A9 TV, 12 iyun 2017
Gənc qızlara, “özünə iş tap, ər tap” təzyiq göstərilməsi çox çirkindir
Bəzi yerlərdə gənc qızlar böyüdükdə ana-atası “get özünə ər tap, iş tap.” deyir. Qız uşağı nə etsin? Bu bazarda satılan bir şey deyil ki. Haradan tapsın, bu, olacaq işdirmi? Xitab şəkli çox çirkindir. Və bu, çox yayılıb, gənc qızlara əzici üslub istifadə edilir. Kişilərin iş imkanı daha asan olur və hərəkət imkanları da daha çox asan olur.
Qız uşaqları çox yaxşı qorunmalıdırlar. İş yerlərində xanımlara üstünlük verilməlidir. Sevgi, şəfqət, hörmət göstərilməlidir. İffətlərinə çox diqqətli, qoruyucu niyyətlə yaxınlaşmaq lazımdır. Bu necə olar? Güclü dövlət siyasəti ilə olar. Bu, mehdiyyət dövründə tam mənasıyla olacaq. Amma hal-hazırki texniki tədbirlərlə necə edilə bilər, nə qədər edilə bilər? Ancaq tövsiyələr edə bilərik. Amma mehdiyyət dövründə qadın azadlığı bütün dünyaya yayılacaq.
(Prezident Rəcəb Tayyib Ərdoğan Tarabyadakı Huber Köşkündə incəsənət və idman dünyasının önəmli adları ilə iftar süfrəsi arxasında bir araya gəldi, Adnan bəy. Prezidentimiz iftarda çıxış etdi: “Mədəniyyəti, incəsənəti, idmanı müəyyən kütlələrin monopoliyasında saxlamaq ölkəmizə faydası olmadığı kimi tam əksinə bu münasibət hər sahədə üzüntüyə yol açmışdır” dedi. “Üzülərək bildirməliyəm ki, Türkiyənin gücü və tutumu ilə mədəniyyət, incəsənət və idman sahəsində olduğumuz yer uyğun deyil.”)
“Tayyib hoca müasir gəncdir” dedim. Dediklərim doğru idi. Çox yaxşı edib. Tayyib hocam bunu daha tez-tez təkrarlasın, xüsusilə dekolteli xanımlarla, başı açıq xanımlarla, sənətçilərlə söhbət etsin, danışsın. Orada musiqilər də, xalq mahnıları da olsun. Müasir insandır, bunu daha çox vurğulasın. Düz edir, gözəl edir.
İncəsənət və Keyfiyyət Nazirliyi bu sözümü yerinə yetirsin. Ən azından keyfiyyəti get-gedə artıracaq bir işin adı qoyular. Bunu etmək üçün işçilər də tapar, çoxlu könüllülər çıxar. Biz demirik ki, nazirliyin tam səlahiyyəti olmalıdır. Sadəcə təşviq etsin. Təşviq edərək mətbuata bəyanat verməklə Türkiyədə keyfiyyət inanılmaz dərəcədə artar. Hazırda Türkiyənin ən böyük problemi keyfiyyət problemidir. Yaxın Şərqdə ən böyük problem keyfiyyətdir. İnsanların Avropaya getmək istəməsinin səbəbi keyfiyyətdir. Keyfiyyətin yüksək olmasıdır.
(“Sosial təkamül nədir?” sualına cavab)
Sosial təkamül tarixin axınıdır, kommunistlər o cür iddia edirlər. “Biz ilk dəfə Daş dövrü çağını yaşadıq. Qadın ortaq idi. Din yox idi. Ailə yox idi. Dövlət yox idi.” Görün nəyə qarşıdırlar? “Dövlət yox idi. Din də yox idi. Ailə də yox idi” deyirlər. Haradan bilirsən? O dövrdə peyğəmbərlər var idi. Necə ola bilməz? Bu mümkün olmayan açıqlamadır. “Qadın da ortaq idi” deyir. Yəni deyir ki, ana-bacı anlayışı olmayıb. Qadın ortaq idi.
