A9 TV, 11 iyun 2017
(PKK-lı terroristlər tərəfindən təsadüfi açılan atəş nəticəsində şəhid edilən gənc müəllim Şenay Aybüke Yalçının atası, qızını dəfn edərkən: “Bu məmləkət tarixdə həmişə Türk idi, indi də Türk qalacaq. Heç kim bizi çökdürə bilməz. Bu vətəni bölməyi bacara bilməyəcəksiniz. “Mən türkəm” deyən nə xoşbəxtdir”, sözləri ilə terrora qarşı reaksiyasını dilə gətirdi. Şəkilləri göstərə bilərik. Şəhidimiz Şenay Aybüke Yalçın və atası)
Atası igiddir, maşaAllah. Allah ona uzun ömür versin, sağlamlıq-səhhət versin. Aslan kimi kükrəyib. PKK-ya verdiyi cavab çox gözəldir. Müsəlman, müttəqi, təmiz insandır. Şəhidimizin şəhidliyini təbrik edirik. Allah mübarək etsin, Allah ibadətini qəbul etsin. Nə xoşbəxt ona. Allah ayədə “xoşbəxtlik içindədirlər” deyir. Allah bizi də o xoşbəxtliyə qərq etsin, bizlərə də şəhidlik nəsib etsin. Ataya, anaya, sevdiklərinə də Allah səbri cəmil, gözəl səbir nəsib etsin.
“Səbir edirəm” deyir amma ağlayır, özünü döyür. Elə səbir olmaz. O necə səbridir? O şəhid olmağı anlamayıbdır. Şəhid orada gözəllik içərisində, xoşbəxtlik içindədir. Sənin vəziyyətin müəyyən deyil. Ağlayacaqsansa sən öz halına ağla. Cənnətə də, cəhənnəmə də gedə bilərsən. O cənnəti zəmanət altına alıb. Sənin vəziyyətin müəyyən deyil. Bu səbəbdən şəhidə ağlanılmaz. Şəhid təbrik edilər, Allahdan mübarək olması istənər. Yəni “təbrik etmək” demək Allahdan mübarək olmasını istəməkdir. Təbrik-mübarək eyni sözlərdir.
(Şanxay Əməkdaşlıq Zirvəsində çıxış edən Rusiya Liberal Demokrat Partiyasının başçısı Vladimir Jirinovski, Türkiyənin ən qısa müddətdə Şanxay Əməkdaşlıq təşkilatına üzv edilməsini istədi. “Şanxaya yeni üzvlər qəbul etmək üçün işləri sürətləndirmək lazımdır. Bu məzmunda təşkilata üzv olmağı arzulayan Türkiyə, İran və Əfqanıstanı birliyə daxil edərək qısa müddətdə Şanxayı genişlətmək lazımdır” dedi)
Doğru deyir. Onun üçün mərasimə ehtiyac yoxdur. İranı qəbul etməmələri onsuz da çox anormal hərəkətdir, hələ nə gözləməsi. Nə əlaqəsi var? Şanxayda İran da, Türkiyə də o birliyin içində olmalıdır. NATO-da da olsun, Şanxayda da olsun.
(Jirinovski çıxışının davamında bunları dedi: “Əfqanıstan mövzusunda da razılaşa bilərik. Bütün xarici hərbi birliklər oranı tərk etsin və Şanxay polis birlikləri oraya yerləşsin. Bəlkə beləliklə ölkədə sülh təmin edə bilərik. Çünki 16 ildir NATO və Amerika orada bir şey edə bilmədi. Onlar ölkənin inkişafına da mane olur” dedi)
Doğru deyir. Şanxayı da qəbul etməzlər. İslam aləminin birləşməsi lazımdır. Amma belə deyilə bilər; İran onsuz da müsəlmandır, Rusiya da bir İslam ölkəsidir, o mənada toplasa olar. Şanxay İslam Birliyidir deyilməsi əhəmiyyətlidir. Bunu yaxşı vurğulamaq lazımdır. Şanxaylar, NATO-lar bunların hamısı hz. Mehdi (ə.s) zühur edincə ortada qalmayacaq. NATO nə deməkdir? Digər ölkələrə etibarsızlığın adıdır. Şanxay nə deməkdir? Digər ölkələrə etibarsızlığın adıdır. Mehdiyyətdə nə Şanxay qalacaq, nə NATO. Hər kəs qardaş olacaq, hər kəs bir-birinə güvənəcək.
