Hörmətli Adnan Oktarın 17 yanvar 2011-ci il tarixli reportajından Tövbə surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Tövbə surəsi, 24-cü ayə. Şeytandan Allaha sığınıram. “De: “Əgər atalarınız, övladlarınız, bacı/qardaşlarınız, həyat yoldaşlarınız, nəsliniz”, dost ətrafınız “qazandığınız mallar, az gəlir gətirəcəyindən qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz evlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə”, Allahın dinini yaymaqdan, təbliğ etməkdən “daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah, fasiqləri doğru yola yönəltməz”. Bunu Mehdi (ə.s)-a, mehdiyyətə görə şərh etdiyimiz təqdirdə, onun atalarına, övladlarına, bacı-qardaşlarına, həyat yoldaşlarına, yaxın qohumlarına, mallarına, etdiyi alış-verişə əhəmiyyət verməyəcəyini, hər şeydən əvvəl Allahın dininə əhəmiyyət verəcəyini anlayırıq inşaAllah. (85.82 ayənin şərhinin davamı) Deməli, insan atasından ötrü dinini tərk etməməlidir. Övladlarından, qazandığı mallardan, bacı-qardaşlarının və həyat yoldaşlarının mənfəətindən, dostlarının təşviqindən ötrü, facebookda, orada burada etdiyi təbliği, İslam əxlaqını və dini yaymağı tərk etməməlidir. Az gəlir gətirəcəyindən qorxduğu alış-verişdən ötrü, İslam əxlaqını yaymağa çalışsam alış-verişim zəifləyər deyə dini, İslam əxlaqını yaymaqdan imtina etməməlidir. Mənim evim gözəldir, gedib axşama qədər evimdə oturum deyib İslam əxlaqını təbliğ etməkdən imtina etməməlidir. “Sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə”, bunlar sizə daha əziz gəlirsə, “Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən”, belə ki, İslam əxlaqını yaymaqdan “daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin”. “Allah bəlanızı verənə qədər gözləyin” deyir. “Belə ki, bəlanızı verəcəyəm” deyir inşaAllah. Buna görə də biz Allah üçün yaşamalıyıq, inşaAllah. Yalnız Allah üçün, Allah rizası üçün.