Adnan Oktar deyir ki

 

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Nuh surəsində, baxın Nuh deyir ki; “lakin dəvət etməyim”, şeytandan Allaha sığınıram, “bir qaçışdan başqasını artırmadı”. Məsələn, biz də bəzən təbliğ edirik, lakin adamlar bizdən qaçır, bax Nuh da deyir ki, “bir qaçışdan başqasını artırmadı”. Allah deyir “Dinsizlər müsəlmanlardan aslandan ürkmüş çöl eşşəyi kimi qaçarlar” deyir. Aslanı görən kimi çöl eşşəkləri necə dəli kimi qaçırlarsa, imanlı müsəlmanı da görəndə dinsiz ateistlər də elə qaçır, yəni ümumi mənada deyir, yoxsa dinləyənlər də olar, amma ümumi məna əsasdır. Allah böyük bir hissəsinin qaçdığını söyləyir. Qaçarlar deyir, həqiqətən, biz  qarşılaşırıq, adam bir an əvvəl qaçmaq istəyir. “Doğrusu, mən onları bağışlamağın üçün hər dəvətimdə barmaqlarını qulaqlarına tıxadılar”. Yəni dinləmək istəmədilər deyir. “Örtülərini başlarına çəkdilər və küfrlərində israr edib durdular, təkəbbür göstərdilər”. Eqoistlik və qürur edirlər, böyük dağları mən yaratdım deyərmiş kimi, Əstəğfirullah. “Sonra onları açıqdan-açığa dəvət etdim”. Məsələn, biz də televiziyadan, radiodan açıqdan-açığa dəvət edirik. “Daha sonra onlara açıqca elan etdim”. Quranı, İslamı, iddiasını, əlbəttə ki, o zamanki haqq kitab nədirsə onu, yəni Quranı. Dinləyicilərin anlamaları üçün söyləyirəm. “Və özlərinə gizli yollarla da yanaşmaq istədim”. Yəni söhbət etmək istəmiş, təklikdə danışdım, deyir. Birə-bir gizlicə də izah etdim, deyir. Amma heç bir şəkildə dinləmirlər.

(Adnan Oktarın 18 dekabr 2009-cu ildəki reportajından şərhlər)

 

Adnan Oktarın 3 mart 2010-cu il HarunYahya.TV-dəki canlı reportajından

ADNAN OKTAR:  İndi Allah Quranda duanın necə ediləcəyini bizlərə izah edir. Şeytandan Allaha sığınıram; Müzəmmil surəsi, 8; “Rəbbinin adını zikr et və hər şeydən özünü çəkərək yalnız Ona yönəl”. Bax, “Allahın adını zikr et. Hər şeydən özünü çəkərək yalnız Ona yönəl”. Deməli, başının  evlənməyə, işinə-gücünə qarışması, bu mövzuları bütləşdirmək, tək hədəf halına gətirmək, belə mövzuları dindən üstün tutmaq olmayacaq. Hər şeydən özünü çəkərək, yalnız Allaha yönələcəyik. Duanın hər yerdə və hər şəkildə olması lazımdır. “Allahı ayaqdaykən, oturarkən”, məsələn ayaqda gedirik; içimizdən dua edərik.

Yolda gedərkən dua edəcəyik. “Oturarkən”, məsələn, indi otururuq, söhbət edirik, içimizdən dua edəcəyik. “Yan yatarkən”, məsələn, yatağa yatdıq, yan yatdıq belə; Allahı zikr edəcəyik, dua edəcəyik. “De ki: Allah deyə çağırın, Rəhman deyə çağırın, nə ilə çağırsanız, sonunda ən gözəl adlar Onundur”.  “Ya Rəhman”, “Ya Rəbbim”, “Cənabı Mövla”, “Ya Allah”, hamısı Allaha xitabdır. “Adların ən gözəli Allahındır, elə isə Ona bunlarla dua edin”. Yəni Allahın adı olmayan adlarla Allaha dua etmək olmaz. Allaha Qurandakı adlarıyla dua etmək lazımdır.

