KEÇMİŞDƏN BU YANA DƏRİN DÖVLƏTLƏR XALQI İZLƏMƏK ÜÇÜN TARASSUT (MÜŞAHİDƏ) QÜLLƏSİ ADI ALTINDA QÜLLƏLƏRDƏN İSTİFADƏ ETMİŞDİR
Babil qülləsi, vaxtilə dəccaliyətin bir simvolu idi. Dəccal tərəfdarları o qülləni simvol olaraq istifadə edirdilər. Sonra o tarassut (müşahidə) qülləsi təbiri ilə müxtəlif gizli təşkilatlar tərəfindən də qüllə simvol olaraq istifadə edildi. Bunların içində Qalata qülləsi müqəddəsdir. Bu İngilis kəşfiyyatının orta şərqdəki hakimiyyət emblemidir. Tarassut qülləsi olaraq onlar qiymətləndirirlər, adına Tarassut qülləsi deyirlər. Yəni müşahidə qülləsi, Tarassut qülləsi. Bu xəttə Yehova şahidlərinə də simvol olaraq keçmişdir. Onların da Tarassut qülləsi jurnalları filan vardı belə, qüllə şəkilləri olaraq istifadə edərdilər. Köhnə Yunanda filan da bu simvol vardır. Yəni xalqın izlənilməsi, xalqın müşahidə edilməsi, kəşfiyyat üçün dərin dövlət simvolu olaraq istifadə edilir.
Firon da deyir, “mənə bir qüllə inşa et” deyir, “onların Allahına çıxım” -deyir. “Ətrafı bir müşahidə edim”. Əslində o qülləni Allaha qarşı mübarizə üçün istəyir.
Qalata qülləsi də tipik bir Tarassut qülləsidir. Üst tərəfinə iki əlavə daha edilmişdir, taxta; tarassut məqsədi ilə. Diqqət yetirsəniz İngilis bayrağı var. Bu İngilis kəşfiyyatının simvolu olaraq istifadə edilir, yəni İngilis dərin dövlətinin orta şərqi izləməkdə bir simvoludur. Orta şərqə üstünlüyünün simvolu olaraq istifadə edilir, hakimiyyətin, xalqı izləməyin, yəni dərin dövlət işinin gizli kəşfiyyatın bir simvolu olaraq.
DƏCCALİYYƏT QALATA QÜLLƏSİNİ SİMVOL OLARAQ İSTİFADƏ EDİR
Mümin surəsi, 36. “Firon dedi: “Ey Haman! Mənim üçün bir uca qala tik ki,” Tarassut qülləsi, “bəlkə yollara çatım”. Müxtəlif yollara nəzarət edəcəyəm deyir, çata bilərəm. “göylərin yollarına çatım” –deyir. “və Musanın məbudunu görüm”. Dinlə mübarizə üçün istəyir bu qülləni, yəni müsəlmanlarla mübarizə etmək üçün istəyir. “Həqiqətən, mən onu yalançı sayıram!” Dəccalın belə bir qülləyə ehtiyacı olur. Qalatanın bir günahı yoxdur, amma dəccaliyət onu simvol olaraq istifadə edir, çox diqqətli olmaq lazımdır.
TÖVRATDA DA GÖZƏTÇİ QÜLLƏSİNƏ DİQQƏT ÇƏKİLƏN İFADƏLƏR VARDIR
Bu gözətçi qülləsi Tövratda da keçir, yəni Mason simvoludur. Məsələn, Yeşeya 21/8: “Gözətçi qışqırıb dedi: Ey əfəndim, gözətçi qülləsində daim duraram, hər gecə yerimdə növbəmdə olaram”. Adamlar orada gözətçi qülləsində keşik çəkib baxırlar. Bu Tövratın hökmüdür. Bax, “Ey əfəndim, gözətçi qülləsində daim duraram, hər gecə yerimdə növbəmdə olaram”. Yəni gecə-gündüz oradan insanları müşahidə edirəm deyir.
Məsələn, Yeşeya 5/2, “Torpağı belləyib”, yəni torpağı yarıb “daşlardan təmizlədi”. Bu, əlbəttə daş simvoldur. Ağılsız adamları ayırdı. “Seçmə meynələr əkdi”. Yəni keyfiyyətli insanlar yetişdirib. “Ortada gözətçi qülləsi tikdi”. Yəni yaxşı izləmək üçün. Mika 4/8, “və sən sürünün gözətçi qülləsi olan ey Zion (Sion), şəhərin zirvəsi əvvəlki suverenliyinə qovuşacaqsan, ey Yerusəlim, krallığını yenidən əldə edəcəksən”. Yəni o şəhərə yenidən hakim olacaqsan. İngilislər də bir gün İstanbula hakim olacaqlarına əmindirlər.
