Hörmətli Adnan Oktarın 6 aprel 2011-ci il tarixli reportajından Yusif surəsi ilə əlaqədar şərhlər:
ADNAN OKTAR: Yusif surəsi, Rəhman və Rəhim olan Allahın adı ilə, şeytandan Allaha sığınıram. 1. “Əlif, Ləm, Ra”. Bu ayənin şifrə (açar) hərflərinin hansı mənanı verdiyini yaxın bir vaxtda başa düşəcəyik. “Bunlar açıq-aydın Kitabın ayələridir”. Deməli, Quran açıq-aydındır. Asanlıqla başa düşmək aydın olduğu halda adam “Qırx il araşdırsaq da, biz Quranı başa düşə bilmərik” deyir. Deməli, Allah düşüncəsini, beynini bağlamışdır. 2. “Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz”. Deməli, Quran başa düşülməsi lazım olan bir Kitabdır. 3. “Biz bu Quranı sənə vəhy etməklə ən gözəl qissələri həqiqi bir xəbər kimi sənə danışırıq”. “Biz bu Quranı sənə vəhy etməklə ən gözəl qissələri”, baxın, Allah: “Bütün qissələri sizə vermədim” deyir.
Allah: “Ən gözəl, əhəmiyyətli olan qissələri bildirirəm” deyir. “Həqiqi bir xəbər”. Yəni ancaq vəhyə əsaslandığı üçün, nə əskiklik, nə də artıqlıq var, tam doğru məlumat kimidir. “Həqiqi bir xəbər kimi sənə danışırıq, halbuki, sən daha əvvəl bundan xəbərsiz idin”. Qeyb xəbəridir, Allah qeybi bildirir. Allah qeybi bildirərmi? Bildirərmiş, elə deyilmi? 4. “Bir zaman Yusif atasına: “Atacan, həqiqətən mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm; mənə səcdə etdiklərini də gördüm” demişdi”. Bir dəfə buradakı ulduz; Hz. Mehdi (ə.s)-ın ulduzundan bəhs edir;
Lulin quyruqlu ulduzu var, Halley quyruqlu ulduzu var, oraya bir işarə var. İki quyruqlu ulduza da işarə var. “On bir”. Allah 11 ədədinə diqqət çəkir. 11 iki dənə 1-dən ibarətdir. 11 sentyabr hadisələri var. Baxın on bir, arxasından ulduz. Baxın, “on bir”— tozlu-dumanlı fitnəni, ulduz— Halley quyruqlu ulduzunu və Lulin quyruqlu ulduzunu, hz. Mehdi (ə.s)-ın çıxış əlaməti olaraq, müntəzəm bir şəkildə tək-tək sayılır. “Günəş”— günəş tutulması, on beş gün arayla ay və günəş tutulması.
“Və ay”— Ramazan ayında, on beş gün arayla ay tutulması, hz. Mehdi (ə.s)-ın çıxış əlaməti olaraq. Baxın bir, iki, üç, dörd. Dörd söz var yan-yana, dörd sözün dördü də ayrı-ayrılıqda hz. Mehdi (ə.s)-ın çıxışının əsas əlamətlərini xəbər verir. Baxın, dörd söz var: on bir, ulduz, günəş və ay. Başqa bir şey yoxdur. Yalnız “və” bağlacıyıcısı var arada, başqa bir şey yoxdur. Axırzamanın ən həyati, ən əhəmiyyətli böyük əlamətlərinin hamısının tək-tək adı verilir, şifrəsi verilir. “Gördüm”, gördüm nə deməkdir? Görəcəyik. Biz də gördük elə deyilmi? Bizdən soruşduqlarında nə deyirik? Mən də gördüm deyirəm. Bax “gördüm” deyir. “Mənə səcdə etdiklərini gördüm”. Səcdə etmək nə deməkdir?
