İman həqiqətləri və yaradılış möcüzələri

26 yanvar 2017-ci il tarixində Cell jurnalında Yun Vu tərəfindən məqalə nəşr olundu. Bu məqalədəki iddialara əsaslanaraq National Geographic və Fox News kimi bir çox mətbuat-nəşriyyat orqanında “insan-donuz hibrid canlı yaradıldı” şəklində xəbərlər yer aldı. Bu kimi xəbərlərin məzmununa detallı baxmayan bəzi kəslərin ağlına ilk anda “laboratoriyada yeni canlı növü yaradılmış” bənzəri səhv fikir gəlmiş ola bilər. Məhz bu səbəblə edilən işlərin detallarını və bəhsi keçən xəbərlərdəki yanıldıcı nöqtələri ortaya qoymaq üzrə bu yazını hazırladıq.

 

İşin metodu və nəticəsi nə idi?

Bildiyimiz kimi hər canlı, ziqot deyilən tək hüceyrənin bölünməsiylə yaranan kök hüceyrə qrupundan meydana gəlir. Kök hüceyrələr, zaman içində bölünərək çoxalarkən, bir müddət sonra müxtəlif toxumaları meydana gətirmək üzrə fərqliləşməyə başlayarlar. Bəhsi keçən işdə, blastokist mərhələsindəki donuz embrionu içinə yenə eyni inkişaf mərhələsində olan insana aid kök hüceyrələr yerləşdirilmişdir. Daha sonra embrionlar donuz rəhminə yerləşdirildi və hamiləlik nəzarət edildi. 4-cü həftədə hamiləlik sonlandırılaraq embrionların hüceyrə quruluşu araşdırılmışdır.

Araşdırmalar nəticəsində üzərində işlənilən embrionların hər 100 min donuz mənşəli hüceyrəsinə qarşılıq 1 ədəd insan mənşəli hüceyrə təşkil etdiyi, ancaq insana aid hüceyrələrin, “bir orqanı toplu olaraq meydana gətirmədiyi, tam tərsinə bütün toxumalarda dağınıq olaraq yer aldığı” məlumatı da verilmişdir.

Əldə edilən bu nəticələrə bir çox mətbuat orqanında yer verildi. Ancaq… ardı...

 

Cırcırama böcəyinin manevr qabiliyyəti, atəş böcəyinin 100% məhsuldarlıqla işıq çıxarması, bayquş bütün quşlar içində ən səssiz uçuşu reallaşdırması … Bir çox canlının sahib olduğu bunlara bənzər xüsusiyyətlər, əsrlərdir insanları heyran qoymuşdur. Elə ki, bu xüsusiyyətlər elm adamlarına ilham qaynağı olmuş və yeni elm sahəsinin ortaya çıxmasını da təmin etmişdir.Cırcırama böcəyi ile ilgili görsel sonucu

Biomimetik Texnologiya ilk dəfə Montanalı yazar və elm müşahidəçisi olan Janine M. Benyus tərəfindən ortaya atılmış anlayışdır. Bizim dildə qarşılığı “biotəqlit” olan bu anlayış, daha sonra bir çox insan tərəfindən şərh olunmuş və həyata keçirilmişdir. “Təbiətdəki canlılardan təqlid” mənasını verən və xüsusilə son dövrlərdə texnologiya dünyasında adından tez-tez söz edilən bu elm sahəsi, insanlara əhəmiyyətli üfüqlər açmışdır. Məsələn,; Interface Focus jurnalında dekabr 2016-cı il tarixdə yer alan son araşdırmalara görə dron adı verilən uçan robotlar, yəni insansız hava vasitələri təbiətdən ilham alınaraq hazırlanmaqdadır. Dronların inkişaf etdirilməsi üçün nümunə alınan bu canlılardan bəziləri belədir:

 

Günlərlə yatmadan uça bilən quşlar

Bəzi quş növləri, köç əsnasında günlərlə hətta aylarla heç istirahət etmədən və yatmadan uça bilər. Elm adamları da, illərdir quşların bunu necə bacardıqlarını araşdırmaqdadırlar. Əvvəllər quşların “tək kürəlik yatma” deyilən üsulla bunu bacardıqları düşünülürdü. Bu üsula görə quşların tək gözlərini açıq tutaraq beyinlərinin bir yarım kürəsini işlətdikləri və bu sırada digərini dinləndirdikləri… ardı...

 

Günəş Sistemi içində səfərə çıxdığınızı düşünün. Bu səfərdə qarşınıza çıxan; dondurucu soyuğa ya da yandırıcı istiyə sahib, atmosferi zəhərli qazlardan ibarət olan, səthində qorxunc fırtınalar əsən və ya içində heç su olmayan planetlər olacaq. Yalnız içində yaşadığımız “mavi planet” Dünya; atmosferindən yer üzü formalarına, istiliyindən maqnit sahəsinə, elementlərindən Günəşə olan məsafəsinə qədər, hər cür tarazlığı, tamamilə yaşamaq üçün uyğun olaraq yaradılmışdır.

https://www.sciencedaily.com/releases/2016/12/161215080853.htm ile ilgili görsel sonucu

Dünyanın canlı həyatı üçün əlverişli olmasının ən əhəmiyyətli səbəblərindən biri isə, sahib olduğu su miqdarıdır. Yer üzünün böyük hissəsi, yəni təxminən 70%-i sularla örtülüdür. Bu sularda fərqli rəngləri, fərqli bioloji sistemləri, maraqlı ovlanma və müdafiə taktikası milyonlarla canlı növü həyatını davam etdirər. Hətta nisbət verməmiz lazım olsa dünyadakı canlı növlərinin 90%-i bu sularda ev sahibliyi etməkdədir. İnkişaf edən texnologiya nəticəsində edilən araşdırmalarla canlılarda yeni növlərin kəşfi, hər keçən gün daha da artmaqdadır.