“Sonra cəmiyyət bir az daha inkişaf etdi. Sonra feodal cəmiyyətə çevrildi. Sonra sənaye inqilabı baş verdi” deyir. “Sonra kapitalist cəmiyyət oldu. İndi kapitalist cəmiyyətdən ilk cəmiyyət modelinə qayıdacağıq” deyir. Başqa sözlə, kommunist cəmiyyət modelinə. Bu modeldə nə baş verəcəyini soruşduqda, “əvvəla, din olmayacaq” deyir. PKK-nın dediyi kimi. “Ailə olmayacaq” deyir. Yenə PKK-nın dediyi kimi. “Əxlaq olmayacaq. Din, ailə və əxlaq bunlar olmayacaq. Dövlət olmayacaq” deyir. “Qadın da ortaq olacaq” deyir. “Yeyəcək, ortaq olacaq” deyir.
Bunun adı nədir? “Kommunist sistemidir” deyir. Məhz PKK-nın etmək istədiyi də budur. Onlar yalnız Cənub-Şərqdə kommunist dövləti qurmaq istədiklərini düşünürlər. Xeyr. Onlar Türkiyəni, Yunanıstanı və Rusiyanı kommunist etmək istəyirlər. Təhlükənin böyüklüyünü anlamadılar.
İnsan səmimi olanda mənfəətləri ilə ziddiyyət təşkil edən vəziyyətlə qarşılaşar. Şəxsi mənafeyə heç vaxt üstünlük verməmək səmimiyyətdir
Səmimiyyət üçün mənfəətinlə ziddiyyət təşkil edəndə məğlub olmarsan. Səmimiyyətin ilkin əlaməti insanın özü üçün yaşamamasıdır. Bütün həyatını, hər şeyini Allaha həsr etmək deməkdir. Hər şeyi Allah üçün etməkdir. Allahın rizasının ən çoxunu axtararaq etməkdir. Buna səmimiyyət deyilir. Harada olursa olsun. Məsələn, Allahın rizasının ən çoxuna uyğun olan məktəbi seçər, ərzağı alar. Hər dəfə Allahın rizasının ən çoxuna görə hərəkət etməlidir.
İnsanların əksəriyyəti stress altında olduqları üçün yuxuya bir növ keyləşdirici dərman kimi baxırlar.
Gənc qızlar və uşaqlar çox darıxırlar. Böyük stress altındadırlar. Yuxu keyləşdirici dərman kimi, narkotika kimi olur. Ona görə də, onu keyləşdirir. Sıxıntılarından, əzablarından qurtulmaq üçün yatırlar. Nə qədər çox yatarsa, bir o qədər dərdlərindən xilas olmuş olur. Çünki küçəyə çıxanda heç kimə baxa bilmir, sevgi tapa bilmir. Təhlükə ilə qarşılaşır. Hamısı üçün demirəm, bəzi yerlər və bəzi insanlar üçün deyirəm. Qorxu, narahatçılıq, stress tapır.
Mağazaya girir, biri onun ünvanına nalayiq sözlər deyir, söz atır, bu səfər yenidən stressə düşür. Uşaq nə deyəcəyini bilmir və təbii ki, o da ona nə isə demək məcburiyyətində qalır. Məsələn, xoşagəlməz söz deyir, əsəbiləşir, çölə çıxır. Restorana gedir, ofisiantla qarşılaşır və orada yenə onu əsəbiləşdirən bir şey baş verir.
Biri küçədə maşın sürür, siqnal verir və ya onu narahat etmək üçün ona tərəf sürür. Telefonu zəng çalır, dostu telefonda uyğun olmayan, xətrinə dəyən sözlər deyir. Yəni minlərlə misal çəkə bilərəm. Bu sevgisizlik, bu gərginlik, özünü qoruma instinkti onu içinə qapadır. Və beləliklə yuxu, onun ən yaxşı dostuna çevrilir. Bu dünyadan qurtulmanın yolu olur.
(“Efir maddəsini izah edə bilərsinizmi?” sualına cavab)
Laboratoriyada aşkar edilən maddə deyil. Nəzəri olaraq alimlər bu maddənin olduğunu deyirlər. Bədiüzzaman da var deyir. Tesla, hamısı bunu deyir. Belə deyim də, hazırda ətrafımızdakı bütün cisimlər efirin formalaşması ilə formalaşmış ola bilər. Dağlar, düzənliklər, hər şey, əşyalar.