Həmçinin “itaət etmək, bağlanmaq” mənasını da verir. Deməli, xidmət etmək deməkdir. Deməli, Allah göydəki ulduzları, göy cisimlərini İslamın hakimiyyəti üçün hz. Mehdi (ə.s)-ın xidmətinə vermişdir. Allah 11 sentyabr hadisəsini, “Özünün yaratdığıma” işarə edir, “Ramazan ayındakı ay və günəş tutulmalarını, Mən yaratdım, hz. Mehdi (ə.s)-ın xidmətinə verdim, hz. Mehdi (ə.s)-ın əlaməti olaraq zühur etdirdim və iki ədəd quyruqlu ulduz göndərdim” ayə buna işarə edir. Onsuz da 11 iki dənə birdən ibarətdir.
Ay və günəş tutulmaları da iki dəfə üst-üstə oldu, quyruqlu ulduzlar iki dəfə çıxdı, bilirsiniz ki, 11 sentyabrda da o böyük hadisə baş verdi, inşaAllah. Əlbəttə ki, bu təfsir iki, üç, dörd, beş, altı, yeddi mərhələli olar, mən Axırzamana işarə edən bir mərhələsini başa salıram. 5 – “(Atası) Demişdi ki: “Oğlum! Yuxunu qardaşlarına danışma””. Mehdiyyətin zalımlara, qısqanc insanlara, paxıllara izah olunduğu vaxt, bir problem yaranacaq deməkdir. Baxın nə deyir: “Yuxunu qardaşlarına danışma”. Mehdiyyəti, Axırzamanı izah etdiyin vaxt, qarşında əngəl olacaqları mənasını verir.
Deməli, bir çox xurafatçı komandası, bir çox pozğun əxlaq komandası, bir çox saxtakar, fırıldaqçı hz. Mehdi (ə.s)-ın qabağında dikiləcək. “Yoxsa sənə bir hiylə qurarlar”. Deməli, həbs olunması üçün də, həbsə salmaq üçün də səy göstərəcəklər, böhtanlar atacaqlar, təcrid etməyə çalışacaqlar. Ayədə sırf yuxusunu izah etdi deyə nə deyir: “Yoxsa sənə bir hiylə qurarlar”. Qardaşları guya müsəlmandır, qısqanclıqdan, həsəddən və onun lider olmasından qorxduqlarından ötrü, hz. Yusif (ə.s)-a tələ qururlar. Atası qabaqcadan:
“Oğlum, yuxunu əsla danışma” deyir. Yəni “gələcəkdə baş verəcək bir hadisəni söyləmə” deyir, “başına bəla olarlar” deyir. “Çünki şeytan insanın açıq-aydın düşmənidir”. Yəni şeytan, dəccal insanın açıq-aydın bir düşmənidir. “Dəccalın əmrinə tabe olarlar” deyir. Necə, “yetmiş min sarıqlı Dəccalın əmrinə tabe olub, hz. Mehdi (ə.s)-a qarşı müharibə aparacaqlarsa” ayə də buna işarə edir. 6- “Beləcə, Rəbbin səni seçəcək”. Əbcədi 2018-ci ili verir. “Beləcə, Rəbbin səni seçəcək”. Yəni səni hz. Mehdi (ə.s) edəcək, lider edəcək. “Sözlərin şərhindən sənə öyrədəcək”. Yəni mükəmməl təfsir və şərh qabiliyyətin olacaq. İncəlikləri çox mükəmməl açıqlayacaqsan.
Öz qabiliyyətiylə mi? Xeyr. Allahın yaratmasıyla. “Və daha əvvəl ataların İbrahim”, hz. Mehdi (ə.s) hansı nəsildəndir? Hz. İbrahim (ə.s) nəslindəndir. “Və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə”, hz. Mehdi (ə.s)-ın nəsli, həmçinin hz. Əli (r.ə)-dən ötrü, hz. Yaqub (ə.s)-a söykənir. Hz. Yaqub (ə.s) bəni-İsraildir. Peyğəmbərimiz (s.ə.v): “Hz. Mehdi (ə.s)-a, bəni-İsrail görünüşündədir” deyir. Bəni-İsrail görünüşündə deyilməsinin səbəbi hz. Mehdi (ə.s)-ın İsrailin nəslindən gəlməsidir.
