A9 TV, 13 iyun 2017
(Dünən Bingölün gənc mahalı Yeniyazı kəndinin çöl ərazisində terrorçuların hərbi maşının keçidi zamanı əvvəlcədən quraşdırdıqları əldəqayırma partlayıcının işə salınması nəticəsində çavuş Ramazan Aydoğan şəhid oldu. Bu gün şəhidimiz dəfn edildi.)
Allah nurunu artırsın, çox nurlusan maşaAllah. Şəhidlər dünyaya özlərini tanıtmaq üçün gəlirlər. Şəhidlər şəhid aləmindən gəlirlər. Taledə onsuz da orada şəhid olaraq qalır. Ora boş bir yer olub da bu dünyaya gəlmir, o, oradadır, şəhid aləmində olur. Amma insanlar onun şəhid olduğunu bilmir, dünyaya gəlir şəhid olub şəhid aləminə geri dönür. Tək bir an vardır, sonsuz uzun zaman sonsuz qısa zaman içində bitmişdir. Elə olduqda şəhid haradan gəlir? Şəhid aləmindən gəlir.
Bəli, Allah şəhidliyini mübarək etsin. Allah qəbul etsin və bərəkət versin, təbrik edirik. Allah bizlərə də nəsib etsin, hər dəfə qibtə edirik. Diqqət etsəniz əlləri, üzləri nur kimidir, hamısının şəhid olacaqları üzündən aydın olur. Üzündəki təmizliyi görürsənmi, maşaAllah. Allah ana-atasına uzun ömür, səbir versin. Nə xoşbəxt ana-atasına, nə xoşbəxt sevdiklərinə, igid övladı olması necədə böyük şərəfdir, gözəllikdir.
Onların ataları da igiddir, maşaAllah. “On oğlum olsun, onunu da müharibəyə göndərərəm, özüm də gedərəm. Allah yolunda fəda olsun”, deyir. PKK-nın edəcəyi bir şey yoxdur. İt kimi işləyirlər, bir şey edə biləcəklərini düşünürlər, amma heç nə alınmır.
Heç bir qarşılıq gözləmədən səmimi qəlbdən və Allah üçün dua etmək vacibdir.
Namazda səmimi olmaq lazımdır. Televiziyaya çıxıb maaş alan adamın məsləhətinə görə dua etmək yox, həqiqətən səmimi dua etmək vacibdir. Səmimi olmaq lazımdır. Demək ki, bizi izləmir, iftarda da, imsakda da dualar yayımlayırıq. Şou üçün deyil, Allah üçün, maaş almaq üçün deyil, Allah üçün.
Bunu hər kanal üçün demirəm, amma bəzi kanallarda bəzi hocaların səmimi olduğuna inanmıram. Maaşını verməsən işə gəlməyəcək, bu qədər açıq-aydındır. İstəsələr cəhd etsinlər, “pul verməsək işə gələrsən?”. Gəlməyəcək. Belə olmaz. Ramazan söhbət proqramı təkcə digər kanallarda deyil, bizim kanalda da mükəmməl şəkildə həyata keçirilir. İftardan əvvəl canlı yayımlanan Ramazan proqramlarımız çox gözəldir, illərdir ənənəvi olaraq, Allahın əmrinə uyğun olaraq davam edir.
(Hülya Avşar, dövlət başçımızın iftarında dekolteli paltar geyindiyi üçün tvitterdə etiketləyiblər (taq ediblər))
“Dekolteni bağla”, yəni özlərini qadınlardan üstün olduqlarını görürlər. Ağıl verir. Halbuki o, sənətkardır və nə edəcəyinə özü qərar verər. Güvənli yerdə olduğunu görürsə istədiyi kimi geyinə bilər. “Dekolteni bağla.” Bağlamazsa nə olacaq? Zorla bağlayacaqsan? İstədiyi budur, bəlkə də bir gün onu zorla bağlayacağını düşünür. Belə şey olmaz. Hülya Avşar doğru olanı edib. Əgər o, dekolteli paltarı bəyənirsə, ona yaraşdığını düşünürsə, çox yaxşı edib. Türkiyənin müasir quruluşuna uyğundur. Bizim imicimiz baxımından çox düzgün hərəkətdir, doğru olanı edib, təbrik edirik.