Efir, Allahın ağlını daşıyır, yəni Allahın ruhunu daşıyan bir maddə kimi görünür. Məsələn, cənnətdə bir şeyə əmr verəndə o, dərhal forma alır. Dağa “gəl” deyirsən. Dağ efirdən ibarətdirsə, sənə tərəf gəlir, belə düşünün. Bu cür maddədir. Efir ağıllıdır. Elmi araşdırma aparıldı, bilirsiniz. Müşahidə edildiyini anladıqda münasibəti başqa olur, müşahidə edilmədikdə isə başqa olur. Bu da, ağıllı olduğunu göstərir.
Dejavu, Allahın insanlara taleyi xatırlatmasıdır
Paralel kainat, cənnət, cəhənnəm, axirət, zər aləmi. Tək paralel kainat deyil. Çoxlu paralel kainatlar var. O da bizim dünyamıza aiddir. Digər aləmləri bilmirik. Dejavu da bizə taleyi və Allahı xatırladır. Ən yaxşı xatırladığım odur ki, Ortaköydə bizim evimizin yuxarı tərəfində məscid var idi. Mən o məscidi heç görməmişəm. Mənim bir dostum var idi. “Yuxarıda dostlarımız və tanışlarımız var, gəlin ora gedək” dedilər. Yaxşı, dedim.
Pilləkənlərlə yuxarı qalxdıq, çox hündür idi. Dırmanmağa başlayanda məscidin zəmin (torpaq) hissəsinə çatdıq. Birdən məscid göründü. O mənzərəni çox yaxşı xatırladım. Orada bir nəfərlə mübahisə etmişdim. Ağlıma gəldi ki, indi kiminləsə mübahisə edəcəyəm. Biri gəldi və səbəbsiz yerə mübahisə etdi. Mən heç nə deməmişdən əvvəl açıq şəkildə mübahisə yaratmışdı, eynisi baş verdi. Bu dejavu ən yaxşı yadımdadır.
Ondan sonra nə olacağını da xatırladım. Binanı da xatırladım. Binanı yaxşı xatırladım, forması və hər şey aydın idi. Həmin tinində kiminləsə mübahisə edirdim. Həqiqətən də həmin tində mübahisə etdik. Amma mən xüsusi olaraq mübahisə etmək istəmədim. Adam özü mübahisə etdi, birbaşa mübahisəyə girdi. O başladı və biz də cavab verməli olduq.
Özünü Allaha tamamilə həsr edən insana dərinlik qapısı açılar
Özünü tamamilə Allaha həsr edən, dünyadan tamamilə uzaqlaşan insan eqoistlikdən əl çəkmişdir. Başqa bir insan modelinə çevrilir. Belə insanlarda dərinliyin qapısı açılır. Sadəcə onlar üçün. Başqalarına verilməz. Ona görə də dünyada dərinlik hissinə malik olan insanlar çox nadirdir, çox azdır.
Dərilik, özü üçün yaşayan insana verilmir. Dünyadan tamamilə əl çəkər. Yalnız Allah üçün yaşayan, daim Allah rizasının ən çoxunu istəyən insanlara verilən xüsusi nemətdir. Bunu onların üzündən, səs tonundan, danışıq tərzindən anlamaq olar. Hər iki tərəfdə bu dərinlik hissi varsa, bir-birini başa düşərlər. Qadınlarda dərinlik var, amma dərinlik bəsləyəcək birini tapa bilmirlər. Onlar bu hissi yaşaya biləcək bir insan tapa bilmirlər. İnsanların əksəriyyəti eqoist olduğuna görə bu hissi yaşaya bilmirlər.
İnsanın çəkdiyi əzabları kimsə bilməz. Heç bir problemi olmadığını düşünərsən, halbuki o adam böyük imtahandan keçir.