Yəni hz. Yəqub (ə.s)-ın nəslindən gəlir. Hədislərdə çoxlu sayda “bəni-İsrailə bənzəyər” deyir. Hz. Yaqub (ə.s)-ın nəslindən gəldiyi, hz. Əli (r.ə)-in nəslinin də, hz. Yaqub (ə.s)-a bağlandığı üçün, hz. Mehdi (ə.s)-ın görünüşü bəni-İsrail görünüşündədir. “Yaqub nəslinə də tamamlayacaqdır”. Necə tamamlayacaq? Hz. İbrahim (ə.s)-ın nəslinə vəd edilən o gözəllik, o ehtişam, hər namazda oturuşda da oxunan, tahiyyatta (salam veriləndə də) oxunan o dua necə reallaşır? Allahın hz. İbrahim (ə.s)-ın nəslinə, Tövratda və Quranda bildirilən vədi necə reallaşır? Hz. Mehdi (ə.s)-ın dünya hakimiyyəti ilə reallaşır. Baxın, Allah nə deyir: “Yaqub ailəsinin üzərindəki neməti tamamlayacaqdır”. Hz. Mehdi (ə.s) həmçinin İsrailə də hakim olacaq. Bütün İsrailə, bütün yəhudilərə, bütün xristianlara və bütün müsəlmanlara, bütün masonlara, məbəd cəngavərlərinə, bir sözlə hamısına hakim olacaq. “Əlbəttə ki, Rəbbin biləndir, hökm və hikmət sahibidir”.
Allah: “Mən belə hökm verdim” deyir və Allah: “Hikmət sahibidir” deyir. Yəni, əlbəttə ki, ayənin mənası baxımından elə deyir. 7. “And olsun” deyir, Allah and içir. “Yusif və onun qardaşlarında soruşanlar üçün ayələr (ibrətlər) vardır”. Yəni Allah: “Mən onun içində bir sirr və şifrə yerləşdirdim” deyir. Baxın: “And olsun” deyir, Allah and içir, “Yusif və qardaşlarında”, yəni bu qissədə hz. Yusif (ə.s)-ın mövqeyində, qardaşlarının mövqeyində, “soruşanlar üçün ayələr (ibrətlər) vardır”. Yəni Axırzamana istiqamətli çox əhəmiyyətli şifrələr, işarələr, dərin mənalar vardır.
Allah: “Mən bunları sizə çatdırıram” deyir. “Siz də bunu, vaxtı gələndə həll edəcəksiniz” deyir. 8- “Onlar belə demişdi: “Yusif və qardaşı atamıza bizdən daha sevimlidir; halbuki, biz bir-birini gücləndirən (tutan) bir dəstəyik. Həqiqətən, atamız açıq-aydın bir çaşqınlıq içindədir”. Qardaşları o dövrün mehdisinin kim olduğunu hiss etdikləri üçün, hələ Mehdi (ə.s) zühur etməmişdir, amma qardaşları onun kim olduğunu hiss edir.
Müsəlmanlar həsəd aparırlar və həsədlərindən: “Atamıza daha sevimlidir” deyirlər. “Daha çox sevilən, daha diqqət çəkən biri olduğunu” deyirlər. Bu Onlara ağır gəlir, eqolarına ağır gəlir, həsəd aparırlar. “Halbuki, biz bir-birini gücləndirən (tutan) bir dəstəyik”. Bunlar o dövrün cahil müsəlmanlarıdır, amma qrup halında birləşmişdirlər, bir-birini gücləndirən bir dəstə halında. Axırzamanda da İstanbulda ortaya çıxacaq xurafatçının da söykəndiyi bir insan dəstəsi olacaq. Hətta Peyğəmbərimiz (s.ə.v) o dəstəni açıqlayır: “Yetmiş min sarıqlı, dəccala tabe olacaq” deyir.