Scientific Reports jurnalında dekabr 2016-cı il tarixdə yer alan son araşdırmaya görə, Hind Okeanının təxminən 3 km. dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edildi. Araşdırmacılar, tapılan yeni növlərin dəniz döşəməsinə qədər enə bilən uzaqdan idarə edilən dənizaltı robotlarıyla edilən araşdırma nəticəsində kəşf edildiklərini açıqladı. Yeni dəniz canlılarının isə dəniz ilbizi, okean soxulcanı, dəniz minarəsi, hoff xərçəngi və qum qurdu növlərinə aid olduqları ifadə… ardı...

 

Hörümçək ipəyi, təqlid edilməsi olduqca çətin olan və möhtəşəm xüsusiyyətlərə sahib maddədir. Bu xüsusiyyətlərdən bəziləri bunlardır;

hörümçək ipəyi ile ilgili görsel sonucu

  • Hörümçək ipəyi, eyni qalınlıqdakı polad teldən beş qat daha möhkəmdir.
  • Öz uzunluğunun dörd misli qədər uzana bilər.
  • Olduqca yüngüldür. Məsələn; dünyanın ətrafı boyunca uzadılacaq bir hörümçək ipəyinin çəkisi yalnız 320 qram gəlir. (1)

Heyranlıq yaradan xüsusiyyətlərə sahib olan bu maddənin süni olaraq ardıcıl istehsalını etmək isə, illərdir elm adamlarının xəyalını bəzəyir. Əgər bu xəyal həyata keçirilirsə hərbi sahədən səhiyyə sektoruna qədər bir çox yerdə hörümçək ipəyindən faydalanılacaq. Hörümçək ipəyi ilə istehsalı planlaşdırılan maddələrə nümunə verəcək olsaq:

  • Güllə keçirməyən geyimlər
  • Aşınmaya davamlı yüngül geyimlər
  • Kəndirlər, şəbəkələr, təhlükəsizlik kəmərləri, paraşütlər
  • Motorlu vasitələr və ya qayıqlar üçün paslanmayan panellər
  • Təbiətdə həll oluna bilən geriyə çevrilə bilən butulkalar
  • Sarğı bezləri, əməliyyatlarda istifadə olunan ipliklər
  • Gücsüz damarları dəstəkləyici süni vətərlər və ya bağlar

 

Niyə hörümçək ipəyi təbii yollardan istehsal olunmur?

Olduqca çətin olan hörümçək ipəyinin təbii yollardan istehsalı, bəzi problemləri də özü ilə gətirən prosesdir. Hörümçəkləri, ipək həşəratları kimi fermada yetişdirib onlardan ipək əldə etmək demək olar ki qeyri-mümkündür; çünki bu çox zəhmətli əməliyyatdır. Bundan əlavə hörümçəklərdən əldə edilən ipək, məhdud olduğundan istehsal üçün kifayət miqdar təmin edilə bilmir. Bu çətinliklər isə, elm adamlarını hörümçək ipəyini süni olaraq… ardı...

 

22 fevral 2017-ci il tarixində NASA tərəfindən Spitzer Kosmos Teleskopu ilə 39 işıq ili uzaqlıqda Trappist-1 adı verilən ulduzun ətrafında 7 ədəd planetin kəşf edildiyi deyildi. Bu planetlərdən xüsusilə üçünün guya yaşamaq üçün əlverişli şərtlərə sahib olduğu və canlılığın təkamül prosesinə ev sahibliyi etmiş ola biləcəyi elan edildi. Bu iddiaya əsasən başda İngilis “The Telegraph” olmaq üzrə bir çox nəşr orqanında xəbər verildi. Ancaq bunlar elmi məlumatlardan tamamilə uzaq, sensasiyalı, oxucunun diqqətini çəkmək üçün xüsusi atılmış başlıqlardı. Başlığın bir neçə paraqraf altına baxanda, yeni olan planetlərdə guya canlılığın təkamülü iddiasını dəstəkləyən heç bir dəlil olmadığı dəqiq olaraq görülməkdədir. Bu planetlərdə canlı həyatın nə üçün ola bilməyəcəyini maddələr halında araşdıraq.

 

  1. İddia edilən “Yaşana bilər bölgə” tərifi canlılıq üçün yetərli deyildir

Yeni tapılan planetlərdən 3 dənəsi üçün NASA-dan edilən açıqlamada “Yaşana bilər bölgə” (Habitable Zone) tərifi edilmişdir. Yaxşı, həyat pəncərəsi olaraq da qiymətləndirilən bu “yaşana bilər bölgə”nin şərtləri nə olmalıdır? Bunu anlamaq üçün ideal ölçülərlə yaradılmış dünyamızı araşdırmaq kifayətdir. Məsələn Dünya üzərində yer alan “karbon əsaslı” canlılığın var ola bilməsi üçün istiliyin çox həssas dəyərlər içində qalması əsas şərtdir. İnsan və bir çox canlının zülalları 430C-dən sonra denaturasiya olaraq canlı xüsusiyyətlərini itirərlər.

120-1300C istiliyə bir… ardı...