Hörmətli Adnan Oktarın 2 mart 2011-ci il tarixli reportajından Tariq surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. “Səmaya və tariqə and olsun”. Deməli, “tariq” göydə olan bir şeydir. “Tariqin nə olduğunu sənə bildirən nədir?” deyir. Allah yenidən “tariq” sözünə diqqət çəkir. “(Qaranlığı) Dəlib keçən ulduzdur”. Açıq şəkildə başa düşürük ki, mehdiyyətə işarə edir. Dinsizlik və zülmü, dəccaliyyəti dəlib keçən ulduzdur. Onsuz da Peyğəmbərimiz (s.ə.v)-in hədislərində də eyni ifadələr keçir. Peyğəmbərimiz (s.ə.v) parlaq bir ulduza bənzədir. “Üzərində nəzarətçi-qoruyucu olmayan heç bir nəfs (kəs) yoxdur”. Yəni bu anda da bizim üzərimizdə həm nəzarətçi, həm də qoruyucu olan varlıqlar var. Hamısı o şəkildə yaradılmışdır. Necə ki, beynimizin içindəki ruhu bilməməyimizə baxmayaraq, beynimiz bizi idarə edirsə, beynimizin içindəki ruh bizi idarə edirsə, üzərimizdəki əlavə ruhlar da yenə bizə kömək etmək məqsədiylə Allah tərəfindən yaradılır.

Beynimizin içindəki ruhu görmə imkanımız yoxdur. Hz. Mehdi (ə.s)-ın da üzərində Cəbrail (ə.s) vardır. Onun qoruyucusu Cəbrail (ə.s)-dır, onun yanındadır, görünməzdir. Mikayıl (ə.s) vardır, o da görünməz; İsrafil (ə.s) vardır, görünməz. Ayə həmçinin ona işarə edir. “Qoy insan nədən yaradıldığına bir baxsın!”. İndi bu əmrə görə nədən yaradıldığımızı elektron mikroskopu da daxil olmaqla, hər şeydən istifadə edərək araşdırmalıyıq, ayənin hökmünə görə bu fərzdir. Bax, “Qoy insan nədən yaradıldığına bir baxsın!”

Bu ayənin əhatə dairəsinə hüceyrə, xromosomlar, hamısı daxildir. Bu ayənin hökmünü yerinə yetirmək üçün, atomun quruluşuna qədər analiz etmək məcburiyyətindəyik. “O, süzülüb tökülən bir mayedən yaradılmışdır”. Spermanı da araşdırmaq üçün, yenə eyni şəkildə elektron mikroskopa ehtiyac var. “Bu su, bel sümüyü ilə qabırğalar arasından çıxar”. Yəni insanın bədənindən çıxar mənasını verir. Bel sümüyü və qabırğalar insanın bədəninin təməlini meydana gətirən bir quruluşdur. Yəni Allah “insanın bədəninin içindən çıxar” deyir. “Şübhəsiz ki, (Allah) onu yenidən-qaytarmağa qadirdir”. Bir çox mənası var, lakin öldükdən sonra yenidən dirildən mənası da var. Məsələn, İslam çökür, lakin Allah İslamı yenidən hakim edir. İslamı yenidən qaytarır. Allah: “Buna da qadirdir” deyir. “Sirlərin ortaya çıxarılacağı gün”, 9-cu ayə. Bu ayənin, ilk mənası budur;

Biz axirətə getdiyimiz vaxt küfr etdiyi bütün böyük günahları ortaya qoyacaq, yəni, küfrün etdiyi heç bir şey gizli qalmayacaq. Hamısı görüləcək. İkinci mənası; Mehdiyyət dövründə küfrün, dəlalətin, dəccaliyyətin bütün sirləri ortaya çıxacaq. Gizli arxivlərdə saxladıqları bütün məlumatlar ortaya çıxacaq deməkdir. Məsələn, iddia edilən ərgənəkon terror təşkilatının sirləri kimi. “Onun nə bir gücü, nə də bir köməkçisi olar”. Öldüyü an tək başına olur. Nə maddi gücü var. Məsələn, bankdakı pulları, fədailəri, onu-bunu filan, Allah: “Heç kimsə yox” deyir. Tək başına gəlir. “Nə də bir köməkçisi olar”. Allah: “Yanında heç kim olmayacaq” deyir. Allah tək başına gəlin deyir. Yəni bu, küfr üçün müdhiş bir təhdiddir. Allah daim tək olaraq həmsöhbət olur.

“Fırlanan göyə and olsun”. İndi bunun mənası çox aydındır. Göy necədir? Dünya fırlanır, Dünya öz ətrafında fırlanır. Həmçinin, Günəşin ətrafında da fırlanır. Günəş süd yolu sisteminin içində fırlanır. Süd yolu sistemi isə əsas sistemin içində fırlanır. Allah nə deyir. Allah: “Fırlanan göyə and olsun” deyir. Hər yerdə bir fırlanma var, fırlanma var. Buna diqqət çəkir. 12-ci ayədə: “Yarılan yerə də” deyir, “yarılan yerə də”. Şübhəsiz ki, o (Quran) ayırd edən bir sözdür”. Yəni küfrlə İslamı ayırd edir. “O, bir zarafat deyil”. Yəni boş biz söz deyil. “Şübhəsiz ki, onlar bir hiylə qururlar”. Müsəlmanlar əleyhinə bir hiylə qururlar. Allah: “Mən də bir hiylə qururam” deyir.

Budur, bu hiylə dəccaliyyətə qarşı qurulan mehdiyyətdir. Bax: “Mən də bir hiylə qururam. Kafirlərə hələ möhlət ver! Onlara bir az möhlət ver” deyir. Mən də möhlət verirəm: 10 il, 10 il möhlət verirəm. Bax Allah: “Bir az möhlət ver” deyir. 10 il, inşaAllah. Allahın diləməsiylə, inşaAllah. Axırzamana işarə edən tərəfiylə deyirəm.” Əlbəttə ki, Peyğəmbərimiz (s.ə.v) də o vaxtlar onlara az bir möhlət verdi. Eynilə bu cür oldu. İslam bölgəyə hakim oldu. İkinci, üçüncü, dördüncü mənaları var. Mən ilk mənasını izah etdim, inşaAllah.

maxresdefault