Hz. Mehdi (ə.s)-a qarşı var gücləriylə mübarizə aparacaqlar. “Biz bir-birini gücləndirən (tutan) bir dəstəyik. Həqiqətən atamız, açıq-aydın bir çaşqınlıq içindədir”. Haqqı bəyan etdiyində, alim olduğunda insan olduğunda ona nə deyəcəklər? “Çasqınlıq içindədir” deyəcəklər. Məsələn, Şeyx Nazim müəllimimiz: “Hz. Mehdi (ə.s) çıxdı” deyirsə, adam da: “Baxın çaşqınlıq içindədir” deyir (haşa). Mahmud müəllimimiz üçün: “Yox elə demək istəmədi” deyir. Daha da üstünə getsən, “xəstələndi” deyəcəklər. Məsələn, Mahmud müəllimimiz: “Xeyr, hz. Mehdi (ə.s) həyatdadır” desə, Allahualəm “xəstələndi” deyərlər.
Onsuz da deyənlər vardır, başladılar deməyə. Mahmud müəllimimiz bundan çəkindiyi üçün, əliylə bu işarəni edir. O dövrün düşüncəsinə baxın, o dövrün mehdisi barədə qəbul edilən azğın və dəlilə verilən qərara baxın: 9- “Yusifi öldürün” deyir. O dövrün Mehdisini “öldürün” deyir. Hələ zühur etmədən, “Yusifi öldürün və ya onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin”. “Tutdurun, həbsə salın” deyirlər. “Siz diqqəti öz üzərinizə çəkin, siz məşhur olun, siz tanınmış şəxsiyyət olun, bütün insanlar sizi tanısın, diqqətləri sizin üstünüzdə cəmlənsin. Amma onu təsirsiz hala gətirin. Ya öldürək, ya həbsə salaq, bir şey edək xilas olmalıyıq” deyirlər. “Bundan sonra siz saleh bir birlik olarsınız”. “Təqvalı, böyük, ən keyfiyyətli birlik olarsınız” deyirlər. Xurafatçı komandasının iddiası həmişə belədir. Yəni ən alçaq mövqedə belə olsa, özünü övliya kimi görər.
“Aralarındakı biri dedi ki: “Yusifi öldürməyin! Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”. Bunu deyən adam: Allahualəm hz. Xızır (ə.s)-dır, yəni üslubdan aydın olur. Baxın indi, diqqət yetirin: “Aralarındakı biri dedi ki: “O birliyin içindəki biri”. Əgər ona qarşı hökmən nə isə edəcəksinizsə, Yusifi öldürməyin”. Onu xilas edəcək bir plan qurur, “Yusifi öldürməyin!” deyir. Dəhşətli bir şey olduğu üçün öldürməyin deyir. “Onu bir quyuya atın”, bu hz. Xızır (ə.s)-ın üsuludur. “Karvanlardan biri onu götürsün!”.
Karvanlardan birinin onu götürəcəyini haradan bilir? Bu vəhylə bilinər. Bildiyinə görə, deməli, bilən biridir. Bu hz. Xızır (ə.s)-ın üslubudur. 11 – “(Bu qərara gəldikdən sonra) dedilər: “Ey atamız! Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən? Halbuki, həqiqətən, biz onun yaxşılığını istəyirik”. Cübbəli: “Biz hz. Mehdi (ə.s)-ın çıxmasını istəməyə bilərikmi?” deyir. “Səmimi qəlbdən istəyirik. Allah qovuşdursun. 570 il sonra çıxacaq, amma mən istəyirəm” deyir. “570 il” deməsinin səbəbi: Hz. Mehdi (ə.s)-a qarşı bəslədiyi mənfi duyğulardır.
Həqiqi mənada istəyən bir insan, dərhal qovuşmağı istəyər. 570 ildən sonraya saxlamaz. 12 – “Onu sabah bizimlə göndər, bir qədər əylənib oynayar. Əlbəttə ki, biz onu qoruyacağıq”. Yəni özlərini ağıllı bir insan kimi, qoruyub-nəzarət edən, azad bir insan kimi göstərirlər. 13 – Dedi ki: “Onu aparmağınız məni narahat edər və siz ondan xəbərsiz olarkən, canavarın Onu yeməsindən qorxuram”. Canavar bildiyimiz bu dağ canavarıdır. Onu bir təhlükə kimi görür. “Canavarın yeməsindən qorxuram” deyir. Və zəiflik bildirilir.
