Kitab Əhli və Peyğəmbərlər

 

HÖRMƏTLİ ADNAN OKTARIN YUNUS SURƏSİ VƏ NİSA SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Yunus surəsi, 82-ci ayə

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək”.

“Günahkarlar istəməsələr də ..”. Baxın, cinayət törətmiş günahkar adam haqqı istəmir. Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək”. Yəni İslamı hakim edəcək, Mehdi (ə.s)-ı çıxaracaq, İsa Məsihi endirəcək. Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək”. Yəni Allahın istədiyi, doğru olan, gözəl olan hər şeyi Öz sözləriylə reallaşdıracaq. Günahkarlar istəməsə də Allah hal-hazırda Öz sözləriylə haqqı reallaşdırır.

 

Yunus surəsi, 83-cü ayə

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi”.

 “Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq” – o zamanki dövlətin azğın təzyiqi səbəbiylə iman edən olmadı. Çox az bir gənc birliyi iman etmişdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi”. Həddi aşmaqdan, küfr və azğınlıq etməkdən, təkəbbürlənməkdən Allaha sığınmaq lazımdır. Təkəbbür göstərdikdə, azğınlaşdıqda, həddi aşdıqda Allah yerlə bir edər. Bunu unutmamaq lazımdır. Baxın, o zaman bir ovuc gənc azğın Firon sisteminə qarşı… ardı...

 

 

HÖRMƏTLİ ADNAN OKTARIN FATİR SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ

 

Fatir surəsi, 25-ci ayə

Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər.

 “Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər.” Peyğəmbərimiz (s.ə.v) üçün. İnsanlar hər dövrdə sevgisiz, heyrət vericidir. Məsələn, Peyğəmbərimiz (s.ə.v) əcaib şirindir, çox nurludur, şəkər kimi yəni. O qədər gözəl, keyfiyyətli bir insanı sən necə yalançılıqla ittiham edərsən? Sırf vicdansızlıq, murdarlıq; başqa bir şey deyil. Əxlaqsızlıqlarından. Əlindən, üzündən nur axır, fövqəladə dərəcədə əfəndi və çox tərbiyəli bir insandır. Heç bir sözündə şişirtmə olmur… Ömrü boyunca yalan söyləməmiş bir insana, “Yalan söyləyirsən.” deyir. Niyə yalan söyləsin? Sırf sevgisizlik, başqa bir şey deyil. “Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər.” Hamısında eyni reaksiya olur. İnsandır nəticədə, ayədə deyir Allah, “İnsan, zalım və cahildir.” deyir. “Zaluma və cəhula” deyir Allah. Əsrimizdə də insanların böyük bir qismi zalım və cahillər.

 

Fatir surəsi, 26-cı ayə

Sonra Mən haqqı inkar edənləri yaxaladım. Görəydin Mənim onları həlak etməyim necə oldu!

Ya o məmləkəti məhv edir Allah, ya daxili qarışıqlıq çıxarır,… ardı...

 

 

SEVGİ İNTENSİV BİR ƏMƏK VƏ AĞIL TƏLƏB EDİR

 

Sevgi çox ləzzətli, bədənin ən çox həzz aldığı, ən çox xoşbəxt olduğu, Allahdan gəlmiş ən gözəl zövq və nemətdir. Sevgiyə müqavimət göstərilməsi başa düşüləcək kimi deyil. Sevgini müdafiə edənlər təkidlə, mehriban üslubla sevgini müdafiə etməlidirlər. Çünki sevgi tez zədələnər, tez yıxıla bilər. Qəzəb tez yıxılmaz. Qəzəbin zəmini çox möhkəmdir, kinin və nifrətin zəmini çox möhkəmdir, çox asan inkişaf edər. Bir az əməklə nifrət çox asan əldə edilə bilər. Bir az nifrət çox böyük bir nifrətə çevrilə bilər. Amma sevgidə səbir lazımdır, iradə lazımdır, ağıl lazımdır, nəzakət lazımdır, təmizlik lazımdır, hörmət lazımdır. Yəni intensiv olaraq ağıldan istifadə edilməlidir. Qəddarlıqda, əxlaqsızlıqda, psixopatlıqda, zalımlıqda, sevgisizlikdə, mərhəmətsizlikdə ağıldan istifadə etməyə ehtiyac yoxdur. Yəni heyvani instinktlər kifayətdir, heyvan kimi davranmaq kifayətdir, heyvan kimi hərəkətlər kifayətdir. Ona görə də sevgisizlik, mərhəmətsizlik daha üstün olur. Çünki sevgidə ağıl çox lazımdır.