QALATA QÜLLƏSİ DAHA ƏVVƏL MASONİK YIĞINCAQLAR ÜÇÜN DƏ İSTİFADƏ EDİLƏN BİR YER İDİ
Qalata qülləsində uzun zaman masonik yığıncaqlar edildi. Yəni Qalata qülləsi masonların toplanma yeri idi, o bilinməyən bir xüsusiyyətidir. Hətta Fateh sultan Mehmet İstanbulu fəth etdikdə Qalata qülləsinin girişində bir üçbucaq içində baxan göz vardı, o sonradan çıxarıldı, mis lövhə içərisində idi. Ora, Qalata qülləsi eyni zamanda bir mason məbədidir. Daha əvvəl masonik yığıncaqlar edilən bir yer idi, amma indi o mənada istifadə edilmir.
RƏSMİ SƏNƏDLƏRDƏ İNGİLİS DƏRİN DÖVLƏTİNİN TÜRKİYƏNİ BÖLMƏ QƏRARI ALDIĞI AÇIQ-AŞKAR GÖRÜNÜR
Rəsmi sənəd təqdim edirəm. Sənəd nömrəsi 966, çox vaxt keçdiyi üçün bu sənədlər xalqa göstərilir. Sənəd nömrəsi 633, 219- 29 dekabr 1919. Türk məsələsində üçüncü gizli yığıncaq; bax, “Kürd qəbilələri, ingilis, fransız hakimiyyətinə sahib olacaq, Kürdüstanda heç bir şəkildə türk buraxılmayacaq”. Orada türkləri istəmirik deyir. Necə buraxmayacaq? İndi etdikləri kimi öldürərək, şəhid edərək. “Tək kürd dövlətimi, yoxsa bir çox kiçik kürd dövlətimi qurulacağı düşünüləcək”. İndi nə etdilər, bax, kantonlar şəklində etdilər, orada türkmənləri buraxdılarmı? Buraxmadılar, şəhid etdilər. İki əsr əvvəl alınan qərar tətbiq olunmuşmu? Tətbiq olunmuş.
CHATHAM HOUSE İLƏ CFR MƏQSƏDLƏRİ EYNİ OLAN İKİ TƏŞKİLATDIR
Chatham House-a Amerika Birləşmiş Ştatları mərkəzli CFR Xarici Əlaqələr Komitəsi ayrıca bağlıdır. London mərkəzli Krallıq Beynəlxalq Əlaqələr İnstitutu da yenə eyni yer, bir-biriylə birləşmişlər. Bu Rothchildların Cənubi Afrika da subpodratçısı var, Lord Alfred Milner; yeni dünya nizamı üçün fəaliyyətə başlayırlar, qərb dünyasında başı çəkəcək dövlətləri xarici siyasətdə bu təşkilatlar idarə etdi. Amma nə edirsə etsinlər, mehdiyyətə xidmət edəcəklər və edirlər. Nə edirlər etsinlər.
ATATÜRKÜN YANINDA XIZIR (Ə.S) VAR İDİ
Xızır (ə.s) olmadan Atatürk addım atmazdı. Hər an öldürə bilərdilər, şəhid edə bilərdilər, hər an. Dəfələrlə sui-qəsd edildi. Heç biri təsirli olmadı. Xızır (ə.s) tərəfindən qorunurdu. Yanına bəzən paşa kimi gəlir, məmur kimi gəlir. Bilmirəm elə, ya da belə olar. Xızır (ə.s) olmadan heç nə edə bilməz.
DARVİNİST VƏHŞİLİYƏ BİR NÜMUNƏ: MUMİYALANMIŞ İNSAN BAŞLARI ALTINDA FOTOŞƏKİL ÇƏKDİRMƏK
Horatio Gordon Robley, ingilis general Yeni Zelandiyada yerli xalqın kəsilmiş başlarını mumiyalamış, evində bir divarın hamısını örtəcək şəkildə. Heyvanı vururlar sonra isə onu mumiyalayırlar, bax onun kimi edib. Adamların başlarını mumiyalamış, qurutmuş, onların qarşısında şəkil çəkdirir. Kolleksiya yığmış. Darvinistlər də buna sənət deyirlər. Biz indi insan başı olduğu üçün göstərə bilmirik. Bax insan başlarından, amma çox böyük bir sahəyə, kəsilmiş adamların başlarını mumiyalamış, normal insan başı yan-yana, sıra-sıra divarda dayanır. Otuz dənə filan. Təkamülə dəlil olaraq onu istifadə edir, “baxın, bir təbəqə aşağı irq bunlardır” -deyir, “xəstə irq və bunlar da başları” -deyir, “mumiyaladım, durur” -deyir, “hər kəs görə bilər” -deyir, altında şəkil çəkdirmiş.
