Hörmətli Adnan Oktarın 11 mart 2011-ci il tarixli reportajından Nəhl surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala 61-ci ayədə: “Əgər Allah insanları hər etdikləri zülmə görə sorğu-suala tutsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı” deyir. Yəni Allah: “İnsanlar o qədər çox səhv edirlər, o qədər çox günah işləyirlər ki, əgər belə bir vəziyyətdə cəza verilməsi lazım gəlsəydi, dünyanı məhv edərdim” deyir. “Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər”. Yəni Allah: “Taledə nə varsa, o da olar” deyir.
“Onlar özlərinin xoşlamadıqları şeyləri Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl şeyin onların olacağını söyləyir”. Deməli, “öz xurafatçı, nalayiq düşüncələrinin ən gözəl olduğunu düşünərlər” deyir. “Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar (cəhənnəmdə) öndədirlər”. Yəni Allah cəhənnəmdə əzab çəkəcəklərini ifadə edir. “And olsun Allaha, səndən əvvəlki ümmətlərə də (elçilər) göndərmişdik”. Hər dövrdə mehdilər var. Yəni, boş olan heç bir dövr yoxdur. “Lakin şeytan onlara əməllərini gözəl göstərmişdir, bu gün də onların dostudur və onlar üçün ağrılı-acılı bir əzab vardır”. Məsələn, darvinizmi və materializmi onlara gözəl göstərir. Anormal bir şey olduğunda gözəl göstərir. Qumarı, zülmü, əzabları gözəl göstərir.
“Bu gün də onların dostudur”, yəni şeytandır “və onlar üçün şiddətli bir əzab vardır. Biz Kitabı ancaq haqqında ixtilafa düşdükləri şeyi onlara izah etmək”, baxın, “ixtilafa düşdükləri şeyi onlara izah etmək”: istər Tövratda, istər İncildə, istərsə də xurafatçıların ortaya çıxardıqları düşüncələrdə “ixtilafa düşdükləri şeyi onlara izah etmək və inanan bir qövmə rəhmət və hidayət olmasından kənar (başqa bir məqsədlə) göndərmədik”. Yəni Allah Təala: “Azğın inancları aradan qaldırmaq üçün endirdik” deyir. Məsələn, təslis inancı insanların çox canını yandıran bir şeydir. Allah doğrusunu deyir. Amma təəccüblüdür ya böyük insanların, ağlı başında insanların… Yəni hz. İsa (ə.s)-ın peyğəmbər olduğu açıq şəkildə məlumdur.
Adam: Yeyir, içir, yatır. Adamlara baxıb: “Hz. İsa (ə.s) kimdir?” deyirik, “Allahdır” deyir böyük adam, eləcə də yüz milyonlarla adam bunu deyir. Kabus kimidir. Gözlərimə inana bilmirəm. Yatır, yemək yeyir, Allaha dua edir, Allahın birliyindən bəhs edir. Adam: “Hz. İsa (ə.s) Allahdır” deyir. Yəni belə bir dünya var, belə qəribə mühit var. Allah Kitabın məhz bunları düzəltmək məqsədiylə endirildiyini, həmçinin Kitabın endirilməsinin bir məqsədinin də bu olduğunu deyir, bu anormallığı aradan qaldırmaq üçün endirildiyini deyir. “Allah göydən su endirdi, yeri ölümündən sonra onunla diriltdi; Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır”. Yəni: “Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır”. Allah: “Mən bunda bir işarə qoydum” deyir, “bu şərhdə”. Bu ayənin zahiri mənası budur: Ölü torpaq yağışla dirilər. Amma hədisdə bu ayə üçün Allahın hz. Mehdi (ə.s)-ın nüzulu ilə, hz. Mehdi (ə.s)-ın vəsiləsi ilə yeri ölümündən sonra dirildəcəyinə işarə etdiyini deyir.
Altuğ Berker: Hocam, Əbu Məhəmməd Baqir: “Bu ayə bilvasitə hz. Mehdi (ə.s) üçün nazil olmuşdur” deyir. “Bu hz. Mehdi (ə.s)-ın nüzulundan ötrüdür” deyir.
