Atomlar təxminən 15 milyard ildir mövcuddurlar və böyük sürətlə hərəkət edirlər, amma nə atomlar, nə də alt parçacıqlar bir-birləri ilə toqquşmurlar
Bütün kainatda 10⁷⁸ atom olduğu hesablandı. Yəni 10-a 78 sıfır əlavə edirik, o qədər atom var. Bu atomların birində belə qarışıqlıq olmur və həyatlarına da bir şey olmur. Onlarda ölmə deyə bir şey yoxdur. Bəzən 100-ə yaxın elektron eyni orbitdə dönür. Bəzən də elektronlar orbitlərarası keçiş edirlər, lakin 15 milyarda içində bir-birilərilə toqquşduqları görülməmişdir. Heç olmur, bir-birlərinə heç toxunmurlar. Çox düzgündür. Bir də haradan keçəcəyi müəyyən olmadığı halda, ani qərar verərək keçirlər.
Hər birinin ayrı ağlı var. Nə vaxt haradan keçəcəyi müəyyən deyil. Yəni dəli kimi dönürlər, dönərkən də bir-birləri ilə heç bir şəkildə toqquşmurlar. Məsələn, insan ölür, amma insandakı atomlar heç vaxt ölmürlər, müntəzəm yaşayırlar. Torpağa qarışır, buxar halında göyə qarışır, başqa bitkilərin kökünə gedir, oraya- buraya gedirlər, amma o atomlar əsla ölmürlər. Nə edirsən et ölmürlər, yandırsan da, üstünə zərbə vursan da ölmürlər. Amma insan kiçicik bir şeydə ölür, bilirsiniz.
Hər şeydə xeyir vardır. Başın ağrısa, ayağın bir yerə ilişsə, hamısında xeyir vardır. İnsanlar əleyhinə sandıqları üçün çətinlik yaşayırlar
Həmişə xeyirli, müsbət düşünmək lazımdır. Yəni əleyhinə düşünməmək lazımdır. Çünki hər şeyi tək-tək Allah yaradır. Hər şeydə xeyir vardır. Məsələn, başı ağrısa, onda bir xeyir vardır, ayağı bir yerə ilişsə, xeyir vardır. Xeyirsiz heç bir şey olmaz. İnsanlar həmişə əleyhinə zənn etdikləri üçün çox çətinliyə düşürlər. Halbuki, hər şeydə xeyir olduğunu bilsələr, müsəlmanlar heç çətinlik çəkməzlər. Qurana tam uymaq Quranın ifadəsiylə şəfadır.
Allah Quran üçün “könüllərdə olana şəfadır” deyir. Allah şəfa olan ayələr endirir. Quranı tam yaşayan nə ruhi, nə də o tərz narahatlıqlar çəkməz. Yəni bədən cəhətdən də, ruhən də sağlam olar. İmtahan olaraq narahatlıqlar gələ bilər, amma ümumi mənada çox sağlam olar. Quran şəfadır. Təvəkkül edən, hər şeyin Allahdan olduğunu bilən bir insanın könlü pakdır, şəndir, rahatdır. Əqli sağlamlığı da yerində olar, ruh sağlamlığı da yerində olar.
Ürəyim təmizdir deyən, amma Allahın varlığını gördüyü halda Allaha şükür edib sevgi göstərməyən bir insan səmimi davranmış olmaz
Səmimi olan bütün qullar xilas olar. Əgər insan səmimidirsə, ətrafa baxanda Allahın varlığı bütün açıqlığıyla və ehtişamıyla dərhal görülür. Allah olduğuna görə Allahın bir məqsədlə yaradacağı da müəyyən olar. Çünki biz hazır bir süfrəyə gəldiksə, o süfrəni yaradan, meydana gətirən biri vardır. Və süfrə sahibinin də bir məqsədi vardır. Biz orada yeməyi yeyib, süfrəni aşırdıb çölə çıxsaq, bu, bizim ağıllı və səmimi olduğumuzu göstərməz. Elə deyilmi? Süfrə sahibinə təşəkkür etməliyik, hörmət göstərməliyik. “Çox gözəl olmuş əlinə sağlıq.” deməliyik. Allah da bir nemət yaratdığında Ona həmd etməyimiz, şükür etməyimiz, Ona təşəkkür etməyimiz lazımdır. Əgər bir insan təşəkkür etmirsə, həmd etmirsə, ürəyi necə təmiz olur? Əvvəla ürək əyrilmiş olur. O ağıldakı bir insana Allah niyə cənnət nəsib etsin. Oradakı süfrəyə şükür etməyənə yeni süfrə niyə verilsin?