Cənab Dövlət Baxçalı İngiltərənin bölgədəki mövqeyinə diqqət çəkərək, “Türkiyə Yaxın Şərqdə nə işi var?” deyən “o, Dohada nə edəcək?” mübahisə yaradan müəyyən dairələrə, xüsusilə CHP-yə açıq şəkildə soruşmaq istəyirəm. Türkiyənin regionda mövqe tutması gözünüzə batır, bəs niyə Amerikadan, Almaniyaya, Fransaya, Böyük Britaniyaya qədər bir çox ölkələr diqqətinizdən qaçır? Kimə xidmət edirsiniz? Əgər cəsarətiniz varsa, meydandan qaçmayacaqsansa, çətinliyi görüb qaydalara əməl edəcəksənsə, o zaman “Yaxın Şərqdə nə işin var?” deyə Amerikaya soruşun biz də görək. “CHP-nin cəsarəti varsa, Rabia polemikasından deyil, imperializmin bölgədə qurduğu qanlı vəhşiliklərdən narahat olsun, bunu problem etsin.” dedi.
Doğru deyir, lakin İngilis Dərin Dövlətinə qarşı mübarizə aparmaq üçün çox yaxşı xristian-müsəlman ittifaqı lazımdır. Rusiya ilə əməkdaşlıq lazımdır. Tayyib hocanın da bu məsələ ilə bağlı işləri var. Ancaq əksəriyyət Tayyib hocanın qorunmasının milli məsələ olduğunu anlamır. Dünyadakı təhlükəni görmürlər. Bəziləri Tayyib hocamıza dəstək olmağın ölkə və bölgə üçün nə qədər faydalı olacağını anlamır. Əgər siz ümummilli liderin ətrafına toplansanız otuz üç milyon insan, otuz üç milyon daha, səksən üç milyon insan, nəhəng güc bir adamın ətrafına toplasa, hansı ölkə bura gələ bilər?
Ancaq yarıya bölünsəniz, adam sizə meydan oxuyar. Çünki hakimiyyətin bölündüyünü düşünəcək. Deyir ki, əlli-əlli olduğuna görə əllinin bir tərəfinə ağırlıq versəm, əlli beş edər, qalan qırx beşi nəzarət altına alaram. Amma sən əlli-əlli deyil, yüz faiz etsən nə olar? Adamın gələ biləcəyi bir yer qalmaz. İmkan verməyəcəksən. Odur ki, Tayyib hocanı “sevirəm yaxud sevmirəm” polemikasından uzaqlaşıb, şəxsini lider kimi dəstəkləmək lazımdır. Mən bunu partiya olaraq demirəm. Bu xalqa lider lazımdır. Rəhbərsiz xalqlar həmişə məhv olur, Allah qorusun.
(Ankaranın Nallıhan mahalında yüz nəfərlik qrup, gecə saatlarında tikintini basaraq Bingöldən gələn Kürd işçilərə hücum edib. Hücum əsnasında bir şiəni üçüncü mərtəbədən aşağı atan qrup, işçilərə işgəncə etdikdən sonra bütün işçiləri inşaatdan çölə çıxardaraq İstiqlal Marşı oxudub. Hücum edən irqçi qrupun “Ölkəmizdən rədd olub gedin. Biz sizə yemək verdik, amma siz xəyanət etdiniz” deyə bağırdıqlarını deyən kürd işçilərdən biri “Mən bu ölkəni sevirəm. Bayrağıma qurban olaram. Amma bizi ölkə düşməni kimi qapıdan çölə çıxarıb İstiqlal Marşını oxutdular” dedi.)
