Kitab Əhli və Peyğəmbərlər
İNKAR EDƏNLƏR DƏLİL TAPA BİLMƏDİKLƏRİ ÜÇÜN DEYİL, TƏKƏBBÜR HİSSİNDƏN ÖTRÜ İNKAR EDİR
Şeytandan Allaha sığınaram. “Bizimlə qarşılaşacaqlarını güman etməyənlər”, yəni axirəti yox sayanlar, olmaz deyənlər, “dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər”. (Furqan surəsi, 21) Yəni əsas mövzunun nə olduğunu Allah söyləyir. Təkəbbür hissi, məsələn, burada biz zənn edirik ki, adam dəlil tapa bilmədiyi üçün, fikrində toplaya bilmədiyi, ağlı kəsmədiyi üçün inkar edir. Halbuki, Allah səbəbin təkəbbür hissi olduğunu deyir. Yəni amansız bir təkəbbür hissi.
FİRON DÖVRÜNDƏ KOMMUNİST BİR SİSTEM OLDUĞU AYDIN OLUR
Şeytandan Allaha sığınaram. “Firon qövmünə qışqırıb dedi:” Qışqırmaq onsuz da bunların ümumi xüsusiyyətidir. “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi?” (Zuxruf surəsi, 51) Deməli xeyli bir dövlətləşdirmiş. Yəni xalqa aid bir mal-mülk buraxmamış. Dövlət malı ələ keçirmiş, oradan bir azğınlıq meydana gəlmiş. Yəni anladığım qədəriylə bir kommunist sistem var. Dövlətin bütün xalqın malını ələ keçirdiyi aydın olur. Baxın çaya da, o çaya da sahib çıxmış.
FİRON HEKAYƏSİNDƏN EQOİSTLİYƏ SƏBƏB OLAN ŞEYLƏR:
“Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən… ardı...
MEHDİ (Ə.S)-IN ZÜHURUNDAN ƏVVƏL, ONUN ÖLDÜYÜNƏ DAİR SÖZ-SÖHBƏTLƏR ÇIXACAQ. BU, HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞ ƏLAMƏTLƏRİNDƏNDİR
İsa ibn Abdullah, atasından, o da cəddindən nəql edir ki, Əmirəlmöminin əleyhissalam belə buyurdu: “Bu işin sahibi (Mehdi) mənim övladlarımdandır. Onun haqqında deyəcəklər ki: O ÖLDÜ, HƏLAK OLDU…” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 198) 2- el Kafi 1-ci cild, səhifə :340)
Əbu Cəfərdən rəvayət edildi. Dedi ki: Bu işin sahibində 4 peyğəmbərin 4 xüsusiyyəti olacaq. Hz. Musa, hz. İsa, hz. Yusif və hz. Məhəmməd (əleyhissalam). Hz. Musaya qorxu içərisində ətrafı müşahidə etməsi, hz. Yusifə həbs edilməsi, HZ. İSAYA ÖLMƏDİYİ HALDA ÖLDÜ DEYİLMƏSİ CƏHƏTİYLƏ BƏNZƏYƏR, Məhəmməd (əleyhissalama) da qılıncla mühasirəyə alınmasında bənzərliyi vardır. (Şeyh Saduk, Kemaluddin,5.Bab,16-cı Hədis,səhifə:153)
Zeynəl Abidindən soruşuldu: Mehdinin İmran ibn Musaya bənzərliyi necədir? Dedi ki: Doğumunun gizli olması və qeybəti (gizlənməsi) mövzusunda bənzəyər. Deyildi ki, hz. Musa (ə.s) neçə il əhlindən gizli qaldı? Dedi ki: 28 il. Rəvayət olundu ki: QAİM (Ə.S) -MEHDİ ÇIXDIĞINDA ÜZƏRİNDƏ; YUSİF (Ə.S)-IN KÖYNƏYİ, YANINDA MUSA (Ə.S)-IN ƏSASI VƏ SÜLEYMAN (Ə.S)-IN MÖHÜRÜ OLAR. (Şeyh Saduk- Kemaluddin adlı kitabdan alınmışdır) (Şeyh Saduk, Kemaluddin,5.Bab, 14-cü Hədis, Səhifə: 152) Müqəddəs sandıq tapıldığında çıxır bunlar.
MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR YENİ HƏDİS ŞƏRHLƏRİ
“O bizim Əhli-Beytimizdən Qaim olan Mehdi, söyləyəcəyi sözləri xalq qəbul etməyəcək.” Xalqın qəbul etməyəcəyi adamdır deyir. Niyə? Çünki ənənələrinə zidd.
