Allah, canını və malını Allaha həsr edənə yağış kimi bərəkət verər
Ticarətdə necə müvəffəqiyyətli olarsan? Əgər özünü Allaha həsr etsən, qazancını Allaha həsr etsən, “Ya Rəbb, mən mal-mülkü Sənin üçün istəyirəm. Sənin dininə xidmət üçün istəyirəm” desən, mal-mülk sənə yağış kimi yağar. Sən elə niyyət etsən, Allah sənə ruzini bol-bol axıdar. Malı sənə bol-bol axıdar. Yetər ki, Allaha həsr et. Amma “Mən alıb yığacağam. Eqoistəm. Dünyamı yaşayacağam” desən, dünya səndən qaçar. Sən onun dalınca qaçarsan. Sanki sürünərsən. Allah əsirgəsin. Duha surəsi 8-də Allah Peyğəmbərimiz (s.ə.v)-ə “ Kasıb olduğun zaman səni varlandırmadımı?” deyir. Zənginliyi tamamilə Allah verər.
SƏBİR İLK BAŞDA YORUCU KİMİ GÖRÜNƏR. AMMA ƏSLİNDƏ MÜSƏLMAN SƏBİRLƏ RUHƏN VƏ BƏDƏN CƏHƏTDƏN DAHA SAĞLAM OLAR, DİNCLİK VƏ BƏRƏKƏT TAPAR
Səbir bir az insanı gərginləşdirən və yorucu kimi görünür, amma o gərilərkən insan çökəcəyini zənn edər, halbuki, çox şəfa tapar. Yəni müsəlman səbir edərkən çökəcəyini düşünərkən dincləşər, cavanlaşar, zənginləşər, bərəkətlənər. Ruhən və bədən cəhətdən daha sağlam olar. Tam əksinədir. Məsələn, deyir ki: “Mən əziyyətlərə səbir etdim”, “nə əziyyətlər çəkdim” deyir. Üzünə baxırsan, üzü uşaq üzü kimidir. O birisi də deyir ki: “Mən çox rahat yaşadım.” Baxırsan ki, çox çöküb, məhv olub. Əzab-əziyyət insanı gözəlləşdirər. Səbir insanı gözəlləşdirər. Səbir edən insanlara diqqət yetirin çox gözəldirlər, əziyyət çəkən insanlarda kəskin gözəllik olar. Səbir etməyən, əziyyət çəkməyən insanlarda donuqluq və kütlük hakim olar. Yəni bəzi şəxslər axmaq olarlar.