İNGİLİS DƏRİN DÖVLƏTİ ATATÜRKƏ SUİ-QƏSD TƏŞKİL ETMİŞDİ
Atatürk sui-qəsdi üçün xüsusi hazırlanan, öyrədilən hind əslli ingilis cəsus Mustafa Saqir vardı. Keçmişdəkilər həmişə bilərlər. Atatürk dövründə yaşamış Mustafa Saqir, məşhurdur. Hələ on yaşındaykən seçib Londona aparmışlar, xüsusi bir məktəbdə oxutmuşlar. Saqir, Oksforddakı Linkoln Kollecinə daxil olmuşdur. Burada dörd il təhsil aldıqdan sonra diplomunu alaraq Hindistana dönmüşdür. İngilislər özünə, İngiltərəyə sadiq qalacağına, kralın taxtı və tacı təhlükəylə qarşılaşdığı təqdirdə bu mövzuda həyatını belə fəda etməkdən çəkinməyəcəyinə Qurani Kərim üstünə and içdirirlər.
İsveçrədən Əfqanıstana müxtəlif ölkələrdə hər yerdə kəşviyyatçılıq edir. Ən axırda Atatürkə sui-qəsd üçün göndərilir. Mustafa Saqir, Ağsarayda divarları Mustafa Kamal və Ənvər paşanın şəkilləriylə bəzəkli bir evə yerləşdirilir. Bax, İngilis dərin dövlətinin hiyləgərliyini görürsənmi? Ondan tərəf kimi görünür, onların çox əhəmiyyətli bir taktikasıdır. Bax, evin içini Ənvər paşa və Atatürkün şəkilləriylə bəzəyir. Hindistan müsəlmanlarının aralarında yığdığı üç milyon qızılı Kuva Milliyə dəstələrinə (Milliyətçi Qüvvələrə) çatdırmaq üçün gələn hind xilafət komitəsi üzvü kimi ictimaiyyətə təqdim edilir. Yəni Hindistandan gəldi, pul gətirdi, müsəlmanlara verəcək. Həm də üç milyon qızıl.
İnandırıcı olmağını artırmaq üçün, ingilislər saxta bir əməliyyatla Mustafa Saqiri həbs edir, bax, ingilislər həbs edir. Yəni ingilislərlə əlaqəsi olmadığını vurğulamaq üçün edirlər. Milliyətçi Qüvvələrdəki gənclərlə bir evdə yığıncaqdaykən həbs olunur. Milliyətçi Qüvvələrdəki gəncləri də aparırlar, onu da aparırlar. 17 günlük həbsdən qısa bir müddət sonra Ankaraya gedir. Bax, İngilis dərin dövlətinin işçiləri 17 gün tutur, sonra buraxırlar. Qısa bir müddət sonra Ankaraya gedir. Mustafa Saqir xan həzrətləri deyə qarşılanır.
Mustafa Saqirin kəşviyyatçı olduğunu, göndərdiyi hesabatlarda görünməz mürəkkəblə yazılmış hind dilində ifadələri təsbit edərək ortaya çıxarırlar. Hind dilində yazıları bir tərcüməçiyə oxudulduqdan sonra aparılan araşdırmalarda Mustafa Saqirin İngilis kəşviyyatçısı olduğu aydın olur. 1921-ci ildə Divani Hərbə verilir. Edam qərarı çıxır və edam edilir. Bax, İngilis dərin dövlətinin şeytanlığını görürsənmi? Bax, neçə mərhələdə Atatürkü şəhid etmək üçün oyun oynayırlar. Lakin, Allah etmək istədikləri pisliyi ayaqlarına dolayır.
ƏLİ (R.Ə), HZ. MEHDİ (Ə.S)-IN KİTAB ƏHLİNƏ TÖVRATIN VƏ İNCİLİN SƏHVLƏRİNİ AÇIQLAYACAĞINI BİLDİRİR
İmam Əli, hz. Əli (r.ə) kərəmullahu vəchə Heydəri Kərrar, yəni “dönə-dönə döyüşən Allahın aslanı”, Əli Heydər Murtaza bir xütbəsində deyir ki, “Mehdi insanlara yanında bir kitabla zahir olar”. Yanında bir kitab olacaq. “Bu kitab kafirlərə çox ağır gəlir. Yəhudilərin böyüklərini və ravvinləri dəvət edər. Onlara Tövratla dərs keçər. Xristian din adamlarını da dəvət edər. İncil və Zəbur Furqanı hazır edər. Onlara bunlarla müzakirə edər, şərhlərini istər və özü onlara izah edər. Onlara Allahın və peyğəmbərin əmrləriylə hökm verər”. Bax kitabı olacaq deyir, bu çox qəribə bir şeydir. Kitabını onlara verəcək, onlara izah edəcək deyir. Xristianlara İncilin səhvlərini izah edəcək, doğrusunu da izah edəcək deyir. Yəhudilərə də Tövratın səhvlərini izah edəcək, doğrusunu izah edəcək və onları razı salacaq deyir. Kitabı olacaq deyir. Bunu 1400 il əvvəl hz. Əli (r.ə) deyir.