Müsəlmanlar həmişə əzab və əziyyət çəkər. Bəziləri məlumdur, bəziləri məlum deyil. Məsələn, hz. Əyyub (ə.s) əziyyət çəkirdi, amma zahirən bilinmirdi. Hz. Musa (ə.s) də aslan kimi idi, yaraşıqlı idi. O da çox əzab çəkirdi, lakin ətrafdakılar bunu anlamırdı. Çox həyəcanlı, təlaşlı ruha sahib idi. Çox tez qıcıqlanırdı. Çox böyük qorxu içində yaşayırdı, ancaq kənardan baxanda bunu anlaya bilməzsən.
Məsələn, o, evlənənə qədər və peyğəmbərliyinin son mərhələlərinə qədər həmişə təlaşlı, əsəbi, həyəcanlı olub. Qövmündə münafiqlər həddindən artıq çox idi. “Ya Rəbbim, mənim yalnız qardaşıma sözüm keçir” deyir. Qövmündə on minlərlə insan vardı. “Mənim yalnız qardaşıma sözüm keçir” deyir. Fəlakətin böyüklüyünə baxın. Buna baxmayaraq, yenə də onlara yol göstərdi və onları bir yerə topladı. Hz. Musanın öz kiçik qrupu var idi. Həmin qrup indi də var. Bu gizli bir qrupdur. Quranda buna işarə edilir.
Ayədə, yəhudi qrupunun ədalətlə fəaliyyət göstərdiyi və ədaləti təmin etmək üçün fəaliyyət göstərdiyi bildirilir. Bu, Musanın (ə.s) hazırladığı gizli qrupdur. Ayədə qeyd olunan bu qrup hələ də vəzifədədir.
(“Cümhuriyyət” qəzeti yazarı Orxan Bursalı, Türkiyədə iqtidarda olanların təkamüllə əziləcəyini iddia edən məqalə yazıb. “Bizə baxın, yüz illər əvvəlki ideyalar iqtidardadır və cəmiyyətin çarxını geri çevirməyə çalışır. Bu, əhəmiyyətli bir məqamdır. yaşadığımız dərin problemlərin əsasını təşkil edir. Lakin təkamül hər baxımdan və hər yönü ilə sürətlə gedir, xüsusən də bu gün. Bunun qarşısını alanlar əziləcək”, dedi.)
Yox, yoxdur. İslam qalib gələcək. Mehdi (ə.s) zühur edəcək. İsa Məsih zühur edəcək. Hal-hazırda materializm necə əzildiyini izləyir. Solçular necə əzildi və məhv oldu? Bütün Avropada solçular necə əzilir? Türkiyədə solçular necə yox oldu? Bu, bizim vəsiləmizlə oldu. Təkamül nəzəriyyəsi ləğv edildiyinə görə solçuların ideoloji əsası yoxdur, məhv edildi və belə də davam edəcək.
Solçular bütün dünyada can çəkişir. Bunun vəsiləsi bizik. Çünki biz darvinizmi məhv edərkən onların təməlini məhv etmiş olduq. Hal-hazırda hamısı səssizcə can çəkişir. Bursalı hocanın da bundan xəbəri var. Son çarə olaraq, bəlkə bir qurtuluş olar deyə təkamülü dəstəkləməyə çalışdı, ancaq ölüyə dəstək versəniz də, ölü elə ölüdür. Heç nə edə bilməz.
(Qətərdə dünyasını dəyişən Səudiyyə vətəndaşının yaxınları qadağa səbəbindən cənazəsini almağa gələ bilmədiyinə görə yüzlərlə Qətərli dəfn mərasiminə getdi. Doha rəhbərliyinin cənazəni Səudiyyə Ərəbistana göndərmək cəhdinin qarşısı yenə Səudiyyə Ərəbistan tərəfindən alındı. Yüzlərlə Qətərlilər hörmətlərini göstərmək üçün heç tanımadıqları Səudiyyə vətəndaşının dəfn mərasiminə qatıldılar.)
