təfsir
Hörmətli Adnan Oktarın 9 iyun 2014-ci il tarixli söhbətindən İsra surəsi ilə əlaqədar izahlar.
Adnan Oktar: Allah deyir ki, “Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb tədriclə nazil etdik”. (İsra surəsi, 106) Yəni fasiləsiz oxumaq deyil, dura-dura oxumaq. Çünki başqa cür diqqətləri dağıla bilər. Diqqət dağıla bilər, amma dura-dura oxumaq yaxşıca diqqətlərini cəmləməyə imkan yaradar. Çünki insan zehni və diqqəti tez yorulan bir quruluşa sahibdir. “Biz onu hissələrə ayırıb tədriclə nazil etdik”. (İsra surəsi, 106). Yaxşıca mənimsəyərək başa düşməyiniz üçün və böyük bir diqqətlə düşünüb yaşamağınız üçün. Quranın izahında metodu da Allah göstərir. Yəni fasiləsiz izahat diqqəti dağıdar. Amma diqqət verərək dinləmələri üçün fasilələr verərək, diqqəti Quranın üzərinə çəkərək izah etmək lazımdır. “De: “İstər ona inanın, istərsə də inanmayın …”. (İsra surəsi, 107). Təzyiq yoxdur. Nə deyir bəziləri? “Təzyiq var” -deyir. Allah “təzyiq yoxdur” -deyir. “İstər inanın, istər inanmayın”. “Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üzüstə səcdəyə qapanır”. (İsra surəsi, 107). Məsələn, musəvilər və xristianlar çənə üstə səcdə edirlər. Biz bunu sonra gördük. Ayəni oxuyan anlaya bilmir, çünki səcdə alın üstə edilir. Halbuki, xristian və musəvilərdə səcdə çənə üstə edilir.… ardı...
Hörmətli Adnan Oktarın 11 mart 2011-ci il tarixli reportajından Mümin surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Mümin surəsi, 4-cü ayə “Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər”. Bax, “Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər”. Yəni Allah: “Dinə, İslama qarşı bütün gücləriylə mübarizə apararlar” deyir, “yazılı da olsa, şifahi də olsa, hərəkəti də olsa, yaxud zorakılıqla da olsa mübarizə apararlar” deyir. “Elə isə onların şəhərlərdə gəzib- dolaşmaları səni aldatmasın”. Yəni: “Onların göstəriş xətrinə yürüş etməsi, göstəriş etməsi, küçələrdə aksiya keçirmələri səni aldatmasın” deyir. Bax, Allah:
“Elə isə onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın” deyir. Kütləvi yeriyişlər etmələri və yaxud başqa cür. “Onlardan əvvəl Nuh qövmü də elçiləri yalançı saydı və özlərindən sonra (çoxsaylı) firqələr də. Hər ümmət öz elçilərini yaxalamağa qəsd etdi”. Hz. Mehdi (ə.s)-ın niyə yaxalanacağını, niyə həbsə atılacağını da, buradakı ayədən başa düşürük. Bax: “Öz elçilərini yaxalamağa qəsd etdi” deyir. Allah: “Hər bir ümmət bunu mütləq etdi” deyir. “Haqqı onunla qüvvədən qaldırmaq məqsədiylə, “batilə əsaslanaraq” mübarizəyə girişdilər”.
Yəni darvinist, materialist işlər gördülər, yaxud da buna bənzər. “Mən də onları yaxaladım. Artıq Mənim cəzam necəymiş!” deyir. “Gördülər” deyir. 8-ci ayədə: “Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et”. “Deməli,… ardı...
Hörmətli Adnan Oktarın 6 aprel 2011-ci il tarixli reportajından Yusif surəsi ilə əlaqədar şərhlər:
ADNAN OKTAR: Yusif surəsi, Rəhman və Rəhim olan Allahın adı ilə, şeytandan Allaha sığınıram. 1. “Əlif, Ləm, Ra”. Bu ayənin şifrə (açar) hərflərinin hansı mənanı verdiyini yaxın bir vaxtda başa düşəcəyik. “Bunlar açıq-aydın Kitabın ayələridir”. Deməli, Quran açıq-aydındır. Asanlıqla başa düşmək aydın olduğu halda adam “Qırx il araşdırsaq da, biz Quranı başa düşə bilmərik” deyir. Deməli, Allah düşüncəsini, beynini bağlamışdır. 2. “Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz”. Deməli, Quran başa düşülməsi lazım olan bir Kitabdır. 3. “Biz bu Quranı sənə vəhy etməklə ən gözəl qissələri həqiqi bir xəbər kimi sənə danışırıq”. “Biz bu Quranı sənə vəhy etməklə ən gözəl qissələri”, baxın, Allah: “Bütün qissələri sizə vermədim” deyir.