“Hz. Musa kölgəyə çəkilərək dedi ki: Rəbbim, doğrusu, mənə endirdiyin hər xeyirə möhtacam”, Allahdan hər cür xeyiri istəyəcəyik. Xeyir diləyəcəyik və xeyir istəyəcəyik. “Rəbbimiz, şübhəsiz, Sən bizim… ardı...

 

Adnan Oktarın 18 mart 2010-cu il HarunYahya.TV-dəki reportajından

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Necə ki ona gedincə,”- Şeytandan Allaha sığınıram. “Sənə Musanın xəbəri gəldimi?” 9-cu ayə. “Hanı bir atəş görmüşdü, ailəsinə belə demişdi: “Dayanın bir atəş gördüm; ümid edilir ki, sizə ondan bir köz gətirərəm və ya atəşin yanında bir yol göstərən taparam”. Biz də atəşin yanında Axırzamanda kimi tapdıq, tapacağıq? Mehdi (ə.s)-ı, deyilmi? Atəş, böyük bir atəş Mehdi (ə.s)-n çıxış əlamətidir. Mehdi (ə.s) də yol göstəricidir. “Necə ki ona gedincə, ona səslənildi: Ey Musa. Həqiqətən, Mən” yenə “Mən sənin Rəbbinəm. Ayaqqabılarını çıxart; çünki sən, müqəddəs vadi olan Tuvadasan”. Müqəddəs vadi Tuva. Orada ayaqqabılarını çıxarır.

“Mən səni seçmişəm, bundan sonra vəhy olunanı dinlə. Həqiqətən Mən, Mən Allaham, Məndən başqa İlah yoxdur”. Baxın, buradakı ifadə çox mənalıdır. “Mən, Mən” Allah iki dəfə təkrarlayır. “Mən Allaham”. “Məndən başqa İlah yoxdur; bu halda Mənə ibadət et və Məni zikr etmək üçün doğru namaz qıl. Şübhəsiz, qiyamət saatı yaxınlaşaraq gəlməkdədir”. Madam sən bu qapını açdın mən sənə söyləyim məsələn, 15-ci ayə, hicri 1545-dir, deyilmi Qiyamətin qopacağı tarix. Hicri 1500-ə diqqət çəkir.

ALTUĞ BERKER: Bir üstdəki də “seçilən” 14-cü ayədir, hocam.

ADNAN OKTAR: “Şübhəsiz, qiyamət saatı yaxınlaşaraq gəlməkdədir”. Bax, Qiyamətə diqqət çəkilir. “Hər kəsin… ardı...

 

Adnan Oktarın 22 Mart 2010-cu ildəki www.harunyahya.tv-dəki röportajından

ADNAN OKTAR: Baxın “Allahın, göylərdə və yerdəki sizin əmrinizə verdiyini, nemətlərini açıq və gizli olaraq sizə bolca lütf etdiyini görmədinizmi?”. Göylərdə və yerdə. Göylərdə hz. İsa (ə.s) bir nemətdir. Yerdə də hz. Mehdi (ə.s) bir nemətdir, inşaAllah. Və ikisi də möminlərin əmrindədir. Müsəlmanlara xidmət edəcəklər, inşaAllah və nemət gətirəcəklər. İnsanlara bərəkət, bolluq gətirəcək. “Onlara; “Allahın endirdiyinə uyun” deyildiyində, “xeyr, biz atalarımızdan gördüyümüz yola uyarıq” deyərlər”. İndi məsələn, biz bunu deyirik. “Allahın endirdiyinə uyun” deyirik. Amma adamlar deyirlər, “biz atalarımızı tapdığımız yola uyuruq” deyirlər. Allah “Ya şeytan, onları alovlu atəşin əzabına çağırırsa?” deyir. Bu səbəbdən burada Darvinistlərə bir işarə var.