Görün İngilis Dərin Dövləti müsəlman aləmini nə hala salıb. Necədə onları bir-birinə qarşı qaldırır, necə də çıxılmaz vəziyyət yaradır. Halbuki orada Səudiyyə Ərəbistanı maraqlandıran heç bir mövzu da yoxdur. Hadisənin göstərişlə baş verdiyi aydındır. Səudiyyə Ərəbistanı bu bəladan xilas edək. Səudiyyə xalqı xalis müsəlmanlardır. Onların başına bəla olmuş bir sistem var.
Mömin ölüm əsnasında heç bir qorxu, narahatçılıq və sarsıdıcı hal yaşamaz
Əzrail (ə.s) gözəl görünüşlü insan surətində müsəlmanın yanına digər sevdikləri ilə birlikdə gələr. Yəni açıq şəkildə canını alacağını deyir. Həmin an möminin qəlbində qorxu yaranmaz. Onun canını alması çox rahatdır. Canını alıb birlikdə gedərlər. Müsəlmanda sarsıdıcı və ya boğucu bir hal yaranmaz.
İmansız birinin ölüm anı çox dəhşətli, narahat edici olar. Mömində belə bir şey baş verməz. Bir anda görüntü dəqiqləşər və dərhal oyanar. Yuxu kimi gördüyü ellips ekran yox olar və çox aydın görüntü yaranar. Cəbrayıl (ə.s), Əzrail (ə.s) insanın imanının dərəcəsindən asılı olaraq nəzakətli şəkildə gələr. Məsələn, Peyğəmbərimizin (s.ə.v) vəfatında Cəbrail (ə.s) da iştirak etmişdi. Cəbrayıl (ə.s), Əzrail (ə.s), Mikayıl (ə.s) mələklərdir.
Amma adi qaydada Əzrail (ə.s) olur və yanında sevdikləri olar ki, daha çox xoşuna gəlsin, ona hüzur versin. Sevdikləri ilə normal şəkildə durub gedərlər, bu qədər. Mömin sorğu-suala çəkilər, lakin üsuluna görə çox qısa zaman çəkər. Ona etdiyi yaxşılıqlar xatırladılar. Allah: “Bunu etmisən?” soruşar. “Bəli, ya Rəbb. Mənim bunu etdiyimi Sən daha yaxşı bilirsən ya Rəbb” deyir və bu qədərdir. Və ilk onun sorğu-sual edildiyini düşünür.
Bir mövzunu uşaqlara hörmət edərək, dəyər verərək izah etmək lazımdır.
Uşağınıza dininizi izah edərkən onu böyük bir insan kimi görməlisiniz. Hörmətlə və dəyər verərək izah etmək lazımdır. Dəli biri ilə danışmaq kimi yox. “Bu uşaqdır”, deyərkən nəyi nəzərdə tutursan? Deməyə çalışırsan ki, onun ağlı yoxdur? Normal biri deyil demək istəyirsən və təhqir etmiş olursan. Uşaq onu eşidəndə buna qarşı cavab verəcək. Sonra da o, özünü yersiz, hörmətsiz hiss edir. Onu dəli hesab etdiklərinə görə o da, layiq olduqları şəkildə cavab verir. Ancaq uşağa hörmət və dəyər verilərsə, uşaq da hörmət və dəyər verərək cavab verəcəkdir.
(“Cümhuriyyət” qəzeti PKK-lılar üçün terrorçu ifadəsini işlətməməyə diqqət yetirir. Son olaraq Hakkaridəki PKK terrorçuları hücum həyata keçirdilər. “Cümhuriyyət” qəzeti bu hücumu öz internet səhifəsində “PKK-lı terrorçular tərəfindən həyata keçirilən hücum” kimi açıqlasa da, daha sonra “Cümhuriyyət” redaktorları, xəbər mətnini dəyişərək terrorçu sözünü sildilər.
Bu çox ürküdücü bir şeydir. Niyə belə ediblər. Əgər onlar bunu dəstəkləsələr, bu çox dəhşətli və böyük cinayət olardı. Əgər dəstəkləmirlərsə, bu üslubun nə mənası var? Hesab edirəm ki, Prokurorluq bu işin üstünə düşməlidir. Respublika Prokurorluğu bunu cinayət tərkibi hesab edir, amma məncə çox qəribə vəziyyətdir. Lazım olan iş görülsün.