(Ümrə ziyarəti edən bəzi Qatar vətəndaşlarının Səudiyyə polisləri tərəfindən Kəbənin də içərisində olduğu Məscidi Harama girişinə icazə verilmədiyi deyildi, Adnan bəy. Belə bir qadağa tarixdə ilk dəfə görülür. Milli İnsan Haqları Komitəsinin başçısı Əli ibn Damar əl-Merri hadisəni, “Dini ritualların yerinə yetirilməsinə bağlı insan haqları razılığına görə zəmanət altına alınan haqların açıq pozulması” şəklində şərh etdi.)
Bunlar İngilis Dərin Dövlətinin istiqamətləndirməsi ilə olan hadisələrdir. Müsəlman müsəlmana niyə qadağa qoysun? Əgər böyük anlaşılmazlıq belə olsa, bu cür haqqı olmaz. Bunlar keçici olan böhran hadisələridir. Mehdiyyət əvvəli böhranlardır. Bunların sayı artar, artar, artar, amma Mehdiyyət də o vaxt irəliləyər, irəliləyər, irəliləyər, irəliləmə dayanmadan davam edir. Baxın, görürsünüz, hər danışıq oraya gedir. Məsələn, belə bir böhranın ən çox təsir edəcəyi sahəsi nədir? Mehdiyyətdir. Çünki bu vəziyyətdə həllin Mehdiyyət olduğu aydın olur.
Zahir zülmət qaranlıqdır, işıq və səs beynin, yəni ruhun şərhidir
Zahirdə səs yoxdur. Səs yalnız beyinə məxsus bir şeydir, yəni beynin şərhidir. Zahirdə yalnız dalğa var, dalğa olduğu iddia olunur, bu qədər. Zahir zülmət qaranlıqdır, qapqara qaranlıqdır, işıq yoxdur. İşıq beynin şərhidir, beyin dalğanı bu cür şərh edir. İşıq fotonlarını, oradan gələn elektrik cərəyanını bu şəkildə şərh edir. Və rəng olaraq şərh edir. Zahirdə nə rəng var, nə işıq var, nə səs var. Mütləq səssizlik və qapqara qaranlıq var. Bu beynin şərhidir, beyin deyərkən ruhun şərhidir.
Bunu insanlar anlamamış kimi davranırlar. Dünyada insanlar bu mövzunu düşünməzlər. Əsrlərdən bəri bu sistem çalışmışdır. Bu necə olmuşdur? Bu bir möcüzədir. Amma Allahın ruhunu dərk edən, ağıllı olan biri üçün bunlar bəhanə olmaz, çox təhlükəli olar. Çünki biz yaradılış sistemini, yəni Allahın necə yaratdığını tam bilmirik. Allah istəsə, insanları başqa cürə də yarada bilər. Biz gördüyümüz görüntüdən məsuluq, “görüntüdəki insanlar” deyib iddia edə bilmərik. Yəni hansı var, hansı yoxdur bilmirik.
Onun üçün insanların Allahı anlamamış kimi davranmaları heç kimə çirkin cəsarət verməməlidir. Bir də zahirdə olan hadisələr də, insanlarda mənfi təsir etməməlidir. Özünə baxacaq. Özündə qəribə olan bir şey varmı? Özündə qəribə olan heç bir şey yoxdur. İnsanlara baxdıqda ruh sahibi olanlar qəribə heç bir şeylə qarşılaşmaz. Mən heç bir şeylə qarşılaşmadım, 63 yaşındayam, mən elə şey görmədim. Əksinə son dərəcə mükəmməl imtahan olduğumu gördüm.
Bol nemətlər içərisində Allahın maraq və əlaqəsini çox güclü hiss edirəm. Çox açıq görülür, hər kəs də görür. Və Allah böyük dəstək təmin verir. Yalnız səmimi olursansa, məsələ bitir. Məsələn, 63 yaşına kimi məni gənc, dinc saxladı, bu çox böyük möcüzədir. Ətrafımda böyük sevgi halqası və böyük insan kütləsi meydana gətirdi.