Buna ən şiddətli şəkildə cavab verilsin. Və bunu edən bütün adamlar ifşa edilməlidir. Qanunda dəyişiklik edilsin. Belə biabırçılıq edənlər ifşa olunmalıdır. Öndən, yandan, boydan-boya şəkilləri çəkilib bir-bir mətbuata paylansın. Bunları bizə bildirin. Onlar FETO-cudurlar? Ingilis Dərin Dövlətinin agentidir? Nihat Atsız komandasındandır? Ağlını itiribmi? Sevgisiz insanlardırmı? Bunu sadəcə cahilliyinə görə mi edir? Bilmədənmi edir? Niyə edir? Bunları araşdırıb öyrənmiş olarıq. Əks halda bu adamlar çoxalacaq. Başqa yerlərdə təkrar edərlər. Bunları ifşa etmək lazımdır.
(Üç gün sonra qonşularının evində meyiti tapılan on yaşlı Ceylin Atikin ölümü ilə bağlı detallar ortaya çıxdı. Başının arxa hissəsində zərbə izi aşkarlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qatil qadın, balaca uşağın itdiyi əsnalarda, tez-tez babasının yanına gedərək, “Bir işarə tapsan mənə xəbər ver. O adamı tapsan mənə xəbər ver. Onu tikə-tikə edəcəyəm. Bunu insan edə bilməz.” deyirmiş. Gün ərzində on beş dəfə baş çəkirmiş. Buna görə də, hadisəni törədənin bu qadın olduğunu düşünməmişlər.”
Elə şey olar? O cür hadisələri edənlər ən yaxınlarda baş verir. Hər dəfə elə olur. Ən yaxın yerdə baş verir. Çox uzaqda olmur. Uzaqlarda axtarırlar. Əlaqəsiz yerlərdə axtarırlar. Ən yaxın yerdə olur. Və gözlənilməz şəxslər edir. Şübhə üstünə hərəkət edilməlidir. Bir də ailənin düşüncəsi əhəmiyyətli deyil, polisin düşüncəsi əhəmiyyətlidir. Polis də, orada kim olursa olsun hamısını şübhəli görməlidir. Və eləcə də görmüşdür deyə düşünürəm. Elə olmasaydı qatili tapa bilməzdilər.
(Səudiyyə Kralı Salman, Somalinin baş nazirinə Qatarla əlaqələri kəsməsi üçün səksən milyon dollar təklif etdi. Əks halda yardımı kəsməklə təhdid etdi. Somalinin baş naziri isə buna baxmayaraq, böhranda tərəfsiz qalacağını bildirdi. Səudiyyə Ərəbistanın təklifini qəbul etmədi.)
Bunlar tamamilə lazımsızdır. Hamısı qardaşdırlar, yenə kömək edirsə etsin. Niyə əlaqəni kəssin? Hamısı birləşsin. Terrora, döyüşə, müharibəyə qarşı ittifaq edək. Hamımız Mehdinin nuru altında toplanaq. Gəlin hamımız İsa Məsihin işığı altında birləşək. Mövzunu uzatmağa ehtiyac yoxdur. Baxın, böhran hər yerdən püskürür. Mehdinin yoxluğu müsəlmanların fəryadları arasında hər gün çox acı bir həqiqət olaraq özünü göstərir. Allah, mehdiyyət sisteminin nə qədər vacib olduğunu hər gün bizə göstərir. Hara baxsaq mehdiyyətə möhtacıq.
(Sərdar Turqut bu gün televiziya proqramında Türkiyənin Qətərdən sonra hədəf olacağını və bu planın arxasında İngiltərənin olduğunu bildirib. Bir ay yarım əvvəl göstərdiyim mənbənin “Qətərə qarşı əməliyyata hazırlıq gedir və bunun üçün İngiltərənin Mİ6-sı ilə əlaqə saxlayırıq” dediklərini yazmadığıma görə onun və bənzər şəxslərin dedikləri haqqında daha da diqqətliyəm. Bölgə üçün yeni xəritələrin çəkildiyi bu günlərdə Amerika və İngiltərə lazım gələrsə Qətər əmiri Əl Thaninin devrilməsi üçün çalışırlar.”)
