Dəmir, Quranda diqqət çəkilən elementlərdən biridir. Quranda, “Dəmir” mənasını verən “Hədid” surəsində Allah belə buyurur:

 

… Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik… (Hədid surəsi, 25)

Image result for Dünya'daki demir madeninin dış uzaydaki dev yıldızlardan geldiğini ortaya koymuştur

Ayədə, dəmir üçün istifadə edilən “ənzəlna”, yəni “endirmə” sözü, məcazi olaraq insanların xidmətinə verilmə mənasında düşünülə bilər. Lakin sözün, yağış və günəş şüaları üçün istifadə edilən “göydən fiziki olaraq endirmə” şəklindəki həqiqi mənası diqqətə alındığında, ayənin çox əhəmiyyətli elmi möcüzə ehtiva etdiyi görülür. Çünki müasir astronomik tapıntılar, Dünyadakı dəmir mədəninin xarici kosmosdakı nəhəng ulduzlardan gəldiyini ortaya qoymuşdur. (Ətraflı məlumat üçün baxın. Quran Möcüzələri, 4-cü nəşriyyat, Harun Yəhya)

Bununla yanaşı Hədid surəsi, dəmir elementinin kimyəvi simvoluna da işarə edir. Çünki bu surənin tam ortasındakı 15-ci ayənin ərəbcə oxunuşu, “Fe” hərfi ilə başlayır. Dəmir elementi də kimyada “Fe” olaraq göstərilir.

Eyni zamanda Quranın 57-ci surəsi olan “Əl-Hədid” sözünün ərəbcədəki ədədi dəyəri (əbcədi) hesablandığında qarşımıza çıxan rəqəm, surə nömrəsi ilə eynidir: “57”. Yalnız “hədid” sözünün ədədi dəyəri hesablandığında isə əldə etdiyimiz ədəd 26-dır. 26 rəqəmi, periodik cədvəldə də görüldüyü kimi, dəmirin atom nömrəsidir. Atom nömrəsi, dəmir daxil bütün elementlər üçün ən əhəmiyyətli anlayışdır. Hər şeyin məlumatına sahib olan Rəbbimizin vəhyi olan Quranda, Hədid surəsi ilə həm dəmirin meydana gəlməsinə, həm də atom nömrəsinə işarə edilir. (Doğrusunu Allah bilir.)

 

Quranda “gün (yəvm)” sözü 365 dəfə keçir.

Dünyanın Günəş ətrafında fırlanması 365 gün davam edir.