BƏŞƏR ƏSƏDƏ İŞARƏ EDƏN HƏDİSİN ŞƏRHİ
“Qaim Mehdi (ə.s)–a üzü tərs dönmüş bir adam gələcək.” Baxın, üzü tərs dönmüş; bu ərəb dilində, hərbi baxımdan təxribata uğramış insan üçün deyilir. Üzü tərs dönmüş, yəni hökmranlığını, təsirini itirmiş, hərbi cəhətdən məğlub olmuş. “Qaim Mehdi (ə.s)–a üzü tərs dönmüş bir adam gələcək. Belə deyəcək, -eynisiylə ərəbcədəki qarşılığıyla söyləyirəm- “Ustadım mənim adım Bəşər, mənə özümü sizin xidmətinizə təqdim etməyim deyildi” deyəcək” deyir Peyğəmbərimiz (s.ə.v). 1200 illik əsər. Tam 1200 illik. “Şamdan Qaim Mehdi (ə.s)–a üzü tərs dönmüş bir adam gələcək.” Şamdan; üzü tərs dönmüş, yəni məğlub olmuş hərbi baxımdan, təxribata uğramış. Belə deyəcək, “Ustadım -tam ərəbcə qarşılığı “Ustad” mənasını verir- “Ustadım mənim adım Bəşər, mənə özümü sizin xidmətinizə təqdim etməyim deyildi.” 1200 illik. Eynisiylə, original, baxa bilərsiniz.… ardı...
PEYĞƏMBƏRİMİZ (S.Ə.V), HƏDİSİN ŞƏRHİNƏ GÖRƏ RƏQSİ VƏ ƏYLƏNCƏNİ TƏŞVİQ EDƏRDİ
Hz. Peyğəmbər (s.ə.v), İbni Əbu Hədid belə nəql edir. Peyğəmbər (s.ə.v), “Onunla (rəqslə) məşğul olan bir birliyin yanından keçərkən onlara belə buyurdu; “Yəhudi və xristianlar bizim dinimizdə azadlıq olduğunu bilənə qədər buna davam edin.” Əylənirlər, oynayırlar, hz. Peyğəmbərimiz (s.ə.v) davam edin deyir. Dayandırın demir. (Nech’ül Belaga, cild 6, səhifə 331.) Yəni hər kəs bizim dinimizdə azadlıq olduğunu bilənə qədər bu oyuna, əyləncəyə davam edin deyir.
İNCİLDƏN SEVGİ İLƏ BAĞLI ŞƏRHLƏR
“İsa belə cavab verdi. Ən əhəmiyyətlisi budur: “Dinlə ey İsrail.” İsrail xalqı. “Allahımız Rəb tək Rəbdir.” Təkdir, birdir. Qardaşım, İncildə bu, “Allah tək” deyir. Sən təslis (üçləmə), üç deyirsən, tərsinə oxuyursan, bax söyləyirsən. Bu necə bir vicdan? Necə? Böyük insanlarsınız, yaşlı ahıl insanlar, ağlı başında insanlar. Bax, açıq-aşkar söyləyir, “dinlə ey İsrail”. Bunu hz. İsa (ə.s) söyləyir. “Allahımız Rəb tək Rəbdir.” Birdir. Sən nə deyirsən? Öyünərək “üçdür” deyirsən. Niyə bunu edirsən? Niyə nəsilləri həlak edirsən? Niyə gəncləri iztirab içində buraxırsan, əzab içində buraxırsan? Bütün gənclər iztirab içində qalırlar.
Əvvəllər dinə axın-axın gələn insanlar, indi axın-axın dindən çıxırlar. Bu mövhumatçılığın ucbatından da, İslama normalda ayədə dediyi kimi, “axın-axın İslama girdiklərini görəcəksən.” İndi də mövhumatçıların ucbatından axın-axın dindən çıxırlar.… ardı...
RƏVAYƏTDƏ MEHDİ (Ə.S)-IN ATASININ ADININ BİR PEYĞƏMBƏR ADI OLACAĞI BİLDİRİLMİŞDİR
İbn Talha hz. Mehdi (ə.s)-ın atasının adıyla əlaqədar bu şərhi edir: Mehdinin atasının adı Peyğəmbərimiz (s.ə.v)-in atasının adıyla eyni deyil. Bunu, bu şəkildə anlaya bilərik; ərəb dilində ata sözü, babaya işarə edərək, hörmət mənasında istifadə edilir. Bunu Qurandan da anlaya bilərik. Məsələn, Həcc surəsi 78-ci ayədə Allah bu şəkildə bildirir: “Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı.” Yəni İbrahim atanız, yəni müsəlmanların atası olaraq söyləyir. Hz. Mehdi (ə.s)-ın atasının adı da atasının adına uyacaq deyir. Rəvayətdə hz. Mehdi (ə.s)-ın atasının adı bir peyğəmbərin adı olacaq deyir. Yəni İbrahim, İshaq, yaxud Yaqub, bu kimi bir ad olacaq deyir. Məqbuldur.
TÖVRAT VƏ İNCİLƏ HAMININ QARŞI OLDUĞUNU ZƏNN EDİRLƏR. TÖVRAT VƏ İNCİLİN QURANA UYĞUN HİSSƏLƏRİ KEÇƏRLİDİR
“Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. “(Maidə surəsi, 46) O dövrdə eyni Tövrat idi. İsa (ə.s) nəyi edir? Təxrib olan yerləri qaldırır. Amma Tövratın digər qisimləri keçərlidir. Bax, “Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik.” (Maidə surəsi, 46) “Qoy… ardı...