Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu. (Şuəra surəsi, 63)
Firon olaraq tanınan Misir kralları, köhnə Misirin çoxtanrılı batil dinində, özlərini ilah olaraq qəbul edirdilər. Allah həm Misir xalqının haqq dinə qarşı batil bir sistemi mənimsədiyi, həm də İsrailoğullarının kölələşdirildiyi bir dövrdə, hz. Musanı elçisi olaraq Misir qövmünə göndərmişdir. Ancaq köhnə misirlilər -başda Firon və ətrafı olmaqla- hz. Musanın haqq dinə dəvətinə baxmayaraq, bütpərəst inanclarından imtina etmirdilər. Hz. Musa Firona və yaxın ətrafına çəkinmələri olduqları şeyləri açıqlamış və onları Allahın əzabına qarşı xəbərdar etmişdi. Buna qarşılıq onlar üsyan edib hz. Musaya böhtanlar ataraq dəlilik, cadugərlik və yalançılıqla günahlandırmışdılar. Firon və qövmünə çoxlu sayda bəla verilməsinə baxmayaraq, onlar Allaha təslim olmamış, Allahı tək İlah olaraq qəbul etməmişdilər. Hətta başlarına gələnlərə görə hz. Musanı günahlandıraraq, onu Misirdən sürgün etmək istəmişdilər. Buna görə Allah hz. Musa və onunla olan möminlərə olduqları yeri tərk etmələrini bildirmişdir:
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik. Firon şəhərlərə əsgər toplayanlar göndərdi. O dedi: “Bunlar kiçik bir dəstədir. Onlar bizi qəzəbləndirmişlər.Biz hamımız ayıq-sayıq olmalıyıq”. Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq; xəzinələrdən və gözəl yerlərdən də qovduq. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik. Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar. (Şuəra surəsi, 52-60)
Quranda bildirildiyi kimi, bu təqibin ardınca iki birlik qarşı-qarşıya gəldikləri sırada, Allah dənizi yararaq hz. Musanı və onunla birlikdə iman edənləri qurtarmış, Firon və qövmünü isə həlaka uğratmışdır. Quranda Allahın iman edənlərə bu köməyi belə bildirilir:
Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. Şübhəsiz ki, bu hekayədə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. (Şuəra surəsi, 63-68)
Şuəra surəsinin 63-cü ayəsində “vur” olaraq çevrilən ərəbcə “idrib” kəlməsi, eyni zamanda “açmaq, ayırmaq, bölmək” mənalarına da gəlir. Bu ifadəylə və davamındakı ayələrdə izah edilən hadisə ilə, sunami dalğasının meydana gəlməsinə işarə ola bilər. (Doğrusunu Allah bilir.) Çünki sunami dalğalarında da böyük miqdarda su yer dəyişdirərək dayaz suların ortaya çıxmasına səbəb olur. Hz. Musa dövründə də sunami dalğalarında olduğu kimi, sular bir neçə yüz metr yanlara doğru çəkilmiş və beləcə dəniz yarılmış ola bilər. (Doğrusunu Allah bilir.)
Ayrıca yuxarıdakı ayələrdə suların görünüşü dağlara bənzədilir. sunami dalğasında toplanan sular nəhəng bir təpə meydana gətirir 1 və bu dalğaların əsl kütləsi dibdə olduğundan, dağ kimi görünüş alar. Dağlardakı kimi sunami dalğasının da döşəmə qismi daha güclü və genişdir. Sunami dalğalarında, bir tərəfdən su dərinliyi azalarkən, dalğanın kütləsi genişləyərək yüksəkliyi artar. Dalğa yüksəkliyi 30 metrə çata bilir. 2 Bu baxımdan suyun aldığı görünüşün dağlara bənzədilməsi çox mənalıdır.