Dediyi doğrudur. Ən qısa müddətdə islam aləmi birləşməlidir. İslam aləmini Rusiyanı da daxil edəcək şəkildə dərhal birləşdirək. Mehdiyyətdən başqa heç bir qurtuluş olmadığı aydındır. Addım-addım müsəlmanları küncə sıxışdırırlar. Hara baxsaq, hansı xəbərə baxsaq mehdiyyətin əhəmiyyəti ortaya çıxır. PKK hadisəsinə baxırıq mehdiyyət lazımdır, hər şeydə mehdiyyət.
(Qətər xarici işlər naziri Əl Sani ilə görüşən Böyük Britaniyanın xarici işlər naziri Boris Conson, “Bütün dövlətləri vəziyyəti sakitləşdirməyə və vasitəçilik yolu ilə tez bir zamanda həll yolu tapmağa çağırıram” dedi.)
Ortalığı qarışdıran da, sakitləşdirən də İngilis Dərin Dövlətidir. Allah salamatlıq etsin.
Qardaşım, tək həll yolu islam aləminin birləşməsidir. Baxın, “Gəlin camaatları şəffaflaşdıraq” və s. Gələn müsəlmana, gedən müsəlmana. Qəribə bir şey var. Müsəlman camaatları və qrupları hamısı oyanmalı, bir nöqtədə birləşməli və İslam Birliyini yaratmalıdır. Savaşmağa, gərginliyə ehtiyac yoxdur.
Hər Görüntünü Yaradan Allahdır. İnsanların qəflət içində Allahı unutması möcüzədir.
Bütün görüntüləri, səsləri, sevgini Allah yaradır. Bütün sevdiklərimiz Onun surətidir, bəyəndiyimiz hər şey Onun görüntüsüdür. Gərək insan çox qafil olsun ki, bunları anlamasın. Yəni hər şey Allaha məxsusdur, zərrə qədər olan bir şey belə insana aid deyil. Səsi, görüntünü, hissi, duyğunu, gözəl qoxunu, dadı nizamlı şəkildə yaradan tək bir güc vardır, o da Allahdır. Allah bizə qəflət içində olan insanları göstərir.
Əsla qəflətə düşməsinlər, böyük səhv etmiş olarlar, xəcalət çəkərlər, rəzil olarlar. Allah ayədə buyurur, “insanlar zalım, cahil və nankordurlar.” Ətrafdakılardan çox təsirlənirlər. Qardaşım, bu ekrana bax və ona uyğun davran. Allah davamlı bu ekranı göstərir. Bütün qoxuları və dadları yaradan Allahdır. Bu ekrandan kənarda həyat yoxdur. Allah ilə insan bir-birinə bağlıdır. Unutmaq; görüntüyə aldanmaqdan, görüntüdəki digər insanlar qəflətdədir kimi göstərilməsindən qaynaqlanır.
Mömin; malı, mülkü və zənginliyi Allah üçün istəyər.
Dua, Allah tərəfindən mütləq şəkildə qəbul edilir, ibadət olaraq qəbul edilir. Amma məsələn, sən, “Ya Rəbbim, islamı dünyaya hakim et” deyirsənsə, əgər səmimi qəlbdən inanırsansa, Allah onu sənə göstərər, islam hakim olar. Və yaxud məsələn, “Ya Rəbbim, mənim sözümü bütün dünya dinləsin, hər kəsə təbliğ etmək istəyirəm.” deyə dua edirsən. Bu duanı sənə Allah etdirir. Bunu istəsə mömin olar. Ancaq ki, səmimi qəlbdən istəməlidir. Məsələn, zənginlik, mal istəyir, Allah yolunda xərcləməsi şərti ilə Allah verər. Özünə xərclədiyi anda isə, necə ki, hz. Adəmin (ə.s) əynindəki paltar bir anda yox oldu, eləcə də o insanın da malı, mülkü bir anda əlindən çıxar.