Allahın lehinə düşünməmək Allaha qarşı böyük ayıb olar
İnsan, “bir Allah var, bir də mən varam”, kimi də düşünə bilər. Çünki imtahan bu şəkildə olur. Toplu, qrup halında insan olmur. İnsan onsuz da heç kimdən məsul olmur, özündən məsul olur. Tamam, görüntüdə insanlar var, yəni biz mütləq həqiqət olaraq Allah ilə əlaqədəyik. Bu texniki alətlər lap çoxdur.
Məsələn, avtomobilə minirik, yolda minlərlə avtomobil gedir, hamısında düymə var, pəncərələri açıla bilir. Əyləc-qaz pedalı var, soyutma sistemləri var, hamısında radio var. Allah insanları çox detallı düşünür, böyük rahatlıq verir. Allahın əleyhinə düşünmək çox çirkin, çox ayıbdır. Daha açıq dillə çox böyük rüsvayçılıqdır.
Amma “millət edir”. Millət deyərkən bəzi şəxslər edir deyə təsirə düşmək, fikirləşmək çox böyük səhv olar. Çünki imtahan sistemini bilmir. Allah doğru deyir, amma sistemin nə olduğu müəyyən deyil, bəlkə heç öyrənə bilməyəcəyik. Amma hər dediyi doğrudur, “Allah vədindən dönməz” deyir, dediyini də edir.
Dua edincə Allah mütləq reallaşdırar. Dua formal olaraq edilməz, səmimi istənilən hər şey olar
Mən özümə baxıram, nə istəyirəmsə Allah etdi. Bir də dua, ayədə “dua edin, duanızı qəbul edərəm, reallaşdıraram” deyir. Bu doğrudur, yəni olur. Bu heyrətlənəcək şeydir. Amma insanlar belə bir sistemin olduğunu təxmin etmirlər, sadəcə zənn edirlər. Elə olmur.
“Ya Rəbb, mənə mal və zənginlik ver, Sənin yolunda xərcləyəcəyəm”, deyirsən. O zaman Allah malı verir, qətiyyən verir, o şəxs heyrətlənəcək şəkildə zəngin olur. Amma bax oradakı detal çox əhəmiyyətlidir, səmimi olaraq “Ya Rəbb, Sənin üçün xərcləyəcəyəm” deyirsən. Səmimi edəndə Allah malı verir.
Amma Allah verib sən öz kefin üçün xərcləsən Allah bəlanı verər, xəstəxana pulu da edərsən, bəla pulu da olar, o ayrı məsələ. Amma Allahdan məntiqsiz şeylər istənməz. Məqbul olan hər şeyi Allah edir. Mən Allahdan istəyib də məqbul olub Allahın etmədiyi heç bir şey xatırlamıram, hamısını edir.
Allah peşəkar münafiqləri müsəlmanlara fayda verməsi üçün yaradır
Məsələn, münafiq durduq yerə adam ortaya çıxdı zənn edir. Halbuki, məsələn, Allah bizə peşəkar münafiq yaradır. Halbuki, adi münafiq də yarada bilər, bizə də heç bir faydası olmaz. Olar, amma faydası az olar. Yəni peşəkar olmayan münafiqin faydası çox az olar. Amma Allah heyrətlənəcək şəkildə bizim ehtiyacımıza görə çox peşəkar münafiq yaradır.
Məsələn, bu sayədə böyük kitablar yazdıq. Son zamanda yaranan peşəkar münafiqlərlə əlaqədar araşdırmalarımız, düşüncələrimiz nəticəsində böyük məlumatlar əldə etdik. Məsələn, əgər yüksək peşəkar münafiqlər olmasaydı, biz İngilis Dərin Dövlətini anlaya bilməzdik. Necə anlayaq? Ağılımızın ucundan belə keçmirdi.
Mən 60 yaşına gəldim xəbərim yox idi, öyrəniləcək kimi deyil. Amma münafiq “ov iti” kimidir. Dərhal tapar, harada olduğunu tapar. Onun üçün münafiqi olan dərhal özündən uzaqlaşdırmağa çalışmamalıdır. Müsəlman onu çox əhəmiyyətli görüb mümkün dərəcədə yanında tutmağa cəhd göstərməlidir. Nə qədər yanında tuta bilsə, o qədər qazancdır. Çünki o qədər çox məlumat əldə edərsən.