Sunamilər bildiyimiz dalğalardan çox fərqlidir və dənizin dərinliyinin hamısının hərəkət etməsidir. Bu dərinlik çox vaxt yalnız səthdə qalmaz və bir neçə kilometri aşar. Bu səbəblə çox güclü enerjiyə sahib olarlar və çox yüksək sürətlərdə hərəkət edərlər. Elmi izahlarda sunami dalğaları ilə əlaqədar bunlar bildirilir:
… Əslində sunami dalğası hərəkət halında olan nəhəng su kütləsinin təkcə üst ucudur… Dalğalar okean səthində tək dayaz təbəqə meydana gətirərkən, sunami okeanın içində yüzlərlə metr dərinliyə uzana bilər… Sunami dalğalarını ümumiyyətlə qaranlıq su “divarları” şəklində təsvir edərlər. Dərhal gerilərində dayanan sıx su kütləsinə görə dalğalar daha sonra sahil xətlərinin üzərinə qapanar və sahil tamamilə su altında qalar.
… Dəniz dibinin sərhədləri və sahil zolağı dalğaların yüksəkliyini təyin edən faktorlardır və bəzən gözlənilməz nəticələr verə bilər. 1993-cü ildə Yaponiyada Okushiridə meydana gələn sunamidə, sahilə çırpılan dalğalar təxminən 15-20 metr yüksəklikdə idi. Lakin müəyyən bir yerdə dalğalar dənizin içində V şəklində vadi meydana gətirdilər və suyu getdikcə daha dar sahədə təzyiq altına aldılar. Sonda su dəniz səviyyəsindən 32 metr yüksəkliyə çatdı, bu təxminən 8 mərtəbəli bina yüksəkliyində idi. 4
Quranda keçmişlə əlaqədar bildirilən hadisələrin, indiki vaxtda tarixi dəlillərlə və elmi inkişaflarla işıqlanması, şübhəsiz ki, Quranın əhəmiyyətli möcüzəsidir. Hz. Musa ilə birlikdə olan topluluğun keçəcəyi vaxt suların çəkilib, Firon və ordusu keçərkən suların təkrar birləşməsi, Allahın möminlərə köməyinin açıq nümunəsidir. Necə ki hz. Musa bu çətin anda Allaha sığınıb güvənərək son dərəcə gözəl əxlaq nümayiş etdirmişdir:
İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!” – dedilər. Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!” (Şuəra surəsi, 61-62)
Dəniz dibinə tətbiq olunan təzyiq, su kütləsini şaquli hərəkət etdirərək yüksək dalğaların meydana gəlməsinə səbəb olar. 5
Sunami meydana gəlməsi: 1-ci mərhələ-Başlangıc:
Sunami zəlzələdən yaranırsa, dəniz təbəqəsi yuxarı və ya aşağı yüksələr. Bunun nəticəsində kütləvi olaraq su da yuxarı və ya aşağıya doğru hərəkət edər. 6
2-ci mərhələ-Ayrılma:
Bir neçə dəqiqə içində başlanğıcda yaranan sunami ikiyə ayrılır, biri okeanda dərininə hərəkət edərkən, digəri də yaxındakı sahil zolağına çatar.
3-cü mərhələ-Yüksəlmə:
Sahil zolağına çatan sunami dalğası, quruya çatdığında, dağ kimi görünüşlə nəhəng yüksəkliyə çatar.
4-cü mərhələ-dalğanın çatması:
Qabaqda gedən dalğanın kəskinləşərək daha da yüksəldiyi görülür. Dalğanın sahil zolağına çatan ilk qismi çuxur olan yeridir. Buna görə dalğanın əvvəlində sahildən su çəkilirmiş kimi görünüş meydana gələr.
1 http://en.wikipedia.org/wiki/Tsunami
2 http://www.eies.itu.edu.tr/sumatra/sumatra.htm
3 http://www.crystalinks.com/tsunami.html
4 http://www.wnet.org/savageearth/tsunami/index.html