(“Görəsən, hz. Mehdinin (ə.s) tələbələrinin adları Quranda gizlidirmi?” sualına cavab)
Ola bilər. Yəni Quranda çoxlu şifrə sistemi vardır. Belə deyim. Hz. Mehdinin (ə.s) bütün həyatına dair mühüm hadisələr, mühüm adlar da məncə Quranda var. Məsələn, Allah Quranda, “Məryəmin, İsanın olduğu ev yüksək bir yerdə idi” deyir. Bir vadinin təpəsində yuxarı yerdə, amma aşağı yerdə də su arxı var. Ağaclar, xurma ağacları, yaş xurma ağacları olan bir yerdən bəhs edilir. Məsələn, bu bir detaldır. Məsələn, Kəhf surəsində bir mağaradan bəhs edilir və “Onlar isə orada geniş bir yerdə yatırdılar.” (Kəhf surəsi, 17). Bu, xüsusi izahdır.
Məsələn, Yusif surəsində, hz. Yusif (ə.s) ilə həbsə girən iki nəfər var idi. Onlar ilə əlaqədar izahlar var, onlar xüsusi izahdır. Yoxsa adamın ölməsi, ölüm halı, yaxud həbsdən çıxma halı, yanındakı iki şəxsin detalları lazımsız yerə bildirilməzdi. Quranda hekayə olsun deyə boş bir şey izah edilməz. Yaxud məsələn, “qayalıqda Xızırla görüşdülər” deyir. Qayalıq bir yerdir. İki dənizin birləşdiyi yerdə və qayalıqda. Bu qayalıq nədir? Xüsusi detaldır. Qayalıq yerdən bəhs edilir. İki dənizin birləşdiyi yer dəqiq İstanbuldur.
İstanbulda qayalıq olan bir yer, yəni geoloji quruluşu qayalardan ibarət olan bir yerdən bəhs edir. “Orada görüşdülər” deyir. Bunlar dəqiq izahlardır. Heç bir məqsədi yoxdursa, Quran niyə bunun haqqında izah versin? Məsələn, Kəhf surəsində iki gənc qrupdan bəhs edilir. Bundan niyə bəhs edilir? Yəni yaşanıb bitmişdir, heç kimi maraqlandırmaz. Yəni dərs mahiyyəti və ya məqsədi olmasaydı Allah onu izah etməzdi. İki qrup. Biri hz. Mehdinin (ə.s) qrupu, biri İsa Məsihin qrupudur.
Məsələn, “Onların üstündə bir bina tikin!…Biz onların yanında bir məscid tikəcəyik!” deyir. Bu detal niyə verilir? Milyonlarla məscid var, niyə belə bir detal verilsin? Xüsusi məsciddən və xüsusi binadan bəhs edilir. Məsələn, “Bir divar gördülər, divarın altında xəzinə var idi.” Yıxılmaq üzrə olan bir divar. Bu çökmüş divar xüsusi deyilən bir şeydir, yəni normal halda çökmüş divar heç kimi maraqlandırmaz. Yəni heç bir məqsədi olmayan bir şeyi Allah deməz. Bu çökmüş divarda məqsəd vardır.
Məsələn, Allah Xızırın (ə.s) bənna olduğunu bilərəkdən deyir. “Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlan uşağına məxsus idi. Onun altında onlara aid bir xəzinə vardı.” (Kəhf surəsi, 82). Divarın altından nə çıxar? Divarın altından Mehdi (ə.s) üçün gizlənən müqəddəs əmanətlər çıxar. Haradan? Bu divarın altından, daş divarın altından. Allah ayədə, “Daş divarın altında xəzinə var” deyir, açıq şəkildə işarə edir. Müqəddəs sandıq tapılanda divarın altından çıxacaq, yəni daş yığınımı deyək, daşdan ibarətmi deyək, xüsusi yığılmış daşlardan ibarət olan yıxılmış divarın altından çıxacağı aydındır.