ADNAN OKTAR: Bəli, “bu hz. Mehdi (ə.s)-ın nüzulundan ötrüdür” deyir. “Əsbabi-nüzul odur” deyir. “Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır”. Məsələn, heyvanları göstəririk: Hər kəs qısılır sevmədiyi üçün. Çox sevimlidirlər. Biri o birisindən sevimlidir, o birisi də o birisindən sevimlidir. İlk növbədə insanın ağlına: “Bircə qucaqlasam bunu. Bircə belə bircə sevsəm, bircə öpsəm” deyə şeylər gəlir. “Yəni insan nə edəcəyini bilmir. Qəribə sevimlidirlər. Saf-saf da baxırlar insana. “Sizə qarınlarındakı fers (yarımçıq həzm olunmus qidalar) ilə qan arasından çıxan, içənlərin boğazından rahat keçən dumduru bir süd içirdirik”.
Yəni “qan” deyir, “bədənindəki qandan”, Allah: “Və bədənindəki həzm olunmuş qidalardan dümağ, ləzzətli süd yaradıram” deyir. İndi orada istifadə olunan vəsaitlərlə süd ziddiyyət təşkil edir; bədənindəki həzm olunmuş qida ilə qan və əmələ gələn ləzzətli süd. Südə baxanda: Onun tərkibində yüksək miqdarda kalsiumun və yüksək miqdarda maqneziumun olduğunu görürük. Bunlar bədənin skeletində istifadə olunan əsas minerallardır. Yüksək miqdarda D vitamini, A vitamini, B vitamini komplekslərinin hamısı, C vitamini, tərkibində bədən üçün xeyirli olan digər əlavə maddələr, zülal, özü də ən keyfiyyətli zülal, yəni bədənin asanlıqla həzm edə biləcəyi zülal və ləzzətli bir qoxu, karbohidrat, şəkər, süd şəkəri—hamısı onun tərkibindədir, amma kükürdə qədər bədənin ehtiyacı olan hər şey, yəni saçlar, əzələlər, dırnaqlar və bədənin bütün orqanları üçün lazım olan hər cür vəsait ən münasib miqdarda və ən keyfiyyətli şəkildə südün tərkibində mövcuddur.
Tərkibi nədən ibarədir? Yarımçıq həzm olunmuş qidalar və qandan. Allah: “Südü onun içərisindən çıxarıram” deyir. Belə ki, onsuz da pendir, süd kimi şeylər səhər yeməklərində, qatıq isə yeməklərdə istifadə olunan əsas qidadır. Məsələn, qatığın dadı çox gözəldir. Pendirlər də o cür, növbənöv pendirlərin, qatıqların, ayranların, bunların hamısı bir-birindən dadlıdır. “Siz xurma ağacının meyvələrindən və üzümlərdən çardaqlarda həm sərxoşedici içki, həm də xeyirli ruzi hazırlayırsınız”. “Xurma ağacının meyvələrindən və üzümlərdən”. Xurmalardan, məsələn, xurmanı götürürük, belə xüsusi hazırlanmış paxlava kimi olduğunu görürük. Yəni tərkibində çox yüksək miqdarda şəkər var. Artıq qatılaşmış mürəbbə kimidir. Çox gözəldir. “Üzümlərdən”. Məsələn, həm qurudulmuş üzüm, həm də qurudulmamış üzüm, hər ikisi də çox dadlıdır. “Çardaqlarda həm sərxoşedici içki”—Quranda “çardaqlarda həm sərxoşedici içki”—deyə keçir mi o ayə? Ona bir baxaq.
ALTUĞ BERKER: İnşaAllah, hocam.
ADNAN OKTAR: Bəli, o tam qarşılığına baxaq. “Və xeyirli ruzi hazırlayırsınız”. Doşab, sirkə, üzüm suyu, əzilib qurudulmuş meyvə qaxı, bir sözlə, hər şey hazırlanır. “Şübhəsiz ki, ağlından istifadə edə bilənlər üçün, həqiqətən, bunda bir ibrət vardır”. Yəni Allah: “Əgər diqqətlə düşünsəniz, tədqiq etsəniz, araşdırsanız bir çox hikmətin olduğunu görərsiniz” deyir. “Xurma və üzüm”. Yenə şəkərli şirin yeməklərdən, Allah buradan da bala keçir. “Rəbbin bal arısına vəhy etdi: Dağlarda, ağaclarda və onların qurduqları çardaqlarda özünə pətəklər hör”.
