“ O Saat yaxınlaşdı və ay bölündü”. (Qamər surəsi, 1)
“Qamər” sözünün türkcədəki qarşılığı “Ay”dır və Qamər surəsində “Ay” sözü birinci ayədə yer alır. Bu ayədən Quranın sonuna qədər tam 1390 ayə var. Hicri təqvimdə 1390-cı il, miladi təqvimə görə 1969-cu ilə bərabərdir ki, bu da Aya getmə tarixidir. Bu surədə, insan tarixinin ən əhəmiyyətli inkişaflarından birinə 14 əsr əvvəl işarə edilir. (Doğrusunu Allah bilir.)
Bununla yanaşı, yuxarıdakı ayədə “bölündü” mənasını verən “inşakka” sözü istifadə edilmişdir. Bu söz “torpağın yarılması, qazılması, qabardılması, torpağın sürtülməsi…” mənalarında da istifadə edilən “şakka” felindən törənmişdir. Bənzər şəkildə Aya gedən “Apollo 11” kosmik vasitəsi də, Ay torpağından nümunə götürərək, bu torpağı Dünyaya gətirmişdir. Bu baxımdan da Qəmər surəsinin 1-ci ayəsindəki “Ay bölündü” ifadəsi, günümüzdəki inkişaflarla paralellik içindədir.
“Ay” sözünün Quranda keçmə sayı = 27
Ayın Dünya ətrafındakı fırlanma müddəti (gün olaraq) = 27
Ay orbitinə girən Apollo 8 heyət üzvündən Bill Anders tərəfindən 24 dekabr 1968-ci il tarixində çəkilən bu fotoşəkildə, Dünyanın Ay səthi üzərində doğuşu göstərilmişdir. (NASA)