Səmimiyyət insanın Allahın vicdanına vəhy etdiyinə uyması, o ilhamı eşitməzlikdən gəlməməsidir
Səmimi iman insanın özünə səmimi olmasıyla olar. İnsan özünün səmimi olub-olmadığını bilər. Çünki Allah insanlara vəhylə bildirir. Yəni insan özbaşına buraxılmamışdır. Allah hər insana hər an vəhy edər. Bu, çox böyük nemətdir. Baxın, peyğəmbərə necə səsli vəhy edirsə, möminlərin də ürəyinə, vicdanına vəhy edər. Nəyin səhv olduğunu, nəyin doğru olduğunu bizə bildirər, hər an bildirər. Biz ona əməl etdikdə buna səmimiyyət deyilir. Və səmimi olduğumuzda hiss edərik. Çünki işimizə gəlməyən, nəfsimizlə zidd düşən, lakin vicdanımıza uyğun olan şeyi ediriksə, səmimiyik deməkdir.
Amma vicdanımıza uyur deyirik, amma eyni zamanda nəfsimizə də uyğun gəlməsini istəyirik. O zaman bu səmimiyyətsizlik olar. Nəfslə qarşıdurmasına baxmayaraq, ediriksə o səmimiyyətdir. Məsələn, insan yemək yeyəcək, on ədəd kotlet qızardıb deyir. Eyni şərtlərdə mömin olan, kasıb qardaşı var. O kotletin beşini ona versə, bu səmimiyyət olar, dürüst rəftar olar. Amma gedib birini versə, doqquzunu özü yesə, bu səmimiyyətsiz olar. Bu aydın olar. Çünki qardaşıdır, çox yaxınıdır. Onun nə üstünlüyü var, yəni onun nə aşağı tərəfi var? Buna bənzər çoxlu nümunə verə bilərəm.
İnsanın həmişə özünü inkişaf etdirməsi əhəmiyyətlidir. Mömin quranla, islamla özünü inkişaf etdirməlidir, bəsitlikdən, adilikdən xilas olmalıdır
İnsanın özünü davamlı inkişaf etdirməsi çox böyük nemətdir. O masonluqda xam daşın mikab daşa çevrilməsi olaraq alınar. Yəni davamlı o daşı yonaraq, onun içindən düz daşı çıxartmaq, yəni o xam daşın içindən insan çıxartmaq. Mömin də Quranla, İslamla özünü inkişaf etdirməlidir. Bəsitliklərdən, adiliklərdən xilas olmalıdır. Məsələn, insanlar arasında çox bəsitliklər vardır, çox iticidir. Ona görə də bir çox insan kompleksli yaşayar, narahat yaşayar. Məsələn, bir-birlərinə baxıb səbəbsiz yerdə dişlərini ağardarlar.
Ortada heç bir şey yoxdur, alçaq kompleksindən qaynaqlanar. Bəsit insanlarda görülən şeydir. Görən də bir şeyə gülür desinlər deyə edərlər. Çünki onlara qarşı edilmişdir, ondan narahat olmuşdur, yaxud bir quyruq ağrısı vardır, bir yerdən canı yanmışdır. Ona görə bu bəsit insanlarda görülər. Səbəbsiz yerə bir-birinə baxıb dişini ağartma, səbəbsiz, mənasız yerə gülmə. Yəni qarşı tərəf də hər halda bir şey var, amma mən görə bilmədim deyəcək. Fərq etmədiyim bir şey var ona gülürlər.
Alçaq kompleks içində olan insanlar həm özünə güvən gətirmək üçün bunu edərlər, həm də o bəsitliklərini, o kənar məhəllə mədəniyyətini vurğulayaraq bir yerə çatacaqlarını zənn edərlər. Məsələn, bu alt mədəniyyətdir, alt xaraktersizlikdir. Amma keyfiyyətli müsəlmanlar belə şeylərə heç tənəzzül etməzlər. Bunun üstünə çıxar, onun üstünə daha da çıxar, özlərini hər cür bəsitlikdən qoruyarlar.