Yəni, ən təhlükəli şey: şübhəli insanlara, təhlükəli insanlara zəifliyi bildirməkdir. Məsələn, bir insan qorxduğu bir şeyi əleyhdarı, yəni düşməni olan bir adama bildirərsə, həmin adam bu zəifliyindən istifadə edər. Buna görə də zəiflik deyilməz. 14 – “Onlar dedilər: “And olsun”, baxın həmişə and içib danışırlar. Halbuki, burada münafiq xarakterli rəftarlar göstərirlər. “And olsun, biz, bir-birini qoruyan bir dəstə olduğumuz halda, canavar onu yesə, deməli, biz ziyana uğrayan (aciz) kəslər olarıq” deyirlər.
Quranın burada canavardan bəhs etməsi çox mənalıdır. 15 – “Necə ki, onu apardıqları və hamısı birlikdə quyunun dərinliyinə atmağa başladıqları vaxt, Biz ona (belə) vəhy etdik”. Hz. Yusif (ə.s)-a Allahdan vəhy gəlir. “And olsun, Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”. Hz. Mehdi (ə.s) xurafatçı komandasına nə edəcək? “Bu əməlləri barəsində gözləmədikləri bir halda Onlara xəbər verəcək”. Çünki hz. Mehdi (ə.s)-dan xəbərsizdirlər. 16 – “Axşam ağlaya-ağlaya atalarının yanına gəldilər”. Xurafatçıların xüsusiyyətidir; ağlayar, zırlayar, ağlamağın arxasına sığınarlar. Yəni, özlərini həssas qəlbli biri kimi göstərməyə çalışar, süni bir şəkildə, saxtakarcasına ağlaya bilərlər. “Axşam ağlaya-ağlaya atalarının yanına gəldilər”. Buna görə də hər ağlayan adama inanmamaq lazımdır.
Eşqdən, Allah qorxusundan, Allah sevgisindən ötrü ağlamaq ayrı bir şeydir, bir də saxtakarcasına göz boyamaq məqsədiylə, hiyləgərcəsinə ağlamaq isə ayrı bir şeydir. Ağlamaqla bir çox insanı aldatmaq olar. Məsələn, əleyhində şahidlik edər, saxtakar, həyasız bir insanı tapıb çıxarırlar hakimin hüzuruna, ağlaya-ağlaya, zırlaya-zırlaya danışır, böhtan atır, ağladığından ötrü inandırıcı olur. Bu bir oyundur. Quran buna diqqət çəkir. 17 – “Onlar dedilər: “Ey atamız, həqiqət budur ki, biz getdik, yarışırdıq”. Deməli, belə münafiqanə sistemlərdə, əlbəttə ki, ilk növbədə münafiqlər olmaqla, Allah sonra düzəltmişdir inşaAllah, yalan danışmaq çox geniş yayılmışdır. Yəni öz başından uydurmaq, saxtakarlıq etmək, yalan danışmaq, yalanı böyütmək, ard-arda deyilən yalanlara əlavələr etmək, münafiqlərin və xurafatçıların bir xüsusiyyətidir.
“Yusifi də yeməklərimizin (və ya əşyamızın) yanında qoymuşduq. Lakin onu canavar yeyib”. Tam saxtakarcasına xurafatçı, münafiq yalanı. O an üçün deyirəm. Əlbəttə ki, sonra düzəlmişdilər, inşaAllah. Düzəldilərsə dində qardaşlarımızdır. “Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”. Burada da şüuraltı fantastika, taktikadan istifadə edirlər. Yəni “mən desəm belə, əlbəttə, sən inanmayacaqsan”, deyərlər, ya da demaqoqluq edərlər, Quranda da o taktikaya diqqət çəkir. 18 – “Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir”. Baxan kimi yalan danışdıqlarını və tələ qurduqlarını başa düşür.