(Diyarbakırda iftar yeməyindən sonra zəhərlənən 25 əsgər təcili yardımlarla xəstəxanaya aparıldı)
Bu mövzuda zəiflik vardır. Buna bir həll yolu lazımdır. Əsgərlərin yeməyi çox güclü nəzarət edilməlidir. Yeməkxanaya giriş qadağan olmalıdır. Xüsusi hissələrdən keçilərək oraya girilməlidir. Və yeməkləri təzə olmalıdır. Bayatlaşma ehtimalına qarşı tədbir görülməlidir. Bu rahatlıqla əldə edilə bilər, çətin bir şey deyil.
(Körfəz ölkələrinin embarqolarına baxmayaraq, Türkiyənin kömək əli uzatdığı Qatarda, Türk əsgərləri çox sevilir. Qatara dəstək mesajlarının nəşr olunduğu günlərdə Qatarlı şagirdlərin Türk əsgərlərini ziyarət etdiyi gün çəkilən şəkillər paylaşılmağa başlandı. Göstərə bilərik. 23 apreldə paytaxt Dohadakı Türk hərbi hissəsinə gedən Qatarlı şagirdlərin əlində Türk bayraqları vardı)
Türk əsgərinin orada olması çox gözəldir. Bir də gərəksiz lağ etmək kimi görünür. Varsa, yanlışdır, danışıb həll edilər. Bu insanlar ağlı başında insanlardır. Anormal bir şeyi niyə bilərəkdən etsinlər? Qatar, Birləşmiş Ərəb Əmrlikləri, Səudiyyə Ərəbistanı zəngin və tərtəmiz müsəlmanların yaşadığı ölkələrdir.
(Hakkaridə iftar saatında Xüsusi Əməliyyat polisləri dua edərək orucunu açarkən bir şəkil vardı. Digər yoldaşları da növbədə durur. Yeməkləri quru lobya, plovdur)
Onlar aslandırlar, aslan. Nuş olsun. Allah hər cür gözəlliyi igidlərə nəsib etsin. Onlar həqiqi igid və həqiqi efedirlər. Onların yedikləri, içdikləri halaldır. Hökumətimiz onların maaşını da artırsın. Yeməklərinin gözəlliyini daha da artıraq. Duş qəbul etmələrini daha asan hala gətirək. Hər imkan onlara halaldır. Çünki dürüst, səmimi şəkildə Allah üçün canlarını təslim ediblər. Və cani könüldən vətənin müdafiəsindədirlər.
Cəsarətləri mükəmməldir. Səyləri mükəmməldir. Əzmləri gözəldir. Təvazökarlıqları gözəldir. İmanları gözəldir. Hamısı etibarlı və çox əfəndidirlər. Aslan kimi dəliqanlıdırlar. Allah onları qorusun. Zəfər versin. Allah İslamın hakimiyyətində o aslanları qabaqcıl etsin. Vəsilə etsin.
Şeyx Nazim hocamızın övladları tərtəmiz, nur kimi insanlardır
Şeyx Əhməd Yasin demək, Şeyx Nazim Kıbrısi həzrətləri deməkdir. Onun yaşayan bədəni. Buna görə də, onun övladları da Şeyx Mehmet Əfəndi. Şeyx Mehmet Əfəndi kimdir? Şeyx Nazim hocamızın yaşayan bədənidir. Onlardan bir parçadır. Biz bütövük. Mən də Şeyx Nazim hocamızın böyük oğluyam. “Mənə böyük oğlum” deyir. Elə olanda ailə içərisində bir bütövlük var deməkdir.
Hər kəs, hər kəsin qardaşı deməkdir. Şeyx Mehmet Əfəndini sevməyəni mən də sevmərəm. Şeyx Mehmet Əfəndiyə hörmət edənə mən də hörmət edərəm. Şeyx Əhməd Yasini sevməyəni mən sevmərəm. Ona hörmət etməyənə mən də hörmətlə yanaşmaram. Onlar da eyni cür düşünürlər. Biz bir parçayıq. Bütövük. Eyni sülalədən gələn qardaşlarıq.