(“Hədisin doğru olub-olmadığını necə bilək?” sualının cavabı)
İki yol var, biri Qurana uyğun olarsa doğrudur. Məsələn, Peyğəmbərimiz “Namaz qılın, namaz pisliyi aradan qaldırar” buyurur. Qurana baxırıq, uyğundur, düzdür. İkincisi, məsələn, Peyğəmbərimiz buyurur: “Axırzamanda, Mehdi dövründə iki quyruqlu ulduz peyda olacaq. Digər quyruqlu ulduzların əks istiqamətində gedəcək və parlaq olacaq.”
Alimlərin çəkdiyi fotoşəkillərə baxırıq və orada iki quyruqlu ulduz var. Həqiqətən də, digər ulduzlardan daha parlaqdır və digər ulduzların əksinə gedir. Doğrudurmu? Hədis səhihdirmi? Səhihdir. Hədis olmaqdan əlavə, real hadisədir. Buna səhihdir də deyə bilmərik. Buna səhih hədis deyilmir. Sadəcə, Peyğəmbərin bildirdiyi həqiqətdir.
Isa Məsihi görəndə onu müasir, yaraşıqlı gənc kimi görəcəyik.
İsanın (ə.s) səmaya qalxması bəlkə də bir saniyə çəkib və bir saniyə sonra geri qayıdıb, amma 2000 il keçib. 2003 il. Baxın, Tövratdakı həmin kodlaşmaya diqqət yetirsəniz, 2003-cü hərfdən, bir ona diqqət yetirdinizmi? 2003 hərfdə birdir. Hz. İsa (ə.s), Hz. Mehdi (ə.s) ilə bağlı mövzular vardır. 2003 hərfdə bir. Eyni paltarda, üstündə bir neçə dəmir pul var. Şəxsi əşyaları, güzgüsü, darağı və bir az da pulu. Əynindəki paltarı eyni orijinaldır. Hər şey, o dövrdəki saçları.
Amma indi onu görəndə müasir gənc kimi görəcəyik. Bilmirəm, bu ifadə caizdir ya yox, çox yaraşıqlı, avropalı gəncdir. Yaşı çox olmasına baxmayaraq çox güclü gənc olacaq. Məsələn, əlli yaşında olanda, otuz yaşındakı kimi görünəcək. İsa Məsih sarışın, göz rəngi boz, geniş çiyinli və atletikdir. Əlləri uzun, nazik zərif barmaqları var. Çox ağıllı, zarafatcıl, xoş söhbət, təvazökar və sevimli insandır. Təkəbbürü heç yoxdur. İnsanlar, hz. İsa (ə.s) gələndə çox qəribə bir iş görəcəyini düşünürlər, elə deyil, çox sevimli insandır, inşaAllah.
Allah, hər insana həm pisliyi, həm də ondan qurtulmağın yolunu öyrədib.
Allah bizə vəhy edir və biz də, yaxşı olanı bilirik, Allah qəlbimizə vəhy edir. Allah həm nəfsin günahını bizə hiss etdirir, həm də ondan necə qurtulacağımızı bildirir. Bunu nümunələr ilə də izah etmək olar. Məsələn, bir insan səhv söz deyər və qarşısındakı şəxs də ona söyərək cavab verə, lakin o, dərhal Allaha sığınır və deyir: “Əgər ona yaxşı cavab versəm, onun rəğbətini qazanıb islama yaxınlaşdıra bilərəm”.
Nəfsinə xoş gəlməsinə baxmayaraq, nəfsi orada fücuru bu şəkildə əmr edir. Qarşılıq olaraq nalayiq söz deyib rahatlayacağı halda bunu etmir, səbir edib gözəl cavab verir. Gözəl cavab verərkən gərginləşir. Ancaq bu gərginləşmə ona fayda verir. Əksini edib rahatlasaydı zərər görərdi. Fiziki, mənəvi, əqli və həmçinin axirət baxımından zərər verərdi. Amma səbirli davrandığına görə, həm fiziki, həm mənəvi, həm də axirəti üçün hər cəhətdən faydasını görər.