Hörmətli Adnan Oktarın 7 mart 2011-ci il tarixli reportajından Qiyamət surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Qiyamət surəsi. Məkkədə endirilən bu surə 40 ayədən ibarətdir. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. “Xeyr, qalxma (qiyamət) gününə and içirəm.” İnsanlar Qiyaməti parçalanma kimi başa düşürlər, qiyamət qalxmaq mənasındadır. Qiyam- ayağa qalxma mənasındadır. “Və yenə xeyr; and içirəm özünü qınayan nəfsə”. İnsanların özlərini tənqid etməyi çox faydalıdır. Çox faydalı, düzgün və uyğun olar. İnsan özünü təriflədikdə, qüsursuz göstərdikdə xəstələnər. Özünü tənqid etsə həm sevimli olar, həm seviləcək bir insan olar, həm də ruhən və cismən sağlam olar.

“İnsan, onun sümüklərini Bizim qətiyyən yığa bilməyəcəyimizi mi güman edir? Bəli; Biz onun barmaq uclarını bərpa etməyə qadirik”. Allah: “İstəsəm, eyni şəkildə yaradaram deyir. “Ancaq insan, önündəki (sonsuz gələcəyi)ni də “fücurla keçirmək istəyir”. “Fücurla keçirmək istəyir deyəndə: Allaha baş qaldırmaqla, fitrət və əxlaqsız davranışlarla keçirmək nəzərdə tutulur. Belə bir şey var deyir. “Ancaq insan, önündəki (sonsuz gələcəyi)ni də “fücurla keçirmək istəyir”. Yəni “sonsuz gələcəyini korlamaq istəyir” deyir. “O: “Qiyamət günü nə vaxt olacaq” deyə soruşar”. Baxın indi axırzamanda ən çox soruşulan suallardan biri də budur. “Amma gözlər bərələ qalacağı, ay qaralacağı”, ayın qaralması iki cür ola bilər. Birincisi, səma tamamilə tüstüylə, tozla örtüldüyü üçün, ay görünməz hala gələ bilər.

İkincisi də, toqquşmanın şiddətindən, ay da bir şeylə toqquşacağı üçün, yəni dünyaya dəyən parçalar aya da dəyəcəyi üçün, ayın da o parlaqlığı yox olub, parçalanar mənasında da ola bilər. “Günəş və ay birləşəcəyi zaman”, onsuz da buradan aydın olur. Yəni orbitindən çıxıb parçalanır, ayın qaralması, günəş ayı udur, günəşin ayı udmasından, ayın yox olmasından, günəşin bu hadisəni meydana gətirməsindən ötrü, ay da qaralmış olur. “İnsan o gün: “Hara qaçaq?” deyər.

Yəni böyük, çox böyük gücdə zəlzələ baş verir, adi zəlzələ kimi deyil, filmlərdə olan kimi, həqiqətən də, qaçmaq istəyirlər, avtomobilinə minir, amma yollar dağılır, körpülər uçur. “Hansı tərəfə qaçsaq doğru olar”— deyə soruşurlar. Yəni “cənuba, yoxsa şimala tərəfmi qaçaq, hansı yoldan qaçsaq bu hadisədən xilas ola bilərik” deyəcəklər, halbuki, dünyanın hər yerində baş verdiyi üçün qaçacağı bir yer yoxdur. “İnsan o gün: “Hara qaçaq?” deyər. Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq”. Yəni düz olan, zəlzələnin təsirinə məruz qalmayan, toqquşmanın təsirindən meydana gələn bu dəhşətli vəziyyəti hiss etməyən heç bir yer yoxdur. Buna görə də, Allah nə deyir?. Allah: “Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq” deyir.

Amma insanlar əvvəlcə pənah apara biləcəkləri bir yer olduğunu güman edirlər. Məsələn, zəng vurub, “hara gedə bilərik, nə edə bilərik” deyə adamlardan soruşurlar, edəcəkləri bir şey yoxdur. “O gün dönüş ancaq sənin Rəbbinə olacaqdır”. Yəni Allah: “O gün mütləq öləcəksiniz” deyir. “O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir”. Baxın o gün, əvvələr etdiyi; müsbət istiqamətdə etdiyi nə varsa, hansı xeyirli fəaliyyətləri varsa, məsələn, kasıblara kömək etmiş, yaxşılıq etmiş, ibadətlərini yerinə yetirmiş və halal-harama diqqət yetirmişsə, onlara etdikləri, “sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir”. Etməyib, sonraya saxlayıb, sonra edərəm deyib, məsələn, “namazı sonra qılaram” deyib, “ibadəti sonra edərəm, bunu sonra edərəm deyib, bunları da sonraya saxlayıb, “sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir”.

Yəni “bunları etmisən, amma bunları da sonraya saxlamısan” deyir. Əllərinə verilən o qutuda, yaxud kristalmı deyim, bəlkə də qalen kristalına bənzər bir şey, bütün həyatları onun içindədir. “Xeyr; insan, öz nəfsinə qarşı bir bəsirətdir”.

Yəni Allah: “İnsan özünün yaxşı adam olub-olmadığını, anormal olub-olmadığını çox yaxşı bilir” deyir. Allah: “Çatışmayan cəhətlərini çox yaxşı bilir” deyir. “Öz bəhanələrini ortaya atsa belə”. Yəni Allah: “Yalan danışdığını özü də bilir” deyir. “Bəhanələrini ortaya atsa belə”. Yəni həqiqəti bilir. Allah: “Əgər anormalsa, səhv yoldadırsa, bəhanə uydurar, amma həqiqəti də bilir” deyir. Yəni Allah: “Bəhanəsinin əsassız olduğunu özü də bilir” deyir. “Onu (Quranı) tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!”. Yəni Allah Peyğəmbərimiz (s.ə.v)-ə: “Quranı əzbərləmək üçün tələsmə” deyir. “Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir”. Allah Peyğəmbərimiz (s.ə.v)-ə: “Mən onu sənə əzbərlədəcəyəm, təşvişə düşmə” deyir, yəni “tələsmə” deyir. Onsuz da Peyğəmbərimiz (s.ə.v)-in hər oxuduğu yaddaşında qalır.

Bilirsiniz ki, Peyğəmbərimiz (s.ə.v) hafizdir, Quranı tamamilə əzbər bilir. “Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə”, yəni Allah: “Sənə vəhylə ayə oxunarkən, sən ancaq ona qulaq as” deyir. “Dilini tərpətmə” deyir. Peyğəmbərimiz (s.ə.v)-ə vəhy gələndə, vəhyi yadda saxlamaq üçün, təkrarlayır ki, yaddan çıxmasın, təkrarlayıb dəmək istəyir, halbuki, o anda da vəhy gəlməyə davam edir, buna görə də Allah: “Sən heç danışma, yəni təkrarlama, ancaq qulaq as, onsuz da Mən onu sənin yaddaşında saxlayacağam” deyir. Əlbəttə ki, bu çox böyük bir möcüzədir. Çünki çox uzun bir ayə gəlir, yəni normal bir insanın əzbərləməsi mümkün deyil, Cəbrayıl (ə.s) Peyğəmbərimiz (s.ə.v)-in üstündən qalxdığı vaxt, Peyğəmbərimiz (s.ə.v) su kimi əzbərləmiş olur. Yəni hamısını bilir, heç bir şəkildə unutmur. “Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir”. Yəni Allah: “şərhi, izahı Mənə aiddir” deyir, “Mən sənə izah edəcəyəm” deyir. “Xeyr; siz tez ötüb keçəni (dünyanı) sevirsiniz”.

1407498695_1371553212-774