 

Sevgi keyfiyyətli insanların xüsusiyyətidir. Çünki bir də sevgini apara bilmək var. Sevgi tez devrilər, həssas bir şeydir. Məsələn, yüz metr apararsan, devrilməyə başlayar; dərhal düzəldəcəksən. Bir yerə dəyər; asan çevirməlisən, döngələri asan aşmalısan. Yəni təhlükəli bir vasitə istifadə edirsən kimi. Vasitənin içində bir uşaq olduğunu düşün… ardı...

 

 

HÖRMƏTLİ ADNAN OKTARIN TÖVRATDAN İZAHLARI

 

Mezmurlarda Allahın əxlaqı açıqlanır.

“Nə böyük ordularla zəfər qazanan kral var, nə də böyük gücü ilə xilas olan igid. Zəfər üçün at, boş bir ümiddir. Bütün gücünə qarşı kimsəni qurtara bilməz. Amma Rəbbin gözü Özündən qorxanların, Allahdan qorxanların, sevgisinə ümid bağlayanların üstünədir”. (33. Mezmur 16. Hökm). Allah, yəni tankla, topla, təyyarə ilə bir şey edə bilməzsiniz. Bütün mövzu Allahı sevməkdə, Allahdan qorxmaqdadır deyir.

 

İndi Amerikan dərin dövlətinə bir sözüm var:

“Rəbb (Allah), xalqların planlarını pozar”. Bunlar nə etmək istəyirlər? Türkiyəni bölmək istəyirlər elə deyil mi? Mehdiyyətə maneə törətmək istəyirlər. Onsuz da PKK-nın orada -guya- dizayn edilməsinin məqsədi mehdiyyətə maneə törətməkdir. Orada islam ölkələrinə qarşı sədd meydana gətirmək istəyirlər. Diqqət yetirsəniz bütün şərqi bürüyəcək şəkildə, türklük aləmi ilə və ərəb dünyası ilə, islam aləmi ilə əlaqəni kəsmək üçün iyrənc bir sədd meydana gətirmək istəyirlər, PKK-dan ibarət olan, it-çaqqal dəstəsindən ibarət olan bir sədd meydana gətirmək istəyirlər. Məqsəd islam ölkələri ilə mehdiyyətin əlaqəsini qoparmaqdır. Yəni əsl dərdləri budur.

 “Xalqların qanunlarını boşa çıxarar”. Məsələn PKK-nın qanunlarını boşa çıxarar. “Amma Rəbbin planları sonsuza qədər sürər”. Allahın planı nədir? Mehdiyyətdir, İslam Birlliyidir. Heç kim dayandıra bilmir. Bu Allahın planıdır. Amma onların planı pozulur. Baxın, IŞİD-in qarşısında… ardı...

 

 

TÖVRATDAN MEHDİ (Ə.S) VƏ AXIRZAMAN HADİSƏLƏRİ İLƏ ƏLAQƏDAR İZAHLAR

 

“Qız hamilə qalıb bir oğul doğuracaq və adını İmmanuel (“Tanrı bizimlədir” mənasını verir) qoyacaq”. (Yeşaya 7:14)”. O da Mehdi (ə.s)-dır.

 

Baxın indi Şam necə izah edilir;

“Və Rəb belə deyir: “Şamlıların cəzasını qaldırmayacam”. Axırzaman üçün, Mehdi (ə.s) dövrü, Moşiyah dövrü üçün izah edilir. “Çünki günah üstünə günah işlədilər. Xalqı dəmir sapanlarla döydülər”. “Şamın qapı malasını qıracağam,” Qapı sürgüsünün qırılması nə deməkdir? Yəni oranı tutan, qoruyan, əsgər gücünü qıracağam. Allah: “Söküb atacağam” –deyir. “Və Aram (Şam) xalqı Kirə sürgün ediləcək”. Hal-hazırda sürgün oldular. Hamısı gəldi. Baxın, Tövrat gedəcəkləri yerə qədər söyləyir. “Sürgün olacaqlar” -deyir.

Tövrat şəhər adları verərək sayır;

“Hamanın sonu Arpadınkı, Samiriyənin sonu Şamınkı kimi olmadımı?” Samiriyə, Hama və Şam. Hamısı həlak olacaq deyir. Eynisi ilə də oldu. Tövrat adbaad, şəhər-şəhər söyləyir. CIA bunu Tövratdan görür. Peyğəmbər (s.ə.v)-in hədisləri ilə birləşdirirlər. Dünya dərin dövləti bu perspektivdən dünyanın qədər (tale) perspektivini görür və ona görə hərəkət edirlər.