Allah: “Ən gözəl, əhəmiyyətli olan qissələri bildirirəm” deyir. “Həqiqi bir xəbər”. Yəni ancaq vəhyə əsaslandığı üçün, nə əskiklik, nə də artıqlıq var, tam doğru məlumat kimidir. “Həqiqi bir xəbər kimi sənə danışırıq, halbuki, sən daha əvvəl bundan xəbərsiz idin”. Qeyb xəbəridir, Allah qeybi bildirir. Allah qeybi bildirərmi? Bildirərmiş, elə deyilmi? 4. “Bir zaman Yusif atasına: “Atacan, həqiqətən mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm; mənə səcdə etdiklərini də gördüm” demişdi”. Bir… ardı...
Hörmətli Adnan Oktarın 11 mart 2011-ci il tarixli reportajından Nəhl surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala 61-ci ayədə: “Əgər Allah insanları hər etdikləri zülmə görə sorğu-suala tutsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı” deyir. Yəni Allah: “İnsanlar o qədər çox səhv edirlər, o qədər çox günah işləyirlər ki, əgər belə bir vəziyyətdə cəza verilməsi lazım gəlsəydi, dünyanı məhv edərdim” deyir. “Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər”. Yəni Allah: “Taledə nə varsa, o da olar” deyir.
“Onlar özlərinin xoşlamadıqları şeyləri Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl şeyin onların olacağını söyləyir”. Deməli, “öz xurafatçı, nalayiq düşüncələrinin ən gözəl olduğunu düşünərlər” deyir. “Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar (cəhənnəmdə) öndədirlər”. Yəni Allah cəhənnəmdə əzab çəkəcəklərini ifadə edir. “And olsun Allaha, səndən əvvəlki ümmətlərə də (elçilər) göndərmişdik”. Hər dövrdə mehdilər var. Yəni, boş olan heç bir dövr yoxdur. “Lakin şeytan onlara əməllərini gözəl göstərmişdir, bu gün də onların dostudur və onlar üçün ağrılı-acılı bir əzab vardır”. Məsələn, darvinizmi və materializmi onlara gözəl göstərir. Anormal bir şey olduğunda gözəl göstərir. Qumarı, zülmü, əzabları gözəl göstərir.
“Bu gün də onların dostudur”,… ardı...
Hörmətli Adnan Oktarın 11 mart 2011-ci il tarixli reportajından Hud surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Quranın hansı səhifəsini açsaq da, Allahın, demək olar ki, hər səhifədə dəccal gücləriylə hz. Mehdi (ə.s) güclərinin qarşılıqlı mübarizəsindən bəhs etdiyini görərik. Bax indi, Allah Hud surəsi, 109-cu ayədə: “Artıq Onların nəyə ibadət etdiklərinə şübhə etmə”. Məsələn, darvinist- materialist düşüncədə insanların çoxu şübhəyə qapılar; “Görəsən dedikləri həqiqətdirmi, həqiqətən də belə bir elmi dəlil vardırmı?”. Bu kimi şeylər barəsində şübhəyə düşərlər. Bax Allah: “şübhə etmə” deyir, əvvəlcədən xəbərdar edir, Allah insanların diqqətini açır.
“Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər”. Heç bir yeni, orijinal düşüncə olmur. Məsələn, darvinist düşüncəyə baxdığımızda Quranın bu hökmünə görə darvinizmin üç min illik, dörd min illik keçmişi olan bir düşüncə olduğunu dərhal anlayacağıq. Yəni çox qədim vaxtlara qədər gedib çıxdığını anlayacağıq. Yəni hər inancın, hər bütpərəst düşüncənin mütləq qədim bir tarixi vardır. Necə ki, Allah nə deyir?. “Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər”. “Heç bir fərq yoxdur” deyir. Allah: “Necə ki, Fironun, Nəmrudun, şumerlərin dövründə və qədim Yunanıstanda da darvinist düşüncə vardırsa, həmin düşüncə indi də var” deyir. “Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik”.
Əlbəttə ki, bu məqamda insanların ağlına:… ardı...