Hörmətli Adnan Oktarın 11 mart 2011-ci il tarixli reportajından Hud surəsi ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Quranın hansı səhifəsini açsaq da, Allahın, demək olar ki, hər səhifədə dəccal gücləriylə hz. Mehdi (ə.s) güclərinin qarşılıqlı mübarizəsindən bəhs etdiyini görərik. Bax indi, Allah Hud surəsi, 109-cu ayədə: “Artıq Onların nəyə ibadət etdiklərinə şübhə etmə”. Məsələn, darvinist- materialist düşüncədə insanların çoxu şübhəyə qapılar; “Görəsən dedikləri həqiqətdirmi, həqiqətən də belə bir elmi dəlil vardırmı?”. Bu kimi şeylər barəsində şübhəyə düşərlər. Bax Allah: “şübhə etmə” deyir, əvvəlcədən xəbərdar edir, Allah insanların diqqətini açır.
“Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər”. Heç bir yeni, orijinal düşüncə olmur. Məsələn, darvinist düşüncəyə baxdığımızda Quranın bu hökmünə görə darvinizmin üç min illik, dörd min illik keçmişi olan bir düşüncə olduğunu dərhal anlayacağıq. Yəni çox qədim vaxtlara qədər gedib çıxdığını anlayacağıq. Yəni hər inancın, hər bütpərəst düşüncənin mütləq qədim bir tarixi vardır. Necə ki, Allah nə deyir?. “Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər”. “Heç bir fərq yoxdur” deyir. Allah: “Necə ki, Fironun, Nəmrudun, şumerlərin dövründə və qədim Yunanıstanda da darvinist düşüncə vardırsa, həmin düşüncə indi də var” deyir. “Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik”.
Əlbəttə ki, bu məqamda insanların ağlına: “Bunların vəziyyəti necə olacaq? Müsəlmanlarla onların arasındakı fərq nədir?” kimi fikirlər gələ biləcəyindən ötrü, Allah da insanların qəlbinin rahat olması üçün: “Mən onları təsbit edirəm, tam mənasıyla qarşılığını verəcəyəm” deyir. “And olsun, Biz Musaya Kitab verdik, lakin onun barəsində də ixtilaf düşdü”. İndi buradakı ifadəyə görə, Tövrat barəsində ixtilafa düşmüşdülər. Onsuz da, bu Allahın açıq-aydın hökmüdür, buna qəti şəkildə inanırıq. “Əgər Rəbbin tərəfindən əzəldən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi”. Allah: “Bir bəla verəcəkdim” deyir.
“Həqiqətən, onlar bunun (Quranın) barəsində də şübhə doğuran şəkk içindədirlər”. Yəni Allah: “Ola da bilər, olmaya da bilər” deyə şübhə etdiklərini deyir. Halbuki, səmimi gözlə baxdıqda Quranın həqiqət olduğu dərhal aydın olur. Hansı səmimi vicdan sahibi kəs Quranın həqiqət olduğunu rədd edə bilər? Quranda vicdanını sarsıdacaq və narahat edəcək hər hansı tək bir hökm belə yoxdur. Əksinə, Quran həm elmlə uyğundur, həm də bütün müasir elmlərin bildirdiyi həqiqətləri xeyli əvvəldən bildirir. Budur, “məcburiyyət” deyirlər.
Ola bilər mi? “Kainat olmadığı halda, yoxdan var etdim” deyir. Binq Bənq nə deyir? “Kainat yox idi” deyir, “yoxdan var oldu” deyir. Quran eyni şeyi demirmi? Burada məcburiyyət haradadır? Allah: “Zamanın nisbi” olduğunu deyir və nisbi olduğuna dair dəlillər də verir. Burada məcburiyyət haradadır? Quran konkret, açıq bir şəkildə zamanın nisbi olduğunu deyir və xeyli nümunə də verir. Bəs müasir fizika nə deyir? “Zaman nisbidir” deyir, “məkan da nisbidir” deyir. Bəs Quran nə deyir? Nisbi olduğunu deyir. Quran bunu nə vaxt demişdir?
Min dörd yüz il bundan əvvəl demişdir. Bunlar bu həqiqəti nə vaxt tapdılar? Min dörd yüz il sonra tapdılar. Quranın haqlı olduğu ortaya çıxdı. “Şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir”. “Şübhəsiz ki”, demək, bunlar həmişə fikri gücləndirir, yəni Quran sağlam vurğulayar. Bəzi insana: “Qane oldunmu?” deyərsən, “bəli” deyər. Amma bəzisi də: “Çox aydındır, əlbəttə ki, tam qane oldum. Qəlbim arxayın oldu. Heç bir tərəddüdüm yoxdur” deyər. Allah Quranda bu üslubdan istifadə edir, yəni çox qaneedici, dəqiq üslubdan. Məsələn, Allah: “Şübhəsiz ki” deyir. Məsələn, Allah belə də deyə bilərdi: “Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir”. Bax, amma “şübhəsiz ki” ifadəsini dedikdə ürəklərdə rahatlıq yaranır.
“Çünki Allah onların nə etdiklərindən xəbərdardır”. Onsuz da onların etdiyi hər bir şeyi yaradan Allahdır, buna görə də O bunların hamısını bilir. “Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də doğru davranın”. Yəni Allah həm tövbə etməyimizi istəyir, həm də “doğru davranın” deyir. “Doğru davranmaq” nədir? Allah: “ən müsbət, ən pozitif, ən məqbul, ən münasib hərəkəti edin” deyir. “Və azmayın”. Sapmayın.