Onlar da həm seyid, həm də şərifdirlər. Şeyx Nazim hocamız da həm seyid, həm şərifdir. Şeyx Mehmet Əfəndi də övladı olduğu üçün o da seyid və şərifdir. Şeyx Əhməd Yasin hocamız da, o da həm seyid, həm şərifdir. Eyni silsilənin övladlarıyıq. Din qardaşıyıq. Dava qardaşıyıq. Şeyx Nazim hocamızın uşaqlarıyıq. Mənim ən sevdiyim insan Şeyx Nazim hocamdır. Və hər kəs də onu o şəkildə sevir.
Övladı Şeyx Mehmet Əfəndi çox yaxşı insandır. Şeyx Adnan Əfəndi vardır. Yenə Şeyx Hişam Əfəndi vardır. Onlar da çox sevərlər. Onlar da Şeyx Nazim hocamızın övladlarıdır. Buna görə də, bütövlük var. Bunlar dünyanın nuru olan, tərtəmiz insanlardır. Şeyx Bahattin, Şeyximizin kiçik oğludur. Tək mən böyük oğluyam. Bunu Şeyx Nazim hocamız özü dedi. O da çox yaxşı insandır. Çox şən, gözəl xasiyyətli, çox əfəndidir.
(Bir neçə gündür bir çox yazar İngilis Dərin Dövlətinin oyunlarına qarşı hökuməti və cəmiyyəti xəbərdar edən yazılar yazırlar, Adnan bəy. Məsələn, Nuh Albayrak, hökumətə yaxın olan “Star” qəzetindəki yazısında İngilislərin Osmanlını döyüşmədən agentləri və kəşfiyyat fəaliyyətləri ilə necə parçaladığını izah edib, bu gün də FETÖ-dən istifadə edərək devşirmə yolu ilə Türkiyəni parçalamağı çalışdığını yazdı)
FETÖ qaldımı ki? Duzla-buz oldular. Tayyib hocam “hinlərinə girəcəyəm” dedi. Hinlərinə də girdi. Tək adamların inlərini də parçaladı. Darmadağın oldular. Elə bir şey qalmadı. Səmimiyyətsizliyin sonu budur. Sən süni mehdilik hərəkəti olaraq ortaya çıxarsansa, öz-özünə mehdi icad etməyə çalışsan Allah başına keçirər. Üstəlik də, Mehdiyyəti rədd edərək, İsa Məsihi rədd edərək mehdilik iddiası etsən olacağı budur.
Hər saxta mehdi yerlə bir olacaq. Heç bir saxta mehdi müvəffəqiyyətli olmaz. “Amerikano Mehdi, İngilis amma Mehdi” deyir. Allahın da görmədiyini zənn edir. Sən necə müsəlmansan? Allah “Amerikano Mehdi çıxaracaq” onu da yaradan Allahdır. İngilis amma Mehdi, onu da Allah yaradır. Saxta mehdiləri də Allah yaradar. Həqiqi Mehdini də Allah yaradar. Amma sən saxta mehdilərin gücünə inansan, məğlub olmamasına inansan, çox böyük səhv edərsən. Hər saxta mehdi məğlub olar. Hər saxta mehdi məğlub olacaqdır.
İslam aləmini birləşdirən və hz. İsa ilə namaz qılan adama “Allahualəm, nu Mehdidir” deyə bilərik
Mehdiyyətin dəlili qələbədir. Çıxar, İslam aləminin hamısını birləşdirər. İsa Məsih olaraq bilinən bir şəxs də gələr. Birlikdə namaz qılarlar. Mən o şəxsə “Allahualem, bu Mehdidir” deyərəm. O zaman olar. Yoxsa əks halda olmaz. Əlamətlər varmı? Onun üçün deyirəm. Sinəmi gərə-gərə söyləyirəm. Əlamətlərin az qala hamısı üstümdə var. Doğrudur. Amma bu bir şey ifadə etməz. Başqa insanlarda da ola bilər.