Məsələn, “ikisi birlikdə yol tutub getdilər” deyir. Sonra yenə “ikisi” deyir, yenə ikisi, yenə ikisi. Həmişə ikilər təkrarlanır. Allah bu ikini niyə təkrar etsin? Eyni ayənin içində dəfələrlə iki keçir, bir daha iki, bir daha iki deyir. Bunlar xüsusi deyilən sözlərdir, xüsusi işarələrdir.
Məsələn, Yusif surəsində deyilir ki, “O qabını (quyuya) saldı.” (Yusif surəsi, 19). Su qabı çox dəqiq detaldır. Su qabı, qab, yəni ən az yüz ədəd vedrə çeşidi vardır. Bildiyimiz su qabı da deyil. Su qabı xüsusi olaraq dolça çağına işarə etmək üçün deyilir. “(Yusifi görəndə:) “Müjdə! Bu bir oğlan uşağıdır!” – dedi.” (Yusif surəsi, 19) Bu söz də xüsusi deyilmiş sözdür. “Qardaşları onu tanımadılar.” (Yusif surəsi, 58)
Məsələn, Yusif surəsində, bu da xüsusi deyilmiş bir sözdür Quran keçmiş nağıl kitabı deyil. Nağıl aləmi deyə gedib nağıl kitabı alarsan. Allah Quranda nağıl izah etmir, vacib hadisələri, vacib məsələləri izah edir. Məsələn, Yusif (ə.s) çox böyük hüquq bilgisinə malik idi və qanundan çox gözəl istifadə edirdi. Bu xüsusi detaldır. Qardaşları onu tanıya bilmir. Amma o qardaşlarını tanıyır. Bu xüsusi detaldır. Yeddi il, yeddili illər xüsusi detaldır. On ikinci surə, xüsusi detaldır. On iki ulduz xüsusi detaldır. Günəş, ay simvolları verilir.
Quranda bütün masonik simvollar, masonluğun bütün simvolları var. Məsələn, Kəbə kub daş formasındadır. Və orada da göz şəklində daş vardır. Masonluqda da eyni göz vardır. Yəni quruluşuna görə eyni göz şəklində düzəldilib. Diqqət yetirsəniz gümüş qab içərisində göz formasındadır. Normal halda o daşın bir məqsədi yoxdur. Fırlanma sayının bilinməsi üçün deyirlər, amma məntiqli cavab deyil, elə bir şey deyil. Xüsusi olaraq düzəldilmiş bir şeydir.
Məsələn, Kəbənin altından bir çox xəzinə çıxacaq. Süleyman divarının altından da, Təbəriyə gölündən də, Hataydan da xəzinələr çıxacaq, Hatayda mağaraların birində qədim dövrə aid çox müqəddəs əşya çıxacaq. Baxın, “Ancaq onlar o ikisini qonaq etməkdən imtina etdilər…” (Kəhf surəsi, 77) deyilir. Məsələn, bu, xüsusi ifadədir. Onlara qarşı mənfi reaksiyası var. “Əgər istəsəydin, əlbəttə, onun müqabilində bir muzd alardın.” (Kəhf surəsi, 77) Pul almır, pul almadan xidmət edir. Bu, hz. Mehdinin (ə.s) də bir xüsusiyyətidir, İsa Məsihin də xüsusiyyətidir. Amma indi pul almadan iş görən xurafatçı hocalar çox nadirdir.
“Musa gənc yoldaşına belə demişdi…” (Kəhf surəsi, 60) Gənc yoldaşı, niyə xüsusilə gənc deyilir? “Gənc yoldaşı” Niyə adamın yaşı əhəmiyyətlidir? Allah “gənc yoldaşı” sözünü xüsusilə deyir. Məsələn, Əshabı Kəhfdə də xüsusilə “gənclərdən ibarət idilər” deyir. Quran yeddi nəfər idilər deyir. Və yaxud “insanlar, insan birliyi idi, birlik idi, müsəlman birliyi idi” deyir. Məsələn, Quranda elə yerlər var ki, heç detala girilmir. Amma bu ayələrdə xüsusilə bu şəkildə ifadə edilir.