Müsəlman belə fərasətli, bəsirətli və ağıllı olmalıdır. Məsələn, oyuna gəlmir. “Köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər”. Cahil bir insan olsa: “Həqiqətən ölmüş” deyər. Halbuki, hz. Yaqub (ə.s) şübhələnir. Normalda çox etibarlı bir dəlil gətirmişdirlər, şahidlər də var, qan da var, məsələ bitməlidir, elə deyil mi? Budur, hz. Mehdi (ə.s)-ın da açıq-aydın dəlilə baxmayaraq, insanları gözlərindən tanıyacağı bir hədisdə belə bildirilir: “Hz. Mehdi (ə.s) dəlillə hökm verməz”. Qəlbən hökm verir. Yəni başa düşür, hiss edir. Baxın hz. Yaqub (ə.s), açıq-aydın dəlili rədd edir. “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir” dedi. “Saxtakarlıq edirsiniz” deyir. “Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”.
“Hiylə qurdunuz, tələ qurdunuz” deyir, inanmır. 19 – “Bir karvan gəldi və suçularını su dalınca göndərdilər. O, su qabını quyuya saldı”. Dolça əsri başlayır, hz. Mehdi (ə.s)-ın əsri. 2012-ci ildə dolça əsrinə daxil oluruq, hz. Mehdi (ə.s)-ın əsridir. Dolça bürcü. “Ey müjdə” deyir. Deməli, hz. Mehdi (ə.s) ilə müjdələyəcəyik. Peyğəmbərimiz (s.ə.v) nə deyir? “Hz. Mehdi (ə.s) ilə müjdələşin” deyir. “”Bu bir uşaq” dedi”. Bir işarə daha var, amma indi onu deməyim. “Bir karvan gəldi”. Deməli, karvanlar hz. Mehdi (ə.s)-ı başa düşəcək.
Karvan halında gələcəklər. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s) üçün nə deyir? “Yüzlərlə alim bir yerə toplanıb hz. Mehdi (ə.s)-ı axtarar” deyir karvan halında, burada da eynisini görürük. “O, su qabını quyuya saldı”. Dolça bürcü dövrü başlayır, inşaAllah. “Və onu (quyudan çıxardıb) ‘satılacaq bir əşya’ kimi götürüb saxladılar. Halbuki Allah, onların nə etdiyini bilirdi”. Allah onlara mühafizə etdirir. 20 – “Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Ona çox əhəmiyyət vermədilər”. İnsanlar başlanğıcda hz. Mehdi (ə.s)-a əhəmiyyət verməyəcəklər, başa düşə bilməyəcəklər. Hal-hazırda da belədir. Məsələn, Cübbəli də əhəmiyyət vermir, başqa şəxslərə də baxırıq, onlar da əhəmiyyət vermirlər. Allah Quranda: “Ona çox əhəmiyyət vermədilər” deyir. 21 -“Allah Öz işini qələbə ilə başa çatdırandır” deyir, ayənin əbcədi 2014-ci ili verir. “Allah Öz işini qələbə ilə başa çatdırandır”, baxsınlar Qurandan araşdırsınlar, tam əbcədi 2014-ci ili verir. 22 – Yəni iki, iki, “yetkinlik çağına çatdıqda”, yəni, fəaliyyətə başladıqda “Ona mühakimə yürütmək bacarığı və elm verdik”.
Bilirsiniz ki, hz. Süleyman (ə.s)-ın sarayı da 2 fevralda inşa olunmuşdur. Tarixi: 02.02-dir. Hz. Süleyman (ə.s)-ın məbədinin, məscidinin inşasına başlandığı tarix 2 fevraldır. “Yetkinlik çağına çatdıqda, Ona mühakimə yürütmək bacarığı və elm verdik Biz yaxşı iş görənləri belə mükafatlandırırıq”. Allah, hz. Mehdi (ə.s)-a elm veriləcəyini, hikmət veriləcəyini hədisdə belə ifadə edir: “Allah onu bir gecədə islah edər, elm və möcüzələrlə təchiz edər”. Quranın bu ayəsi də: Hz. Mehdi (ə.s)-a işarə etməsindən ötrü mənalıdır. Yusif surəsinin, hz. Yusif (ə.s) hekayəsinin, hz. Mehdi (ə.s)-a işarə etdiyinə dair, Peyğəmbərimiz (s.ə.v)-in mütəvatir hədisləri var.