Bal arısına vəhy edir. “Dağlarda, ağaclarda və onların qurduqları çardaqlarda özünə pətəklər hör”. Yəni xüsusi olaraq yaradılan çardaqlarda bir, ağaclarda iki, dağlarda üç; hər yerdə arı yuvalarıyla qarşılaşırıq. Yuvaları necədir? Əladır. O altıbucaqlının diametri, bucağı, bir sözlə, hamısı mükəmməldir. Balın dadı necədir? Ləzzətlidir. Heyvanın öz ehtiyacını ödəyəcək qədər vardırmı? Xeyr, yoxdur. Yəni heyvan hazırladığı balın olduqca az bir qismini yeyir. Bilvasitə insanlar üçün hazırlandığı, Allah tərəfindən yaradıldığı məlumdur. Baxın, Allah əvvəlcə yuvalarına diqqət çəkir, yəni o sistemlərinə diqqət çəkir. Bilvasitə bala diqqət çəkmir. Çünki yuvaları nəfəskəsicidir. Hər yuvanın qapısında iki gözətçi vardır; biri sağında biri solunda girişdə gözləyirlər. Təmizlik işinə baxan arılar ayrıdır.
O altıbucaqlılar da müəyyən bir bucaq altında hazırlanılır ki, bal aşağıya doğru… Məsələn, belə hazırlasalar axar bal. Bu istiqamətdə hazırlayırlar. Balı içinə şaquli vəziyyətdə doldururlar. Cüzi bir bucaq əmələ gətirirlər. Tam şaquli də deyil; cüzi bucaq altında hazırlayırlar. Bal dolduqca bağlayırlar, bal dolduqca bağlayırlar. Tam dolduqda isə o altıbucaqlı kub da bağlanır. O biri kuba keçirlər. Nə qədər kub var? Minlərlə kiçik kub var. Vura-vura çox keyfiyyətli bal doldururlar və qatılığını da çox yaxşı tənzimləyirlər. Nə çox sulu, nə də çox qatıdır; tam nizamında. Altdan, bədənlərinin altından, belə taxta fabriki kimi paralel lövhələr halında bal mumu çıxır. Onları ağızlarına alırlar, çeynəyirlər o taxtaları. Yenidən başqa bir formaya salırlar. Ondan sonra həm ön ayaqlarıyla, həm ayaqlarıyla, həm də bədənləriylə onu suvamağa başlayırlar. Suvaqçı kimi çox düzgün şəkildə suvayırlar.
Qalınlığını da çox yaxşı tənzimləyirlər. Nə çox qalın, nə də çox nazik; tam qaydasında. O bucağı da tam verərək, altıbucaqlıdakı o həndəsi düzgünlüyü, yəni daxilə doğru olan düzgünlüyü tam əmələ gətirirlər. Yəni mükəmməl suvaqçıdırlar. Üst təbəqəni də çox gözəl hazırlayırlar. Belə, bədənlərinin altından çıxır şəffaf lövhələr halında. Bir dəfə bucağı çox yaxşı hesablayırlar. Altıbucaqlının bucaqlarında ən kiçik bir səhv belə yoxdur. İnsan transportirlə ölçsə belə bu bucağı əmələ gətirə bilməz. Onlar onu göz qərarıyla hazırlayırlar və qüsursuz bucaq verirlər. Hamısını içinə doldururlar. Balalarına baxanlar ayrıdır. Balalarının baxımı ayrı bir mövzudur, onlarla tək-tək maraqlanmalıdırlar. Hamısı arı südü ilə qidalanmalıdır. Hamısının vəziyyətinə görə süd miqdarları ayrı-ayrı verilir. Məsələn, şahzadə arıya ayrı süd verilir, o biriləri süddən tez kəsilir, onları polenlə qidalandırırlar. Qidalanmaları daha fərqlidir. Bəli, hal-hazırda da buradakı fəaliyyət görünür.