin 18-ci ayəsində Ay üzərinə and içilməsi də vurğunu ayrıca gücləndirir. Bu səbəbdən yuxarıdakı ayə ilə, Aya gedişin reallaşacağına işarə edilə bilər. (Doğrusunu Allah bilir.)