Hətta daha inkişaf etmiş şəkliylə də ola bilər. Bunları iddia etmək üçün heç bir mənası olmaz. Allahın ayəsi necə olar? İslamı hakim etmişdir, bir insanı da vəsilə etmişdir. Bu, artıq açıqdır. Bu inkar ediləcək bir şey deyil. Bu dəqiqdir. Bu insana “Biz bunu Mehdi zənn edirik”, desələr, o zaman, haqlıdırlar. Amma yox əgər, “kürəyində xal var, ayağında xal var. Ona görə mən bu adamın Mehdi olduğuna inandım” desə, belə bir şey olmaz. Bu Qurana da uyğun deyil. Ağla da uyğun deyil. Heç bir şeyə uyğun deyil. Bunun bir məntiqi olmaz.
Hörmət səmimiyyətdir, eşqin bir ifadəsidir. Dərin hörmət, dərin dəyər verməkdir
Hörmət ayrı anlayışdır. Hörmət Allah qorxusu, Allah sevgisi ilə olan bir şeydir. Hörmət eşqin ifadəsidir. Hörmət deyəndə iki cür başa düşülür. Bir, Osmanlı tərzi hörmət vardır. Adam qapıda dayanar, heç oturmaz, böyüyünün yanında oturmaz. “Əfəndimlə” danışar, “siz” deyə xitab edər. Gözünə baxmaz, başı yerdədir. Bu işgəncədir, belə həyat olmaz. “Bu nədir?” soruşduqda, “hörmət” deyirlər. Bu mənə görə bəzi yerlərdə ciddi hörmətsizlikdir. Bunun hörmətlə əlaqəsi yoxdur.
Hörmət; dərin sevgi, dərin qoruma hissinə deyilir. Dərin hörmət, dərin dəyər vermə; hörmət budur. Yoxsa tarixi filmlərdən görüb, səmimiyyətsiz hərəkətlər etmək demək deyil. Səsini qısır məsələn, çox süni şəkildə nəzakətləşir, qırılıb, tökülür. Hətta qırılıb tökülmə deyərlər. Bu çox hörmətdən salıcıdır. Bunun hörmətlə əlaqəsi yoxdur. Bu bir teatrdır. Yəni qarşına bir teatr sənətçisi gəlir, oyun oynayır. “Nə edirsən?” dediyində, “mən hörmət teatrında yaxşı bir aktrisaydım” və yaxud “aktyoram”. “Çox yaxşı rol ifa edirəm, oyun oynayaram” deyir. Belə hörmət olmaz.
Hörmət tam mənasıyla səmimi bir rəftardır, səmimiyyətdir. Səmimiyyət də yumşaqlıq mənasını verməz. Səmimiyyət çox dəyər verməkdir. İnsanın tam özü kimi olmasıdır. Tam ürəkdən, candan, olduğu kimi özünü göstərməsidir. Heç bir yalan danışmamasıdır.
(Yusif Kaplan, “Yeni Şafak” qəzetindəki yazısında İngilis Dərin Dövlətinə belə diqqət çəkdi. “Qatar böhranının arxasında ingilislər var. İngilislər xəritələri yenidən çəkirlər. İhvan kimi İslami hadisələrin kökünü kəsəcək. Müsəlmanları bir-birinə qırdıracaq planları İngilislər qururlar. İngilislərin iki əsrdir, iki mərhələli olaraq istifadə etdikləri təməl strategiya budur; ümumiyyətlə, İslamsız dünya və İslamsız İslam. Şəxsi olaraq isə; “İslamsız Türkiyə və Türkiyəsiz İslam” dedi)
Tam, doğru. Hocam biz geniş şəkildə İngilis Dərin Dövlətinə lazım olan cavabı verdikdən sonra Yusif Kaplan ilk aslanlardandır, o ilk hücum edənlərdən biri oldu. Qardaşımıza halal olsun. O mənim diqqətimi çəkdi. O bizdən sonra cəsurca İngilis Dərin Dövlətinə qarşı durdu. Biz ana qapını sonuna qədər açdıq. Ondan sonra aslanlar, Osmanlının övladları o qapıdan içəri girdilər. İndi hər yerdə İngilis Dərin Dövləti yerdən-yerə vurulur.