“Çünki O, sizin nə etdiklərinizi görür”. Yəni Allah: “Onsuz da görmürlər deməyin” deyir, “görünməz deməyin, Mən hamısını görürəm” deyir. “Zalımlara meyl etməyin”. Çünki vicdansızlıq etmiş olarsınız, zülm etdiyi məlumdur, “onlara meyl etməyin” deyir. “Yoxsa sizə od toxunar”. Allah: “Canınız yanar” deyir. Yəni Allah “dünyada da canınızı yandıraram” deyir, “axirətdə də”. Dünyada deyəndə, məsələn, birdən-birə başa bir bəla gələr, yəni bir müsibət düçar olar. Məsələn, işlərin öz qaydasında getdiyi vaxt, birdən-birə ağla gətirə bilmədiyin şəkildə bəlalar yağmağa başlayar.
Axirətdə də ayrı, əlbəttə ki, axirətdəki əzab daha şiddətlidir. “Sizin Allahdan başqa dostlarınız yoxdur, sonra sizə kömək də olunmaz”. Allaha tam təslim olsanız, Allah: “Rahatlıq verərəm” deyir “və kömək də edərəm. Əks təqdirdə isə, həm canınız yanar, həm də sizə kömək də olunmaz” deyir. “Gündüzün iki başında”, yəni səhər vaxtında və axşam vaxtında “və gecənin (gündüzə yaxın) saatlarında namaz qıl”. Allah beş vaxt namazdan bir nümunə verir. “Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır”. Allah: “Etdiyiniz yaxşı əməllər pis əməlləri silib aparar” deyir. Məsələn, adam beş yaxşı, iki pis əməl edirsə, Allah “o beş əməl, o birilərini silib aparar” deyir, “yox edərəm” deyir.
Allah unutmaz, lakin bizə unutdurar. Allah Qatında heç bir şey yox olmaz. Allah Qatında heç bir görünüş, heç bir səs, heç bir hiss yox olmaz. Yəni əbədiyyən yox olmaz. Amma Allah bizə xoşlamadığımız şeyləri xatırlatmaz. Yəni axirətdə əbədiyyən xatırlatmır. “Və səbir et. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”. Səbir çox vacibdir: Məsələn, sevgidə səbirli olmaq, dürüstlükdə səbirli olmaq, şəfqətdə, təmizlikdə səbirli olmaq. Məsələn, adam bir həftə təmiz, bir həftə sonra natəmiz olur. Olmaz, ömrü boyu təmiz olmalıdır. Məsələn, bir həftə dürüst olur, bir həftə dürüst olmur. Olmaz, həmişə dürüst və səmimi olmalıdır. Məsələn, ömrünün sonuna qədər əsla yalan danışmamalıdır. “Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”. Yəni Allah: “Qarşılığını çox gözəl şəkildə verərəm” deyir.
“Sizdən əvvəlki nəsillərdən xilas etdiyimiz kəslərin az bir qismi istisna olmaqla yer üzündə fitnə-fəsadın qarşısını alacaq fəzilət sahibi kəslər olmalı deyildimi?” Bax, ” yer üzündə fitnə-fəsadın qarşısını alacaq fəzilət sahibi kəslər olmalı deyildimi?”. Yer üzündə fitnə-fəsadı törədən kimdir? Bunu edən Dəccaldır. Bunun qarşısını alacaq fəzilət sahibi kəslər kimdir? Hz. Mehdi (ə.s)-ın camaatıdır. “Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular”.
Yəni onlar; budur mallar, oğullar, evlənsin, yesin, içsin, öz işiylə məşğul olsun, məktəbini oxuyub qurtarsın, işləməyə başlasın. Allah: “Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular”deyir. Yəni Allah: “Allaha əhəmiyyət vermirdilər, axirətə əhəmiyyət vermirdilər” deyir. “Xalqı, islah edən kəslər olduğu halda, sənin Rəbbin o ölkələri zülm ilə həlak etməzdi”. Yəni: “Mehdiyyətin olduğu yerdə böyük bir hadisə baş verməz” deyir. Yəni “zəlzələ kimi, müharibə kimi böyük bir hadisə baş verməz” deyir. Hz. Mehdi (ə.s) harada olarsa, həmin ölkəyə fəlakət üz verməz. Hz. Mehdi (ə.s) vəsiləsiylə də qiyamət dayandırılmışdır.
Bu barədə Peyğəmbərimiz (s.ə.v)-in bir hədisi var: “Bir gün olsa” deyir, “qiyamətin qopmasına bir gün qalmış olsa, hz. Mehdi (ə.s)-ın gəlməsiylə Allah onu dayandırar” deyir və zaman uzadılır, yəni qiyamət təxirə salınır. Hz. Mehdi (ə.s)-ın qiyamətin təxirə salınmasına səbəb olması çox məşhurdur, məlumdur. Hz. Mehdi (ə.s)-ın olduğu yerdə zəlzələ də baş verməz, böyük müharibələr də baş verməz, böyük fəlakətlər də baş verməz. Quran buna diqqət çəkir. “Xalqı islah edən kəslər olduğu halda, sənin Rəbbin o ölkələri zülm ilə həlak etməzdi”. Əbcədi onsuz da 2020-ci ili verir.