Quranda keçən “dəniz” və quru” sözlərinin sayca bir-birlərinə nisbəti, bu gün müasir elmin təsbit etdiyi nisbətlə tamamilə eynidir. Quranın endirildiyi dövrdə hələ qitələr kəşf edilməmişdi və quru-dəniz nisbətinin təsbit edilməsi mümkün deyildi. Amerika kimi böyük quru parçasının kəşf edilməsi də, ancaq 15-ci əsrdə mümkün olmuşdur.
“Quru” sözü Quranda 13 dəfə keçərkən, “dəniz” sözü 32 dəfə keçir. Bu sayların cəmi bizə 45 sayını verir. Əgər quruların Quranda bəhs edilmə sayı 13-ü 45-ə bölsək, 28,8888888889% taparıq. Dənizlərin Quranda bəhs edilmə sayı 32-ni 45-ə böldüyümüz zaman isə, 71,1111111111% sayını taparıq. Bu nisbətlər, planetimizdəki su və quru parçalarının həqiqi nisbətidir.
Bu söz təkrarlarıyla, Quranda Dünyanın 71%-nin dənizlər, 29%-nin qurularla əhatəli olduğuna işarə edilir. (Doğrusunu Allah bilir.) Bu nisbəti müasir dövrdə ancaq, elm adamlarının peyk fotoşəkilləri və kompyuter hesablamaları sayəsində əldə edilə bilir.
“Şiranın da Rəbbi Odur”. (Nəcm surəsi, 49)
Ərəbcə qarşılığı “Şira” olan Sirius ulduzunun yalnız 49-cu ayədə keçməsi, son dərəcə diqqət çəkici vəziyyətdir. Çünki elm adamları Sirius ulduzunun hərəkətlərindəki nizamsızlıqlardan yola çıxaraq, onun bir cüt ulduz olduğunu kəşf etdilər. Bu səbəbdən Sirius, Sirius A və Sirius B olaraq ifadə edilən iki ulduzdan ibarət olan bir sıra ulduzdur. Sirius B ulduzunun xüsusiyyəti teleskopsuz görülmür.
Sirius ulduzları bir-birlərinə doğru yay şəklində ox çəkərlər və hər 49,9 ildən bir, bir-birlərinə yaxınlaşaraq kosmosda süzülürlər. Bu elmi məlumat, müasir dövrdə Harvard, Ottava və Leicester Universitetlərinin astronomiya bölmələrinin fikir birliyiylə qəbul etdikləri elmi həqiqətdir. Ancaq 20-ci əsrin sonlarına doğru aydın olmuş bu elmi həqiqətə, möcüzəvi şəkildə, bundan 14 əsr əvvəl Quranda işarə edilmişdir. Nəcm surəsinin 49-cu və 9-cu ayələri birlikdə olaraq oxunduğunda bu möcüzə qarşımıza çıxır.
“Şiranın da Rəbbi Odur”. (Nəcm surəsi, 49)
O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. (Nəcm surəsi, 9)
Nəcm surəsinin 9-cu ayəsində “iki yay uzunluğunda, hətta ondan da yaxın” olaraq çevrilən “kane kabe kavseyni ev edna” ifadəsi, bizlərə bu iki ulduzun çəkdikləri orbitdə bir-birlərinə yaxınlaşdıqlarını ifadə edə bilər. (Doğrusunu Allah bilir.) Quranın vəhy edildiyi dövrdə bilinməsi mümkün olmayan bu elmi həqiqət, bizə, Quranın Qüdrətli Rəbbimizin sözü olduğu həqiqətini bir daha sübut edir.
Sirius ulduzu Quranda “Ulduz” mənasını verən Nəcm surəsində keçir. Sirius silsiləvi ulduzu, yay şəklindəki oxları ilə bir-birlərinə 49,9 ildən bir yaxınlaşır. Nəcm surəsinin 49-cu və 9-cu ayələri bu astronomik hadisəyə işarə edir.