Dünya hərisliyi olmayan insana Allah gözəl həyat yaşadar
Allah, dünya hərisliyini məcburi olaraq aradan qaldırır. İnsanları aciz yaratmışdır. Yəni hər şey görüntüdən ibarətdir. Hərisliyi belə olar; Ağlı zəifdirsə, həris ola bilər. Amma acgözlük edəndə bəla ağlasığmaz dərəcədə artar. Dünya hərisliyi edənlər həmişə sinir xəstəsi olurlar, ruhi xəstə olarlar. Və çox uğursuz olurlar. Hər işləri tərs gedər. Həmişə Allah bəla verər. Ağlasığmaz çətinliklər içərisində ölüb gedərlər. Amma Allaha təvəkkül edən, dünya hərisliyi etməyən sağlam yaşayar. Vəzifəsini gözəl şəkildə yerinə yetirər və gözəl şəkildə axirətə gedər, cənnətə gedər.
Təvəkkül edən müsəlmanın əqli tarazlığı yerində olar, işləri həmişə yolunda gedər
Müsəlmanın rahatlığı təvəkküldür. Allah müsəlmanlara gələcək qorxusu olmadan, təvəkkül və sağlamlıq bəxş edir. Buna görə də, müsəlmanın əqli tarazlığı güclü olar. Ruhi tarazlığı sağlam olar, sinir tarazlığı sağlam olar. Və Allah işlərini həmişə rast gətirər. Amma gələcək qorxusu olanda, məsələn, pul yığır, xəstəliyinə xərcləyir və yaxud birinə verir, geri ala bilmir. Yəni əlbəttə ki, insan pul yığa bilər, amma bu, Allaha xidmət üçün olmalıdır. İslama, Qurana xidmət üçün olmalıdır. Şəxsinə, nəfsinə, mənfəətinə eqoist düşüncə ilə yaxınlaşsa, bu ümumiyyətlə, həmişə fəlakətlə nəticələnər. Diqqətli baxsınlar, hər eqoist insan məğlubiyyətə məruz qalmışdır, mütləq sonunda əziyyət çəkər.
(Ümid Zileli “Sözcü” qəzetində Səudiyyə Ərəbistanı və İngiltərə əlaqəsinə toxunan yazı yazdı, Adnan bəy; “Bilirsiniz, mürtəcilik, mövhumatçılıq, vəhşilik, radikal terrorizmə dəstək, qadını sanki insandan saymamaq deyiləndə ağla ilk gələn ölkə Səudiyyə Ərəbistanıdır. Bunun müxtəlif dəlillərini İngilis əli ilə qurulmasından etibarən yüzlərlə dəfə nümayiş etdirmişdir”)
Amma bütün ənənəçi İslam belədir. Sünnilikdə də, şiəlikdə də eynidir, hamısında var. Qadınlara qarşı rəftar səhv məlumat səbəbindən bütün dünyada, İslam aləmində var. Bu Mehdiyyət vəsiləsi ilə həll ediləcək bir xəstəlik, narahatlıqdır. Sanki Türkiyədə yoxdurmu? Adam üç yaşında uşağın ayağına ilişib “əmisi baxmasın”, “üç yaşında uşağın ayağına baxmasın”, deyir. “Adam anasının diz qapağının üstünə baxmasın yoxsa təhrik olar”, deyir. “Qadının sözünün tam əksini edin”, deyir. Bunlar sünni mənbələrdəndir.
Dinsiz insanlardakı namus-ailə kimi anlayışların olmasının da səbəbi dindir
Adam “Mən dindar deyiləm, amma əxlaqlıyam” deyir. Məsələn, “evləndim” “yoldaşıma çox sadiqəm”, “uşaqlarımı çox yaxşı qoruyuram, haram tikə yemirəm”, “narkotikdən istifadə etmirəm”, deyir. Sənə bunları kim öyrətdi? Din öyrədib. Dini yaşayırsan. Məsələn, kommunistlərə baxıram evlənib, yoldaşı var, uşaqlarına qarşı çox diqqətcildir, arvadına qarşı diqqətcildir, namus anlayışı var, halala-harama diqqət yetirir. Bunu sənə kim öyrətdi? Din öyrətdi. Dini sən fərqinə varmadan bütün yönləri ilə yaşayırsan. Din cəmiyyətə hakimdir. Din zəiflədi dedikləri anda belə din, ən güclü şəkildə cəmiyyətə hakimdir.